Məhkəmə qərarları › İş №1(102)-1108/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1108/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1108/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərə findən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşid Hüseynov (sədrlik edən və məruzəçi), Nahid Mirzəyev və Bilal Məmmədov) 1(091)-161/2020 nömrəli 18 noyabr 2020ci il tarixli hökmü ilə xx xxxxxx 1991-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayon Yalman kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 18 noyabr 2020-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xx.xx.2019-cu ildə saat 01 radələrində «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin, həmçinin 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək, yəni nəqliyyat vasitəsinin fərqləndirən dövlət qeydiyyat nişanı, həmçinin sürücülük vəsiqəsi və etibarnamə olmadan, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə etməklə yüngül dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi “Muravey” markalı motorollerin yük yerində həmkəndlisi X1 kim i daşımaqla Göyçay rayonu Ləkçıplaq Yalman yolunda Yalman kəndi istiqamətində hərəkətdə olarkən, «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda bunları etməyərək, motorolleri nasaz vəziyyətdə idarə etməsi nəticəsində yaranmış nasazlıq səbəbindən Yalman kəndinə dönəcəkdə idarəetməni itirmiş və motoroller sola istiqamətlənərək yolun solunda olan qurumuş su arxına aşmış, nəticədə ehtiyatsızlıqdan motorollerin yük yerində olan sərnişin X5 ağır, açıq kəllə beyin travması, baş beyin hər iki alın-təp ə nahiyəsinin hemorragik əzilməsi, tentorium yerinin kürələrə sahəyə qansızma, sağ alın, təpə nahiyəsinin hava qabarcıqları, sağ alın nahiyəsinin dəri altı hematoması, baş beynin ağır dərəcəli əziyi, yarımkürələr arası sahə və mədəciklərə qansızma, sağ alın- təpə nahiyəsində kəskin epidural hematoma, sağ gicgah-təpə sümüyündə xətti sınıq, hava qabarcıqları, sağ alın-təpə nahiyəsində dərialtı hematoma, soltərəfli hemiparezlə ilə nəticələnən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Rafail Əliyev) 1(107)-59/2021 nömrəli 04 mart 2021-ci il tarixli qərarı Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü cəz aya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsi ilə 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Əziz Seyidov) 1(102)-1327/2021 nömrəli 20 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-59/2021 nömrəli 04 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilm işdir. Kassasiya protesti təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Vəzirxan Məlikov) 1(107)-33/2022 nömrəli 16 fevral 2022-ci il tarixli qərarı Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsi ilə 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı hissəsi əsassız və qanunsuzdur. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə Məhkum cəza təyin edərkən onun həm də nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, bir nəfərin ölümünə səbəb olan ağır cinayət törətməsini, əməlinin ictimai təhlükəliliyini, təqsirləndirilən və zərərçəkmiş şəxslər in şəxsiyyətini xarakterizə edən və işin faktiki hallarını nəzərə almamışdır. İş üzrə toplanmış sübutlarla müəyyən olunur ki, Məhkum 07 sentyabr 2019-cu ildə saat 01 radələrində “Muravey” markalı motorolleri nasaz vəziyyətdə idarə etməsi nəticəsində yaranmış nasazlıq səbəbindən Yalman kəndinə dönəcəkdə idarəetməni itirmiş və motoroller sola istiqamətlənərək yolun solunda olan qurumuş su arxına aşmış, sürücülük hüququ olmamaqla yanaşı, yüngül dərəcəli sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını qərəzli olaraq kobud şəkildə pozmuş nəticədə məlum cinayət hadisəsini törətmişdir. Yuxarıda göstərilən, məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan həmin hallar Məhkum tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək, n əticələrinin ağır olmasına dəlalət edərək ona daha yüngül əsas və əlavə cəza təyin edilməsini istisna edir. Məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış, cəzasızlıq mühiti formalaşdırmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419 -cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kolle giyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya protestində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, h əmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona əsassız olaraq yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması il ə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cin ayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum təqsiri bilindiyi CM-in 2631.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. L akin Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası 16 fevral 2022-ci il tarixli qərarı ilə məhkuma əsas cəza kimi təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını 5 (beş) ilə endirmişdir. Apelyasiya instansiyası məhkəməsi Məhkum himayəsində 2015 və 2017-ci il təvəllüdlü olmaqla iki az yaşlı uşağının olmasını, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını Məhkum əməlinin yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin himayəsində ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu diaqnozu qoyulmuş 4 nəfər bacısının, İİ qrup əlil atasının, eyni zamanda, 2006, 2008, xx.xx.2009 və xx.xx.2009-cu il təvəllüdlü qardaşı uşaqlarının (həmin uşaqların anaları 2012-ci ildə vəfat etmiş, ataları isə uşaqları ataraq çıxıb getmişdir) olmalarını da cəzanı yüngülləşdirilən hal kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının rəylərindən görünür ki, təqsirləndirilən Məhkum əlil bacılarının kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Məhkəmə kollegiyasının iclasında və iş materialları ilə müəyyən edilmişdir ki, İ qrup əlil olan şikəst bacılarına qulluq etdiyinə görə Məhkum müavinət (ayrı-ayrılıqda 80 manat məbləğində) təyin edilmişdir. Müəyyən edilmişdir ki, kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı olan şikəst bacılarına qulluq göstərməsi üçün Məhkum ba şqa yaxın qohum yoxdur. Eyni zamanda, Məhkum atası Məhərrəm Vahidovun da kənar şəxsin qulluq və köməyinə ehtiyacı var. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun himayəsində оlаn ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu diaqnozu qoyulmuş 4 nəfər bacısının, İİ qrup əlil atasının həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və 2006, 2008, xx.xx.2009 və xx.xx.2009-cu il təvəllüdlü qardaşı uşaqlarının (həmin uşaqların anaları 2012-ci ildə vəfat etmiş, ataları isə uşaqları ataraq çıxıb getmişdir) fiziki, əqli və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Apelyasiya instansiyası məhkəməsi həmçinin təqsirləndirilən şəxs Məhkum himayəsində azyaşlı uşaqlarının olmasını da nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə almışdır. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Apelyasiya instansiya sı məhkəməsi məhkumun təqsirli bilindiyi maddənin sanksiyasının həddində təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərək, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə işin hallarını nəzərə almış və Məhkum 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni hesab etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti isə onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş yüngülləşdirən hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilmə z. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi Məhkum cəza təyin edərkən həm qanun normalarına, həm Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş tövsiyələrə düzgün əməl etmişlər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar