Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1104/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, 01 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikas ının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 1(103)-1851/2022 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(101)-967/2022 nömrəli hökmü (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2022-ci il tarixdən hesablanmış, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022- ci il tarixli qərarı ilə, (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmiş, sonuncuya təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 2,025 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və 3,378 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 16 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının yaxınlığında həmin narkotik vasitə olan heroini və psixotrop maddə metafetamini tanışı Şahid1 20 (iyirmi) manat pulun qarşlığında satmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış 12.392 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və kustar üsulla hazırlanmış 0,276 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşımaqla üzərində saxlamış, 05 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, ünvan 3əşən Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmiş və orada müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində keçirilən şəxsi axtarış zaman əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibində saxladığı “Agro” markalı siqaret qutusunun içərisindən ümumilikdə 15 ədəd bükümdə olmaqla, 05 ədəd şəffaf bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 1,857 qram, 1,564 qram, 1,122 qram, 0,554 qram, 2,531 qram, ümumi çəkisi7,628 qram olan külli miqdarda tünd qəhvəyi rəngli bərkimiş konsistensiyalı maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 10 ədəd şəffaf bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri0,385 qram, 0,435 qram, 0,787 qram, 0,375 qram, 0,454 qram, 0,364 qram, 0,372 qram, 0,358 qram, 0.372 qram, 0,862 qram, ümumi çəkisi-4,764 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,132 qram, 0,060 qram, 0,026 qram, 0,058qram, ümumi çəkisi 0,276 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırla nmış psixotrop maddə metamfetamin və əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibindən üzərində heroin izləri olan arxa hissəsində 50g/0,lg yazısı olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən hər hansı bir hal olmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 1 il azaltmaqla ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 6.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestinin məzmununa diqqət yetirdikdə müəy yən olunur ki, dövlət ittihamçısı tərəfindən iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası verilmiş kassasiya protestinin hüdudları çərçivəsində bu məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələrlə razılaşaraq həmin məsələləri hazırki qərarda müzakirə edilməsinə ehtiyac görmür. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir əsaslandırma aparılmadan Məhkum yüngül cəzanın təyin edilməsi iddia olunur ki, bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etmə lidir. Digər tərəfdən o, da vurğulanmalıdır ki, cinayət törətmiş şəxs haqqında bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiqi zamanı işin müəyyən edilmiş faktiki halları ilə yanaşı cinayət törətmiş şəxsi səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə törədilmiş cinayətin ictimai təhlükəliliyinə bu və ya digər şəkildə təsir göstərən hallar nəzərə alınmalıdır. Belə hallar müəyyən edilmədən, onlar araşdırılmış sübutlar əsasında təsdiq edilmədən, həmin sübutlar qiymətləndirilmədən təyin olunmuş cəza qanuni və ədalətli hesab edilə bilməz. Eyni zamanda məhkum olunmuş şəxs barəsində seçilmiş cəza tədbirinin apellyasiya və ya kassasiya qaydasında dəyişdirilməsi (yüngülləşdirilməsi və ya ağırlaşdırılması) barədə qərar da müvafiq sübutların məcmusuna əsasən qəbul edilməli və qanunvericiliyin müəyyən etdiyi kimi, əsaslandırılmalı və sual doğurmamalıdır. Bu qənaət cinayət və cinayət-prosessual qanunvericilikləri normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi qərarlarda əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azər baycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilə n məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tə ləb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Yuxarıda sadalanmış normaların məzmunundan göründüyü kimi, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi ded ikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə hər hansı şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, hər hansı məsələ, o cümlədən cinayət törətmiş şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsində cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, həmçinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi ilə bağlı təməl prinsiplər məhkəmələr tərəfindən gözlənilməlidir. Sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qən aətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə i craatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələr in cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məq sədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib eyni zamanda cinayət işinin materiallarına da müraciət etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, polis əməkdaşları tərəfindən keçirilmiş 16 avqust 2021-ci il tarixli və 05 yanvar 2022-ci il tarixli əməliyyat axtarış tədbirləri nəticəsində Məhkum üzərindən (satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşıdığı) 16 avqust 2021-ci il tarixdə 2,025 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 3,378 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 yanvar 2022-ci il tarixdə isə 15 ədəd bükümdə olmaqla, 05 ədəd şəffaf bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 1,857 qram, 1,564 qram, 1,122 qram, 0,554 qram, 2,531 qram, ümumi çəkisi - 7,628 qram olan külli miqdarda tünd qəhvəyi rəngli bərkimiş konsistensiyalı maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 10 ədəd şəffaf bükümdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,385 qram, 0,435 qram, 0,787 qram, 0,375 qram, 0,454 qram, 0,364 qram, 0,372 qram, 0,358 qram, 0.372 qram, 0,862 qram, ümumi çəkisi - 4,764 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin (ümumilikdə 12.392 qram), 04 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,132 qram, 0,060 qram, 0,026 qram, 0,058 qram, ümumi çəkisi 0,276 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətləri nə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam (ümumilikdə 0,267 qram metamfetamin) və əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibindən üzərində heroin izləri olan arxa hissəsində 50g/0,lg yazısı olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, məhkumun törətdiyi bu əməl narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid olan cinayət kimi qiymətləndirilərək CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. CM-nin 234.4.3-cü maddəsinin sanksiyasına əsasən isə, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmişdir. Məhkum tərəfindən verilmiş apelly asiya şikayətinə diqqət etdikdə, sonuncu apellyasiya şikayətini ona təyin edilmiş cəzanın ağırlığı ilə əlaqələndirmişdir. Məhkumun törətdiyi cinayətin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini düzgün hesab edən apellyasiya instansiyası məhkəməsi, daha sonra birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və tərəfindən qəbul edilmiş qərarda cəza təyini ilə bağlı məsələyə hər hansı münasibətini bildirmədən (faktiki olaraq isə heç bir şəkildə əsaslandırmayaraq) ədalət prinsipi naminə söz birləşməsindən istifadə etməklə birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın müddətini endirmək, bu əsasla da birinci instansiya məhkəməsinin hökmünü cəzaya aid hissədə dəyişdirmək qərarına gəlmişdir. Apellyasiya icraatı qaydasında işə baxa n məhkəmə tərkibinin Məhkum təyin edilmiş cəzanın müddətini ədalət prinsipi naminə endirməsinə baxmayaraq, həmin prinsipin qəbul edilmiş qərarda nədə ifadə olunmasını müəyyən etmək mümkün olmamışdır. Əksinə hökmdən və cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum xx.xx.2017-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilərək cəzası 04 ilə endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının vaxtından əvvəl şərti ilə azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Sadalanmış normalardan göründüyü kimi Məcəllənin 65.2-ci maddəsinə əsasən residivin hansı növünün yarandığı ayd ınlaşdırılır və 58-ci maddəyə əsasən cəza fərdiləşdirilərkən residivin növü ilə əlaqədar sanksiya hüdudunda təyin ediləcək cəzanın hədlərinə dair qanunun göstərişi nəzərə alınır. Cinayət qanunvericiliyinin tələbləri baxımından şəxsin əməlində residivin olması onun şəxsiyyətinin təhlükəliliyinin yüksək olması haqda nəticə çıxarmağa və sonuncuya təqsirli bilindiyi yeni əməlinin sanksiya hüdudunda təyin ediləcək cəzanın həddinə (ağırlaşdırılmasına) təsir edən amil kimi çıxış edir. Apellyasiya instansiyası məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında məhkəmənin birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar müəyyən olunmadığı və özü də hər hansı bir cəzanı yüngülləşdirən halı müəyyən etmədiyi (cinayətlərin residivi isə hökmdə CM-in 18.1 və 61.1.1-ci maddələrinə əs asən cəzanı ağırlaşdıran hal kimi müəyyən olunduğu) vəziyyətdə, müstəsna olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin, habelə cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının məzmununu sadəcə təkrarlayıb Məhkum cəzasını azaltmaqla bu məsələ üzrə gəldiyi nəticəni aydın şəkildə (qənaəti ilə uzlaşdırıla biləcək işin konkret hallarına istinad etmək əvəzinə yalnız ədalət prinsipi naminə söz birləşməsinə istinad edilmiş) izah etməmiş, yəni bu hissədə hökmün dəyişdirilməli olmasına dair qənaətini CPM-in 399.1.5, 404-cü maddələrinin tələbləri kontekstində lazımınca əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxslər barəsində bu və ya digər cəza tədbirini seçərkən ilk növbədə bunun əsaslarını nəzərdə tut an cinayət qanunvericiliyinin normalarını və işin hallarını rəhbər tutmalıdırlar ki, hazırkı halda apellyasiya məhkəməsinin Məhkum təyin olunmuş cəzanın yüngülləşdirməsinin əsasını yuxarıda sadalanmış cəzanın yüngülləşdirlməsi üçün əsas olmuş hansı maddi hüquq normalarının çıxış etdiyini müəyyən etmək mümkün deyil. Hərçənd, cinayət qanunvericiliyinin normalarında bütün instansiya məhkəmələrindən cəzaların təyini və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi möyqeyini v ə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbiri seçilərkən CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edib bu pozuntunun həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsası kimi görür və buna görə də həmin protestin təmin edilməsini mümkün hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyərək belə hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Məhkum CM-nin 234.4.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törət məkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli 1(103)1164/2022 nömrəli qərarı ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən məhkəmə baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhk əməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 1(103)-1851/2022 nömrəli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1104/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1104/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver