Məhkəmə qərarları › İş №1(102)-1108/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1108/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1108/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən), Rahib Salmanov və Məhəmməd Əkbərov) 1(101)-1290/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1 və 68.1.1-1-ci m addələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinmişdir ona görə ki, 20 fevral 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə külli miqdarda - ümumi çəkisi 8,235 qram narkotik vasitə heroini və ümumi çəkisi 0,598 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Brand” Ticarət Mərkəzinin yaxınlığından götürüb əldə edərək daşıyıb üzərində saxlamış, 1 mart 2022-ci il tarixdə saat 00:30 radələrində Azərbaycan Respublikası Daxili İslər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 5-ci Polis Bölüyünün Bakı şəhəri, Nizami rayonu ərazisində xidmət aparan əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən “OBA” marketin qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçəsinin sol iç cibində olan 2 ədəd “LD” markalı siqaret qutusunun içərisindən üç ədəd bükümdə avrı-ayrılıqda təmiz çəkisi 0,280 qram, 0,251 qram, 7,704 qram, ümumi təmiz çəkisi 8,235 qram külli miqdarda qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,172 qram, 0,426 qram ümumi təmiz çəkisi 0,598 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd kağız borucuq aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyev) 1(103)-272/2023 nömrəli 06 yanvar 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 1(101)1290/2022 saylı hökmü ləğv edilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli tutulduğu 1 mart 2022ci il tarixdən hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək hökmün dəyişdirilməsi, Məhkum əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü tamamilə qanunsuz, ədalətsiz və əsassızdır. Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin satış məqsədi ilə üzərində külli miqdarda narkotik vasitə gəzdirdiyini təsdiqləyən mötəbər sübut, yəni SMS yazışmaları, səs yazısı, əməliyyat məlumatı, tərəzi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi və s. mövcud deyildir. Sadəcə hüquqlarını müdafiə etdiyi şəxs satış məqsədi olmadan, şəxsi istifadəsi üçün külli miqdarda narkotik vasitəni üzərində gəzdirmişdir. Bunun səbəbi isə ifadəsində də qeyd etdiyi kimi evdəkilərin ona nəzarət etməsi olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi hökm çıxararkən hüquqlarını müdafiə etdiyi şəxsin üzərində şəxsi istehlak miqdarından artıq narkotik vasitə olduğuna istinad edərək onun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci m addəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif etmişdir. Hətta məhkəmə Məhkum hansı səbəbdən 1 günlük şəxsi istehlak miqdarından 55 dəfə artıq narkotik vasitəni üzərində gəzdirdiyini müəmalı hesab etmiş və bu qənaətə gəlmişdir ki, o narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirmişdir. İş materiallarından da göründüyü kimi Məhkum daha öncə də, narkotik vasitə istifadəçisi olduğu üçün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Hətta Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhz buna görə ailə üzvləri tərəfindən daim nəzarət altında olmuşdur. Bu səbəbdən onun narkotik vas itəni evdə istifadə etməsi mümkünsüz olmuş, həmçinin bir günlük şəxsi istehlak miqdarında narkotik vasitə ayırıb götürərək küçəyə çıxmaq imkanı və şəraiti olmamışdır. Buna görə də öncədən aldığı bütün narkotik vasitələri götürərək ağrılarını azaltmaq məqsədi ilə küçədə narkotik vasitə istifadə etməyə çalışmışdır. Özünü şübhəli apardığı üçün çevik polis alayının əməkdaşları tərəfindən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi məhkəmənin narkotik vasitənin miqdarına istinad edərək hüquqlarını müdafiə etdiyi şəxsi Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham etməsi qanunvericiliyin tələblərinə ziddir. Hüquqlarını müdafiə etdiyim şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsini şübhəli hal olaraq qəbul etsək belə, sual yaranır ki, Bakı Apellyasiya Məhkəməsi hansı mesaja, zəngə, əməliyyat məlumatına istinadən Məhkum narkotik vasitəni hər hansı şəxsə satış məqsədi ilə üzərində gəzdirdiyi qənaətinə gəlmişdir? Yəni narkotik vasitənin satışı üçün hüquqlarını müdafiə etdiyi şəxsə bununla bağlı sifariş göndərilməli, tərəflər arasında qiymət razılşadırılmalı və o, narkotik vasitəni satış məqsədi ilə evdən çıxarmalıdır. Və ya hüquqlarını müdafiə etdiyi şəxsin telefonunda tərəzi, çəkiləri müəyyənləşdirilərək üzərində qeyd olunmuş, onun tərəfindən göndərilən paket fotoşəkilləri olmalı idi. Qeyd edilən xüsusatların heç biri mövcud olmadığı halda Bakı Apellyasiya Məhkəməsi hüquqlarını müdafiə etdiyim şəxsin barəsində çıxarılmış məhkəmə hökmünü ləğv etmişdir. Məhkəmə hökmündə qeyd ed ilmişdir ki, guya Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən is materiallarında olan tərəzi və onun üzərindəki heroin izləri nəzərə alınmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xüsusi yazı forması ilə diqqətə çatdırmasa çalışdığı hal is materiallarında mövcud deyildir. Yəni is materiallarında tərəzi və ya tərəzi fotoşəkili onun üzərində heroin izlərinə dair hər hansı sübut mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsi ya is materialları ilə kifayət qədər yaxşı tanış ola bilməmiş, ya Məhkum cinayət işi materiallarını başqa cinayət isi materialları ilə qarışdırmış, ya da cinayət işi materiallarını qərəzli səkildə saxtalaşdırmağa cəhd edərək is materiallarında mövcud olmayan sübutlara əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv etmişdir. Məhkəmə tərəfi ndən yalnız hüquq normasına istinad edilərək hökmün ləğv edilməsi hardasa başa düşüləndir. Lakin məhkəmənin iş materiallarında olmayan hallara istinad edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv etməsi yolverilməzdir. Odur ki, Bakı Apellyasİya Məhkəməsi istinad etdiyi hüquq normalarının tələblərini özü kobud şəkildə pozaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv etmişdir. Yəni Bakı Apellyasİya Məhkəməsinin mövqeyi və istinad etdiyi hüquq normaları bir-biri ilə əhəmiyyətli dərəcəd ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmalı, ape llyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin düzgün tövsif edilməməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiym ətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsi ri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respu blikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İbtidai araşdırma zamanı toplanmaqla, birinci və apellyasiya instansiyası m əhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum 20 fevral 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə külli miqdarda - ümumi çəkisi 8,235 qram narkotik vasitə heroini və ümumi çəkisi 0,598 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Brand” Ticarət Mərkəzinin yaxınlığından götürüb əldə edərək daşıyıb üzərində saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin, nə ibtidai araşdırma orqanı, nə də apellyasiya instansiyası məhkəməsi Məhkum ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin onları satmaq olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin tə rədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. Digər tərəfdən Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadərdə ardıcıl olaraq üzərində narkotik vasitənin aşkar edilməsini etiraf etsə də, həmin vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını göstərmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi barədə ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqları zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun 3 ədəd bükümdə 8,235 qram çəkidə narkotik vasitə heroini və iki ədəd bükümdə 0,598 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsi öz-özlüyündə onun həmin narkotik vasitənin və psixotrop maddənin satmaq məqsədini ehtiva etmir, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət edən digər hallar da müəyyən edilməmişdir. Belə ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məş ğul omlası barədə polis əməkdaşlarında məlumat olmamış, bu barədə təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı olması barədə raportla müraciət olunmamış, təqsirləndirilən şəxs Məhkum təsadüfən DİN-in ƏÇPA-nın 5-ci PB-nin əməkdaşları əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş, təqsirləndirilən şəxs Məhkum üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkomaniya xəstəliyindən əziyyət çə kməsini göstərmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə keçirilmiş 15 mart 2022 il tarixli 1326 saylı ekspert rəyində Məhkum opioidlərin və psixostimulyatorlarıq qəbulu nəticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilmiş şahidlər tərəfindən M əhkum üzərindən akşar edilmiş narkotik vasitənin və psixotrop maddənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Məhkum psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlarının olmaması, onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Məhkum istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Məhkum narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddənin miqdarı da (8,235qram və 0,598qram) onun həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi bir mənalı qəbul edilə bilməz. Məhkəmə zamanı Məhkum narkotik vasitələrin və ya psixotrop maddəin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübut müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkumndən aşkar olunub götürülmüş heroini və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Bu səbəbdən təqsirləndirilən şəxs Məhkum əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tut an Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün o lmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzərindən aşkar edilmiş ümumi çəkisi 8,235 qram narkotik vasitə heroini və ümumi çəkisi 0,598 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlaması, daşıması iş materialları ilə müəyyən edilmir, hətta cinayət işi üzrə digər sübutlarla təkzib olunur. Belə olan halda məhkəmə kollegiyası cinayət-prosessual qanunun yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum əməlinin CM-in Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əm əli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2023-cü il tarixli, 1(103)-272/2023 nömrəli hökmü dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırki qərarla təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 (ik i) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2023-cü il tarixli, 1(103)-272/2023 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar