Məhkəmə qərarları › İş №1(102)-1106/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1106/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1106/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən ), N.N.Mirzəyev və B.M.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 30 noyabr 2021-ci ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), E.Ş.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum 18 mart 2021-ci il tarixdə saat 01:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 256-cı kilometrində idarə etdiyi “Wolksvagen Crafter” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gürcüstan sərhədi istiqamətində 90-100 km/saat sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin – ötmə və ya yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalıdır kimi tələblərini pozaraq qarşıda eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ötən zaman sağa manevr edərək “Wolksvagen Crafter” markalı avtomobili “ZİL-133” markalı avtomobilin arxa hissəsi ilə toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan “Volksvagen Crafter” markalı avtomobildə olan sərnişinlər X5 açıq kəlləbeyin travması, alın sümüyünün çoxqəlpəli sınığı, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, beynin sərt qişasının cırılması, başın yumşaq qatının iç səthinə, alın nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, burun sümüyünün, üzün sağ almacıq sümüyünün sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, alın nahiyəsinin yarası, sağ budun orta 1/3-nin ön səthinin yarası, sağ diz oynağının ön səthinin yarası, üzün sol nahiyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirərək ölümünə, X3 qapalı kəllə-beyin travması, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, sol gicgah nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, sol gicgah nahiyəsinin, qaşarası nahiyənin, alt dodağın yaraları, alnın sağ nahiyəsinin, sağ əlin üst səthinin, sağ di zaltı nahiyənin sıyrıqları kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirərək ölümünə, Zərərçəkmiş şəxs1 alnın sağ nahiyəsinin yarası, sağ qaşın bayır ucu nahiyəsinin yarası xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs2 11570 (on bir min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla “Wolksvagen Crafter” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 1757 (min yeddi yüz əlli yeddi) manat məbləğində ziyan vurmaqla “ZİL-133” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə və iki şəxsin ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 16 fevral 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş üzrə yüngülləşdirici halları, o cümlədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, əməlini etiraf edib səmimi peşmanlıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, habelə iş üzrə ağırlaşdırıcı halların olmamasını məhkəmələr kifayət qədər nəzərə almayaraq təqsirləndirilən şəxsə ağır cəza təyin etmişlər. Müdafiəçi hesab edir ki, qeyd olunanlar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi, CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aş ağı həddə cəza təyin edilməlidir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikay əti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 202 2-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar