Məhkəmə qərarları › İş №1(102)-1109/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1109/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1109/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Aytac Səfa qızı Əhmədli, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1 (107)-4 55/2021 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1988-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə daimi yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan.

2. İttiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 128, 315-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Balakən Ray on Məhkəməsinin hökmü ilə müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum CM-in 315-ci maddəsi ilə məhkum edilmişdir ona görə ki, o sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma və hakimiyyət nümayəndəsi olan polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayət əməllərini törətmişdir. Belə ki, ittihama görə Məhkum xx.xx.2021- ci il tarixdə, saat 13 radələrində yaşadığı ünvanına onun əsassız narazılığını və şikayətini aradan qaldırmaq, ona qarşı qərəzli münasibətinin olmadığını və tibbi maskadan düzgün istifadə etmədiyinə görə sadəcə xəbərdarlıq etdiyini bildirmək, həmçinin vətəndaş məmnunluğunun təmin olunması məqsədilə gəlmiş Balakən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1, xidmət i polis geyim formasında olan Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs və “Hyundai İX35” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı xidməti avtomobili özünə məxsus “Samsung J2” markalı mobil telefonla videoya çəkib “polis əməkdaşı rəisin müavini Şahid1 məni vurduğuna görə bağışlanmasını istəyir və qapıma gəlib, məni vurub, bağışlanmağa gəlib, mən bunu necə bağışlayım, bu qanunsuz hərəkətdir, budur bax, Şahid1 məni vurdu və təhqir elədi, bu şoferidir, hal-hazırda müqavimət göstərir, məğlub oldu” deməklə polis əməkdaşlarını kiçiltmək, alçaltmaq və polisi əhali arasında qazandığı nüfuzdan salmaq məqsədi güdərək, ona istər qardaşı Şahid3, istərsə də Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasının sahibi Şahid2 tərə findən bu hərəkətlərinə görə irad tutulmasına baxmayaraq, həm həyətdə qardaşıyla söhbətləşən Şahid1, həm də evin qarşısında, yolun kənarında dayanmış Zərərçəkmiş şəxs və xidməti avtomobili təhrikedici və qızışdırıcı hərəkətləri ilə mobil telefonla çəkməyə davam edərək, ondan çəkilişi dayandırmasını və nizam-intizama riayət etməsini tələb edən ictimai qaydanın və ictimai asayişin təmin edilməsi üzrə, yəni əhalinin rahatlığının və əmin-amanlığının təmin edilməsi üzrə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qanuni tələblərinə tabe olmamış, çəkilişin qarşısını almaq üçün telefonun qarşısına əlini tutaraq istəmədən telefonunun yerə düşməsinə səbəb olduğuna görə qəsdən başı ilə sonuncunun ağız nahiyəsinə vurmaqla Zərərçəkmiş şəxs üst və alt dodağında şişk inli qansızmalar və baş beyin silkələnməsi ilə nəticələnən onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş və bu hərəkətləri ilə hakimiyyət nümayəndəsi olan polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir.

4. Balakən Rayon Məhkəməsinin 1(019)-75/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası (bundan sonra mətndə CM-in) 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilərək Məhkum məhkəmə iclas zalından həbs edilməsi, cəza çəkmə müddətinin əvvəlinin hazırki hökmün çıxarıldığı 12 oktyabr 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum CM-in 128-ci maddəsilə verilmiş ittihamın ona verilmiş ümumi ittihamdan xaric edilməsi, iş üzrə 264.16 (iki yüz altmış dörd manat on altı qəpik) manat ekspertiza xərci Məhkum tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməsi, Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon prokur orluğunda saxlanılan təqsirləndirilən şəxs Məhkum məxsus "Samsung J2” markalı mobil telefon, hadisə vaxtı Məhkum əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli cins şalvar, bir ədəd tünd-qırmızı rəngli, üzərində ağ rəngli xətləri olan kvadratları özündə əks etdirən köynək və qara rəngli ayaqqabı Məhkum, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş ona məxsus bir ədəd tünd göy rəngli xidməti geyim gödəkçəsi, bir ədəd tünd göy rəngli xidməti geyim şalvarı və bir ədəd tündboz rəngli xidməti geyim köynəyi Zərərçəkmiş şəxs, hadisə vaxtı Şahid1 əynində olmuş bir ədəd göy rəngli gödəkçə, bir ədəd tünd boz rəngli şalvar və bir ədəd qara rəngli jaket Şahid1 qaytarılsın; Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən Şahid2 məxsus avtomobil ehtiyat hissələri mağazasına quraşdırılmış videogörüntünün əks olunduğu 01 ədəd disk, Balakən RPŞ-nin rəis müavini Şahid1 təqdim etdiyi 01 ədəd «DVD RVV» disk, «Hyundai İX35» markalı «**-AP-***» nömrəli xidməti avtomobilə, həmçinin «Samsung J2» markalı mobil telefona baxış keçirilməsi haqqında 03 ədəd disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılması hökm edilmişdir.

5. Həmin hökmdən dövlət ittihamçısı Əsədov Vaqif Mehralı oğlu apellyasiya protesti verərək hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum CM-in 315 və 128-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulan həddə cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi.

6. Dövlət ittihamçısı apellyasiya protestini o nunla əsaslandırmışdır ki, Məhkəmə bu nəticəyə gələrkən qüvvədə olan CM-in 315-ci maddəsinin, eləcə də əvvəllər qüvvədə olmuş CM-in 315.1 və 315.2-ci maddələri arasında yaranmış hüquqi fərqə, yəni əvvəllər qüvvədə olmuş cinayət qanunvericiliyinə əsasən qeyd olunan maddənin tövsifedici əlamətinin yetirilmiş xəsarətin yüngül və ya dərəcəsi təyin olunmayan xəsarətindən asılı olduğunu, hazırkı, mövcud cinayət qanunvericiliyinə əsasən yüngül xəsarətə görə əlavə olaraq CM-in 128-ci maddəsilə ittiham verilməli olduğuna diqqət etməmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1 (107)-455/2021 nömrəli qərarı ilə Dövlət ittihamçısı Əsədov Vaqif Mehralı oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(019)-75/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, təqsirləndirilən şəxs Məhkum hazırki hökmlə CM-in 315-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1(107)-455/2021 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya pro testinin və kassasiya şikayətinin dəlilləri:

9. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olub-olmaması halı dispozitiv şərt kimi nəzərdə tutulmamışdır. CM-in hazırda qüvvədə olan 315-ci maddəsində cinayət məsuliyyətinə səbəb olan hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olmaması və ya təhlükəli olmasını ehtiva etməsi dispozitiv şərt kimi konkretləşmədiyindən, məhkəmə hesab edir ki, CM-nin 315-ci maddəsi göstərilən şəxslərə qarşı tətbiq edilən zor həm həyat və sağ lamlıq üçün təhlükəli olmayan zoru, həm də həyat və sağlamlıq üçün təhlükəli olan zoru nəzərdə tutur. Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməsi nəticəsində hakimiyət nümayəndəsinə o cümlədən yüngül dərəcəli bədən xəsarəti yetirildikdə, həmin sağlamlığa yüngül zərər vurmaya aid xəsarət CM-nin 315-ci maddəsinin tərkibi ilə tam əhatə olunur və burada əməlin əlavə CM-nin 128-ci maddəsilə tövsif olunmasına ehtiyac yaranmır. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitus iya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarı). Qeyd olunan məcburi tövsiyələr məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və düzgün tövsif edilsin. Apeltyasiya instansiyası məhkəməsi isə bu vəzifələri yerinə yetirməmiş, təqsirləndirilən şəxsə istinad olunan əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmişdir. Qeyd etmişdir ki, CM-nin 3cü maddəsi cinayət məsuliyyətinin əsası kimi bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməli (hərəkət və ya hərəkətsizliyi) göstərməklə icraatı aparan orqanları həmin əməlin cinayət qanunu ilə cinayət tərkibinin zəruri elementləri kimi nəzərdə tutulmuş əlamətlərinin, bu əlamətləri yaradan faktik halların düzgün müəyyən edilməsinə istiqamətləndirir. Təsadüfi deyil ki, CPM-nin 139.0.1 və 139.0.3-cü maddələri cinayət hadisəsinin baş vermə faktı və hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan hallar sırasında göstərmişdir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi isə tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58-ci maddəsində ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən normalardan göründüyü kimi, məhkəmə baxışında törədilmiş cinayət əməlinin, onun xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının düzgün müəyyən edilməsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, o cümlədən cəzalandırılması məsələlərinin həllində müstəsna əhəmiyyət kəsb edir. Məhkəmənin həmin hallara (onların sübut edilmiş sayılmasına və yaxud sübut edilməməsinə) dair qənaətini isə müvafiq qərarlarda, o cümlədən məhkəmənin hökmündə, apellyasiya məhkəməsi nin yekun qərarında faktların təsvirindən və gətirilmiş əsaslandırmadan (sübutların təhlilindən, müqayisəsindən) hasil etmək olar. Məhz buna görə CPM-nin 144-cü maddəsi məhkəmədən sübutları bir-biri ilə müqayisə etməklə təhlil etməyi, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməyi, ittihamı nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu əsasında həll etməyi, 349.3-cü maddəsi məhkəmə qərarının qanuni və əsaslı olmasını, 353.2.2-ci maddəsi isə məhkəmənin nəticəyə gələrkən əsaslandığı sübutları və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini qərarda göstərməyi tələb edir. Məhkəmə qərarında törədilmiş cinayətin mühüm hallarına (xüsusilə cinayət tərkibinin əlamətlərinə) aid faktların tam olaraq göstərilməməsi, qeyri-dəqiq, ziddiy yətli şəkildə təsvir olunması, sübutların müqayisə və təhlil edilmədən sadəcə təsvir edilməsi məhkəmənin törədilmiş əməlin xarakteri və ictimai təhlükəiiliyi, cinayətin hüquqi tövsifı, cəzanın, digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi üzrə mövqeyini ciddi şəkildə şübhə altına alır. əvvəlki redaksiyada CM-in 315-ci maddəsinin dispozisiyasında həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə nəzərdə tutulduğundan müvafiq olaraq şəxsin sağlamlığına yüngül və az ağır zərər yetirmə CM-in 315-ci maddəsi ilə əhatə olunsa da, sağlamlığa ağır zərər yetirildikdə şəxsin əməli cinayətlərin məcmusu üzrə CM-in 126 və 315-ci maddəsi ilə tövsif olunmuşdur. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirilməsi halında da (CM-in 126- cı maddəsinin sanksiyasında daha yuxarı həddə cəza təyin edilməsi nəzərdə tutulsa da) şəxsin əməlinin CM-in 315-ci maddəsi ilə əhatə olunmalı olması barədə məhkəmənin mövqeyi anlaşılan deyildir. Hazırda CM-in 315-ci maddəsinin dispozisiyasında həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə, eləcə də, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə nəzərdə tutulmamışdır. Belə olan halda CM-in 128 və 315-ci maddələrinin obyekti ayrı-ayrı ictimai münasibətlər olmaqla həmin cinayət əməllərinin də müvafiq olaraq CM-in fərqli fəsillərində (Həyat və sağlamlıq əleyhinə olan və İdarəetmə qaydası əleyhinə olan) nəzərdə tutulması, CM-in 315-ci maddəsinin dispozisiyasında konkret olaraq qəsdən sağlamlığa yüngül zərər vurma kimi əlamətlər (eləcə də həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) göstərilmədiyindən şəxsin əməli həm də CM-in 1 28-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olduqda CM-in 315-ci maddəsi ilə əhatə oluna bilməz, törədilmiş cinayət əməli cinayətlərin məcmusu üzrə CM-in 128 və 315-ci maddələri ilə tövsif olunmalıdır.

10. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birincvə ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

14. Dövlət ittihamçısı kassasiya protestində Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbu l edərkən və məhkum edilmiş şəxs Məhkum cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum verilmiş ittihamdan CM-in 128-ci maddəsi xaric edilməsi barədə mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 7-ci bəndində deyilir ki, xuliqanlıq zamanı hakimiyy ət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmuyu qaydasında CM-in 221.2.2 və 315.2-ci maddələri ilə tövsif olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmuyu qaydasında CM-in 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq CM-in 126-cı və ya 127-ci maddələri ilə tövsüf olunmalıdır. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə görə CM-in 221-ci maddəsində (xuliqanlıq) nəzərdə tutulmuş əməlin törədilməsi zamanı şəxsə CM-in 126-cı maddəsində (qəsdən sağlamlığa ağır zərər vurma) və 127-ci maddəsində (qəsdən sağl amlığa az ağır zərər vurma) nəzərdə tutulmuş xəsarətlər yetirilərsə, onda təqsirkarın əməli cinayətlərin məcmuyu üzrə CM-in 221 və CM-in 126 və ya 127-ci maddələrilə tövsif olunmalıdır.

16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protesti ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Kassasiya protestində təqsirləndirilən şəxs Məhkum CM-in 315-ci maddəsi ilə yanaşı, həm də CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 315-ci maddəsi ilə düzgün tövsif etmişdir.

18. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

19. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 315-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

20. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.15 -ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası ("məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsində ancaq mübahisələndirilən cəza "açıq-aydın” yüng ül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. 21. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulm asına gətirib çıxara bilər.

22. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

23. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və ha qlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyaları məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum məhkəmələr tərəfindən müəyyən edilən maddələr üzrə cinayət əməlini törətməsi tamamilə s übuta yetirilir.

25. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinməsinə dair işə baxan birinci və apellyasiya instansiya məhkəmələri Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-ci maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qararı qəbul edilmişdir.

24. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər Məhkum əməlinin tövsif edilməsi haqqında nəticə çıxarmaq üçün əsas vermir.

25. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinin araşdırılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1 -cı maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından hər hansı müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır.

26. Nəticə etibarilə məhkəmə kollegiyası iclasda iştirak etmiş şəxslərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1(107)455/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1(107)-455/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar