Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1110/2018 17.08.2018 ALİ MƏHKƏMƏ 1(102)-1110/2018 A1baycan Respublikası adından A1baycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “16” avqust 2018-ci il Bakı şəhəri A1baycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası hakim Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X1 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - A1baycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il tarixli qərar ından A1baycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Sabunçu rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə) ilə (hakim Təqsirləndirilən şəxs (xx xx 1983-cü il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, A1baycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1-də qeydiyyatda olan) A1baycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. A1baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0,253 qram heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq 0,203 qram narkotik vasitə olan heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.F.Məmmədov, hakimlər R.K.Səfərov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) dövlət itti hamçısının apellyasiya protesti təmin edilməmiş, Sabunçu rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə - heroin əldə edib, qanunsuz olaraq daşımaqla üzərində saxlamış və xx xx 2017-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 31 nömrəli binanın qarşısında Sab unçu Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada xidmət otaqlarının birində Təqsirləndirilən şəxs üstünə baxıç keçirilən zaman əynindəki şalvarın arxa sol cibindən 0,253 qram narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq heç bir araşdırma aparmadan və əslində birinci instansiya məhkəməsinin əsassız hökmünü təftiş etmədən, apellyasiya protestində qoyulmuş dəlilləri qiymətləndirmədən hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən A1baycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqan ının gəldiyi nəticə əsassız olmaqla onun 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hökmdə qeyd edilmişdir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə ibtidai araşdırma zamanı alınmış etirafedici ifadələri olsa da, məhkəmə baxışı zamanı o, ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və 13-cü Polis Bölməsində üstündə heç bir narkotik vasitə olmadığını göstərmiş, ibtidai araşdırma zamanı vermiş olduğu bütün izahat və ifadələrini təkzib etmişdir. Həmin ifadələrin təzyiq altında alındığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr versələr də, işin halları üzrə müəyyən xüsusatlara dair sualları cavablandıra bilməmişlər. İşə Bakı Apellyasiya Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində olduğu kimi ona göstərilən təzyiqin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Digər tərəfdən iş üzrə şahid olan polis əməkdaşlarının ibtidai araşdırma zamanı verdiyi ifadələr barədə məhkəmədə hər hansı bir şübhə mövcud olduğu halda, məhkəmə kollegiyası iş üzrə istintaqı təzələməli və şahidlərin məhkəmə iclasına dəvət olunaraq sərbəst ifadə vermələrini təmin etməli olduğu halda bunu etməmiş, və birinci instansiya məhkəməsinin gəldiyi əsassız qənaəti formal olaraq təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, istintaq orqanının Təqsirləndirilən şəxs məlum cinayət əməlinin törədilməsini sübut edən sənəd kimi təqdim etdiyi, sonuncunun üstündən narkotik maddənin aşkar olunması barə dəki cinayət işinin materiallarına əlavə edilmiş xx xx 2017ci il tarixli şəxsin üzərinə axtarış və götürmə aparması haqqında protokolu və xx xx2017-ci il tarixli şahidin dindirmə protokolu araşdırılarkən qeyd-şərtsiz sübut olundu ki, həmin protokollardakı imzalar hal şahidi kimi göstərilən X11 tərəfindən yox, başqa şəxs və ya şəxslər tərəfindən icra edilmişdir. Bu xüsusat X5 A1baycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işinin materiallarından müdafiəçisi tərəfindən çıxarış edilməklə məhkəməyə təqdim edilmiş X5 təqsirləndirilən şəxs kimi imzaladığı prosessual sənədlərdəki imzalarla öz təsdiqini tapır. Lakin məhkəmə qeyd olunan protokollardakı imzaların X11 və ya qeyriləri tərəfindən icra olunmasının müəyyən edilməsi barədə gəldiyi nəticəni müv afiq məhkəmə ekspertizaları keçirilmədən qeyri-şərtsiz sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Belə ki, A1baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 264-cü maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. Məhkəmə kollegiyası işin baxışı zamanı apellyasiya protestinin həmin dəlilini də nəzərə almamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş üzrə digər hal şahidi X8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ondan başqa hal şahidi qismində A1 adlı şəxsin yox, A2 adlı şəxsin iştirak etməsini, həmçinin müstəntiq tərəfindən onun ifadəsinin alınmadığın ı və iş materialındakı müstəntiq tərəfindən alınmış xx xx 2017-ci il tarixli ifadənin onun tərəfindən imzalanmadığını bildirmişdir. Belə olan halda, məhkəmə xx xx 2017-ci il tarixli şəxsin üzərinə axtarış və götürmə aparması haqqında protokolunu, xx xx2017-ci il tarixli X9 məxsus, xx xx 2017-ci il tarixli X2 məxsus şahidin dindirmə protokollarını sübut kimi qəbul etmir. Belə ki, A1baycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 236.3-cü maddəsinin tələblərinə əsasən, cinayət işi üzrə baxış azı 2 nəfər hal şahidinin iştirakı ilə keçirilməlidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X12, X14, müstəntiq X1 və digər hal şahidi X10 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman X13 hal-şahidi qismində iştirak etmi ş, lakin öz anket məlumatlarını qardaşı A1 kimi təqdim etmişdir. Ona görə də məhkəmə istintaqı zamanı cinayət işi üzrə bütün halların obyektiv araşdırılması üçün X6 iş üzrə dindirilməsi zərurəti olduğundan dövlət ittihamçısı tərəfindən məhkəməyə vəsatətlə müraciət edilmiş, lakin məhkəmə əssasız olaraq vəsatəti təmin etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul edir, lakin o, narkotik vasitəni hərdən bir qəbul etdiyinə görə narkotikə asıllığı yoxdur. xx xx 2017-ci il tarixdə Bakı şəhərində “Kubinka” adlanan yerdə tanımadığı bir şəxsdən narkotik vasitə olan heroin almış və yaşadığı məhləyə gətirmişdir. Həmin günü saat 18:00 radələrində yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 31 saylı binanın qarşısında dayanmışdır, orada bir neçə nəfər mülkü geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinə dəvət etmişlər. Orada ona hüquqları izah olunmuş, tanımadığı iki nəfər hal-şahidlərinin iştirakı ilə üzərinə şəxsi baxış keçirilmiş və baxış zamanı əynindəki cins şalvarının arxa sol cibindən bükülü halda narkotik vasitə olan heroini aşkar olunaraq götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizası təyin olunmuş və 20494 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxsun üzərindən aşkar edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,253 qram olan maddə, tərkibinə görə küstar üsul la hazırlanmış narkotik vasitə-heroindir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri A1baycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.0.1, 416.0.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2018-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını A1baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini A1baycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə A1baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəm əsinin əsassız olaraq heç bir araşdırma aparmadan və əslində birinci instansiya məhkəməsinin əsassız hökmünü təftiş etmədən, apellyasiya protestində qoyulmuş dəlilləri qiymətləndirmədən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi A1baycan Respublikası CPM-in 416.0.1 və 416.0.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən A1baycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təq sirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. A1baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsi n cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi y olverilməzdir. (maddə 33.4) CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. A1baycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xe yrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qəra rın bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar A1baycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, məlum olmayan mənbədən satış məqsədi olamadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 0,253 qram heroin narkotik vasitəsini əldə edib üzərində saxlamış, xx xx 2017-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 31 nömrəli binanın qarşısında Sabunçu Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb polis bölməsinə gətirilmiş, orada xidmət otaqlarının birində üstünə baxış keçirilən zaman əynindəki şalvarın arxa sol cibindən 0,253 qram narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Sabunçu rayon Polis İdarəsin in 13-cü polis bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkilli vəzifəsində işləyən polis əməkdaşı şahid X12 göstərmişdir ki, işlədiyi polis bölməsinə məlumat daxil olmuşdur ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, A2 adlı şəxs narkotik vasitələrdən sui-istifadə etməklə məşğul olur. Həmin məlumatın yoxlanılması ilə bağlı onun tərəfindən polis bölməsinə raportla məlumat verilmiş və əməliyyat müvəkilli Vüqar Hadinin iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx xx 2017-ci il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 31 №-li binanın qarşısında zahiri görkəmindən A2 adlı şəxs olduğunu güman edərək, ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu 13-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında iki nəfər hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı, onun əynindəki şalvarın arxa sol cibindən bir bükümdə, içində toz aşkar edilərək götürülmüşdür. İbtidai istintaqda Təqsirləndirilən şəxs alınmış ifadəyə görə o, da üzərində saxladığı narkotik vasitə olan heroinin aşkar olunub götürülməsini etiraf etmişdir. Lakin, birinci instansiya məhkəməsində dindirilərkən Təqsirləndirilən şəxs ibtidai istintaqda polis əməkdaşlarının qanunsuz təsirlərinə məruz qaldığı üçün törətmədiyi cinayət barədə etirafedici ifadələr verməyə məcbur edildiyini göstərərək, əsl həqiqətdə işin faktik hallarının aşağıdakılardan ibarət olduğunu bildirmişdir. O, xx xx 2017-ci il tarixdə yaşadığı Sabunçu rayonu, ünvan 1 ünvanındakı evinin dəhlizinə çatarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər onu arxadan tutub polis olduqlarını bildirərək onu sürüyərək mersedes markalı avtomobilə mindirib zorla Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə aparmışlar. Sonra üzərini axtarıb “narkotik haradadır?” sualını verdikdə onlara onda narkotik olmadığını bildirmiş, polis əməkdaşları onu hədələmiş, özü raılaşarsa yüngül maddə ilə ittiham veriləcəyini, razılaşmadığı təqdirdə külli miqdarda narkotik maddə ilə ittiham ediləcəyini bildirmişlər, onlarla razılaşmadıqda bədəninin müxtəlif yerlərindən vurmağa və ona təyziq göstərməyə başlamışlar. Bütün bunlara dözməyərək qarşısına qoyulan sənədlərə oxumadan imza etmiş, həmin vaxt vəkil tələb etsə də heç bir hal şahidi və vəkil dəvət olunmamış, iki gündən sonra onun barəsində həbs qətimkan tədbiri seçilmiş, istintaq zamanı da müstəntiqə və və kilinə nə qədər günahının olmadığını desə də ona əhəmiyyət verməmişlər, ona görə de deyilən bütün sənədləri oxumadan imzalamış, polis əməkdaşları tərəfindən verilmiş ifadələr yalandır. Əvvəllər narkotik vasitədən arabir istifadə etmiş, lakin tutulmamışdan əvvəl ailəli olduğundan artıq narkotikdən istifadə etməmiş və hazırda ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Təqsirləndirilən şəxs 0,253 qram heroini qanunsuz olaraq əldə edib saxlaması sübuta yetirilməmişdir. Sabunçu rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Cinayət təqibi orqanı Təqsirləndirilən şə xs ona istinad edilən əməli törətməsinə dair ittihamı Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilkin etirafedici izahatı və ifadələri, “şəxsin üzərində axtarış və götürülmə aparılması haqqında” protokolu, həmin tədbir nəticəsində götürülmüş maddi sübut və şahidlərinin ifadələri, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslandırmışdır. Lakin, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs məhkəməyədək icraatda “etirafedici” izahat və ifadələri qanunsuz təsir və təzyiqlərə görə verdiyini, faktiki vəziyyətindən irəli gələn prosessual hüquqlarına əməl olunmadığını, onun üzərində narkotik vasitə aşkar edilməsə də, narkotik vasitənin aşkar edilməsini rəsmiləşdirən izahata imza etməyə məcbur edildiyini bildirmişdir. Sübutlar və sübutetməyə dair cina yət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair A1baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının sübutların qiymətləndirilməsi və təqsirsizlik prezumpsiyası prinsiplərinə tam uyğun olaraq Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi və ona Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Çünki, A1baycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 350.2-ci maddəsinə əsasən CPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri, yəni o cümlədən, 42.1.4-cü maddəsində göstərilən hal olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, məhkəmə kollegiyası baxılan işdə A1baycan Respublikası CPM-in 416.0.1, 416.0.2-ci maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının - kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının Təqsirləndirilən şəxs oğlunun barəsində olan 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, A1baycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Düzdür Ali Məhkəmənin hakimi imza imzalar Əziz Seyidov
Məhkəmə qərarları › İş №1(102)-1110/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1110/2018
17.08.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver