Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-111/2019 15.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)111-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 15 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdaf iəçiX6nun iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi X6 tərəfindən birgə verilmiş kassasiya şikayətinə, Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Oğuz Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X5) Təqsirləndirilən şəxs1 – xx xxxx 1968-ci il tarixdə Oğuz rayonu **************** kəndində anadan olmuş,******** rayonu ********** kəndində yaşayan, evli, ali təhsilli, əvvəllə r Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 və Bərpası Müəssisəsinin direktoru vəzifəsi üzrə səlahiyyətləri icraetmiş, hazırda işsiz, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 – xx xxxxxx 1964-cü il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, ali təhsilli, əvvəllər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 və X7 meşəbəyliyinin meşəbəyisi vəzifəsi üzrə səlahiyyətləri icra etmiş, hazırda işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirl i bilinib hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinmişdir ondan ötrü ki, o, X18 və Bərpası Müəssisəsinin direktoru vəzifəsi üzrə səlahiyyətləri icra edərkən, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində özünün xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə müəssisənin (hüquqi şəxsin) hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, 11.01.2017-cı ildən 04.07.2017-ci ilə tarixədək X18 və Bərpası Müəssisəsinin direktoru vəzifəsi üzrə səlahiyyətləri icra edərkən, vəzifəli şəxs kimi hazırda qüvvədə olan, SSRİ Nazirlər Sovetinin 22.03.1950-ci li tarixli 1181 nömrəi qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.1995-ci il tarixli 43 nömrəi qərarına əsasən “Azərbmeşə” X8 İclasının 20.12.1996-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07.04.2006-cı il tarixli 171/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin 20.04.2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13.12.2001-ci il tarixli 266/Ü nömrəli əmri ilə təsdiq edilmiş, X18 və X2 əsasən, meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsi sahəsində bütün tədbirlərin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət etməyə, meşə sahələrində təftişlər keçirməyə, digər məsul şəxslər tərəfindən vaxtında, tam şəkildə təftiş və yoxlamalar keçirilməsinə nəzarət etməyə, qanunsuz ağac qırıntısını aşkar etdiyi hallarda, ağacın dib kötüyünü damğalayıb protokol tərtib etməklə günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyə borclu olduğu və digər səlahiyyətlərə malik halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmə klə, Oğuz MMBM-nin Oğuz və Daşağıl meşəbəyliklərinin dolayılarında 2017-ci ilin may-iyun aylarında ağacların kənar şəxslər tərəfindən mütəmadi olaraq qanunsuz qırılması haqqında məlumatı olmasına baxmayaraq, mühafizə üçün bütün tədbirlərin görülməsinə heç bir təşəbbüs göstərməyərək, həmin şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilməsi, meşə pozuntularının qarşısının alınması üçün tədbirlər görməməsi nəticəsində, qeyd olunan dövrdə MMBM-nin Oğuz meşəbəyliyinin 1a, 2, 2a, 3, 8a və 9 saylı meşə dolayılarında 2589,52 kub metr həcmində 23.067,35 manat köküstə nırx dəyərində 1172 ədəd, Müəssisənin Daşağıl meşəbəyliyinin 1 və 4 saylı meşə dolayılarında 428 kub metr həcmində 3930,99 manat köküstə nırx dəyərində 200 ədəd olmaqla, ümumilikdə 1372 ədəd 3017.52 kub metr həcmində 26.998,34 (iyirmi altı min doqquz yüz doxsan səkkiz) manat 34 (otuz dörd) qəpik köküstə nırx dəyərində müxtəlif cinsli ağacların istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qanunsuz kəsilməsinə və bununla da müəssisənin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinmişdir, ondan ötrü ki, o, X18 və X7 meşəbəyliyinin meşəbəyi vəzifəsi üzrə səlahiyyətləri icra edərkən, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində özunün xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə müəssisənin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, 01.06.2017-c i ildən 21.06.2017-ci ilədək X18 və X7 meşəbəyliyinin meşəbəyi vəzifəsi üzrə səlahiyyətləri icra edərkən, vəzifəli şəxs kimi hazırda qüvvədə olan, SSRİ Nazirlər Sovetinin 22.03.1950-ci il tarixli 1181 nömrəli qərarı ilə təsdiq edilmiş “SSRİdə dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.1995-ci il tarixli 43 nömrəli qərarına əsasən “Azərbmeşə” X8 İclasının 20.12.1996-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07.04.2006-cı il tarixli 171/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə ”, həmin Nazirliyin 20.04.2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13.12.2001-ci il tarixli 266/Ü nömrəli əmri ilə təsdiq edilmiş, X18 və X2 əsasən, meşəbəyliyin ərazisində meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməyə, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etməyə, illik operativ nəzarət planının hazırlanmasına, sakinlər arasında mütəmadi olaraq maarifləndirici işin aparılmasına, meşə qanunvericiliyinin pozulması hallarının vaxtında aşkar edilməsi və müvafiq pozuntu haqqında protokolların (aktlarının) tərtib olunmasına, meşəbəylikdə qanunsuz ağac qırıntısını aşkar etdiyi hallarda ağacın dib kötüyünü damğalayıb müvafiq protokol (akt) tərtib edərək günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müəssisəyə və ya hüquq mühafizə orqanlarına göndərilməsinə və digər tədbirlər görməyə borclu olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, Oğuz MMBM-nin Oğuz meşəbəyliyinin 1a, 2a, 3, 8a və 9 saylı dolayılarında 2017-ci ilin iyun ayında ağacların kənar şəxslər tərəfindən davamlı şəkildə qanunsuz qırılmasına baxmayaraq, həmin şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması, meşə pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlər görməyərək, həmin meşəbəyliyinin göstərilən dolayılarında 2017-ci ilin iyun ayında ağacların kənar şəxslər tərəfindən qanunsuz qırılmasını şəxsən aşkarlayıb onları istifadəsində olan Q Q166 nömrəli damğa ilə nişanlasa da, qanunsuz ağac qırıntıları barədə müvafiq protokol (akt) tərtib etməklə bu barədə müəssisənin “Meşə qanunvericiliyi hallarının pozulmasının qeydiyyatı kitabı”nda qeydlərin aparılmasını təmin etməmiş, nəticədə qeyd olunan dövrdə Oğuz MMBM-nin Oğuz meşəbəyliyinin 1a, 2a, 3, 8a və 9 saylı meşə dolayılarında ümumilikdə 371 ədəd 988,67 kub metr həcmində 7976,64 (yeddi min doqquz yüz yetmiş altı) manat 64 (altmış dörd) qəpik köküstə nırx dəyərində müxtəlif cinsli ağacların istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qanunsuz kəsilməsinə və bununla da müəssisənin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə, məhkumlar Təqsirləndirilən şəxs1 v ə Təqsirləndirilən şəxs2,zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər şöbəsinin nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə) 17 avqust 2018-ci il tarixli qərarı ilə apelyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını, məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi X6 isə birgə kassasiya şikayəti verərək Təqsirləndirilən şəxs1 bəraət ve rilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya protesti dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. İşin faktiki halları, yəni Təqsirləndirilən şəxs1 səhlənkarlığı nəticəsində 26.998,34 (iyirmi altı min doqquz yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat köküstə nırx dəyərində müxtəlif cinsli ağacların istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qanunsuz kəsilməsi mübahisələndirilməsə də, həmin əmələ məhkəmələr tərəfindən verilən hüquqi qiymət düzgün olmamışdır. Məhkəmə baxışının gedişatında da öz təsdiqini tapmış bu hallara ittiham tərəfindən düzgü n hüquqi qiymət verilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 X18 və Bərpası Müəssisəsinin direktoru vəzifəsi üzrə səlahiyyətləri icra edərkən, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində özünün xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməsi ilə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla, yəni «digər ağır nəticələr dedikdə, bir neçə şəxsin sağlamlığına zərər vurulması, dövlət və ya bələdiyyə idarə və müəssisəsinin işinin pozulması, külli miqdarda əmlak ziyanının vurulması və s. başa düşülən) qənaətinə gəlməklə əsassız olaraq Təqsirləndirilən şəxs1 əməlinin birinci instansiya məhkəməsi tərəfindən tövsifi ilə razılaşmışdır. Halbuki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs1 əməlinin külli miqdarda əmlak ziyanının vurulması ilə nəticələnməməsi kimi qiymətləndirmə qanuna uyğun deyildir. Məhkəmələrin mövqeyinə görə vurulan ziyanın CM-nin 177-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulan killi miqdar, yəni 50000 manatdan artıq olmaması əməlin CMnin 314.2-ci maddəsi ilə tövsifi üçün əsas ola bilməz. Təqsirləndirilən şəxs1 səhlənkarlıqda ifadə olunan əməli nəticəsində 2589.52 m3 həcmində 23.067.35 manat köküstə nırx dəyərində 1172 ədəd, Müəssisənin Daşağıl meşəbəyliyinin 1 və 4 saylı meşə dolaylarında 428 m3 həcmində 3930.99 manat köküstə nırx dəyərində 200 ədəd olmaqla, ümumilikdə 1372 ədəd 3017.52 m3 həcmində 26.998,34 (iyirmi altı min doqquz yüz doxsa n səkkiz) manat köküstə nırx dəyərində müxtəlif cinsli ağacların istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qanunsuz kəsilməsi nəzərə alınsa, külli miqdar anlayışına da ağac kəsməyə münasibətdə hüquqi qiymət verilməli idi. Belə ki, CM-nin 259-cu (qanunsuz ağac kəsmə) maddəsinin qeyd hissəsinə əsasən CM-nin 259.2.4-cü maddəsində (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) "külli miqdar" dedikdə yeddi min manatdan artıq olan məbləğ başa düşülür Göründüyü kimi, digər ağır nəticələr anlayışı külli miqdarda ziyan vurma kimi qəbul olunduğu təqdirdə də, Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 314.2-ci maddəsinin tərkibini yaratması mübahisələndirilə bilməz. İstər cinayət işi üzrə toplanmış ibtidai istintaq materialları (zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq h ərəkəti protokolları, ekspertiza rəyləri və sair sənədlər), istərsə də məhkəmələrdə aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs1 CM-nin 314.2-ci maddəsi ilə olan əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə məhkəmələr tərəfindən əsassız və ədalətsiz nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilən cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə tərəfindən iş üzrə qəbul edilmiş cəzanı yüngülləşdirən hallar, habelə cəza təyini zamanı gətirdiyi dəlillər əsassız olmaqla işin hallarına uyğun olmamış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti nəzərə alınmamışdır. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən ş əxs2 hadisədən sonra könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, vurulmuş zərəri tam ödəməsi halı olmamışdır. Buna görə də, məhkəmə, onların əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Eləcə də iş materilallarından görünür ki. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkzibolunmaz sübutlar qarşısında qaldığından törətdikləri əməli etiraf etmək məcburiyyətində olmuşlar. Bu səbəbdən də, məhkəmə, onların törətdikləri əməli könüllü olaraq etiraf etmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin t ələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmasını göstərməklə kifayətlənmiş, lakin, bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. İşin hallarından görünür ki, U6 vurduğu 26.998.34 (iyirmi altı min doqquz yüz doxsan səkkiz) manat ziyandan 1500 manat ödəniş etmiş, Təqsirləndirilən şəxs2 isə vurduğu 7976.64 (yeddi min doqquz yüz yetmiş altı manat altmış dörd qəpik) manat ziyandan ödəniş etməmişdir. Bu baxımdan məhkəmənin təqsirləndirilən şəxslərin maddi zərərin tam şəkildə ödənilməsinə çalışdıqları qənaətində o lması da anlaşılan deyildir və hər hansı sübutla da təsdiq olunmur. Bundan başqa, məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, təqsirləndirilənin şəxsiyyətini kifayət qədər nəzərə almamış, bununla da təyin edilmiş cəza cinayətin ağırlığına və təqsirləndirilənin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin ictimai təhlükəli xarakteri, yəni qəsdin əsas obyekti - dövlət hakimiyyəti orqanlarının normal fəaliyyəti, əlavə zəruri obyekti ətraf mühitin mühafizəsinə dair münasibətlər, təqsirin forması cinayətin ehtiyyatsızlıqdan törədilməsi olmasıdır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirl əndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və əsassız olaraq onlara yüngül cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanı əsaslı hesab etmiş, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Oğuz Rayon Məhkəməsinin 7 iyun 2018-ci il tarixli hökmündə təqsirləndirilən şəxslər barəsində əlavə cəzanın təyin edilməsinin zəruri olub-olmamasına dair məhkəmənin gəldiyi nəticələrin motivləri müzakirə edilməmiş, apellyasiya instansiyası məhkəməsi də buna heç bir münasibət bildirməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qərarını k ifayət qədər əsaslandırmadan apelyasiya protestini təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Beləliklə, məhkəmə öz hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlməyərək ziddiyyətli sübutlara əsaslanmış, məhkəmə hök münün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində daha sonra göstərilir ki, Azərbaycan Respublikası CPM-nin 346.1.14-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. CPM-nin 353.2.7-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri göstərilməlidir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum a daha yüngül cəza təyin edilməlidir. Meşə qırıntılarının əmələ gəlməsinin özünə xas olan obyektiv, yəni cinayət tərkibi sayılmayan səbəbləri vardır. Meşə fonduna daxil olan meşələr böyük bir ərazini əhatə edir. Meşə gözətçilərinin işi də çox çətin və məsuliyyətli olmaqla birlikdə əmək haqqı da azdır. Bu səbəblə müəssisədə həmişə meşə gözətçisi çatışmazlığı olmuşdur ona görə də meşələrin mühafizəsini tam və lazımi şəkildə hayata keçirmək demək olar ki, mükün deyildir. Meşə qırıntılarının əksəriyyəti U6 asılı olmayan səbələrdən, xüsusilə işçi çatışmazlığından əmələ gəldiyi də faktdır. Ona görə də qərarın ləğv edilərək, Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməsi barədə məhkumların və müdafiəçinin, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestlərinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü y oxlayaraq, belə qənaətə gəlir ki kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilərək, qərar ləğv edilib cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Kassasiya şikayətində meşə qırıntılarının səbəbləri obyektiv hallarla, meşə zolağının böyüklüyü, meşə gözətçilərinin çatışmazlığı ilə əlaqələndirilmiş və ona görə də məhkuma bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri heç bir sübutla əsaslandırılmayan subyektiv mülahizə xarakterli olduğundan təmin edilməməlidir Kassasiya protestinin dəlilləri Təqsirləndirilən şəxs1 cinayət əməlinin hüquqi tövsifinin əsassız olaraq CM-nin 314.2-ci maddəsindən 314.1-ci maddəsinə dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas cəzaların yün güllüyü və əlavə cəza təyin edilməsinə dair məsələnin müzakirə edilməməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protestinin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması əməlləri ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Göstərilən qanunun mənasına görə CM-nin 314.2-ci maddəsində digər ağır nəticələr dedikdə təkcə vurulmuş maddi zərə rin həcminin külli miqdar təşkil etməsi nəzərdə tutulmur. Aşkar edilmiş ağac qırıntılarının sayının və həcminin əvvəlki dövr üçün olandan kəskin surətdə dəfələrlə çox olması da, təbiətə və meşə fonduna qısa müddət ərzində həddindən çox vurulmuş zərər olaraq ağır nəticə kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham da məhz həmin mövqeyi nəzərdə tutur. Elan edilmiş ittihama görə Təqsirləndirilən şəxs1 səhlənkarlığı nəticəsində MMBM-nin Oğuz meşəbəyliyinin 1a, 2, 2a, 3, 8a və 9 saylı meşə dolayılarında 2589,52 kub metr həcmində 23.067,35 manat köküstə nırx dəyərində 1172 ədəd, Müəssisənin Daşağıl meşəbəyliyinin 1 və 4 saylı meşə dolayılarında 428 kub metr həcmində 3930,99 manat köküstə nırx dəyərində 200 ədəd olmaqla, ümumilikdə 1372 ədəd 3017.52 kub metr həcmində 26.998,34 (iyirmi altı min doqquz yüz doxsan səkkiz) manat 34 (otuz dörd) qəpik köküstə nırx dəyərində müxtəlif cinsli ağacların istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qanunsuz kəsilməsinə və bununla da müəssisənin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticəyə görə külli miqdarda əmlak ziyanı dedikdə hansı miqdardan yuxarı olan məbləğin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin məzmununda qeyd edilməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli nəticəsində X18 və Bərpası Müəssisəsinə dəymiş 26.998,34 (iyirmi altı min doqquz yüz doxsan səkkiz) manat 34 (otuz dörd) qəpik miqdarında maddi zərər dəymişdir. 26.998,34 (iyirmi altı min doqquz yüz doxsan səkkiz) manat 34 (otuz dörd) qəpik miqdarında maddi zərər vurulması Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan, hər hansı şəxsin ölümü, iki və ya daha artıq şəxsin sağlamlığına zərər vurulması kimi ağır nəticələrlə eyniləşdirilə və ağırlıq dərəcəsinə görə bərabər sayıla bilməz. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli hər hansı şəxsin ölümünə, sağlamlığına zərər vurulmasına, dövlət və ya bələdiyyə idarə və müəssisəsinin işinin pozulmasına səbəb olmadığından, onun törətdiyi cinayət əməli nəticəsində dəymiş maddi zərər məbləğinin külli miqdarda əmlak ziyanı hesab edilməsi isə sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hərəkətləri ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurulması kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi kimi qiymətləndirilməməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşır. Kassasiya protestində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 259-cu (qanunsuz ağac kəsmə) maddəsinin qeyd hissəsinə əsasən CM-nin 259.2.4-cü maddəsində (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) "külli miqdar" dedikdə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə kollegiyası protestin bu barədə dəlilinə münasibətdə hesab edir ki, cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilməməsi nəzərə alınmaqla yanaşı bu maddədə təsbit edilmiş dövlətin qanunsuz ağac kəsiminə münasibəti başqa hallarla yanaşı nəzərə alına bilər. Zərərçəkmiş hüqu qi şəxsin nümayəndəsi X9 məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətinə etiraz qeydlərində göstərmişdir ki, 2017-ci ilin may-iyun aylarında Oğuz MMBM-nin üzrə qanunsuz meşəqırma həcmi (3.017,52 kub metr) həmin il üzrə Oğuz MMBM-nin meşəqırma həcmindən (438 kub.m) 6,8 dəfə çox olmuş, bu göstərici isə törədilən əməlin ağır nəticələrə səbəb olması kimi qiymətləndirilməlidir. 2017-ci il üzrə Oğuz MMBM-nin Meşəqırma həcmi 438 kub.m-dirsə 2 ay ərzində bu hədd 73 kub.m təşkil etməlidir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 səhlənkarlığı nəticəsində 2017-ci ilin may-iyun aylarında həmin həcmdən 41 dəfə çox qanunsuz qırıntıya yol verilmişdir. Dövlət ittihamçısının apellyasiya protestində göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatına əsas ən, Azərbaycan Respublikası üzrə illik meşəqırma həcmi 2013-cü ildə 30.400 m3, 2014-cü ildə 29.700 m3, 2015-ci ildə 30.900 m3, 2016-cı ildə 29.600 m3 2017-ci ildə isə 31.021 m3 olmuşdur. Statistik məlumatlara əsasən, Oğuz MMBM üzrə illik meşəqırma həcmi 2013-cü ildə 2.059 m3, 2014-cü ildə 1.605 m3, 2015-ci ildə 1.700 m3, 2016-cı ildə 1.053 m3, 2017-ci ildə isə 438 m3 olmuşdur. Göründüyü kimi, 2017-ci ilin may-iyun ayında Oğuz MMBM üzrə qanunsuz meşəqırma həcmi (3.017,52 m3) həmin il üzrə Oğuz MMBM-in meşəqırma həcmindən (438m3) 6,8 dəfə çox olmuş, bu göstərici isə törədilən əməlin ağır nəticələrə səbəb olması kimi qiymətləndirməyə əsas verən ən vacib dəlildir. Yaxud əgər 2017-ci il üzrə Oğuz MMBM-in meşəqırma həcmi 438 m3-dirsə, 2 ay ərzində bu hədd 73 m3 təşkil etməlidir. Buna baxmayaraq 2017-ci ilin 2 ayında həmin həcmdən 41 dəfə çox qanunsuz qırıntıya yol verilmişdir. Statistik məlumatlardan o da görünür ki, Oğuz MMBM üzrə 2 ay ərzində qanunsuz meşəqırma həcmi (3.017,52 m3) Azərbaycan Respublikasının 2017-ci il üzrə meşəqırma həcminin (31.021 m3)təxminən 10%-i təşkil etmişdir. Oğuz MMBM-də 2 ay ərzində baş vermiş qanunsuz meşəqırma həcmini (3.017,52 m3) Azərbaycan Respublikasında 2017-ci ilin 2 ayı üzrə meşəqırma həcmi (5.170,16 m3) ilə müqayisə edərkən müəyyən olunur ki, Oğuz MMBM-də baş vermiş qanunsuz meşəqırma ölkə üzrə meşəqırma həcminin 58%-i təşkil edir. Bundan başqa Oğuz MMBM-in balansında olan meşə ehtiyyatı (təxminən 28.652 ha) ölkəmizin meşə ehtiyyatının (1.014.000 ha) 2.8%-i təşkil etsə də, Oğuz MMBM-də 2 aylıq qanunsuz meşəqırma həcmi bundan təxminən 3,5 dəf ə çox olaraq ölkənin meşəqırma həcminin 10% olmuşdur. Halbuki, qeyd olunan göstəricilərə əsasən, 2017-ci il üzrə Oğuz MMBM üzrə illik meşəqırma həcmi ölkə üzrə illik meşəqırma həcminin 2,8%dən, yəni 868 m3-dən artıq olmalı deyildi. Bu həcm isə 2 ay ərzində 144 m3 edir. Yəni, ölkə üzrə meşəqırma həcminə müvafiq olaraq Oğuz MMBM üzrə 2017-ci ilin may-iyun aylarında meşəqırma həcmi təxminən 144 m3 təşkil etməli idi. Buna baxmayaraq qeyd olunan dövrdə həmin həcmdən (144 m3) təxminən 20 dəfə artıq qanunsuz qırıntıya (3.017,52 m3) yol verilməklə ağır nəticəyə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlinin hüquqi tövsifini dəyişərkən məhkəmələr yuxarıda göstərilənləri ətraflı müzakirə edib nəzərə almamışlar. Ona görə də, məhkəmə kollegiyası bu barədə ka ssasiya protestinin dəlillərini əsaslı hesab edir. Cəza təyini barədə məsələni həll edərkən Oğuz rayon məhkəməsi 07 iyun 2018-ci il tarixli hökmdə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab etmişdir. Daha sonra hökmdə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli nəticəsində digər şəxsin hüquqlarına və qanuni mənafeyinə maddi zərər vurulsa da, onların bu işdə hər hansı maddi maraqları və ya sair şəxsi niyyətləri olmadığından, yalnız səhlənkarlıqları və işə laqeyd münasibətləri həmin nəticələrə səbəb olduğundan, habelə təqsirləndirilən şəxslər törətdikləri əməlləri könüllü olaraq etiraf etdiklərini və həmin əməllərə görə səm imi peşmançılıq hissləri keçirdiklərini, maddi zərərin tam şəkildə ödənilməsinə çalışdıqlarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinin ictimai təhlükəliliyini, özləri və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətlərini başa düşmüşlər və artıq islah olunmağa başlamışlar. Həmin əsaslara görə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri könüllü olaraq etiraf etmələrini və səmimi peşman olmalarını, eyni zamanda onların müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilm əmişdir. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi iclasında özünü Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilməmiş, daha sonra isə ifadəsində göstərmişdir ki, onun səhlənkarlığı və işə laqeyd münasibəti nəticəsində Oğuz MMBM-nin hüquqlarına və qanuni mənafeyinə zərər vurulmasını inkar etmir, lakin hesab edir ki, onun əməlləri hər hansı ağır nəticəyə səbəb olmamışdır. Onun cinayət əməlləri nəticəsində vurulmuş zərərdən cəmi 1550 manat (5,7%) ödənmişdir. Təqsirləndirilən şəxs2 isə məhkəmə iclasında elan edilmiş ittihamda özünü təqsirli bildiyini göstərsə də onun tərəfindən heç bir ödəmə edilməmişdir. Belə vəziyyətdə təqsirləndirilən şəxslərin artıq islah olunmağa başlamaları və səmimi peşman olmaları nəticəsinə gəlinməsi kifayət qədər əsassız sayılmamalıdır. T əqsirləndirilən şəxs1 verilmiş yaşayış yeri üzrə xasiyyətnamədə göstərilir ki, onun barəsində Oğuz RİHB-nın Qumlaq İƏD-ə yazılı və şifahi şikayət daxil olmamışdır. Bundan başqa xasiyyətnamədə cinayətin və cinayəti törətmiş şəxsin ictimai təhlükəliliyini azaldan hər hansı hal göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkumun özlərinin və törətdikləri cinayət əməllərinin ictimai təhlükəliliyini azaldan cəzanı yüngülləşdirən əsaslı hallar müəyyən edilmədiyi halda məhkumlara növünə görə yüngül cəzalar təyin edilməsi barədə kassasiya protestinin dəlilləri əsaslı hesab edilir. Kassasiya protestində daha sonra göstərilir ki, Azərbaycan Respublikası CPM-nin 346.1.14-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədil məsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. CPM-nin 353.2.7-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri göstərilməlidir. Cinayət işinə baxmış birinci və apellyasiya instansiya məhkəmələri hər iki məhkum barəsində əlavə cəzaların təyin edilməsi barədə məsələni müzakirə etməmişlər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəal iyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 04 №-li qərarının 23-cü bəndində izah edilmişdir ki, məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinin tələblərini və yuxarıda istinad edilən Plenum qərarının izahlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkum barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsi məsələsinin cinayət işinə baxmış məhkəmələr tərəfindən müzakirə edilməməsi barədə kassasiya protestinin dəlilləri də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci və 416.0.21-ci maddələrinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum edilmələri barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 7 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Fərhad Kərimov
Məhkəmə qərarları › İş №1(102)-111/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-111/2019
15.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver