Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1106/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və bəraət verilmiş Şəldiyev Elməddin Məmməd oğlunun iştirakları ilə, Şəldiyev Elməddin Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci ma ddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Əkbərov Tərlan Xanəli oğlu) 17 avqust 2022-ci il tarixli hökmü ilə 05 dekabr 1984-cü il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Sarov ərazi dairəsi Sarov kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan Şəldiyev Elməddin Məmməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əm əlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şübhəli şəxs qismində 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şəldiyev Elməddin Məmməd oğlunun yaşadığı ünvan 1 ünvanını axşam saat 03:00-dan səhər saat 09:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri əraz isini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs Şəldiyev Elməddin Məmməd oğlunun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Zeynalov Əbülfəz Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəldiyev Elməddin Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-301/2022 saylı, 17 avqust 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Elməddin Şəldiyevin müdafiəçisi Əbülfəz Zeynalov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmişdir. Şəldiyev Elməddin Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Şəldiyev Elməddin Məmm əd oğlu barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Elməddin Şəldiyevə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət- Prosessual-Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən Şəldiyev Elməddin Məmməd oğlu 2021-ci ilin may ayından başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982; Y4481211 coğrafi koordinatda yerləşən, dövlət mülkiyyətində olan, təxmin ən 0,03 ha torpaq sahəsinin üzərində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işləri aparmaqla orada 4 otaqdan ibarət kürsülü birmərtəbəli fərdi yaşayış evi tikmiş və hazırkı dövrə qədər davam edən qəsdən cinayətlə əhatə olunan tikinti-quraşdırma işləri görərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə qərarına əsasən zərər çəkmiş hüquqi şəxs kimi tanınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və həmin xidmətin nümayəndəsi Zeynalov Sahib Eyvaz oğlu mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyy ətinə aid olmasını təsdiq edən sübutu, yəni torpağın dövlət mülkiyyəti kimi qeydə alinması haqqında çıxarışı təqdim edə bilməmişdir. Bu hal isə torpaq sahəsinə dövlət mülkiyyətinə dair hüququn qanunda göstərilən qaydada yaranmamasını təsdiq edir. Verilmiş ittihamda isə Şəldiyev Elməddin Məmməd oğlunun törətdiyi İctimai təhlükəli əməlin qəsd etdiyi obyekti kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında olan, Dövlət torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququ göstərilmişdir. Bundan başqa verilmiş ittiham üzrə cinayətin obyektiv cəhəti kimi dövlət mülkiyyətinə aid zərər çəkmiş hüquqi şəxsə məxsus torpaq sahəsini özbaşına tutması, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozması və həmin to rpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi göstərilir. İşin bu halını təsdiq edən sübut kimi işin 12-ci vərəqinə əlavə edilmiş 06 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin əməkdaşları - məsləhətçi-müfəttiş Zeynalov Sahib Eyvaz oğlu, böyük məsləhətçi-müfəttiş İsmayılov Zahid Nəvazi oğlu və məsləhətçi Əhmədov Sərxan Fərasət oğlu tərəfindən tərtib edilmiş akt əsas götürülür. Məhkəmə kollegiyası həmin aktı mötəbər sübut kimi qiymətləndirmir. Qanunvericiliyin də tələbinə əsasən, yalnız hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatını nəzərdə tutulmuşdur. Dövlətin mülkiyyətində olan torpaq sahələrinin isə torpaq kadastrı müəyyən edilmişdir. Dövlət mülkiyyətin də olan torpaqlara dövlət mülkiyyəti kimi qeydə alınması haqqında çıxarışın verilməsi kimi yanaşma məhkəmə kollegiyasının qanunvericiliyin tələbindən irəli gəlməyən absurd yanaşmasından başqa bir şey olmamışdır. Bundan başqa, qeyd olunmalıdır ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma cinayətinin obyektiv cəhətinin nə əsas, nə də ki fakultətiv elementləri sırasında torpağın məqsədli təyinatı və hüquqi rejimini müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası özünün qanunsuz və əsassız hökmünü əsaslandırmaq üçün torpağın məqsədli təyinatı və hüquqi rejimininin müəyyən edilməməsinə istinad etməsi tamamilə əsassızdır. Şəldiyev Elməddin Məmməd oğlunun dövlət mülkiyyətinə aid zərər çəkmiş hüquqi şəxsə məxsus torpaq sahəsini özbaşına tutması, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozması və həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa etməsi, 06 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin əməkdaşları məsləhətçi- müfəttiş Zeynalov Sahib Eyvaz oğlu, böyük məsləhətçi-müfəttiş İsmayılov Zahid Nəvazi oğlu və məsləhətçi Əhmədov Sərxan Fərasət oğlu tərəfindən tərtib edilmiş aktla, o cümlədən İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Hüseynzadə Orxan Şakir oğlu tərəfindən 17 may 2022-ci il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir. Lakin, məhkəmə kollegiyası 06 yanvar 2022-ci il tarixli aktı mötəbər sübut kimi qiymətləndirməsəd ə, 17 may 2022-ci il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokola ümumiyyətlə qiymət verməmişdir. Belə olan halda isə Şəldiyev Elməddin Məmməd oğlunun dövlət mülkiyyətinə aid zərər çəkmiş hüquqi şəxsə məxsus torpaq sahəsini özbaşına tutması, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozması və həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa etməsini təsdiq edən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Hüseynzadə Orxan Şakir oğlu tərəfindən 17 may 2022-ci il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokol mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hansı səbəbdən 06 yanvar 2022-ci il tarixli aktı mötəbər sübut kimi qiymətləndirməməsini öz hökmündə əsaslandıra bilməmişdir. Şəldiyev Elməddin Məmməd oğlu torpaq üzəində nə mülkiyyət, nə istifadə, nə də ki, icarə hüququnu qanunla müəyyən edilmiş qaydada əldə etməmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası özü subyektiv və qanunsuz mülahizələrə əsaslanaraq şəxs barəsində tamamilə əsassız və qanunsuz bəraət hökmü çıxarmışdır. Apellyasiya Məhkəməsi cinayət-prosessual qanunvericiliyin normalarının tələblərinə riayət etməyib, ibtidai araşdırma zamanı əldə olunmuş və hər iki məhkəmə instansiyasında tədqiq edilmiş işin obyektiv hallarına uyğun olan sübutları düzgün qiymətləndirməmişdir. Kassasiya protestində Şəldiyev Elməddin Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız h üquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Şəldiyev Elməddin Məmməd oğluna Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən e dilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndin ə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş o lmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Apel lyasiya məhkəmə kollegiyası ittihamın əsasını təşkil edən sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrıayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, cinayət işinin materialları ilə Şəldiyev Elməddin Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ittiham olunması və birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilinərək məhkum edilməsi üçün əsas kimi, Elməddin Şəldiyevin 2021-ci ilin may ayından başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982; Y4481211 coğrafi koordinatda yerləşən, dövlət mülkiyyətində olan, təxminən 0,03 ha torpaq sahəsinin üzərində Azərbaycan Respublikasının Şəhərs alma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işləri aparmaqla orada 4 otaqdan ibarət kürsülü birmərtəbəli fərdi yaşayış evi tikməsi və hazırkı dövrə qədər davam edən qəsdən cinayətlə əhatə olunan tikinti-quraşdırma işləri görərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq üzərində mülkiyyət hüququnu pozması göstərilmişdir. Elməddin Şəldiyev tərəfindən Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozulması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən hazırki cinayət işinin obyektiv araşdırılması təmin olunmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından şüb hə doğuran sübutlara istinad edilərək məhkum edilmiş şəxsin təqsirliyi məsələsində səhv nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cinayət işinini materiallarına müraciət etməklə aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin iclasında məhkum edilmiş şəxs Şəldiyev Elməddin Məmməd oğlu özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 31 may 2021-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq qəsəbəsi ərazisində 8.000 manata 3 sot topraq sahəsini almışdır. Həmin torpaq sahəsini etibarnamə əsasında Xəzər rayonun notariatinda ona verilmiş etibarnaməyə əsasən almışdır. Həmin torpaq sahəsində 2021-ci ilin mayından başlayaraq fərdi yaşayış evinin tikintis inə başlamışdır. Amma daha sonra tikintini dayandırmışlar ki, Əmlak Məsələləri Dövlət Xidmətindən şikayət var. O, da Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinə yaxınlaşmışdır. 2 gün onu həbs etmişlər. Daha sonrada işini məhkəməyə göndərmişlər. Ona orada bildirmişlər ki, "sən özbaşına tikinti işləri aparırsan”. Lakin özbaşına tikili deyildi. Hasarın ətrafında evlər və məktəb var idi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zeynalov Sahib Eyvaz oğlu ifadə verərək göstərmişdir ki, tərəflərindən 06 yanvar 2022-ci il tarixində Bakı şəhəri Xəzər rayonu ərazisində monitorinq həyata keçirilmişdir. Monitorinqi Azərb aycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin əməkdaşları - məsləhətçi-müfəttiş kimi o, böyük məsləhətçi-müfəttiş İsmayılov Zahid Nəvazi oğlu və məsləhətçi Əhmədov Sərxan Fərasət oğlu həyata keçirmişlər. Monitorinq zamanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində, 39T421982, Y4481211 koordinatlarda yerləşən, dövlət mülkiyyətinə aid 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Tərəflərindən aparılmış araşdırma zamanı Şəldiyev Elməddin Məmməd oğlu tərəfindən tikinti işlərinin aparılması aşkar olunmuşdur. Həmin zaman vətəndaş Elməddin Şəldiyev orda olmamış, ustalarla söhbət aparılmışdır. Onunla mobil nömrəsinə zəng çatmadığı üçün əlaqə saxlam aq mümkün olmamışdır. Onlar əlaqə nömrəsi də vermişlər ki, onlarla Elməddin Şəldiyev əlaqə saxlaya bilsin. Ola bilsin ki, ustalar nömrəni ona vermədiyi üçün onlarla əlaqə saxlaya bilməmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. Bununla bağlı da 06 yanvar 2022-ci il tarixində Şəldiyev Elməddin Məmməd oğlu tərəfindən tikinti işlərinin aparılmasına dair müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadan aparıldığı üçün akt tərtib edilmişdir. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Fətəliyev Məhərrəm Qabil oğl u ifadəsində göstərdi ki, o, Şəldiyev Elməddin Məmməd oğlunu əvvəllər tanımamışdır. Elməddin Şəldiyevlə 2021-ci ilin may ayında torpaq sahəsini satarkən tanış olmuşdur. Onu iki ilə yaxındır ki, tanıyır. O, Bakı şəhəri, Binə qəsəbəsində Məmmədov Balahüseyn Mirzə oğlunun adından adı yadında qalmayan şəxsdən etibarnaməyə əsasən 10 sot torpaq sahəsi almışdır. Həmin torpaqda iş görə bilmədiyindən torpağın 3 sotunu 31 may 2021-ci ildə etibarnaməyə əsasən Elməddin Şəldiyevə 8.000 manata satmışdır. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şıxalıyev Əfqan Əhməd oğlu ifadəsində göstərmişdir ki, o, Elməddin Şəldiyevi qonşu olduğuna görə tanımışdır. Onlara qonşu gələndən sonra tanımışdır. Təxminən 1 il olardı.Torpaq sahəsini alandan sonra ətrafda hamı onu tanımışdır. O, özü də ord an topaq sahəsini etibarnamə vasitəsi ilə almışdır. Elməddin necə alıbsa o, də həmin qaydada almışdır. Ona heç kim orda torpaq sahəsi tikilməsinin qadağan olduğunu deməmişdir. İşıqçının dediyinə görə orda 35.000 sayğaclı evlər var. Gör indi sayğacı qoşulmamış nə qədər evlər var. O, işıq, su və qaz sayğaclarını qoşdurmuşdur. Heç kim də ona heç nə deməyib. Qeyri-qanunu heçnə etməmişdir. 2014-cü ildə torpağı almış, 2 ay sonra tikintiyə başlamış, 2016-cı ildə də evə köçmüşdür. 1 il yarıma tam hazır etmişdir. Yarımçıq olanda da heç kim narahat etməyib. Həmin ərazi düz küçədir və küçənin hər iki tərəfində yaşayış evləri var. 2 sot torpağı 500800 manata almış və ev tikmişdir. Ev tikdiyinə görə ona heç kim, heç nə deməyib. O, evin tikintisində yoldaşı və atası ilə işləmişdir. Ola bilsin buna görə heç kim nəsə deməyib ona. Elməddin Şəldiyevlə onun evi arasında təxminən 60-70 metr məsafə var. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin əməkdaşları - məsləhətçi- müfəttiş Zeynalov Sahib Eyvaz oğlu, böyük məsləhətçi-müfəttiş İsmayılov Zahid Nəvazi oğlu və məsləhətçi Əhmədov Sərxan Fərasət oğlu tərəfindən tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982, Y4481211 koordinatlarda yerləşən, dövlət mülkiyyətində olan təxminən 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı Şəldiyev Elməddin Məmməd oğlu tərəfindən tikinti işlərinin aparılmasına dair müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib- keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Hüseynzadə Orxan Şakir oğlu tərəfindən 17 may 2022-ci il tarixdə keçirilmiş baxış keçirilməsi haqqında protokolda n görünür ki, Şəldiyev Elməddin Məmməd oğlu tərəfindən tikinti işləri Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982, Y4481211 koordinatlarda yerləşən, dövlət mülkiyyətində olan təxminən 0,03 ha torpaq sahəsində aparılmışdır. Həmin torpaq sahəsində 4 otaqdan ibarət birmərtəbəli kürsülü yaşayış evi inşa edilmişdir. Həmçinin Elməddin Şəldiyev bildirmişdir ki, həmin torpaq sahəsini 2021-ci ildə Fətəliyev Qabil Məhərrəm oğlundan 2.000 manata almış, 2021-ci ilin may ayından etibarən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamış, evin tikintisini başa çatdırmadığına görə, həmin evdə yaşayış yoxdur. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 184 saylı Sərəncamının surətindən görünür ki, vətəndaş Məmmədov Balahüseyn Mirzə oğluna Bak ı şəhəri Xəzər rayonu Binə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 15,0 ha torpaq sahəsi və onun ətrafını abadlaşdıraraq orada sahibkarlıqla məşğul olmaq məqsədilə icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Sərəncamda rayon İH Başçısı aparatının "Rayon Təsərrüfatı” şöbəsinə vətəndaş Məmmədov Balahüseyn Mirzə oğlu ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinin bağlanmasını təmin etmək tapşırılmışdır. 31 may 2021-ci il tarixli, notariat qaydada təsdiq edilmiş AR-İİ № 071061 saylı etibarnamədən görünür ki, Məmmədov Balahüseyn Mirzə oğlu sərəncamla ona ayrılmış torpaq sahəsindən 5,0 ha torpaq sahəsinə dair hüquqlarını etibarnamə əsasında Fətəliyev Məhərrəm Qabil oğlu adlı şəxsə, Məhərrəm Fətəliyev isə ona a yrılmış 5,00 ha torpaq sahəsindən 300 kv. metr hissəsinə dair hissədə səlahiyyətlərini Şəldiyev Elməddin Məmməd oğluna həvalə etmişdir. Verilmiş etibarnaməyə əsasən Elməddin Şəldiyevə qeyd edilən 300 kv.m. torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanlarında etibar edəni təmsil etmək, zəruri sənədlər toplamaq, müvafiq sənədləri aidiyyatı orqanlara təqdim edib təhvil almaq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr planı almaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən icarə hüququna dair çıxarış almaq, 1 nömrəli arayış almaq, ərizə vermək, imza etmək, gələcəkdə icarə hüququna dair sərəncam vermək, satmaq, buna dair müqaviləyə imza etmək, pulunu almaq və bu tapşırığın yerinə yetirilməs i ilə əlaqədar olan bütün hərəkətləri etmək etibar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Cavid Orucovun xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Məmmədov Balahüseyn Mirzə oğluna Bakı şəhəri, Binə qəsəbəsində icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin hər hansı hüquq növü üzrə onun adına dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci tarix li **********82 saylı cavab məktubunun görünür ki, Bakı şəhəri, Xəzər rayonu 39T421982; ******* nömrəli koordinatlarda yerləşən 0,03 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma isə Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti n tərkibini yaradır. Qeyd olunmalıdır ki, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə, "Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” cinayət əməlinin tərkibini yaradır. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Şəldiyev Elməddin Məmməd oğluna verilmiş ittihamda onun qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla mülkiyyət hüququnu pozması qeyd olunsa da, istintaq orqanı tərəfindən torpaq sahəsinin kateqoriyası, o cümlədən həmin torpaq sahəsinin məhz dövlət mülkiyyətinə aid olan Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olub-olmaması dəqiq müəyyən edilməmiş, sonuncu tərəfindən torpaq sahəsinin hansı qaydada əldə edilməsi, torpaqdan istifadəyə aid hansı hüquqmüəyyənedici sənədlərinin olması araşdırılmamışdır. Həmçinin iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zeynalov Sahib Eyvaz oğlu Elməddin Şəldiyevin 2021-ci ilin may ayına əldə edib tikinti işləri apardığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982; Y448l2l1 coğrafi koordinatda yerləşən 0,03 ha torpaq sahəsinin Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğunu qeyd etsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci tarixli **********82 saylı cavab məktubunda həmin torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid olması göstərilmiş, bununla belə torpaq sahəsinə dair hər hansı sərhədlərin dəqiq müəyyən edilməsini təsdiq edən plan və xəritə, habelə torpağın dövlət mülkiyyətinə aid olması barədə çıxarış məktuba əlavə edilməmişdir. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəldiyev Elməddin Məmməd oğlu Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 39T421982; Y4481211 coğrafi koordinatda yerləşən 0,03 ha torpaq sahəsini 2021-ci ilin may ayında Fətəliyev Məhərrəm Qabil oğlu ndan pul müqabilində satın almış, sonuncu isə Elməddin Şəldiyevə həmin torpaq sahəsinin və onun ətrafının abadlaşdıraraq orada sahibkarlıqla məşğul olmaq məqsədilə icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsini təsdiq edən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 184 saylı Sərəncamına əsaslanmış səlahiyyətləri ötürməsi barədə 31 may 2021-ci il tarixli etibarnamə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sözügedən Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Elməddin Şəldiyevin qeyd olunan Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamış, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edilən normaların tələbləri baxımından kassasiya protestinin dəlillərini araşdırıb belə hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144, 145.1 və 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə bir-biri ilə müqasiyəli şəkildə qiymət verərək üzrə zərər çəkmiş hüquqi şəxs kimi tanınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və həmin xidmətin nümayəndəsi Zeynalov Sahib Eyvaz oğlu mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını təsdiq edən sübutu, yəni torpağın dövlət mülkiyyəti kimi qeydə alinması haqqında çıxarışı təqdim edə bilmədiyindən torpaq sahəsinə dövlət mülkiyyətinə dair hüququn qanunda göstərilən qaydada yaranmamasını təsdiq etməsi barədə əsaslı nətic əyə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətləri mülki münasibətlərin bir sahəsi olmaqla Azərbaycan Respublikası Torpaq Məcəlləsi ilə nizamlanır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinn 55-ci maddəsinə əsasən Hüquqi və Fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsi nə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinə müvafiq olaraq Dövlət və bələdiyyə mülkiyyətində olan topaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması mə cburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən isə topaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onlapn yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, topaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Verilmiş ittihamda isə Şəldiyev Elməddin Məmməd oğlunun törətdiyi ictimai təhlükəli əməlin qəsd etdiyi obyekti kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında olan, Dövlət torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququ göstərilmişdir. La kin mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını təsdiq edən sübutu, yəni torpağın dövlət mülkiyyəti kimi qeydə alinması haqqında çıxarış mövcud deyildir. Bundan başqa verilmiş ittiham üzrə cinayətin obyektiv cəhəti kimi dövlət mülkiyyətinə aid zərər çəkmiş hüquqi şəxsə məxsus torpaq sahəsini özbaşına tutması, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozması və həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi göstərilir. İşin bu halını təsdiq edən sübut kimi işin 12-ci vərəqinə əlavə edilmiş 06 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin əməkdaşları - məsləhətçi-müfəttiş Zeynalov Sahib Eyvaz oğlu, böyük məsləhətçi-müfəttiş İsmayılov Zahid Nəvazi oğlu və məsləhətçi Əhmədov Sərxan Fərasət oğlu tərəfindən tərtib edilmiş akt əsas götürülür. Məhkəmə kollegiyası həmin aktı mötəbər sübut kimi qiymətləndirməyən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi, dövlət mülkiyyət hüququnun qanunla müəyyən edilmiş qaydada qeydə alınması barədə çıxarış və sənədlər mövcud olmadığı halda göstərilən şəxslərin tərtib etdiyi aktın ehtimallara və fərziyyələrə əsaslana bilməsi barədə mövqeyini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Ko nstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1 -ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsiz lik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1 -ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Ci nayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü madəsi).Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş v ə ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham oluna n şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Kovnensiya araşdırmalar ında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, "affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cina yət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdə n kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəfl ərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunması nda yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-ci maddəsinin tələblərinə görə, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri t əkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsini nəzərə alınaraq Şəldiyev Elməddin Məmməd oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi və birinci instansiya məhkəməsinin Şəldiyev Elməddin Məmməd oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilməklə tətbiq edilməli olmayan cinayət qanunun normasını tətbiq etməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirlə ndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri və digər sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Şəldiyev Elməddin Məmməd oğlunun CM-in 188.2-ci maddəsi ilə nə zərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin Şəldiyev Elməddin Məmməd oğlunun Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetməməsi barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət- prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya prote stinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Şəldiyev Elməddin Məmməd oğlunun Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bər aət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmündə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sü butların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Şəldiyev Elməddin Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1106/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1106/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver