Məhkəmə qərarları › İş №1(102)-1107/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1107/2019

11.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1107/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Hüseynov Rəşad Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirl i bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənzadə İradə Xəlil qızı, hakimlər Vəliyev Eynulla Hüseyn oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə) xx xxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, fiziki şəxs Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ünvan 4 və ünvan 3 ünvanlarında yerləşən «Ballı market» pərakəndə ticarət obyektlərində 2014-cü il mayın 1-dən baş mühasib vəzifəsində işləyərkən onunla imzalanmış həmin tarixli tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən fiziki şəxsin mənafeyini tam qorumalı, vaxtında və dəqiq olaraq hesabatları yerinə yetirməklə ona həvalə edilmiş vəsaitləri təyinatı üzrə köçürməli, ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə həyata keçirməyə və başqa vəzifələrə əməl etməyə borclu olduğu, həmçinin Bakı şəhərinin 10 №-li notariat kontoru tərəfindən təsdiq edilmiş 2015-ci il 5 mart tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə əlaqədar banklarda, vergi orqanlarında, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, «ASAN Xidmət» Mərkəzlərində və digər dövlət orqanlarında təmsil etməyi, lazımi sənədləri toplayıb təhvil verməyi və almağı, bankda hesablaşma hesabının açılmağı, ödəniş hesabatı aparmağı, nağd və nağdsız pulun ödənişini etməyi və vəsaitləri götü rməyi, onun əvəzinə ərizə (izahat) yazmağı, imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlərin edilməsi həvalə olunduğu halda ona etibar edilən əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2015-ci il yanvarın 8-dən 2015-ci il oktyabrın 20dək sonuncunun sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif xərclərin ödənilməsi məqsədi ilə rəsmiləşdirilmiş kassa məxaric orderi əsasında götürdüyü nağd pulun bir qismini təyinatı üzrə istifadə etməmiş, bank hesablarından çek vasitəsi ilə çıxardığı nağd pulu kassalara tam şəkildə mədaxil etməmiş, oradan məxaric etdiyi pulun bir qismini sahibkarın bankdakı hesabına köçürməyib 2014-cü ilin dekabr ayı üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü «xxxx»in kassa sından 2015-ci il 8 yanvar tarixli qəbz əsasında götürdüyü 3.202,5 manatın 1.105,3 manatını, eyni məqsədlə təkrarən 2015-ci ilin yanvar ayı üçün 2015-ci il 10 fevral tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.152,5 manatın 802,5 manatını, «Bakı Elektrik Şəbəkə» açıq səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 23 fevral tarixli kassa məxaric orderi əsasında götürdüyü 310 manatın 1 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 11 mart tarixli kassa məxaric orderi əsasında götürdüyü 40.040 manatın 40 manatını, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 12 mart tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatı, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 16 mart tarixli kassa məx aric orderi əsasında götürdüyü 23.202,4 manatın 1.002,4 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 17 mart tarixli kassa məxaric orderi əsasında götürdüyü 19.033 manatın 533 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 19 mart tarixli kassa məxaric orderi əsasında götürdüyü 45.961 manatın 2.261 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 29 mart tarixli kassa məxaric orderi əsasında götürdüyü 86.000 manatın 1.650 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 30 mart tarixli kassa məxaric orderi əsasında götürdüyü 62.681,69 manatın 17.681,69 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətindən 2015-ci il 8 aprel tarixli TT15098KHFG0 №-li məxaric qəbzi əsasında götürüb kassaya məda xil etməli olduğu 31.598 manatın 8.131,17 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 14 aprel tarixli kassa məxaric orderi əsasında götürdüyü 51.000 manatın 1.700 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 16 aprel tarixli kassa məxaric orderi əsasında götürdüyü 88.000 manatın 903 manatını, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 17 aprel tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatı, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ödənilməkdən ötrü 2015-ci il 20 aprel tarixli kassa məxaric orderi əsasında götürdüyü 200 manatı, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 15 may tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatı, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 19 may tarixli kassa məxaric orderi əsasında götürdüyü 23.023 manatın 1.719 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 21 may tarixli kassa məxaric orderi əsasında götürdüyü 32.032 manatın 703 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il tarixli kassa məxaric orderi əsasında götürdüyü 43.043 manatın 3.043 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 5 iyun tarixli kassa məxaric orderi əsasında götürdüyü 2.002 manatın 302 manatını, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 11 iyun tarixli ka ssa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatın 1.752,5 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 22 iyun tarixli kassa məxaric orderi əsasında götürdüyü 8.008 manatı, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 24 iyun tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.003 manatı, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 10 iyul tarixli kassa məxaric orderi əsasında götürdüyü 5.005 manatın 1.605 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətindən 2015-ci il 14 iyul tarixli TT15195RVYDQ №-li məxaric qəbzi əsasında götürüb marketin kassasına mədaxil etməli olduğu 24.659 manatın 349 manatını, 2015-ci ilin iyun ayı üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 14 iyul tari xli kassa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatı, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 21 iyul tarixli kassa məxaric orderi əsasında götürdüyü 23.023 manatın 223 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətinə ödənilməkdən ötrü 2015-ci il 29 iyul tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.060 manatın 60 manatını, 2015-ci ilin iyul ayı üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 14 avqust tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatı, 2015-ci ilin avqust ayı üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 11 sentyabr tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatı, «Azərişıq» açıq səhmdar cəmiyyətinin Suraxanı ESİ-yə ödənilməkdən ötrü 2015-ci il 26 sentyabr tarixli kassa məxaric orderi əsasında götürdüyü 2.390 manatın 42 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətindən 2015-ci il 29 sentyabr tarixli TT15272T3KC6 №-li məxaric qəbzi əsasında götürüb kassaya mədaxil etməli olduğu 24.000 manatın 3.120 manatını, 2015-ci ilin sentyabr ayı üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 11 oktyabr tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatın 275 manatını, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilməkdən ötrü 2015-ci il 20 oktyabr tarixli kassa məxaric orderi əsasında götürdüyü 3.202,5 manatın 275 manatını, «xxxxx» qapalı səhmdar cəmiyyətindən 2015-ci il 14 oktyabr tarixli TT1528738V1F №-li və 2015-ci il 20 oktyabr tarixli 147040 №-li məxaric qəbzləri əsasında götürüb marketin kassasına mədaxil etməli olduğu 30.900 manatın 3.549,63 manatını, yəni ona etibar edilmiş cəmi 83.255,19 manat məbləğində pulunu talamış, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Məmmədov Namiq Eyyub oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Bayramov Əmir Novruz oğlundan ibarət tərkibdə) 25 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 179.3.2-ci maddəsi ilə Məhkum təyin olunmuş 08 il 06 ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun yeni r edaksiyasına uyğunlaşdırılmaqla azaldılıb 07 il müəyyən edilmiş və onun üzərində qəti olaraq Azərbaycan Respublikası CM-nin 46.2.-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yeri özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökmü qalan hissələrdə dəyişdirilməmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassa siya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ona cəza təyin edərkən ali təhsilli olmasını, ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəm ə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkumun təqsir li bilindiyi cinayət əməli iş üzrə və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şüb hə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində məhkuma şərti cəza təyin edilməsi xahiş olunur, bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Məhkum apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017- ci il tarixli, 1 (101)-1124/2017 saylı hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelly asiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarından və hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərkəiÇMəhkəmə iclasında tədqiq olunaraq sübut kimi qəbul olunmuş məhkum edilmiş şəkkin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizasının rəylərinə və cinayət işinin digər materiallarına əsaslanmış, həmin sübutların mötəbər və qanuni yolla əldə olunmasına şübhə olmaması qənaətinə gələrək ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın təsdiqi üçün bu sübutları kifayət hçsab etmişdir. Apellyasiya icraatı qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy ası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu qənaət qanuni və əsaslıdır və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla işin faktiki hallan düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum fiziki şəxs Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ünvan 4 və ünvan 3 ünvanlannda yerləşən «xxxx» pərakəndə ticarət obyektlərində 2014-cü il mayın 1-dən baş mühasib vəzifəsində işləyərkən onunla imzalanmış həmin tarixli tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən fiziki şəxsin mənafeyini tam qorumalı, vaxtında və dəqiq olaraq hesabatları yerinə yetirməklə ona həvalə edilmiş vəsaitləri təyinatı üzrə köçürməli, ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə həyata keçir məyə və başqa vəzifələrə əməl etməyə borclu olduğu, həmçinin Bakı şəhərinin 10 №-li notariat kontoru tərəfindən təsdiq edilmiş 2015-ci il 5 mart tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə əlaqədar banklarda, vergi orqanlarında, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, «ASAN Xidmət» Mərkəzlərində və digər dövlət orqanlarında təmsil etməyi, lazımi sənədləri toplayıb təhvil verməyi və almağı, bankda hesablaşma hesabının açılmağı, ödəniş hesabatı aparmağı, nağd və nağdsız pulun ödənişini etməyi və vəsaitləri götürməyi, onun əvəzinə ərizə (izahat) yazmağı, imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlərin edilməsi həvalə olunduğu halda ona etibar edilən ə mlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2015-ci il yanvarın 8dən 2015-ci il oktyabrın 20-dək sonuncunun sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif xərclərin ödənilməsi məqsədi ilə rəsmiləşdirilmiş kassa məxaric orderi əsasında götürdüyü nağd pulun bir qismini təyinatı üzrə istifadə etməmiş, bank hesablarından çek vasitəsi ilə çıxardığı nağd pulu kassalara tam şəkildə mədaxil etməyib və oradan məxaric etdiyi pulun bir qismini sahibkarın bankdakı hesabına köçürməyib ona etibar edilmiş cəmi 83.255,19 manat məbləğində pulu talamaq yolu ilə zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla mənimsəməsindən ibarət cinayət əməlini törətməsi məhkumun özünün qismən etirafları ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər X2 və X6 ifadələri, 2016-cı il 29 iyul tarixli auditor rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin keçirdiyi məhkəmə xətşünaslıq ekspertizasının 2017-ci il 28 mart tarixli 2147 saylı, məhkəmə mühasibatlıq ekspertizasının 2016-cı il 20 dekabr tarixli 24319 saylı və 2017-ci il 5 iyun tarixli 12816 saylı rəyləri, iş üzrə tərtib olunmuş istintaq hərəkətlərinin protokolları, həmçinin iş üzrə toplanmış və bilavasitə məhkəmə iclasında tədqiq olunaraq sübut kimi qəbul olunmuş işin digər halları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası işin məhkəmə tərəfindən müəyyən oluıpnuhallarmı tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbl ərinə əməl ödərək təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs Məhkum müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları təmin edilmiş və məhkəmə baxışı zam anı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətindən və müdafiə tərəfinin apellyasiya baxışı zamanı xahişlərindən də göründüyü kimi, o, törətdiyi cinayətin sübuta yetirilib-yetirilməməsini və bu cinayətin hüquqi tövsifini deyil, barəsində təyin edilən cəzanı mübahisələndirmiş və həmin cəzanın yüngülləşdirilməsini və ya təyin olunmuş cəzanın şərti tətbiq olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirləndirilən şəxsin törədilmiş cinayətdə iştirak etmə dərəcəsini, onun cəzasını yüngülləşdirən halları nəzərə alıb barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsin in 46.2-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsini 179.3.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum cəzasını yüngülləşdirən hər hansı bir əlavə hal müəyyən edilməmişdir və məhkəmə kollegiyasının qənaətincə məhkum barəsində təyin olunmuş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti tətbiq olunması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şə rti tətbiq olunması üçün əsaslar tapmasa da, hesab edir ki, onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi təyin olunmuş azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci və 10.3-cü maddələrinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzal andırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzam yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasım çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yeddi ildən on iki ilədək aza dlıqdan məhrum etmə cəzası beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklikdən də göründüyü kimi, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı və aşağı həddi yüngülləşdirilərək müvafiq şəkildə on və beş il həddində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətincə Məhkum Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif olunmuş cinayət əməlinə görə cəzanı yüngülləşdirən həmin qanunun geriyə qüvvəsi vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib bu qənaətə gəlir ki, həmin qanun əsas götürülərək hökm dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Məhkum barəsində birinci instans iya məhkəməsi tərəfindən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası qanunun yeni redaksiyasına uyğunlaşdırılmaqla təyin olunmuş cəza azaldılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellaysiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla qismən razılaşdığını qərarda göstərmiş, buna dair nəticəni ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfi ndən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respu blikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah o lunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-c i maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar