Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-111/2025 10.04.2025 ALİ MƏHKƏMƏ X1 (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Məhkum - Məhkum və Müdafiəçisi – X3 iştirakları ilə xx xxxx 1981-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 övladı olan, ali təhsilli, ARMETİZ zavodunda inzibatçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, hal-hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan so nra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 may 2024-cü il tarixli hökmünə əsasən (hakimlər: S.İ.Əliyev (sədrlik edən), F.Ə.Qəniyev və M.M.Ağalarov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 9 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmişdi r. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun özü və müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Ə.Q.Ələkbərov və Z.N.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına və hökmə əsasən Məhkum 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan zaman, müştəri kimi avtomobilinə əyləşmiş Rusiya Federasiyası vətəndaşı X2 sonuncunun istəyi ilə avtomobillərə baxması üçün Bakı şəhəri Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsin ə apardıqdan sonra Elvira Akhmedovanın orada satış üçün qoyulmuş “X9” markalı avtomobili bəyənib 1000 manat beh ödəməsindən istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə, həmin gündən etibarən Elvira Akhmedovaya müxtəlif vaxtlarda zəng vuraraq guya avtomobilin pulunun ödənilmədiyi halda beh kimi verdiyi pulun batacağı bəhanəsi ilə sonuncunun etibarından sui-istifadə edib aldadaraq, 11 sentyabr 2019-cu il tarixdə Elvira Akhmedovaya məxsus 47300 avro dəyərində “Cartier” markalı briliant qaşlı qızıl qadın üzüyünü ünvan 3 ünvanda yerləşən Şahid2 işlətdiyi lombardda öz adına sənədləşdirməklə, girovda saxlayıb 12000 manat pul götürdükdən sonra, 10000 manatını Elvira Akhmedovaya qaytarıb guya lombardın işçisinə “komissiya” kimi ödəyəcəyi adı ilə həmin pulun 2000 manatını, vahid niyyətlə ə hatə olunan qəsdlə ünvan 3 ünvanda yerləşən lombardda girovda saxlamaqla, 25 oktyabr 2019-cu il tarixdə lombarddan götürərək, satdığı zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin günün məzənnəsi ilə 89534 manat 17 qəpik təşkil edən 47300 avro dəyərində “Cartier” markalı üzüyü 12 noyabr 2019cu il tarixdə Elvira Akhmedovanın şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışı “Daniel” adlı şəxs tərəfindən lombarda ödənilməsi məqsədilə onun AZ81UBAZ**********1010AZN001 nömrəli bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 2783 manat 53 qəpik təşkil edən 1484 avro, 16 noyabr 2019-cu il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 2745 mana t 99 qəpik təşkil edən 1465 avro, 25 dekabr 2019-cu il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 265 manat 72 qəpik təşkil edən 141 avro, 06 fevral 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1368 manat 32 qəpik təşkil edən 732 avro, 02 mart 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1386 manat 25 qəpik təşkil edən avro, 03 mart 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1359 manat 91 qəpik təşkil edən 738 avro, 04 may 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1372 manat 31 qəpik təşkil edən 738 avro, 03 iyun 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1405 manat 44 qəpik təşkil edən 738 avro, 03 iyul 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1408 manat 84 qəpik təşkil edən 738 avro pulları istintaqa məlum olmayan vaxtda və yerdə nağdfaşdırmaqla ələ keçirib Elmira Akhmedovaya ümumilikdə külli miqdarda 105630 manat 48 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Zərərçəkmiş etiraf etmişdir ki, 2019-cu ildə təqsirləndirilən şəxslə tanış olmuş və sonuncunun köməkliyi ilə Bakı şəhərində şəxsi istifdəsi üçün avtomaşın almaq istəmişdir. Avtomaşın salondan seçilmiş, zərərçəkımişin pulu olmadığından, 1000 beh Məhkum tərəfindən öz hesabına ödənilmişdir. E.Akhmedova ma şın almaqdan ötrü üzüyünü 18000 manata qiymətləndirən zərgərə satmaq istəmiş, lakin sonuncu pulu üzüyü satdıqdan sonra verəcəyini bildirdikdə, onu lombarda qoymağa qərar vermişdir. Zərərçəkmiş təqsirləndirilən şəxsə üzüyü öz təşəbbüsləri ilə vermiş və üzük lombarda onun xahişi ilə qoyulmuşdur. Burda diqqəti çəkən o haldır ki, zərərçəkmiş bir neçə gün əvvəl tanış olduğu şəxsin adına lombarda külli miqdarda məbləği olan üzüyünü girov qoymağa və üzük guya 100 mindən artıq qiymətdə olduğu halda onun müqabilində 12000 (!) manat almağa razı olmuşdur. Lombarddan alman 12000 manatdan 10 000 manat zərərçəkmişə verilmiş, 10000 manat pul avtomobilə beh formasında verilmiş 1000 manat pul əvəzi götürülmüşdür. Qalan 1000 manat digər xərclərə ödənilmişdir. Həm istintaqdan əvvəl, həm istintaq zamanı, həm də məhkəmədə Məhkum və onun ailə üzvləri tərəfindən zərərçəkmişə ödənişlər edilmişdir və bu ödənişlər üzüyün real dəyərindən artıq məbləği təşkil edir. Belə, Məhkum zərərçəkmişə xx.xx.2024-cü il tarixdə 2000 manat, 2024-cü ilin mart ayında 3000 manat, 2024-cü ilin fevral ayında 500 manat məbləğində ödənişlər etmişdir. Bu ödənişlərlə bağlı zərərçəkmişin məhkəmədə ifadələri mövcuddur. Lakin buna baxmayaraq, məhkəmə hökmündə Məhkum yalnız 1100 manat, sonuncunun atasının 15000 manat pul ödəməsi qeyd olunmuşdur. Bəs digər ödənişlər? Lombarddan alınmış 10 000 manat pul? Hal-hazırda Məhkum atası tərəfindən zərərçəkmişə ziyan tam həcmdə ödənilmiş və sonuncunun bu barədə ərizəsi var. Cinayət işinin materialları ilə tanış olduqda müəyyən olunur ki, həm istintaq, həm məhkəmə araşdırması son dərəcə sə thi aparılmış, mövcud olan suallara cavab alınmamışdır. İlk növbədə qeyd etmək lazımdər ki, ittihamın əsasına qoyulmuş istintaq predmeti olan ehtimal olunan Cartier brilliant qaşlı üzük tapılmamış və ekspertizadan keçirilməmişdir. Əməlin tövsitınə əsas olan qiymətləndirmə aparılmamış və yalnız zərərçəkmişin ifadələri əsasında zərərçəkmişə vurulmuş 105630 manat dəyərində maddi ziyanın vurulması ittihamı verilmiş və təsdiq olunmuşdur. Bununla əlaqədar müdafiə tərəfi hesab edir ki, zərərşəkmiş tərəfindən məhkəməyə təqdim olunmuş hansı-sa analoji üzüyün pasportunun surəti və orada qeyd olunmuş qiymət ittihamın əsasına o halda qoyula bilərdi ki, əgər üzüyün paspoertda qeyd olunan üzük olması ekspertiza tərəfindən təsdiq olunardı. Belə, hökmün əsasına qoyulmuş **********01138 saylı fakturanın su rətindən müəyyən olunur ki, üzüyün sahibi şəxsiyyəti müəyyən olunmayan və dindirilməyən Daniel Layahedir. Bu üzüyün zərərçəkmişə məxsus olması, bu üzük üzərində sərəncam vermək hüququnun olub olmaması və ümumiyyətlə satılan üzüyün sənəddəki üzük olub olmaması araşdırılıb müəyyən olunmamışdır. İstintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə tanış olduqda belə qənaətə gəlmək olar ki, ümumiyyətlə original Cartier brilliant qaşlı üzükdən söhbət gedə bilməz. Belə ki, hər bir Cartier üzüyünün üzərində üzüyün seriya nömrəsi və “Cartier1 sözü olur. Lombarddan və üzüyüy satan zərgərdən götürülmüş sənədlərdə üzüyün seriya nömrəsi qeyd olunmamışdır. Lombard tərəfindən tərtib edilmiş Girov biletindən müəyyən olunur ki, üzük 750 probalı qızıl metaldan düzəldilib. Lakin Alış aktında söhbət 950 əyar platinadan düzəldilmiş üzükdən söhbət gedir. Sual yaranır bunlar iki fərqli üzükdür ya yox, eyni üzükdürsə hansı metaldan düzəlmişdir. Üzüyün ekspertizası bu suallara cavab verə bilərdi. Lakin nə istintaqı, nə məhkəməni bu fakt maraqlanddırmamışdır. Zərərçəkmiş üzüyü Azərbaycan Respublikası sərhəddindən keçirəndə deklarasiya edib etmədiyi aydın deyil. Onu da qeyd etmək lazımdır ki, məhkəmədə eyni parametrlərə uyğun Cartier üzüyünün alınıb verilməsi zərərçəkmişə təklif olunsada, sonuncu buna razı olmayaraq şişirdilmiş məbləğdə pul tələb etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, onun tərəfindən alınan və sonradan satılan üzüyün bazar qiyməti satdığı qiymətə uyğun olmuşdur və bu qiymətdən baha ola bilməz. Belə, üzük 25500 manata alınaraq 26500 manata satı lmışdır. Təbii ki, Cartier salonundan alınmış üzüklə ikinci əl üzüyün qiyməti eyni ola bilməz. Bunu o fakt da təsdiq edir ki, zərərçəkmişin iştirakı ilə üzüyə 18000 manat qiymət qoyulmuş və zərərçəkmiş onu bu qiymətə satmağa razılıq vermişdir. Bu səbəbdən də ittihamın əsasına heç bir ekspertiza rəyi olmadan üzüyə 47000 Avronun manat ekvivalentində qiymətin qoyulması qanunsuz və əsassızdır. Onu da qeyd etmək lazımdır ki, zərərçəkmişin iştirakı ilə Mərkəzi Univermaqda üzüyün satıldığı zaman, zərgər üzüyün qaşında ləkə olduğunu bildirmiş və təxmini 18000 manat qiymət qoymuşdur. Həqiqi Cartier üzüklərində ləkənin olması ağlasızmaz bir haldır. Birmənalı olaraq Fransa səfirliyinin (!) təsiri altında aparılmış istintaq və sonradan məhkəmə instansiyaları cinayət əməlinin tövsifi üçün mühüm əhəm iyyət kəsb edən üzüyün real qiymətini müəyyən etməmişlər bu da kobud hüquq pozuntusudur. Onu da qeyd etmək istərdik ki, sübutlarla bağlı müdafiə tərəfinin verdiyi vəsatətlər təmin edilməmişdir." Müdafiə tərəfi hesab edir ki, faktiki olaraq yalnız zərərşəkmiş şəxsin ifadələri ittihamın əsasına qoyulduğundan, həm hökm, həm də onu təsdiq edən qərar inandırıcı deyil, qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs ilə Məhkum arasında münasibətin mülki xarakterli olması barədə apellyasiya şikayətimizin dəlillərini əsassız hesab edib normaya istinad etmişdir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. Mülki münasibətlərindən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetiıilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Normaya düz istinad olunsada, o, düzgün tətbiq edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olmasını müəyyən edən hər-hansı bir mötəbər sübut müəyyən etməmişdir. İşin mater ialları ilə tanış olduqda sual yaranır: məhkəməyə təqdim edilmiş sübutları dələduzluq cinayətini təsdiq edən sübutlar kimi qəbul etmək olarmı və şəxs ağır cinayətdə təqsirləndirilə bilərmi. Hesab edirik ki, təqsirləndirilən şəxs Məhkum qarşı ədalətsizlik olmuş, onun barəsində qanuni əsası olmayan hökm və qərar çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Rəşad Mehdiyev çıxışında bildirdi ki, zərərçəkmiş şəxslə barışıq əldə edilib, zərər tam ödənilib və notarial qaydada təsdiq edilmişdir. Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini və cəzasının şərti təyin edilməsini məhkəmədən xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi R.M.Mehdiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.B.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyas ı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi xahiş olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümum ləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və mə suliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olma sına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 178.3.2-ci maddəs i ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiy a instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci mad dəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Mə hkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü m addəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Lakin məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəza ilə razılaşmır və bununla bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlak ını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən “bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdəbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum edilmiş şəxs P.Əliyevə cəza təyin olunması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halların a və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. İş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, habelə himayəsində 3 uşağı vardır və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin apellyasiya instansiya məhkəməsində baxışı zamanı Zərərçəkmiş şəxs Ahmedovnanın məhkəməyə təqdim etdiyi ərizədən və məhkəmə baxışı zamanı çıxışından görünür ki, Məhkum tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, onlar barışmış və onun Məhkum qarşı heç bir iddiası və tələbi yoxdur. Lakın apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və cinayət qanunv ericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Beləliklə, məhkəmə kol legiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağı dakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ər zində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Məhkum 3 (üç) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məh kəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Məhkum dərhal məhkəmə iclas zalından azad olunsun. Məhkum üzərində davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-111/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-111/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver