Məhkəmə qərarları › İş №1(102)-1109/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1109/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1109/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1( 103)-1602/2022 nömrəli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvəllər Bakı Ağər Cinayətlər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 nömrəli sərəncamı ilə əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunmuç, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7-ci s ahil döngəsi, 12 saylı yataqxanada yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum 2021-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs arxasınca təhqiramiz ifadələr işlətməsi səbəbindən aralarında yaranan mübahisə zamanı Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yanında olan “Dost qapısı” kafesindən kənarda sonuncunun ona yumruqla vurmasından sonra 2021-ci ilin sentyabrın ayının 22-də, saat 02 radələrində ünvan 3 ünvanında yerləşən “Əhmədli” metrostansiyası yaxınlığında yerləşən “Natural” aprekin qarşısında Zərərçəkmiş şəxslə təsadüfən görüşdükdə sonuncunun ona vurması ilə bağlı aralarında yaranan münasibətlərə bir daha aydınlıq gətirərkən Zərərçəkmiş şəxs onu yenidən yumruqla vurduqdan sonra üzərində gəzdirdi yi, istintaq tərəfindən müəyyən edilməyən bıçaqla sonuncunun sol qoltuqaltı nahiyəsindən bir dəfə vurub həmin şəxsə döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafragmanın zədələnməsi, dalağın çıxarılması, soltərəfli hematoraks və boyun nahiyəsinin sıyrığı ilə müşayiət olunmaqla insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət tərkibdə) 05 may 2022-ci il tarixli 1(101)-504/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi r. Hökmlə həmçinin digər məsələlər də həll edilmişdir.

4. Hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsi və məhkuma daha aşağı həddə cəza təyin edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.E.Rəhimov, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) 05 oktyabr 2022ci il tarixli, 1(103)-1602/2022 saylı qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü dəyişdirilərək Məhkum təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinə endirilmişdir.

6. Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr tərəfindən təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmadığından eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması və ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Belə ki, protest müəllifinin fikrincə, məhkumun əvvəllər də qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi şəxsin sabit kriminal meylliliyinə və şəxsiyyətcə mənfi xarakterizə olunmasına dəlalət edir.

8. Bundan əlavə, aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisəni cinay ətə meyilli şəxslərin həll edəcəyi tərzdə (gecə vaxtı, üzərində bıçaq) həll etməyi məqbul hesab edən təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə mübahisə edib üzərində gətirdiyi bıçaqla zərərçəkmişə zərbə vurub, sonuncuya döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafraqmanın zədələnməsi,dalağıb çıxarılması, soltərəfli hemotoraks və boyun nahiyəsinin sıyrığı ilə müşayət olunmaqla insan heyatı üçün təhlükəli olan xəsarət yetirən, cinayət əməlini törədib hadisə yerindən qaçaraq cinayəti törədərkən isitifadə etdiyi bıçağı kənar yerə tullamaqla gizlədən Məhkum cinayəti törədərkən istifadə etdiyi bıçağı kənar yerə tullamaqla gizlədən Məhkum şəxsiyyətinin müsbət mənada ehtiva edən hansı cəhətlərinin olması və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını məhkəmə kollegiyası yekun qərarında göstərə bilməmişdir.

9. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Məhkum cinayəti törətikdən sonra polislərin gələcəyini bilib məsuliyyətdən yayınmaq üçün hadisə yerindən qaçmış və polisin axtarışı nəticəsində saxlanılmışdır. Həmçinin, o, ağır cinayətlər kateqoruyasına aid cinayət törətməklə könüllü olaraq deyil, yalnız cinayət məsuliyyətinə cəlb ediləcəyini dərk edib ona təyin ediləcək cəza təhdidi altında zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əməli CM-nin 15.4-cü maddəsinə əsasən, obyekti həyat və sağlamlığın təhlükəsizliyini təmin edən ictimai münasibətlər olan ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Həmin cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun tərəfindən aral arında yaranmış mübahisəni cinayətə meyilli şəxslərin həll edəcəyi tərzdə (gecə vaxtı, üzərində bıçaq) həll etməyi məqbul hesab etməklə bıçaqla zərərçəkmişə zərbə vurmaqla sağlamlığına ağır xəsarət yetirməklə törədilməsində, birbaşa bıçaqla icraçılıqla törədilməsində və başa çatmasında özünü göstərir.

10. Bu əsasla, dövlət ittihamçısı kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv olunmasını və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 41 9-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv ed ilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21 -ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cə zalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlə rinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60- cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilm əsinədair” 02 aprel 2012-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğu n olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

23. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

24. Məhz bu cür ("açıq-aydın” yüngül və yaxud "açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.

25. Dövlət ittihamçısının istinad etdiyi Az ərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası ("məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza "açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

26. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın "açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsi pi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

27. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

28. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli - qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir his səsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində ağır cinayətlər kimi təsbit edilmişdir.

29. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

30. Apellyasiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, yəni sanksiya daxilində olan cəza təyin edilmişdir.

31. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, barəsində yaşadığı yer üzrə şikayət daxil olmadığını və ailə vəziyyəti cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır.

32. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM- nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etsə də, cəzanın məqsədinə nail olunması baxımından cəza həddindən artıq sərt olmuşdur. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunm ş cəzanın yüngülləşdirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.

33. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə cəzası üçün nəzərdə tutulan həddə cəza təyin etməklə, Azərbaycan Respublikası CM-də nəzərdə tutulan cəzanın məqsədlərini təmin etmişdir.

35. Qeyd olunan hallar baxımından Məhkum apellyasiya məhkəməsi tərəfindən təyin olunan cəza bu məsələnin həllində əhəmiyyət kəsb e dən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

36. Əlavə olaraq, kollegiya qeyd edir ki, Məhkum əməlində cinayətlərin residivi olmadığı halda, töfsif edilən maddənin sanksiyasının yuxarı həddinin yarısı həcmində cəza təyin edilmişdir. Bu faktın özü belə təyin edilmiş cəzanın açıq-aşkar yüngül olması qənaətinə gəlməyi əsassız edir.

37. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21 -ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

38. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2022-ci il tarixli, 1(103)-1602/2022 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar