Məhkəmə qərarları › İş №1(102)-1109/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1109/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1109/2019 15.10.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1109/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 15 oktyabr 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun və məhkum X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.A.Qəribov (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və Ə.H.Hacıyevdən ibarət tərkibdə) 1(101)-372/2028 nömrəli 28 mart 2018-ci il tarixli hökmü ilə 15 avqust 1984-cü ildə Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qobustan rayonu Yekəxana kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə a zadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, 10 oktyabr 2017-ci il tarixdə saat 02:25 radələrində, sərxoş vəziyyətdə ünvan 1 ünvanda olan "xxxx" kafesində özü ilə gətirdiyi spirtli içki içmək istəyərkən, kafedə xidmətçi işləyən X4 spirtli içki içilməsinə icazə verilmədiyini deyib irad tutduğundan, aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edərək, X5lə dalaşaraq nalayiq sö yüşlər işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə masanın üstündəki viski butulkasını sağ əlinə alaraq ondan silah qismində istifadə edilən əşya kimi istifadə edib xuliqanlıq niyyətilə X5in sol boyun nahiyyəsinə qəsdən vurub zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlərlə fiziki ağrı yetirməklə və "xxxx" kafesinin iş fəaliyyətini qısa müddətdə pozmuş, kafenin işçiləri onu intizama dəvət edib xuliqanlıq hərəkətlərinin qarşısını almaq üçün onu kafedən çölə çıxardıqdan sonra, sakitləşməyərək təkrarən xuliqanlıq hərəkətlərini davam etdirib küçədə nalayiq sözlər işlətməklə səs-küy salaraq, yenidən kafeyə qayıdıb dava salmağa cəhd etdiyini görən X6 onu sakitləşdirib intizama dəvət etməklə ictimai qaydanın pozulm asının qarşısını almaq istəyərkən, yenidən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib X10un ünvanına nalayiq sözlər işlədib əvvəlcədən üzərində gəzdirməklə sağ əlində tutduğu zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə edib X10un qarın nahiyyəsindən bıçaqla qəsdən bir dəfə vurub qarnının sol yan səthində yerləşən periton arxası sahəyə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara kimi bədən xəsarəti ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, 10 oktyabr 2017-ci il tarixdə sərxoş vəziyyətdə qərəzli hərəkətləri ilə xuliqanlıq etdikdən sonra hadisə yerindən qa çaraq Bakı şəhəri, ünvan 2 ünvana gələrək, saat 02:50 radələrində arxası ilə gələn X7 tanışı X5 vurmasının səbəbini aydınlaşdırmaq üçün onu tutaraq əlində olan silah qismində istifadə etdiyi bıçağı almaq istəməsini cüzi səbəb kimi bəhanə etməklə mübahisə yaratmaqla X8lə dalaşaraq, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərib onlara qarşı laqeydlik nümayiş etdirib sağ əlindəki zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə X8in qarın və bazu nahiyyəsindən qəsdən iki dəfə vuraraq, ona sağ bazu nahiyyəsində yerləşmiş bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığının qısa müddət pozulmasına səbəb olan sağlamlığına y üngül zərər vuran xəsarət və qarnının ön səthində yerləşmiş, qarın boşluğuna nüfuz etməklə nazik bağırsağı zədələmiş bir ədəd xəsarətlə nəticələnmiş dərəcəsinə görə yetirildiyi anda insan həyatı üçün təhlükəli olan ağır bədən xəsarəti yetirməklə, xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.M.Murquzov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və H.H.Əhmədovdan ibarət tərkibdə) 1(103)743/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Məhkum əməlin törədilməsində özünü qismən təqsirli hesab edərək kassasiya şikayətində qeyd edir ki, cinayət əməlinin törədilməsində əsas səbəb bir neçə nəfərin hücum edərək ona küt alətlə xəsarət yetirmələri ilə əlaqədar düşdüyü çətin vəziyyət olmuşdur. Məhkəmə baxışı zamanı hadisələri bütün təfsilatı ilə və olduğu kimi izah etməsinə baxmayaraq, onlar nə birinci instansiya, nə də apellyasiya məhkəmələri tərəfindən düzgün qiymətləndirilməmiş, göstərilən faktlar təhrif olunmaqla onun barəsində ədalətsiz qərar çıxarılması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. K assasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum nun əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə ta m uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum nun əməlləri Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum nun kassasiya şikayətinin başlıca dəlili barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və ədalətsiz olması, təqsirinin sübuta yetirilməməsi və əsassız məhkum olunmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özünü qismən təqsirli bilsə də onun Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə iclaslarında dindirilərək tədqiq edilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum nun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan üzləşmə protokolları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun ifadəsinin işin hallarına uyğun olmaması, təqsirinin sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarı ndan da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət v erilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum na cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün müh üm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında d a qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar