Məhkəmə qərarları › İş №1(102)-1105/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1105/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1105/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli hökmü ilə Bəraət almış şəxs Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli 1(124)-10/2024 nömrəli (hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşamış Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə həmin Məcəllənin 42.1.4cü maddəs inə əsasən onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi, onun təqsirsiz hesab olunması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və dərhal həbsdən azad edilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri məsələlər həll olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 1(105)-520/2024 nömrəli (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi ilə), Əsgərova Ruhiyyə Orucəli qızı və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli hökmü apellyasiya p rotestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 7 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 1 ədəd bükümdə, təmiz çəkisi 14,450 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 8,860 qram külli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 8 aprel 202 2-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyataxtarış tədbirləri zamanı saxlanılaraq Abşeron RPİ-yə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş həmin 1 ədəd bükümdə 14,450 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 1 ədəd bükümdə 8,860 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, eləcə də əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmələr isə yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Bəraət almış şəxsə CM-in 234.4.3-cü maddəsi ilə əsassız verilmi ş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Bəraət almış şəxsin məhkəmə baxışı zamanı özünü müdafiə xarakterli verdiyi ifadə, məhkəmə kollegiyası tərəfindən əsassız olaraq yeganə sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz qərarın əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs Bəraət almış şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən sərbəst ifadə vermiş, bütün qeyd edilən dindirmələrdə təqsirləndirilən şəxsin müdafiə hüququ qorunub saxlanılmış, müdafiəçi ilə təmin edilmiş və sərbəst ifadə vermiş, baş vermiş cinayəti sərbəst formada təsdiq etmişdir. Lakin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu ifadələrini sübut kimi qəbul etməmiş, həmin sübutların mötəbərsizliyinin nədən ibarət olmasını yekun qərarda qeyd etməmişdir. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Bəraət almış şəxsin üzərindən narkotik vasitə heroin aşkar olunduğunu, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmadığını göstərmişlər. Şahidlərin ifadələri arasında heç bir ziddiyyət olmamışdır. Habelə, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməsi digər sübutlarla da təsdiq edilmişdir. Bəraət almış şəxsin Abşeron RPİ-yə aparılarkən tam sağlam olması, sonra dan onun bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirilməsi və buna görə də Bəraət almış şəxsdən ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiqi edilməsi ilə alınması və buna görə də həmin ifadələrin ona qarşı ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməməsi barədə məhkəmə kollegiyasının gəldiyi qənaət də düzgün olmamışdır. Belə ki, qeyd olunanlarla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və Bəraət almış şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, qeyriinsani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması, şərəf və ləyaqətinin alçaldılmağı ilə bağl ı göstərdikləri öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, məhkəmə Bəraət almış şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalmasını istisna edən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qüvvədə olan qərarın olmasına baxmayaraq, əsassız olaraq ondan ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin ona qarşı ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan SMS-lər, şəxsi axtarış zamanı Bəraət almış şəxsdən aşkar olunmuş bank kartları ilə aparılmış əməliyyatlar barədə məlumatlar əldə edilmiş və məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Bəraət almış şəxsin istifadəsində olan mobil telefon nömrələrinə tutulduğu günədək narkotik vasitə və psixotrop maddələrin satışını ehtiva edən çoxsaylı SMS-lər daxil olmuş, həmçinin bank kartlarına tutulduğu günədək mütəmadi müxtəlif məbləğlərdə pul vəsaitləri daxil olmuşdur. Eyni zamanda narkotik vasitələrin satışını ehtiva edən SMS-lərlə bank kartlarına mədaxil olunan pul vəsaitləri vaxt baxımından paralel şəkildə olmuşdur. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və b unun nəticəsi olaraq Bəraət almış şəxsə CM-in 234.4.3-cü maddəsi ilə verilmiş əsassız bəraət hökmünü qüvvədə saxlanmışdır Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarının ləğ v edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs çıxış edərək, verilmiş kassasiya protestinin tamamilə əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Bəraət almış şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haq qında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökmü çıxardığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığın ı yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Bəraət almış şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə mötəbər sübutların məcmusuna əsaslanmamış, Bəraət almış şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və məhkəmələr tərəfindən gəlinən nəticə aşağıda göstərilənlərə istinad olunmaqla əsaslandırılmışdır. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 8 aprel 2022-ci il tarixli protokola əsasən Bəraət almış şəxs 8 aprel 2022-ci il tarixdə saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, X küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilib xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əyn ində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı narkotik vasitə-heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bəraət almış şəxs təqsirləndirilən şəxs qismində 10 aprel 2022-ci il tarixdə dindirilərkən ifadəsində üzərində narkotik vasitə və psixotrop maddə olmasını etiraf etsə də, cinayət işinin materiallarında olan Bəraət almış şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmənin həmin tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən, Bəraət almış şəxs hakim tərəfindən dindirilərkən məhkəmədə ona elan olunmuş ittiham üzə özünü təqsirli bilmədiyini, BNMİ-nin əməkdaşları Anar, Roma və adını bi lmədiyi, lakin üzdən tanıdığı daha 4 nəfər şəxs tərəfindən döyüldüyünü və narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, ona görə də təqdimatın təmin olunmamasını xahiş etmişdir. Məhkəmələr qeyd edilən hal üzrə araşdırma aparakən istinad etmişlər ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 4 49.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhk əməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların aydınlaşdırılması üçün müvafiq olaraq Abşeron rayonu Mərkəzi Xəstəxanasına və Azərbaycan Respublikası Ə dliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğular verilmiş, Abşeron Rayon Mərkəzi xəstəxanasından alınmış sorğuya cavabdan görünür ki, Bəraət almış şəxs 9 aprel 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və ona tibbi yardım göstərilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasından məhkəməyə göndərilmiş sənədlərin surətlərindən görünür ki, xəstə polis briqadasının müşayiəti ilə daxil olmuş, rentgenoloji müayinədən keçmiş, müvafiq sənədlər məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Bəraət almış şəxsin məhkəmə tibbi müayinədən keçirilməsinə dair ekspertizanın 11 aprel 2024-cü il tarixli 690 nömrəli rəyindən görünür ki, Bəraət almış şəxsin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmə miş, Bəraət almış şəxsin Abşeron rayon Mərkəzi Xəstəxanasında kliniki müayinəsi zamanı qoyulmuş diaqnoz “döş qəfəsinin yumşaq toxumalarının əziyi” xəsarətlə (qançır, sıyrıq, yara vəs) müşayiət olunmadığı üçün zərərvurma dərəcəsinin təyinində nəzərə alınmamışdır. Sözü gedən ekspert rəyinin anamnez hissəsində qeyd olunmuşdur ki, müayinə olunanın deməsinə görə, 8 aprel 2022ci il tarixdə, saat 19:00 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Xırdalan şəhərində tutularaq Abşeron Rayon Polis İdarəsinə aparılması zamanı xəsarət almışdır. Həmçinin şəxsin Abşeron rayonu Mərkəzi Xəstəxanasına 9 aprel 2022-ci il tarixdə, saat 11:20-də ağrı, nəfəs almanın çətinləşməsi, baş ağrıları şikayətləri ilə polis briqadasının müşayiəti ilə daxil olduğu da əks olunmuşdur. Cinayət işinin materiallarında olan Abşeron rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 11 iyun 2022-ci il tarixli qərarından görünür ki, Bəraət almış şəxsin izahatında 8 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində polis əməkdaşları tərəfindən tutularkən döyüldüyünü, sol qabırğasına zərbələr vurulduğunu, onu döyən polislərin adını bilmədiyini göstərmiş, lakin qərarın qəbul edilməsi üçün əsas kimi yalnız 10 may 2022-ci il tarixli 690 nömrəli rəy götürülmüşdür ki, həmin rəydə də Bəraət almış şəxsin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməməsi sonuncunun Abşeron rayon Mərkəzi Xəstəxanasında kliniki müayinəsi zamanı qoyulmuş diaqnozun “döş qəfəsinin yumşaq toxumalarının əziyi” xəsarətlə (qançır, sıyrıq, yara və s.) müşayiət olunmadığı üçün z ərərvurma dərəcəsinin təyinində nəzərə alınmaması ilə əsaslandırılmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından alınmış 8 may 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Müayinə zamanı rentgenoloji olaraq sol 10-cu qabırğanın yerdəyişməyən sınığı müşahidə edilmişdir. Həmçinin məhkumun tibbi kitabçasında həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar hissəsində Bəraət almış şəxsin həbs olunan zaman xəsarət aldığını bildirdiyi göstərilmişdir. Döş qəfəsi üzvlərinin rentgen müayinəsində isə hər iki ağ ciyərlərdə zəif fibroz kölgəliklər müşahidə olunduğu qeyd edilmişdir. O cümlədən, məhkəmə istintaqı zamanı məhkə mə-tibb ekspertizası təyin edilmiş, məhkəmə tibb ekspertizasının 24 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Bəraət almış şəxs qeyd olunan arxa xətti üzrə X qabırğanın yerdəyişməyən sınığı küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi, törənmə müddəti qərarda göstərilən tarixi inkar etmir və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bəraət almış şəxs qeyd olunan xəsarətin lokalizasiyasını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, yıxılma zamanı həmin nahiyənin küt əşyaya çırpılması nəticəsində yaranması daha inandırıcıdır. Dövlət ittihamçısı məhkəmələrin göstərilənlərə istinad etməklə məhkumun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmı ş ifadələrin zorakılıq, işgəncə və digər qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiqi edilməsi ilə alınmasına dair gəldikləri nəticə ilə razılaşmamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, Bəraət almış şəxs pis rəftara məruz qalmasına dair iddiası üzrə məhkəməyədək icraat dövründə Abşeron Rayon Prokurorluğunda araşdırma aparılmış və rayon prokurorluğunun müstəntiqi tərəfindən cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyun 2022-ci il tarixli (CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan) qərar çıxarılmışdır. Bu səbəbdən məhkəmələr qeyd edilən izahat və ifadələri, eləcə də Bəraət almış şəxs üzərində şəxsi axtarış aparılmasına və ondan narkotik vasitənin və psixotrop madd ənin götürülməsinə dair protokolu mümkün və mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmamışlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərtərəfl i və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Məhkəməyə dək icraatda Bəraət almış şəxs polis tərəfindən 8 aprel 2022-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Abşeron Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən CPM-in qeyd olunan normalarının tələbl ərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsa rətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın q aldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. Kassasiya protestində istinad olunan, döv lət ittihamçısının qənaətinə görə CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmələrin Bəraət almış şəxs barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları Abşeron Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxımdan hazırkı iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan deyil, müvafiq sübutlara, o cümlədə n Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından alınmış 8 may 2023-cü il tarixli sorğuya cavab məktubuna, məhkəmə tibb ekspertizasının 24 aprel 2024-cü il tarixli rəyinə, bu materiallarla uzlaşan Bəraət almış şəxs verdiyi məlumatlara əsasən müəyyən etdikləri faktdan – Bəraət almış şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən xəsarətlərin olmasından, ittiham tərəfinin isə məhkəmədə (o cümlədən, Abşeron Rayon Prokurorluğunda səthi aparılmış “araşdırma” nəticəsində çıxarılmış qərarla) Bəraət almış şəxs üzərində olan həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən və ya bədən səthində xəsarət aşkar edilməməsi barədə dəlillər gətirə bilməməsindən, eyni zamanda Avropa İnsan Hüqu qları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən çıxış edərək Bəraət almış şəxs saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etməsi və cinayət işində qeyd olunan narkotik vasitənin və psixotrop maddənin Bəraət almış şəxs aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Həmçinin o da qeyd edilməlidir ki, Bəraət almış şəxsin məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli 2761 nömrəli rəyinə əsasən narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsd iqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq Bəraət almış şəxs təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirilən dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 iyun 2022-ci il tarixli qərarını əsas götürməyərək mötəbər hesab etmişdir. Azərbaycan Respublikası CPМ-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etd iyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125. 2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;... 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın s übut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul e dilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Qeyd olunan hallar isə özü-özlüyündə Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “şəxsi axtarış və götürülmə aparılması haqqında” 8 aprel 2022-ci il tarixli protokolunun və yekunda isə onunla əlaqədar keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022- ci il tarixli, 6/1964 nömrəli rəyinin həqiqiliyinə şübhə yaratdığından, onlar məhkəmə kollegiyaları tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərində təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan SMS-lərdə Bəraət almış şəxsin tutulduğu günədək narkotik vasitə və psixotrop maddələrin satışını ehtiva edən çoxsaylı SMS-lərlə, sonuncudan aşkar olunmuş “**** ***** **** ****” rəqəmləri əks olunmuş Kapital Banka məxsus plastik bank kartı və Leobanka məxsus üzərində “4098 ***** **** ****” rəqəmləri əks olunmuş bank kartlarına tutulduğu günədək mütəmadi müxtəlif məbləğlərdə pul vəsaitləri daxil olması narkotik vasitələrin satışını ehtiva edən SMS-lərlə bank kartlarına mədaxil olunan pul vəsaitləri vaxt baxımından paralel şəkildə olmasına dair dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, təqsirləndirilən şəxsə narkotik vasitələrin satışını ehtiva edən mesajların gəlməsi, eləcə də Bəraət alm ış şəxsin istifadəsində olan iki ədəd plastik kartlara müxtəlif vaxtlarda təyinatı müəyyən olunmamış (ehtimallara əsaslanan) mədaxil və məxaric əməliyyatları həyata keçirilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törə dilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təs viri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, Bəraət almış şəxs məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gə ldiyi nəticəni mübahisələndirərkən mötəbər sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlənlərə əsasən, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mü mkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə birinci instansiya məhkəməsinin hökmünün həmin hissədə qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar