Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1110/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X2, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2021-ci i l tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Samir Əliyev) 29 iyul 2021-ci il tarixli, 1(101)-809/2021 nömrəli hökmü ilə 04 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum e dilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə Almaniyada zavod üsulu ilə istehsal edilmiş, 8 mm kalibrli, istifadəyə yararlı, “Protector-Automatik Mod-65” markalı odlu silah hesab edilməyən qaz silahını və “Protector-Automatik Mod-65” markalı qaz tapançasında istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan, təyinatı üzrə istifadəyə yararlı sandıqçanı qanun suz olaraq əldə etmiş, habelə məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda - ümumi təmiz çəkisi 294,081 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda - ümumi təmiz çəkisi 3.791,383 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədiləqanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi, ev 1A, 3 saylı mənzilə daşıyıb, yuxarıda qeyd edilən çəkidə tiryəkin 268,271 qramını və qurudulmuş marixuananın 3.785 qramını yaşadığı evdə, narkotik vasitə tiryəkin qalan 25,810 qramını və qurudulmuş marixuananın qalan 6,383 qramını isə üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 aprel 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 22:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılmaqla Baş İdarəyə dəvət edilmiş və orada saat 22:35-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən təmiz çəkisi 25,810 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək bir ədəd şəffaf sellofan bükümdə və təmiz çəkisi 6,383 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanana bir ədəd şəffaf sellofan torbacıqda olmaqla əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Ə məliyyat tədbirinin davamı olaraq 08 aprel 2020-ci il tarixdə saat 23:30-dan etibarən Məhkum yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilərkən mətbəxin giriş qapısı ilə üzbəüz olan pəncərənin altından döşəmənin üzərində bir ədəd açıq göy rəngli polietilen bağlamada külli miqdar, yəni təmiz çəkisi 2.080 qram və bir ədəd tünd-göy rəngli polietilen bağlamada külli miqdar, yəni təmiz çəkisi 1.705 qram olmaqla, ümumilikdə təmiz çəkisi külli miqdarda, yəni 3.785 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və mətbəxdə olan qara rəngli dolabdakı bir ədəd göy rəngli polietilen paketin içərisindən Almaniyada zavod üsulu ilə istehsal edilmiş 8 mm kalibrli, istifadəyə yararlı, “ProtectorAutomatik Mod-65” mar kalı, odlu silah hesab edilməyən qaz silahı və “X3-65” markalı qaz tapançasında istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan, təyinatı üzrə istifadəyə yararlı sandıqça, həmçinin ayrı-ayrılıqda təmiz çəkiləri 218,490 qram və 49,781 qram olmaqla, ümumilikdə külli miqdar, yəni 268,271 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-1534/2021 nömrəli 04 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(101)-809/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ve rilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarını ləğv edərək, təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri üzrə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ittihamda qeyd olunan hallar həqiqətə uyğun deyildir və iş materialları ilə təkzib olunur, həmin hallar DİN-nin BNMİ-nin əməkdaşlarının və istintaqı aparan müstəntiqin uydurmasıdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum evindən tapılan “Protector-Automatik M0765”markah qaz tapançası Namiqin mərhum atası C avad Əmircanova məxsus olub, atası rəhmətə getdikdən sonra isə həmin qaz tapança evdə qalmışdır. Həmin tapançanın Məhkum heç bir aidiyyəti yoxdur. Həmin tapança Namiqin atasına məxsus olub. Ona görə hesab edirəm ki, bu epizod üzrə Namiqə qarşı irəli sürülmüş ittiham tamamilə əsassızdır və Namiqə Azərbaycan Respublikası CM-in 228.4-cü maddə üzrə bəraət verilməlidir. Belə ki, 08 aprel 2020-ci il tarixində polis əməkdaşları Məhkum və onun dostu Şahid5 yaşadığı evin yanında saxlayıb avtomaşına mindirmişlər. Polis əməkdaşları hələ avtomobildə Məhkum və onun dostu Şahid5 döymüş, onlara çoxsaylı zərbələr yetirmişlər, daha sonra Məhkum evinin açarlarını götürüb onun iradəsinə zidd olaraq mənzilinə girmiş və Namiqin və dostu Şahid5 gözləri qarşısında içərisində narkotik vasitə olan bir neçə bükümü onun evində gizlətmişlər. Əgər narkotik maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanması və istifadə edilməsi cinayət əməlini törətməyi etiraf etməzsə, həmin narkotik vasitələri onun boynuna qoyacaqlarını, guya evində axtarış zamanı aşkar edəcəklərini bildirmişlər. Daha sonra Məhkum və dostu Şahid5 DİN BNMİ-nə binasına gətirib idarədə onlara fiziki və psixi təziqlər edilmiş, narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsi ilə məşğul olduğunu etiraf etməsi tələb edilmişdir. Əks halda dostu Şahid5 da həbs edəcəklərini bildirmişlər. Dostu Şahid5 həbs olunmaması, həmçinin ona qarşı edilən fiziki və psixoloji təzyiq nəticəsində qorxaraq Məhkum döyülməsinin dayandırılması üçün heç vaxt əldə etmədiyi, ona məxsus olmayan narkotik vasitələri guya əldə etdi yini, saxladığını, istifadə etdiyini etiraf etməyə məcbur olmuşdur. Bundan sonra polis əməkdaşları Penitensiar Xidmətinin əməkdaşı Şahid5 bir gecə səhərə qədər Baş Narkotiklərlə Mübarizə İdarəsində saxladıqdan sonra xx.xx.2021-ci ildə sərbəst buraxmışlar. Göründüyü kimi, işin həqiqi halları tamamilə fərqlidir, ittiham aktında və məhkəmə qərarında göstərilərlərlə tamamilə uzlaşmır və ziddiyyət təşkil edir. Məhkum əməlində Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələrin tərkib əlamətləri yoxdur. Əksinə Məhkum polis əməkdaşları tərəfindən döyülmüş, sözügedən cinayət əməlini etiraf etməsi üçün ona təzyiqlər edilmişdir. Buna səbəb, Məhkum barəsində əvvəllər bəraət hökmünün çıxarılması olmuşdur. X4 Əmircanovun cibinə narkotik qoyulmuş və o, narkotik vasitənin ona aid olmasını deməyə məcbur edilmişdir. Halbuki həmin bükümdə olan narkotik vasitələrin Məhkum heç bir aidiyyəti yoxdur. O, evində də heç vaxt narkotik vasitə saxlamamış, həmin narkotik vasitələri polis tərəfindən qoyulmuşdur. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, hazırki iş üzrə saxta sübutlar iş materiallarından çıxarılmalı və işə ədalətlə, hərtərəfli, tam və obyektiv şəkildə məhkəmə istintaqı ilə yenidən baxılaraq, Məhkum barəsində bəraət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2021-ci il ta rixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya p rosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri törətməmiş, onun elan edilmiş ittihamda təqsiri sübuta yetirilməmişdir. Ona görə də məhkəmələr tərəfindən onun barəsində həmin maddələrlə ittiham hökmünün çıxarılması qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə aid olan hissədə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayə t hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları - məhkumun özünün ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutları məhkəmə iclasında t ədqiq edərək onlara qiymət vermiş və nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlarla Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunur. Həmçinin həmin sübutlarla (o cümlədən Xaliq Tağıyevin ifadələri ilə) narkotik vasitələrin həm məhkuma, həm onun yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulmasına dair kassasiya şikayətinin dəlilləri və məhkumun məhkəmə iclasında ver diyi ifadələr də təkzib olunur. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə əsassız məhkum edilməsinə dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə məhkum olunmasını əsasl ı hesab etmir, çünki məhkumun CM-in 228.4-cü maddəsi ilə təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq qaz silahının əldə edilməsi, satılması və ya gəzdirilməsinə görə yaranır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Beləliklə, məhkum həmin cinayətin törədilməsinə görə yalnız o halda məsuliyyətə cəlb edilə bilir ki, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən əməl onun tərəfindən qəsdən törədilmiş olunsun və bu hal cinayət işi üzrə toplanmış mötəbər sübutlarla təsdiq edilsin. Cinayət işinin materiallarından görünür ki, axtarış zamanı Məhkum yaşadığı evdə “RECK” sözü yazılmış Almaniya istehsalı olan tapança və ona aid sandıqsa aşkar edilmişdir. Məhkəmə-ballistik ekspertizasının rəyinə əsasən Məhkum yaşadığı evdə aşkar edilərək götürülmüş tapança qaz silahıdır, odlu silah hesab olunmur. İş materiallarından görünür ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı za manı Məhkum yaşadığı evdən aşkar edilərək götürülmüş qaz tapançasının atasına məxsus olduğunu dəfələrlə bildirmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsiri müəyyən edən başqa sübutlar cinayət işində yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum yaşadığı evdən aşkar edilərək götürülmüş silahın məhz Məhkum tərəfində əldə olunmasını təsdiq edə biləcək hər hansısa bir sübut mövcud deyildir. Belə olan halda o, soyuq silah hesab edilən qaz tapançası və ona məxsus sandıqçanın əldə edilməsinə görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbayc an Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə Məhkum qaz tapançasını əldə etməsi və daşıması müəyyən olunmamış, bu isə onun əməlində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətlərinin olması istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün ir əli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzr ə icraata isə xitam verilməlidir). Yuxarıda qeyd edilən qanun normalarına əsasən məhkəmə kollegiyası kassasiya şikayəti ilə qismən razılaşaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum barəsində CM-in 228.4-cü maddəsi ilə əlaqədar cinayət işi üzrə gəldiyi nəticəni əsaslı və qanuni hesab etmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatına əməllərində həmin cinayətin tərkibi olmadıqda xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qər arını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.11 və 419.10.4-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata əməlində cinayət tərkibi olmadıqda xitam verilsin. Bakı Ağır Cinayətlər Məhkə məsinin 29 iyul 2021-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2021-ci il tarixli qərarından Məhkum Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi müddəaları çıxarılsın. Məhkum üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1110/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1110/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver