Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1110/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə; Aytən Səfa qızı Mövsümovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxs Babaşov Babazadə Əlizadə oğlunun və məhkumun müdafiəçisi Natiq Yaqubovun iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin 03 iyul 2019-cu il t arixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Sabirabad Rayon Məhkəməsinin 1(056)-66/2019 nömrəli 03 iyul 2019-cu il tarixli hökmü ilə (hakim Nurəddin Bağırov), Məhkum oğlu, 21 iyun 1965-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Əhmədabad kəndində qeydiyyatda olmaq həmin ünvanda yaşayan, barəsində plos nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 14.03.2019-cu il tarixdən 16.03.2019-cu il tarixdən şübhəli şəxs kimi tutulduğu 3 gün həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla cəmi 6 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum11 iyul 2018-ci il tarixdə tanışı Sabirabad rayon Həşimxanlı kənd sakini Babaşov Mərhəməd Əlizadə oğluna məxsus iribuynuzlu heyvanlarını etibardan sui-istifadə etməklə və aldatma yolu iləələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 18 radələrində sonuncunun yaşadığı evə gedərək 4000 manat dəyərində 3 baş inək və 2 baş buzov heyvanını almaq istədiyini və ertəsi gün həmin məbləği ödəyəcəyini vəd edərək aldadıb inandırmaqla həmin iribuynuzlu heyvanları alıb tanışı Abdullayev Natiq Musarza oğlunun idarə etdiyi “Qazel” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərəkyaşadığı Sabirabad rayonu Əhmədabad kəndində yerləşən evinə aparmış, daha sonra həmin iribuynuzlu heyvanları İmişli rayonu Otuziki kəndində yerləşən «Mal-qara» bazarında əldə etdiyi məbləğdən aşağı qiymətə satmış, lakin həmin iribuynuzlu heyvanların pulunu zərərçəkmiş şəxsə ödəməyərək 4000 manat maddi ziyan vurmaqla dələduzlu q etmişdir. Bundan başqa, o, təkrarən 2018-ci ilin avqust ayının əvvələrində tanışı Sabirabad rayon Həşimxanlı kənd sakini Babaşov Babazadə Əlizadə oğluna məxsus iribuynuzlu heyvanlarını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 11 radələrində sonuncunun yaşadığı evə gedərək 11000 manat dəyərində 8 baş cöngə heyvanını almaq istədiyini və həmin gün axşam radələrində həmin məbləği ödəyəcəyini vəd edərək aldadıb inandırmaqla 8 baş cöngə heyvanını Babazadə Babaşovun oğlu Babaşov Rahil Babazadə oğlundan alıb oğlu Həsən Tahirovun idarə etdiyi “Uaz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək yaşadığı Sabirabad rayonu Əhmədabad kəndində yerləşən evinə aparmış, daha sonra həmin iribuynuzlu heyvanları İmişli rayo nu Otuziki kəndində yerləşən «Malqara» bazarında əldə etdiyi məbləğdən aşağı qiymətə satmış, lakin həmin iribuynuzlu heyvanların pulunu zərərçəkmiş şəxslərə ödəməyərək xeyli miqdarda, yəni 11000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən iş üzrə zərərçəkmiş şəxs Babaşov Babazadə Əlizadə oğlu tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Kamran Əkbərov, hakimlər Sahibxan Mirzəyev və Faiq Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 1(056)-66/2019 nömrəli 03 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolle giyasının 22 sentyabr 2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli hökmü ləğv edilərək, yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-99/2021 nömrəli 10 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 1(056)-66/2019 saylı, 03 iyul 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxs Babaşov Babazadə Əlizadə oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2(iki) il müddətə azadlıqdan mə hrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 14.03.2019-cu il tarixdən 16.03.2019-cu il tarixədək həbsdə saxlanılma müddəti nəzərə alınmaqla təyin edilmiş cəzadan 3 gün çıxılmaqla qəti olaraq ona 1(bir) il 11(on bir) ay 27(iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablanaraq, qərarın icrası Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına həvalə olunması, məhkum olunmuş şəxs Məhkum Şirvan şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap edilməsi, zərərçəkmiş şəxs Babaşov Babazadə Əlizadə oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Sabirabad Rayon Məhkəməsinin 1(056)66/2019 saylı, 03 iyul 2019-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Yaqubov Natiq Fizuli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Yaqubov Natiq Fizuli oğlu verdiyri kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli qərarının cəza hissəsi ilə razı deyil. Qərar ləğv edilməli, cinayət i şi üzrə icraata bəraətverici əsaslarla xitam verilməlidir. Belə ki, Tahirov Htiseyn Əsgər oğlunun barəsində aparılmış cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası Konstitusiyasının və CPM-nin tələblərinin birbaşa pozuntusu ilə aparılmış və həmin sübutlar yoverilməz olduğundan onlarla təqsirləndirilən şəxsin təqsirli liyi məsələsinin həll edilməsinin mümkün olmamasına baxmayaraq məhkəmə həmin sübutlarla təqsirləndirilən şəxsi təqsirli bilərək Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum etmişdir., Belə ki, Məhkum ibtidai istintaq dövründə ona verilmiş ittihamla razı olmaya xırda və iri buynuzlu heyvanların alqı-sayqısı ilə məşğul olduğunu, əvvəllər də zərərçəkmiş şəxslərdən mal-heyvan alaraq pullarını ödədiyini və zərərçəkmiş şəxslərd ən aldığı heyvanların pulunu ödədiyini, lakin sonrada zərərçəkmiş şəxslər guya Məhkum onlara olan borcunu ödəməməşi barədə şikayət ərizəsi ilə Sabirabad RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdirlər. Zərərçəkmiş şəxs Rabaşov Babazadə Əlizadə oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum tərəfindən onu vurulmuş 1000 manat ziyanın ödənilməməsinə baxmayaraq məhkəmə onun barəsində yüngül cəza təyin etmişdir. Ona görədə ona vurulmuş 1 1000 manat ziyanın ödənilməsini və Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza verilməsini xahiş etmişdir. Hal bu ki. cinayət işinin 114, 125, 144-cü vərəqələrində olan qəbzlərdən görünür ki, Məhkum tərəfindən Rabaşov Babazadə Əlizadə oğluna ibtidai istintaq zamanı 4000 (dörd min) manat, Apelyasiya instansiya məhkə məsi zamanı isə 1000 (min) manat olmaqla ümumilkdə 5OO0 (beş min) manat ödənilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi Yaqubov Natiq Fiz uli oğlu kassasiya şikayətində Məhkum barəsində cinayət işi üzrə icraata bəraəlverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi məhkum olunmuş şəxs cinayət nəticəsində dəymiş maddi ziyanı zərərçəkmiş şəxslərə qaytarmamaqla onun hüquqlarına və ya qanuni mənafelərinə ziyan vurmuşdur. Hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfind ən 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, Məhkum təyin etdiyi 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə sosial ədalət bərpa olunmadığından, habelə törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun olmayan yüngül cəza olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, yəni cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüq uqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzala rının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası haql ı olaraq zərərçəkmiş şəxs Babaşov Babazadə Əlizadə oğlunun apelyasiya şikayəti təyin edilmiş cəzanın yüngül olması barədə dəlilləri əsaslı saymış və ona görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmış, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəməl ər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Ə.Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkum Məhkum oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması barədə dəlillərini əsaslı hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-cu il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanu ni və əsaslı hesab edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2020-ci il tarixli qərarından iş üzrə məhkukun müdafiəşisi tərəfindən verilən kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi Yaqubov Natiq Fizuli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1110/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1110/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver