Məhkəmə qərarları › İş №1(102)-1105/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1105/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1105/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmü ilə X15 Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmü ilə isə X15ə CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əliyev Namiq Qədir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(101)-1341/2022 saylı hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Paşayev Azər İslam oğlundan ibarət tərkibdə) X22, 09 sentyabr 1993-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respub likasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X15 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 08 yanvar 2022-ci il tarixdə başqa mənbədən qanunsuz olaraq satış məqsədi ilə 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0,796 qram, 0,603 qram, 0,825 qram, yəni külli miqdarda, ümumilikdə təmiz çəkisi 2,936 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu “İmam Həsən” məscidinin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,712 qram, 0,796 qram, 0,603 qram, 0,825 qram, ümumilikdə təmiz çəkisi 2,936 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin maddəsi aşkar edilərək götür ülmüşdür. Hökmdən məhkum X15nin müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, X15nin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmü ləğv olunmuş, məhkum olunmuş şəxsin ona qarşı CM-nin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və buna görə bəraət almış şəxsin əynində olan şalvarının cibindən aşkar olunduğu qeyd e dilən, iş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,712 qram, 0,796 qram, 0,603 qram, 0,825 qram, ümumilikdə təmiz çəkisi 2,936 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroinin kimə məxsus olması, həmin narkotik vasitələrin X15nin üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən onun cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən hazırki iş üzrə məhkəməyəd ək icraat zamanı Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməliyyat müvəkilləri polis baş leytenantı Şahid1 və polis kapitanı X11, həmin İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X4 və İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozulmasına yol vermələrini müəyyən edərək onların haqqında 20 dekabr 2022-ci il tarixli xüsusi qərar çıxarılmış və həmin qərar adları çəkilən şəxslər haqqında müvafiq tədbirlərin görülməsi Azərbaycan respublikasının Daxili İşlər Nazirinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmündən dövləti itihamçısı Əliyev Namiq Qədir oğlu kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cina yət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən, bunlarla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bəzi Qərarlarına və apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmünə istinad edən dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protestini belə əsaslandırmışdır ki, həmin məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, X15yə isə onun təqsiri araşdırılmış sübutlarla təsdiq edilməsinə baxmayaraq əsasız olaraq bəraət verilmişdir. Bu qənaəti ilə bağlı iş materiallarında olan sübutları bir daha təsvir edən dövlət ittihamçısı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əksinə olaraq, ibtidai araşdırma zamanı və işə birinci instansiya məhkəməsində baxılarkən X15nin hüquqları pozulmamış, sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi həmin sübutlarla təsdiq olunmuş və məhz buna görə birinci instansiyası məhkəməsi sübutların qanun pozuntusu ilə əldə edilməsini müəyyən etməyərək tam qanuni və əsaslı olaraq onun barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə sübutların əldə edilməsi, araşdırılması və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyinin tələblərinə əməl etməyərək, toplanmış v ə araşdırılmış sübutların isə X15nin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsinə baxmayaraq, həmin sübutları əsassız olaraq yolverilməz sübutlar kimi qiymətləndirmiş və nəticədə düzgün olmayaraq ona bəraət vermişdir. Kassasiya protestinin müəllifi eyni zamanda sübutların qanun pozuntusu ilə əldə olunmasını az əhəmiyyətli hesab edərək, onların bəraət verilməsi üçün əsas yaratmadığını qeyd etmiş və belə qənaətə gəlmişdir ki, bu halda da əldə olunmuş sübutların məcmusuna əsasən X15nin barəsindəki ittiham hökmü əsaslı və qanuni hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini iddia edən dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protestində göstə rdiyi dəlillərə əsaslanaraq sonda həmin protestin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin bəraət almış şəxs X15 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs X15nin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq X15yə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsini və həmin məhkəmə tərəfindən çıxarılmış hökmün əsasını yolverilməz sübutlar təşkil etdiyini iddia edərək, həmin hökmün ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəm ə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu m üraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya in stansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual q anunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmə ləri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinin inandırıcı şəkildə cavablanlandırılması ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Kon stitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsir ləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəs inin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək o nları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gə tirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 v ə 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məc musu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya mə hkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş mə lumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlənd irilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanıl mış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühak iməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxar ıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə mə suliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adət ən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin dü zəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvl ərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit prob ation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istin ad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilm əli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin P lenumunun tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən ed ilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi bu sübutlar əsasında X15nin barəsində ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmiş və həmin hökmə əsasən o, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 08 yanvar 2022ci il tarixdə başqa mənbədən qanunsuz olaraq satış məqsədi ilə 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0,796 qram, 0,603 qram, 0,825 qram, yəni külli miqdarda, ümumilikdə təmiz çəkisi 2,936 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vas itə-heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu “İmam Həsən” məscidinin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,712 qram, 0,796 qram, 0,603 qram, 0,825 qram, ümumilikdə təmiz çəkisi 2,936 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin maddəsi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fər qli olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü araşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib onlara həm istinad edərək, həm də, kassasiya protestinin dəlillərinin əksinə olaraq ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək X15nin ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıda qeyd olunanlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi öz hökmündə X15nin həmin məhkəmənin məhkəmə iclasında özünü ona elan olunmuş itti ham üzrə təqsirli bilərək bu ittihama uyğun, yəni məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə eynilik təşkil edən ifadələr verməsini göstərib həmin ifadələri təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə uyğun məzmunda hökmdə təsvir etsə də, bununla razılaşmayan və məhkəmə iclas protokoluna bununla əlaqədar qeydlər verən müdafiəçi N.M.Kantayev həmin qeydlərində və hökmdən verdiyi apellyasiya şikayətində həqiqətdə X15nin məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini və hökmdə yazılmış məzmunda ifadə vermədiyini qeyd etmişdir. Həmin qeydlərə və apellyasiya şikayətinə əsasən, X15 məhkəmə iclasında ibtidai araşdırma zamanı verdiyi ifadələrdən fərqli ifadələr verərək göstərmişdir ki, o, tutulduğu gün Binə qəsəbəsinə bacısıgilə getmiş və oradan qayıd arkən yolda polis əməkdaşları ona yaxınlaşaraq onun oğurluq törətməkdə şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Şöbədə polis əməkdaşları tərəfindən döyülmüş, oğurluğun törədilməsində iştirak etməsi isə müəyyən edilməmiş, lakin polis əməkdaşları ona narkotik vasitələri təqdim edərək həmin vasitələrin ona məxsus olmasını etiraf etməyi tələb etmişlər. O, polis əməkdaşları tərəfindən yenidən döyülə biləcəyindən qorxaraq, habelə sonuncular ona tutulmayacağını, evə buraxılacağını vəd etdiklərinə görə, videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Lakin o, narkotik vasitələrin aludəçisi olmaqla həmin vasitəni adətən yaşadığı Masazır qəsəbəsində “Fuad” adlı şəxsdən alsa da, tutulan zaman onun üzərində heç bir narkotik vasitə olmamış və heç vaxt narkotik vasitələrinin satışını həyata keçirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin hakiminin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə müdafiəçi N.M.Kantayevin məhkəmə iclas protokoluna dair verdiyi yazılı qeydləri qəbul edilməmiş və həmin qeydlərin və göstərilən qərarın əsaslı olub-olmamasını yoxlamaq mümkün olmamışdır ona görə ki, məhkəmə iclasında sədrlik edən edən hakim tərəfindən CPM-nin 51.6-1-ci maddəsinin tələbləri pozularaq məhkəmə iclasının fasiləsiz audioyazının aparılması təmin olunmamış və belə audioyazı məhkəmə iclas protokoluna əlavə edilməmişdir. Halbuki, CPM-nin 51.6-1-ci maddəsinə əsasən, məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak ed ən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında da X15 ona qarşı CMnin 234.4.3-cü maddəsi irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitələrindən istifadə etsə də heç vaxt belə vasitələrin satışı ilə məşğul olmamışdır. O, tutulduğu gün Abşeron rayonunun Masazır qəsəbəsində olarkən polis əməkdaşları yaxınlaşaraq onun oğurluq cinayətini törətmə kdə şübhəli olduğunu bildirib polis bölməsinə aparmış, lakin bölmədə onun hansısa oğurluq törətməsi müəyyən edilmədikdən sonra ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiqlər göstərilmiş, onun ailə üzvləri ilə əlaqə saxlamasına isə imkan verilməmişdir. Bundan sonra polis əməkdaşları ona bir büküm verərək həmin bükümün içərisində narkotik vasitə olmasını bildirərək bu vasitənin ona məxsus olmasını etiraf etməyi ondan tələb etmiş və eyni zamanda onun 2 gündən sonra prokurorluqdan buraxılıcağını vəd etmişdlər. Bu hadisə 2022-ci il yanvar ayının 5-i, ya da 6-sı olmuşdur. Əsl həqiqətdə o, tutulan vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış və polis bölməsində yenidən döyüləcəyindən qorxaraq, eyni zamanda polis əməkdaşlarının onun buraxılacağı barədə verdiyi vəd lərinə inanaraq həm təhqiqat zamanı, o cümlədən şəxsi axtarış aparılarkən, həm də ibtidai araşdırma aparılan dövrdə sonuncuların ona verdiyi narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş və bu haqda tərtib olunmuş sənədləri imzalamışdır. Verilmiş suallara cavab olaraq X15 həmçinin göstərmişdir ki, o, birinci instansiya məhkəməsinin məhkəmə iclasında da özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və həmin iclasda da yuxarıda göstərilən məzmunda ifadələr vermişdir. Əlavə olaraq X15 bildirmişdir ki, o, Masazırda yaşayır, saxlanılan vaxt bacısının yaşadığı evdən çıxıb öz evlərinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əvvəllər o, ancaq heroindən istifadə etmiş və həmin narkotik vasitəni Masazırda tanımadığı şəxsdən bir bükümünü təxminən 15-20 manata almışdır. P olis bölməsində döyüldükdən sonra onun üzərində videoçəkilişlə axtarış aparılmazdan əvvəl polis əməkdaşları onun cibinə 04 bükümdən narkotik vasitə qoyaraq bunların özünə məxsus olmasının bildirməsini ondan tələb etmiş, o, da yenidən döyüləcəyindən qorxaraq bu tələbi yerinə yetirmişdir. Polis bölməsində döyülərkən polis əməkdaşları dabanına, ayaqlarına, bədəninə dubinka ilə zərbələr vurmuş, bu haqda o, birinci instansiya məhkəməsinin məhkəmə iclasında hakimə və müdafiəçisinə də demiş, lakin başqa yerlərə şikayət etmədiyindən döyülmə faktı ilə bağlı heç bir araşdırma aparılmamış, istintaq təcridxanasında isə yardım göstərilməmişdir. Tutulmamışdan əvvəl onun bədənində heç bir xəsarət olmamış, Rusiyada yaşayan olan zaman maşının təkərini dəyişərkən qolunda çapıqlar yaranmışdır. Bu ifadələrin fövqündə məhkəmə kollegiyası bütün şübhələri birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilinərək məhkum olunmuş X15nin xeyrinə həll edərək belə qənaətə gəlir ki, onun birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri hökmdə təhrif olunmuş, çünki həmin ifadələr sözbəsöz sonuncunun istintaq zamanı tərtib edilmiş dindirmə protokollarından hökmə köçürülmüş, digər tərəfdən bəraət almış şəxsin apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri həmin məhkəmə tərəfindən araşdırılmış digər sübutlara üst-üstə düşür. Bu qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin ibtidai araşdırma zamanı X15nin barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı Suraxanı Rayon Məhkəməsində 10 yanvar 2022-ci il tarixli məhkəmə iclasında özünü təqsirli bilməyərək apel lyasiya şikayətinə məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun izahat verməsinə də əsaslanır. Belə ki, X15nin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, X15 verdiyi izahatında bildirmişdir ki, o, tutulduğu gün Binə qəsəbəsinə bacısıgilə getmiş və oradan qayıdarkən yolda polis əməkdaşları ona yaxınlaşaraq oğurluq törətməkdə şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Şöbədə polis əməkdaşları tərəfindən döyülmüş, lakin oğurluq cinayətini törətməkdə iştirakı müəyyən edilməmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələri təqdim edərək həmin vasitələrin ona məxsus olmasını etiraf etməyi tələb etmişlər. O, polis əməkdaşları tərəfindən yenidən döyülə biləcəyindən qorxaraq, habel ə sonuncular ona tutulmayacağını, evə buraxılacağını vəd etdiklərinə görə videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Lakin o, narkotik vasitələrin aludəçisi olmaqla həmin vasitəni adətən yaşadığı Masazır qəsəbəsində “Fuad” adlı şəxsdən alsa da, tutulan zaman onun üzərində heç bir narkotik vasitə olmamış və heç vaxt narkotik vasitələrinin satışını həyata keçirməmişdir. İş materiallarından göründüyü kimi, hələ ibtidai araşdırmanın ilk dövründə X15nin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində aparılan zaman ona təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı ona istinad olunan narkotik vasitələrin ona məxsus olduğunu bildirməsi barədə dəlilləri, habelə hazı rki iş üzrə təhqiqat və ibtidai araşdırma aparılarkən digər kobud qanun pozuntularına yol verilməsi nə istintaq orqanı, nədə ki birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və bu pozuntulara heç bir qiymət verilməmişdir. Bunlarla bağlı məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək ilk növbədə qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, 08 yanvar 2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 raportla həmin şöbənin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatında X15 narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmasını bildirilmiş və bu məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün sonuncunun barəsində aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra, 08 yanvar 2022-ci il tarixdə Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən həmin tarixli əmrlə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən X15 həmin tarixdə saat 18.00-da Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, “İmam Həsən” məscidinin yaxınlığanda saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş və onun üzərində müdafiəçinin iştirakı olmadan axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən dörd bükümdə içərisində, X15yinin dediyinə görə, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin keçirilməsi haqqınd a 08 yanvar 2022-ci il tarixli qərarın nəticəvi hissəsində həmin qərarın surətinin isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi nəzərdə tutulsa da, onun və həmin qərar əsasında keçirilmiş əməliyyataxtarış tədirlərinin müvafiq qaydada qanuna uyğunluğunun yoxlanılması üçün həmin qərar və toplanmış müvafiq materiallar nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki, 30-cu Polis Şöbəsinin yerləşdiyi ərazidə fəaliyyət göstərən Suraxanı Rayon Məhkəməsinə göndərilməmiş, məhkəmə tərəfindən də məhkəmə nəzarəti qaydasında belə yoxlama aparılmayaraq heç bir qərar qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən göstərilən qərarın Bakı şəhəri Suraxanı Ra yon Məhkəməsində məhkəmə nəzarəti qaydasında yoxlanılıbyoxlanılmaması barədə verilmiş sorğuya cavab olaraq həmin məhkəmədən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış 28 noyabr 2022-ci il tarixli cavab məktubundan da görünür ki, adı çəkilən qərar məhkəməyə daxil olmamışdır. Hərçənd, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-nin 445.1.1-445.1.6-cı maddələrində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: - telefon danışıqlarına qulaqasma; - poçt, tele qraf və digər göndərişlərin yoxlanılması; - texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; - binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; - texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; [570] - insanların güdülməsi. CPM-nin 445.2-ci maddəsinin tələbinə görə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səl ahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin İİİ bəndinə əsasən, bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinin V bəndində göstərilmişdir ki, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin ap arılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası, CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra həmin Qərarda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyə n edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etmə lidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi mü ddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbi rinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 20 20-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək ara şdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qanunvericiliyin təsvir edilmiş tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında yuxarıda göstərilən 08 yanvar 2022-ci il tarixli qərarın və onun əsasında keçirilmiş müvafiq tədbirlərin qanunauyğunluğu istər məhkəmə tərəfindən məhkəmə nəzarəti qaydasında, istərsə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən yoxlanılmadığından apellyasiya instansiyası məhkəməsinin onun ə sasında əldə edilmiş materialların X15nin təqsirliliyinin müəyyən edilməsi üçün sübut kimi qəbul edilməsindən imtina etməsi barədə iş üzrə gəldiyi nəticə tamamilə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməlidir. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, X15 polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmazdan əvvəl ona müdafiəçi seçmək üçün həmin şöbənin ərazisində fəaliyyət göstərən 09 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, həmin vəkillərdən Həsənov Bəkir Sabir oğlunu seçmiş və bu haqda müvafiq protokol tərtib edilmiş, daha sonra isə müdafiəçinin təyin edilməsi barədə 08 yanvar 2022-ci il tarixli qər ara və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokola əsasən vəkil B.S.Həsənov şübhəli şəxs X15nin hüquqlarının müdafiəsi üçün ona təqdim edilmiş, müdafiəçinin iştirakı ilə X15 şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin gün saat 19.00-dan 19.10-dək tərtib olunmuş protokolla o, və müdafiəçisi tanış olub onu imzalamışlar. Bununla belə, X15 şübhəli şəxs qismində tutulduqdan bir neçə dəqiqə sonra – saat 19.15-də onun üzərində şəxsi axtarış aparılmış, bu istintaq hərəkətinin aparılmasında isə, hələ də polis şöbəsində olan müdafiəçi B.S.Həsənov iştirak etməmiş (həmin istintaq hərəkəti aparıldıqdan sonra sonuncu X15ydan izahatının alınmasında iştirak edərək həm bu haqda tərib edilmiş sənədi, həm də şəxsi axtarış və götürmə haqqında protokolu imzalamışdır) və bunun əsası kimi X 15nin kompyuterdə icra olunmuş və 30-cu Polis Şöbəsinin rəisinə ünvanlanmış ərizəsi, yəni şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə xahişi nəzərə alınmış, lakin həmin ərizəni də müdafiəçi sadəcə imzalamış, şübhəli şəxsin bu müraciəti üzrə isə heç bir protokol tərtib olunmamışdır. Eyni zamanda həmin ərizənin kim tərəfindən və nə vaxt alınması da müəyyən edilmir, şəxsi axtarışın aparılması zamanı isə X15yə CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquqlarının izah olunması 08 yanvar 2022-ci il tarixli protokolda göstərilsə də, ona müdafiəçinin xidmətlərindən “müvəqqəti olaraq” imtina etməməsinin səbəbləri, bu halın hansı məntiqi zərurətdən irəli gəlməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. X15nin ərizəsində göstərilmişdir ki, gələcəkdə onun hüquqlarının müdafiəsini da ha da keyfiyyətli həyata keçirə bilməsi məqsədi ilə o, müdafiəçisi Həsənov Bəkir Sabir oğlunun şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasında iştirakını zəruri hesab etmir, müdafiəçi Bəkir Həsənovun iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkətləri aparılmasına etiraz etmir. Lakin cinayət işinin materialları ilə müəyyən edilir ki, X15 orta məktəbi rus dilində oxuduğuna, həmçinin latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxumaqda çətinlik çəkdiyinə görə ona müstəntiq X1 tərəfindən yalnız 10 yanvar 2022-ci il tarixli qərarla rus dilini bilən tərcüməçi təyin edilmiş, həmçinin iş materiallarında olan X15yə aid olan izahatının sonunda onun adından yazılmış qeydlər kiril qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Göründüyü kimi, X15 latın qraf ikalı azərbaycan əlifbası ilə yazıb oxumağı bacarmır. Buna baxmayaraq, onun adından kompyuterdə yazılmış ərizədə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçi olmadan keçirilməsi barədə şübhəli şəxs X15nin xahişi qəbul edilmişdir ki, məhkəmə kollegiyası da bu xahişin X15nin özünün iradə ifadəsi kimi qiymətləndirilməsinə, habelə tərtib edilmiş ilkin sənədlərlə onun tanış olmasına, o cümlədən öz hüquqlarını bilməsinə şübhə ilə yanaşır ona görə ki, azərbaycan dilini mükəmməl bilməyərək və latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmadığına görə X15 cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxs hesab olunmalı və buna görə onunla bağlı aparılan bütün prosessual hərəkətlərin aparılmasında həm tərcüməçinin, həm də müdafiəçinin iştirakı, eyni zamanda tərtib edilmiş prosessual sənədlərin onun bildiyi dilə tərcümə olunaraq təqdim olunması məcburi şərt olmuşdur. Belə ki, CPM-nin 92.3.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. CPM-nin 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-nin 92.7-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. CPM-nin 92.12-c i maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5 (o cümlədən 92.3.4-m.k.), 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Bu tələblərə, eyni zamanda iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara əsasən, X15nin təhqiqat zamanı işgəncəyə, zorakılığa və qeyri insani rəfdara məruz qalması müəyyən edilməsinə baxmayaraq, təhqiqatçı X15nin ərizəsini qanunsuz olaraq qəbul etmiş və müdafiəçinin iştirakı mütləq şəkildə təmin olunmalı halda şəxsi axtarış istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan, yəni şübhəli şəxsin müdafiə hüququnun kobud şəkildə pozmaqla aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu baxımdan da latın qrafikası ilə yazıb-oxumağı bacarmayan X15nin 08 yanvar 2022-ci il tarixli ərizəni öz təşəbbüsü ilə könüllü yazması inandırıcı və qanuni müraciət kimi qəbul edilə bilməz. Qeyd olunan hallar qanunvericiliyin aşağıdakı tələbləri baxımından təhlil edildikdə X15nin üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-nin 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak eməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da X15nin hazır ki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-nin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüyü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətin i aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur. İş materiallarından göründüyü kimi, X15nin üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək və sonuncunun latın qrafikası ilə yazıb-oxuya bilməməsi barədə məlumat verməyərək bu istintaq hərəkətinin aparlmasında iştirak etmək vəzifəsini, habelə özünün də şübəhli şəxsin müdafiə hüqununun təmin edilməsi vəzifəsini daşıdığını ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan ərizəyə əsaslanaraq şübhəli şəxsin üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə həmin istintaq hərəkətinin aparılmasının, habelə X15nin b arəsində həyata keçirilmiş əməliyyat tədbirinin nəticələrinə əsasən toplanmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 246.1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-nin 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzər ində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pu lsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessua l funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərə kəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmər əli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübhəli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstə ntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı ). İş materiallarından göründüyü kimi, Elmik Nəzərlinin ərizəsini əsassız olaraq qəbul etmiş təhqiqatçı belə qərar da çıxarmamışdır. Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-nin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-nin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hə min Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-nin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-nin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiə çi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası X15 08 yanvar 2022-ci il tarixdə saxlanılaraq Polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yalnız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi (birinci instansiya məhkəməsindən fərqli olaraq) bu hala diqqət yetirməklə, ona qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüq uqi qiymət vermişdir. Məhkəmə kollegiyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı X15nin hüquqlarının müdafiə olunması 09 saylı Vəkil Bürosunun vəkili B.S.Həsənova həvalə edilərək sonradan o, təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif isintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış və sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş, hətta X15nin 10 yanvar 2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsində verdiyi izahatını nəzərə almayaraq sonuncunun göstərdiyi halların araşdırılmasına təşəbbüs göstərməmiş, bununla bağlı heç bir vəsatət qaldırmamış və yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdirdir. Belə olan halda vəkil B.S.Həsənov tərəfindən X15nin hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, X15yə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli s ürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən ibtidai araşdırma orqanı ilə yanaşı dövlət ittihamçısı N.Q.Əliyevin də əsas və mötəbər sübut hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan daha sonra görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı X15nin üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə heroin olması ilk olaraq yalnız şübhəli şəxsin izahatına əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin prtokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Buna görə təsadüfi deyil ki, CPM-nin 128.3-cü maddəsinə əsasən, əşyanı n maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-nin 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin q ablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-nin 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Buna görə təsadüfi deyil ki, CPM-nin 245.8-ci maddəsində axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərə kətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, X15nin şübhəli şəxs qismində tutulması 08 yanvar 2022-ci il tarixdə saat 19.00-dan 19.10-dək rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 10 yanvar 2022-ci il tarixdə saat 10.00-dan 10.40-dək, yəni otuz doqquz saat keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-nin 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmiş, lakin buna əsas olmuş səbəblər də yolverilməz sübutlar əsasında ittiham hökmü çıxarmış bi rinci insansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Halbuki, CPM-nin 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin, bu haqda tərtib edilmiş 08 yanvar 2022-ci il tarixli protokolun, habelə bundan sonra məhz bu istintaq hərəkətinə əsasən ibtidai araşdırma zamanı toplanmış bütün sübutların CPM-nin 125.2-ci maddəsinin tələbləri baxımından yolverilməz sübutlar olması barədə nəticəyə gəlmək üçün əsas verir. Apellyasiya instansiyası məhkəməsinin də bu haqda gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası daha sonra qe yd edir ki, X15nin hələ ibtidai araşdırma zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə və təqdimata Suraxanı Rayon Məhkəməsində baxılarkən, habelə apellyasiya instansiyası məhkəməsində dindirilərkən onun tutulması zamanı polis əməkdaşları tərəfindən zorakılığa və şərəf və ləyaqətini alçaldan pis rəftara məruz qalması barədə verdiyi izahatı və ifadələri heç də əsassız olmamış və onun bu bəyanatı apellyasiya şikayətinə məhkəmə baxışı zamanı əldə edilmiş mötəbər sübutlarla təsdiq olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, o, polis əməkdaşları tərəfindən ona qarşı tətbiq edilmiş işgəncələrə dözməyərək 08 yanvar 2022-ci il tariхdə şəxsi axtarış və götürmə aparılarkən izahat, həmçinin 10 yanva r 2022-ci il tarixdə şübhəli şəхs qismində, 10 yanvar və 24 may 2022-ci il tariхlərdə təqsirləndirilən şəхs qismində dindirilərkən təzyiq altında özünə qarşı ifadələr vermiş, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həkim tərəfindən müayinə edilərək, aldığı xəsarətlər tibb kitabçasında qeyd edilmiş, lakin 3 saylı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən həmin məlumatlar araşdırılması üçün müvafiq istintaq qurumuna göndərilməmiş, bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Bu iddianı yoxlamaq məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən X15nin ona ibtidai araşdırma zamanı təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi barədə apellyasiya şikayətində və ifadələri ndə göstərilənləri yoxlamaq məqsədi ilə onun barəsində olan 0982 saylı şəxsi işi və 760/2022 saylı Tibb kitabçası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından tələb edilərək götürülmüş və məhkəmə iclasında həmin sənədlər ədqiq olunmuşdur. Sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, X15nin barəsindəki Tibb kitabçasının “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar”ı əks etdirən 12-ci qrafasında “həbs olunan zaman xəsarət aldığını bildirir, xəsarət əlamətləri inkar olunmadı” qeydi; "baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri" 13-cü qrafısında "sağ said nahiyədə çoxlu sıyrıq, sol said nahiyədə çoxsaylı, sol səthdə çapıq toxumalar”nı əks etdirən 14-cü qrafasında “vəziyyəti kafidir, şikayəti yoxdur” qeydləri aparılmışdır. Bundan başqa, bəraət almış şəxsin 0982 saylı şəxsi işindəki materiallarına baxış keçirilərkən X15də aşkar edilmiş “sağ said nahiyədə çoxlu sıyrıq, sol said nahiyədə çoxsaylı, sol səthdə çapıq toxumalar”la bağlı xəsarətlər haqqında Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən araşdırılması üçün müvafiq istintaq qurumuna göndərilməsi barədə məlumatların olması müəyyən edilməmişdir. Araşdırdığı bu hallar əsasən, apellyasiya instansiyası məhkəməsi tamamilə qanuni və əsaslı olaraq belə qənaətə gəlmişdir ki, X15 ibtidai istintaq zamanı 08 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılarkən tam sağlam olmuş, sonradan 12 yanvar 20 22-ci il tarixdə Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədənində aşkar edilmiş “sağ said nahiyədə çoxlu sıyrıq, sol said nahiyədə çoxsaylı, sol səthdə çapıq toxumalar”ndan ibarət xəsarətlər aşkar edildiyindən o, ittiham hökmünün əsasına qoyulmuş izahat və ifadələri, o cümlədən 08 yanvar 2022-ci il tarixdə onun üzərində şəxsi axtarışın aparılması zamanı aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə izahatı zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi nəticəsində vermiş və buna görə də bütün bu sübutlar qanunsuz, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə edildiyindən həmin sübutlar ittihamın əsası kimi qəbul oluna bil məz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə də razılaşır və ilk növbədə qeyd edir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələri nin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etm əklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avr opa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorlu q orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarıda olan sənədlərdən X15nin saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis şöbəsinə gətirilməsindən əvvəl üzərində xəsarətlərin olması ilə bağlı hər ha nsı qeyd olunması görünmür, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da X15ni saxlayarkən sonuncuda xəsarətlərin olmasını müşahidə etdiklərini bildirməmişlər. Bundan başqa, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşlarının həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsi və təhlil olunmasını zəruri hеsab еdir. Bеlə ki, iş materiallarından göründüyü kimi, X15yə CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın elan olunmasına və onun həmin maddə ilə təqsirli bilinərək məhkum edilməsinə əsas kimi ibtidai araşdırma orqanı ittiham aktında, birinci instansiyası məhkəməsi isə itti ham hökmündə şahid qismində dindirilmiş polis əməkdaşları - Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 və Şahid2 ifadələrinə əsaslanmışlar. Bu şəxslərin ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, adları çəkilən polis əməkdaşları X15nin saxlanılaraq polis şöbəsinə gətirilməsinə və onun üzərində axtarışın aparılması barədə şahid kimi ifadə vеrmişlər və həm ibtidai araşdırma orqanı, həm də birinci instansiya məhkəməsi X15nin təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərlərindən qaçırmışlar ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, X15nin isə satış məqsədilə narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-nin 234.43-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan halların müəyyən edilməsi məqsədilə nə ibtidai araşdırma orqanı, nə də ki birinci instansiya məhkəməsi heç bir sübut əldə etməmiş, bununla bağlı məhz həmin halları təsdiq edə bilən və maraqları olmayan şəxslər dindirilməmişlər. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda apellyasiya instansiyası məhkəməsinin polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşmasını haqlı hesab edir və qeyd edir ki, X15nin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsas ən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X15yə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə X15nin hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən bu nəticəni təsdiq edən bütün sübutları araşdırdığını, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X15yə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı N.Q.Əliyevin kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X15nin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsinə dair Bakı Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilməsin. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar