Məhkəmə qərarları › İş №1(102)-1105/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1105/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1105/2022 27.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 27 iyul 2022-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum2 müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlunun və Məhkum1 müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmünə əsasən Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X6 və X8 ibarət tərkibdə) 23 fevral 2021-ci il tarixli hökmü ilə xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Sumqayıt şəhəri 17-ci mikrorayon ev 21 m ənzil 72-də qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 06 mart 2020-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. xx.xx.1983-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Sumqayıt şəhəri Kotec qəsəbəsi Axundov 2-də qeydiyyatda olan, Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18 mənzil 42-də yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 06 mart 2020-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X2 (sədrliyi və məruzəsi ilə), X7 və X3 ibarət tərkibdə) 29 iyun 2021-ci il tarixli qərarı ilə təqsirlənd irilən şəxs Məhkum2, onun müdafiəçisi Müdafiəçi3 və təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(101)-188/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 tanışları X14, X10 ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-ə tamah niyyəti ilə qanunsuz daxil olmaq məqsədi ilə binanın blokunda gözləyərək kənar şəxs gəldikdə məlumat vermək üçün ətrafı müşahidə etmişlər. X10 mənzilin qapısını döyüb, Zərərçəkmiş şəxs qapın ı açmasına nail olduqdan sonra Məhkum2 və X14 əlində olan silah qismində istifadə etdiyi beşbarmaqla mənzilə qanunsuz daxil olaraq sonuncu Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra, mənzilin qonaq otağında saxlanc yeri olan dolabin rəfindən 1 ədəd 50 (əlli) manat dəyəri olan üzərində “LUÇ-Quartz” sözləri yazılmış qol saatı, 1 ədəd 700 (yeddi yüz) manat məbləğində qol saatı, dəyəri 60 (altmış) manat olan pul kisəsi və 1450 manat (min dörd yüz əlli) manat nağd pulu, Məhkum2 isə həmin dolabın digər rəfindən 1 ədəd 35 (otuz beş) manat dəyəri olan üzərində “Roza de Prive” yazıları olan 50 faiz istifadə edilmiş ətiri, evin giriş qapısında isə sonuncuya məxsus olan 1 cüt 80 (səksən) manat dəyə rində Türkiyə Respublikası istehsallı ayaqqabını götürərək evdən çıxıb getmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2375 (iki min üç yüz yetmiş beş) manat məbləğində əmlakını ələ keçirərək, quldurluq etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işdə toplanmış mövcud sübutlara yanlış qiymət verərək, əməli düzgün qiymətləndirməmiş, məhkumların əməlini CM-in 181.2-ci maddəsi ilə tövsif edərək həmin maddənin sanksiyası həddində ağır cəza vermişdir. Hadisə xx.xx.2020-ci il tarixdə baş vermiş, zərərçəkən kimi tanınmış Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər 3-cü Pols Bölməsinə şikayət ərizəsi vermişdir. Həmin ərizədə 2 nəfər tanımadığı şəxs mənzilə daxil olaraq mənzili axtardığını, ona məxsus 2 ədəd qol saatı və 1450 manat pulunu götürərək, mənzildən çıxıb getməsini göstərmiş, izahatda da bu halı təsdiqləmişdir. xx.xx.2020-ci il tarixdə CM-in 180.2.1, 180.2.3 və 180.2.5-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılmışdır. xx.xx.2020- ci il tarixdə müstəntiq zərərçəkən kimi tanınmış Zülfüqarovu yenidən dindirərək ifadəsində dəyişiklik etmiş, yeni alınmış ifadəsinə görə qapını açarkən 2 nəfər tanımadığı şəxsin içəri daxil olub, sol əli ilə boğazından tutub, sağ əlində olan beş barmaqla sol qulağından və baş nahiyəsindən bir neçə dəfə zərbə vurmasını və sonra gələn başqa şəxsin evi axtarmasını və heç nə tapmamasını göstərmiş, nəticəsində onların əməlinin CM-in 181.2.1, 181.2. 181.2.5-ci maddələrinə tövsif edilməsi barədə qə rar qəbul etmişdir. Bundan sonra zərərçəkən Zülfüqarov xx.xx.2000-ci il tarixdə məhkəməyə ərizə yazaraq həmçinin bildirmişdir ki, “Rauf ona qəfil bir yumruq vurdu, zərbə çox güclü olduğundan elə bildim ki, məni beş barmaqla vurdular. Amma Raufun əlində beş barmaq görmədim. Bu zaman Sahib balkonda idi, o, gəlib bizi sakitləşdirdi. Biz oturub söhbət etdik, hətta onlar sağollaşanda Sahibə ətir də hədiyyə etdim”. Zərərçəkən Zülfüqarovun bu bir-birinə zidd ifadələri araşdırılmamış, hadisə yerində olmuş şəxslərin üzləşdirərək həqiqətin ortaya çıxarılmasına əhəmiyyət verilməmişdir. Hətta məhkəmə zərərçəkənin CPM-in 87-ci maddəsi ilə ona hüquq və vəzifələrini pozaraq onun iştirakı olmadan məhkəmə istintaqı aparmışdır. Məhkəmənin zərərçəkənin ifadəsinə əsaslanaraq ağır ittihamla cəza təyin etməsi ə sassızdır. Belə ki, zərərçəkən onun baş hissəsinə beşbarmaqla Raufa bir neçə dəfə zərbə vurduğunu göstərir. Müstəntiq və məhkəmə zərərçəkənə bir beşbarmaq zərbəsi vurulmasını göstərir. Məhkəmə tibbi ekspetizasının xx.xx.2020-ci il tarixli rəyində isə sol qulaq seyvanın ənsə hissəsinin yarası, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət olduğunu müəyyən etmişdir. Əgər bu zərbə beşbarmaq zərbəsi olsa idi, ağır xəsarətə səbəb olardı, baş nahiyyəsini sümükləri belə zədələnərdi. Belə zədə zərərçəkən şəxsdə aşkar edilməmişdir. Deməli zərərkəçənin ilkin ərizə və izahatlarında və sonradan məhkəməyə yazdığı ərizədə göstərilən xüsusatlar doğrudur və bu əsasla ittiham hökmü çıxarılmalıdır. Məhkum2 xx.xx.2020-ci ildə şübhəli şəxs qismində dindirilərkən müdafiə hüquqi pozulmuş, vəkilin iştirakı təmin e dilməmişdir. Apellyasiya məhkəməsi göstərilən xüsusatlara qiymət vetməmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində qeyd edir ki, istər istintaq dövrü, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilir ki, müdafiəçisi olduğu şəxs mənzilə daxil olmamış, heç kimə qarşı quldurluq etməmişdir. Zərərçəkmiş ilə hər hansı bir formada təması olmamışdır. Zərərçəkmişdən götürülmüş hər hansı bir əşya müdafiəçisi olduğu şəxsə verilməmişdir. Müdafiəçisi olduğu şəxs bilavasitə quldurluq cinayətində iştirak etməmişdir. Zərərçəkmişə hər hansı bir formada xəsarət yetirməmiş, ona maddi və mənəvi ziyan vurmamışdır. O, həmin mənzilə narkotik vasitənin alınması məqsədi ilə getmiş, həmin narkotik vasitədən də istifadə etmişdir. Lakin, həmin narkotik vasitənin dəyərini ödənilməklə alındığını zənn etmişdir. Məhkəmə müdafiəçisi olduğu şəxsə cəza təyin edərkən açıq aşkar qərəz nümayiş etdirmişdir. İş materiallarından da göründüyü kimi, zərərçəkmiş şəxs narkotik alveri ilə məşğul olan bir şəxsdir. Məhkəməyə isə ümumiyyətlə gəlməmişdir. Ziddiyətli ifadələr vermiş, cinayət işinin materiallarına əlavə edilmiş ilk ərizəsində beşbarmaqla vurulduğu ifadəsini işlətməmişdir. Məhkum1 heç vaxt məhkum olunmamış, orta təhsilli, ailəlidir, himayəsində 2 azyaşlı övladı var, fərdi əməklə məşğul olur, yaşadığı yerdə müsbət xarakterizə edilir. Məhkəmə baxışı zamanı i sə atası bütün bu hallara dözməmiş və vəfat etmişdir. Bütün bu halları nəzərə alan iş üzrə ittihamçı prokuror müdafiəçisi olduğu şəxsə 8 il 6 ay müddətinə cəza istəmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmə kollegiyası yüngülləşdirici halları hökmdə göstərməklə müdafiəçisi olduğu şəxsə ittihamçının istədiyi cəzadan da artıq cəza təyin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən bütün bu hallar, yəni müdafiəçisi olduğu şəxsin əməlinin quldurluq cinayətinə aid olması öz təsdiqini tapmamışdır. Məhkəmə qərarda göstərmişdir ki, guya müdafiəçisi olduğu şəxsin məhkəmədə verdiyi ifadə digər sübutlarla təhrif edilmişdir. Lakin, bu sübutların nədən ibarət olduğunu məhkəmə öz qərarında göstərməmişdir. Məhkəmə öz qərarında bu iş üzrə şahid qismində ifadə vermiş X4 da ifadəsinə isti nad etmişdir ki, həmin ifadə də Məhkum1 bu iş üzrə heç bir halda təşəbbüskar ya da iştirakçı kimi fəaliyyəti olmamışdır. İşdə olan bir çox ifadələr istintaqı aparmış müstəntiqin təqsirləndirilən şəxslərə qarşı qərəzli mövqeyinin nəticəsidir. Belə ki, bıçaqla bağlı ifadələr, zərərçəkmişin əl-qolunun bağlanması və s. məsələlər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Hətta zərərçəkmişin yüngül xəsarət alması məsələsinin ekspert rəyi ilə möhkəmləndirilməsi də müstəntiqin səyi nəticəsində baş vermişdir. Birinci İnstansiya məhkəməsində zərərçəkmiş şəxs iştirak etməmiş, yalnız Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən qısa müddətə Azərbaycana gəlib qayıtmış zərərçəkmişlə bağlı təkrar ekspertiza keçirilməsi mümkün olmadığı üçün həmin xəsarətlərin olub-olmaması mübahisələndirilməmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək, müdafiəçisi olduğu Məhkum1 CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edərək, CM-in 62-ci maddəsini tətbiq edərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunması haqqında qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə ci nayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-e dilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən dövlət hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Hər bir kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsi zliyindən) məhkəməyə şikayət vermək yolu ilə öz hüquq və azadlıqlarını müdafiə edə bilər. Konstitusiyanın 68-ci maddəsinin İ hissəsində göstərilir ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Cinayət işinin materiallarına əsasən müəyyən edilir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs birinci instansiyası məhkəməsində işə baxılarkən, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasları zərərçəkmiş şəxsin iştirak etməməsi səbəbindən təxirə salınmış və onun məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Lakin göstərilən qərarın icrası l azımi qaydada təmin edilməmiş və məhkəmə iclasları qərarın icra edilməməsi səbəbindən dəfələrlə təxirə salınmışdır. Məhkəməyə məhkəmə iclasında səhhəti səbəbindən iştirak edə bilməməsi barədə teleqram vurması nəzərə alınaraq məhkəmə istintaqı zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Cinayət işinə apellyasiya baxışı zamanı da zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və apellyasiya şikayətlərinə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır; 315.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bu zaman o, xüsusi ittihamçı kimi həmçinin bu Məcəllənin 88.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edir; 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimaixüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni hə ll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir; 315.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, zərərçəkmiş şəxsin məhkəmə baxışında iştirakı onun hüququdur və o, məhkəmə baxışına gəl mədikdə onun iştirakının zəruri olub-olmaması haqqında məsələ cinayət prosesi tərəflərinin mülahizəsinə əsasən onun iştirakının işin bütün hallarının tam, hərtərəfli və obyektiv həllinə, habelə iş üzrə icraatın yekununda əsaslı və qanuni qərarın çıxarılmasına təsirindən asılı olaraq müəyyən edilir. Hazırki cinayət işi üzrə kassasiya şikayətlərinin də dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası aşağıdaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı olan digər materiall ara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübut ların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, y aranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. CPM-in 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən dig ər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM- nin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub- olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Hazırki cinayət işi üzrə təqsirkar şəxslərin əməlinə qiymət verilməsinə əsas olan sübutlar sırasında zərərçəkmiş şəxsin ifadəsi də mühüm əhəmiyyətə malikdir. Məhkəmə hökmünün əsaslı o lması üçün məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması (CPM-349.5.1) tələbini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində göstərilən hallar, o cümlədən zərərçəkmiş şəxsə xəsarət yetirərkən beşbarmaqdan istifadə edilməməsi, Məhkum1 quldurluq cinayətində iştirak etməməsi barədə dəlillərin aydınlaşdırılması məhz zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı iştirak etməsini və ifadəsinin alınmasını zəruri edən hallardır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci tarixli 87 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs xəsarətlərin küt əşyanın təsirindən yetirilməsi qeyd edilsə də, küt əşyanın məhz beşbaşmaq olması müəyyən olunmur. Törədilmiş cinayət za manı silah qismində beşbarmaqdan istifadə edilib-edilməməsinin məhkumların əməlində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin (quldurluğun silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi) tərkibinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən qeyd edir ki, hazırki cinayət işi zərərçəkmiş şəxsin məhkəmə istintaqında iştirakı işin bütün hallarının tam, hərtərəfli və obyektiv həllinə təsir etməsi baxımından zəruri olmasına baxmayaraq, məhkəmə istintaqı onun iştirakı olmadan keçirilmiş və məhkəməyə ünvanlanan teleqramında məhkəmə iclasında səhhətinə görə iştirak edə bilməməsinə istinad edilmiş və onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Halbuki, zərərçəkmiş şəxsin səhhətinə görə mə hkəmə iclasında iştirak etmək imkanının olub-olmasını birbaşa təsdiq edən sübut müəyyən olunmur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 10-cu bəndində qeyd olunur ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Cinayət Prosessual Məcəlləsinin 327.1-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, vide o və ya kino çəkilişi yalnız aşağıdakı hallarda elan edilə və ya göstərilə bilər: təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə; məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda; təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür). Sözügedən Məcəllənin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Həmin Məcəllənin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Sadalananlardan göründüyü kimi, qanunvericilik zərərçəkmiş şəxsin şahid üçün nəzərdə tutulmuş qaydada dindirilməsini, həm də ifadələrinin elan edilməsi eyniliyini müəyyən etmişdir. Elan edilmiş şahid ifadələrində səslənmiş məlumatlar o halda hər han sı bir qərarın və ya nəticənin əsasını təşkil edə bilər ki, həmin məlumatlar məhkəmə istintaqında hərtərəfli tədqiq edilsin və digər sübutlarla yoxlanılsın. Bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki:

1. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və X5rşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar).

2. İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir.

3. İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaç aşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər.

4. Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclas ına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlər ə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.) (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 12-ci bəndi). Hazırki cinayət işi üzrə məhkəmə istintaqında dindirilməyən zərərçəkmiş şəxsin ifadəsindən hökmün əsaslandırılmasında və ittihamın həll edilməsində oynadığı həlledici rolunu nəzərə alaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün kifayət qədər səy göstərməmiş, onun iştirakını həqiqətən istisna edən üzrlü halın mövcud olmasını müəyyən etməmiş, ümumiyyətlə şəxslərin təqsirli bilinmələrinin məhkəmə baxışına gəlməyən zərərçəkmiş şəxsin məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş ifadəsi vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü barədə gəldikləri nəticə kifayət qədər tutarlı dəlillərlə təsvir edilməmiş, elan olunmuş ifadədə olan məlumatların məhkəmə istintaqında hərtərəfli tədqiq edilməsi və digər sübutlarla yoxlanılması təmin edilməmişdir. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və ya lnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur(“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətlərində göstərilən dəlillərlə bağlı qeyd edilən hallarla qismən razılaşaraq qeyd edir ki, yuxarıda sadalananlara əsasən məhkəmə istintaqının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi və şəxslərin təqsirli bilinməsi barədə hökmün əsaslandırılmasında istifadə olunan məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin elan edilməsi zamanı cinayət prosessual qanunvericiliyin tələbləri pozulm uşdur. Apellyasiya instansiya məhkəməsi Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli hesab edərkən birinci instansiya məhkəməsi tərəfindən CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət edilməməsini, iş üzrə toplanmış sübutların hərtərəfli araşdırmamasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməməsini nəzərə almadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq edilməməsinə qiymət verməmişdir ki, bu hal da Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Belə ki, CPM-in 416.1.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərini qismən təmin etməklə, Məhkum2 və Məhkum1 barələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtə rəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün tədbirlər görülməli və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum2 müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar