Məhkəmə qərarları › İş №1(102)-1107/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1107/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1107/2022 07.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi Müdafiəçi, xüsusi ittihamçı X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli, 1(105)-201/2022 nömrəli qərarından təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Xüsusi ittihamçı X5 təqsirləndirilən şəxs X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 14 8-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılması, sonuncuya həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi barədə şikayəti hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır.

2. Abşeron Rayon Məhkəməsinin 1(012)-519/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X6 barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraatın dayandırılması və qərarın icrasının Abşeron rayon polis şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

3. Həmin qərardaddan X6 apellyasiya şikayəti verib bildirmişdir ki, gəlmədiyi iclaslar barəsində onun xəbəri olmamış, yaşayış yeri və telefon nömrəsi məhkəməyə bəlli olsa da, onunla əlaqə yaradılmadan axtarış elan olunmuşdur. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin müvafiq qərarının ləğv edilməsini xahiş etmişdi r.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli, 1(105)-201/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Abşeron Rayon Məhkəməsinin 1(012)-53/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X6 barəsində olan xüsusi ittiham qaydasında iş üzrə icraat təzələnmiş və növbəti məhkəmə baxış iclası təyin edilmişdir.

6. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli qərarından təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

7. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs X3 m əhkəmədən yayınması və ya gizlənməsi halının - axtarışın düzgünlüyünün araşdırılmadığı qeyd edilməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli, 1(105)-201/2022 nömrəli qərarının ləğv edilməsi, cinayət işi üzrə icraatın dayandırılması barədə qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

9. Hazırki kassasiya şikayətinin mahiyyətini nəzərə alaraq, məhkəmə kollegiyası “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 y anvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə edilən tövsiyəyə əsaslanmağı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququna istinad etməyi zəruri hesab edir.

10. Avropa Məhkəməsinin bir sıra qərarlarında, məsələn, Fariz Əhmədov Azərbaycana qarşı işdə vurğulanmışdır ki, məhkəmə araşdırmasının ədalətliliyi hər bir işdə qiymətləndirilməlidir, lakin bunun üçün müəyyən bir aspekt və ya konkret bir hadisənin ayrı-ayrılıqda nəzərdən keçirilməsi yox, bütövlükdə prosesin gedişatı və nəticələri əsas götürülməlidir (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021).

11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan R espublikası CPM”) 319-cu maddəsinin başlığından və məzmunundan göründüyü kimi, bu maddə məhkəmə baxışının təşkili və müvafiq prosessual qərarların qəbul edilməsi məsələlərini tənzimləyir, maddənin tərkibində yekun məhkəmə qərarının qəbul edilməsinə, o cümlədən təqsirləndirilən şəxsin təqsirliliyinin müəyyən edilməsinə hər hansı formada təsir edə biləcək müddəa yoxdur.

12. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, barəsində verilmiş apellyasiya şikayətinin baxılması nəticəsində hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsi qərarının əsasında olmuş birinci instansiya məhkəməsinin qərarı, daha sonra Abşeron Rayon Məhkəməsi tərəfindən 14 aprel 2022-ci il tarixdə iş üzrə icraatın təzələnməsi barədə yeni qərar qəbul edildiyinə görə (yuxarıda paraqraf 5), artıq prosessual qüvvəsi ni itirmişdir.

13. Belə olan halda, sırf prosessual xarakter daşıyan, qüvvədə olsa belə məhkəmə baxışının ümumi ədalətliliyinə hər hansı formada təsir edə bilməyən, artıq qüvvəsini itirdiyinə görə isə təsiri istisna edilən məhkəmənin prosessual qaydada qəbul etdiyi qərarının mübahisələndirilməsi, kassasiya şikayətinin təmin edilməsi üçün əsas götürülə bilməz.

14. Bu səbəbdən məhkəmə kollegiyası artıq müvafiq yeni qərarla icraatı təzələnmiş iş üzrə əvvəllər qəbul edilmiş icraatın dayandırılması qərarının ləğv edilməsinə yönələn kassasiya şikayətinin dəlillərini formal xarakterli olmaqla əsassız hesab edir.

15. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilmə məli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli, 1(105)-201/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli, 1(105)-201/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar