Məhkəmə qərarları › İş №1(102)-1111/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1111/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1111/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair cinay ət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 1(008)419/2023 nömrəli (hakim: İmanova Nigar Arzu qızının sədrliyi) hökmü ilə xx xxxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən görə, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, Məhkum barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qi smində qətimkan tədbiri ləğv edilmiş, Məhkum cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1(103)1516/2023 nömrəli (hakimlər: İbrahimov Anar Firdovsi oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli hökmü veri lmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, ona 1000 (min) manat cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Məhkum 30 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanda təmir tikinti işləri aparmasına görə yaşadığı evin pəncərəsindən sonuncuya iradını bildirib narazılığını ifadə etməsi səbəbindən aralarında baş vermiş mübahisə z amanı qəsdən əlindəki döşəmə silmək üçün istifadə edilən taxta ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə vurub sonuncuya sol təpə nahiyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematomaları, hər iki əlin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqın ilk günündən məhkəmə istinta qları da daxil olmaqla özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və Zərərçəkmiş şəxs vurmadığını, əlindəki taxta ilə sadəcə navalçanı itələdiyini bildirmiş, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs əlində xəsarətlərin olmasının mümkün və real olmasını, Səmanın əlini arxaya edərək onun əlindəki taxtanı itələyən zaman onların pəncərəsindəki mismara dəyərək cızıldığını bildirmişdir (hansı ki, həmin xüsusat zərərçəkmiş şəxsin özünün məhkəmə istintaqları zamanı verilmiş ifadəsi ilə də təsdiq edilmişdir). Zərərçəkmiş şəxs hadisə günü, yəni 30 oktyabr 2022-ci il tarixdə izahat verərkən Məhkum onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirməsini göstərsə də, konkret olaraq hansı nahiyələrinə xəsarət yetirildiyini göstərməmiş, həmin gündən sonrakı gün, 31 oktyabr 2022-ci il tarixdə ekspertizada müayinədən keçərkən ekspertə 30 oktyabr 2022-ci il tarixdə, x qəsəbəsində həyətdə qonşusu X-in onu əllə və pol taxtası ilə döydüyünü bildirmiş, ekspert rəyində xəsarətlər konkret müəyyən edildikdən sonra verdiyi izahatında isə, Məhkum əlindəki pol taxtası ilə onun baş nahiyəsindən, sol qolundan və əllərindən vurduğunu göstərmiş, məhkəmə istintaqı zamanı isə Məhkum onun baş və qol nahiyəsindən vurduğunu, əllərindəki xəsarətlərin isə əlini arxaya edərək X-in əlindəki taxtanı tutmaq istəyən zaman əlinin X-in evinin pəncərəsinə dəyərək cızılması nəticəsində yarandığını bildirmişdir. İş üzrə bəraət hökmü çıxaran birinci instansiya məhkəməsi dindirilmiş hər birinin şahidin ifadəsində qiymət verərək yekun nəticəyə gəldiyi halda, iş üzrə ittiham hökmü çıxarmış apellyasiya instansiya m əhkəməsi nəinki apellyasiya instansiya məhkəməsində verilmiş ifadələrə qiymət verərək hansı əsasla həmin ifadələrlə ittihamın təsdiq edildiiyini əsaslandırmamış, hətta birinci instansiya məhkəməsinin hər bir ifadə ilə bağlı apardığı təhlilə münasibət bildirməmiş və məhkəmənin tədqiq etdiyi halları təkzib etməyə lüzum görməmişdir. Apellyasiya instansiya məhkəməsinin ittiham hökmü çıxararkən istinad etdiyi əsas sübut növü məhkəmə tibb ekspertizasının rəyi olmuşdur ki, həmin rəyə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, ekspert rəyi Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematomaları, hər iki əlin sıyrıqları müəyyən edilməsini, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənməsini, müddətinin qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlməsini və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmasını təsdiq edən sübut növü olsa da, həmin xəsarətlərin kim tərəfindən yetirilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Başqa sözlə, xəsarətlərin dərəcəsini, yetirilməsi şəraitini və tarixini müəyyən edən məhkəmə-tibb ekspertizasının rəyi faktı təsdiq edən sübut olmaqla həmin xəsarətlərin kim tərəfindən yetirilməsinin müəyyən edilməsində sübut kimi istifadə oluna bilmədiyindən həmin ekspert rəyindəki xəsarətlərin konkret şəxs tərəfindən yetirilməsinin müəyyən edilməsi üçün iş materiallarında kifayət qədər mötəbər və təkzibedilməz sübutlar olmalıdır. Odur ki, qeyd oluna nları nəzərə alaraq, Məhkum barəsində olan cinayət işinə obyektiv baxaraq, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, zərərçəkmiş şəxsi vurmadığını, zərərçəkmiş şəxsin cavan olduğunu istəsə belə ona gücünün çatmayacağını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkə mə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət t ərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud ol ub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutla rı tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə ed ilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Qeyd edilən normaların tələblərinə əsasən aşağıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Kassasiya məhkəmə kollegiyası gəldiyi bu nəticəni əsaslandırmaq üçün birinci instans iya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqının nəticələrini apellyasiya məhkəməsinin gəldiyi nəticələr ilə müqayisəli şəkildə qiymətləndirməyi məqsədə müvafiq hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hökmlərindən görünür ki, Məhkum verilmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham üzrə birinci instansiya məhkəməsində barədə bəraət hökmü çıxarılmış, lakin sonradan apellyasiya protesti və apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum qəsdən sağlamlığa yüngül zərər vurma əməli üzrə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, verilmiş ittiham üzrə Zərə rçəkmiş şəxs göstərilən tarixdə və şəraitdə xəsarətlərin Məhkum tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətin Məhkum tərəfindən yetirilməsini təsdiq etmək və ona AR CM-in 128-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmamışdır. Belə ki, zərərçəkmiş şəxs hadisə günü, yəni 30 oktyabr 2022-ci il tarixdə izahat verərkən Məhkum onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirməsini göstərsə də, konkret olaraq hansı nahiyələrinə xəsarət yetirildiyini göstərməmiş, həmin gündən sonrakı gün, 31 oktyabr 2022-ci il tarixdə ekspertizada müayinədən keçərkən ekspertə 30 oktyabr 2022-ci il tarixdə, Zabrat qəsəbəsində həyətdə qonşusu X-in onu əllə və pol taxtası ilə döydüyünü bildirmiş, ekspert rəyində xəsarətlər konk ret müəyyən edildikdən sonra verdiyi izahatında isə Məhkum əlindəki pol taxtası ilə onun baş nahiyəsindən, sol qolundan və əllərindən vurduğunu göstərmiş, məhkəmə istintaqı zamanı isə Məhkum onun baş və qol nahiyəsindən vurduğunu, əllərindəki xəsarətlərin isə əlini arxaya edərək X-in əlindəki taxtanı tutmaq istəyən zaman əlinin X-in evinin pəncərəsinə dəyərək cızılması nəticəsində yarandığını bildirmişdir. Məhkəmə hadisə günü yazılı şəkildə polis orqanına ünvanladığı ərizəsində zərərçəkmiş şəxsin Məhkum onun bədəninin konkret olaraq hansı nahiyələrindən vurmasını göstərməməsini, onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin onu yalnız pol taxtası ilə vurmasını, ekspertizadan keçərkən həm əllə, həm də pol taxtası ilə vurmasını, məhkəmə istintaqı zamanı isə pol taxtası ilə vurmasını, əli ilə itələyərək silkələdiyini və onu pilləkənlərdən yerə yıxmağa çalışmasını bildirərək biri digərinə uyğun olmayan xüsusatları göstərməsini, məhkəmə istintaqı zamanı tam sərbəst və nümayəndəsinin iştirakı ilə verilmiş ifadəsində və məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq əllərindəki xəsarətlərin Məhkum tərəfindən yetirilmədiyini və həmin xəsarətlərin əlinin pəncərəyə dəyməsi nəticəsində yaranmasını bildirməsinə baxmayaraq ondan 5 gün sonra məhkəməyə ərizə ilə müraciət edərək sadəcə əsəbi və həyəcanlı olmasına istinad edərək həmin ifadəni verməsini göstərməsini və bununla da müxtəlif ifadələr verməsini nəzərə alaraq ona yetirilmiş xəsarətlərin məhz Məhkum tərəfindən yetirilməsinin digər sübutlarla təsdiq edilmədiyi halda yalnız zərərçəkmiş şəxsin hələ də tam qərarlaşmamı ş ifadələri əsasında şəxsə ittiham verilməsinin qanuni olmaması qənaətinə gəlmişdir. Bundan savayı, məhkəmə iclasında zərərçəkmiş şəxs hadisədən dərhal sonra 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini bildirsə də, iş materiallarında olan raportdan görünür ki, Zərərçəkmiş şəxs 30 oktyabr 2022-ci il tarixdə (saatı bəlli deyil) 15-ci PB-nə ərizə ilə müraciət edərək 30 oktyabr 2022-ci il tarixdə, saat 10:30-da divar qonşusu Məhkum onun bədəninin bir neçə nahiyəsinə vurduğunu göstərmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə zərərçəkmiş şəxsin 102 Xidmətin zəng etməsi müəyyən etmək mümkün olmamış, əksinə qeyd olunan raportda onun ərizə ilə polis bölməsinə müraciət etməsi göstərilmişdir ki, Zərərçəkmiş şəxs ərizə ilə hansı saatda polis bölməsinə şikayətlə müraciət etməs inin qeyri-müəyyən olması özü də təqsirləndirilən şəxslə aralarında baş vermiş mübahisədən sonrakı zaman aralığının müəyyən edilməsinin mümkün olmamasına və həmin halın da Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin məhz Məhkum tərəfindən yetirilməsinin təsdiq edilməsində şübhəli hal kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs baş nahiyəsinə və sol qoluna xəsarət yetirilməsinə dair ifadəsində göstərdiyi hal iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmamış, şahidlərdən yalnız zərərçəkmiş şəxsin bibisi oğlu təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirdiyini təsdiq etsə də, onun baş nahiyəsi, əlləri və kürəyinə xəsarət yetirdiyini bildirmiş, sol qoluna xəsarət yetirməsi ilə hər hansı söz deməmiş, yetirilmiş xəsarətlər nəticəsində zərə rçəkmiş şəxsin əllərinin və başının qan içində olmasını göstərsə də, bu xüsusat özü zərərçəkmiş şəxsin və hadisədən bilavasitə sonra hadisə yerinə gələn polis əməkdaşının ifadəsi ilə təkzib edilmişdir. Məhkəmə istintaq orqanının ittihamın təsdiq edilməsi üçün istinad etdiyi əsas sübut olan zərərçəkmiş şəxsin ifadələrinə qiymət verdikdən sonra istintaq orqanının istinad etdiyi digər sübutlara da ayrı-ayrılıqda münasibət bildirmiş, şahid ifadələrində təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs kürəyinə də vurmasını göstərilməsi, zərərçəkmiş şəxsin başının və əllərinin qan içində olmasına, zərərçəkmiş şəxsin yerə yıxılaraq hər yerinin cızılmasına dair göstərdiyi xüsusatlar həm zərərçəkmiş şəxsin ifadəsi, həm də şahidlərin ifadələri ilə öz təsdiqini tapmaması, əksinə həmin ifadələrlə təkzib edilm əsi, bununla da şahidin ifadəsinin həqiqiliyini şübhə altına alındığını əsaslandırmışdır. Bundan əlavə məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskdə və təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş “flaşkartda” olan görüntülərdə və təqdim edilmiş çoxsaylı fotoşəkillərdən hər hansı birində Məhkum Zərərçəkmiş şəxs vurması öz əksini tapmamışdır. Məhkəmə hesab etmiş ki, Zərərçəkmiş şəxs hələ vurulmadan öncə telefonunu çəkiliş aparmaq üçün fəhlə Şahid3 verdiyini göstərmişdir ki, belə olan halda əgər həqiqətən də Məhkum Zərərçəkmiş şəxs taxta ilə vurmuşdursa, bu qədər çəkilmiş fotoşəkillərin heç olmazsa birində və ya hadisə zamanı çəkilmiş videogörüntüdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasının ək s olunmaması real və məntiqli deyil. Eyni zamanda məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən maddi sübut kimi iş materiallarına əlavə edilmiş “flaşkartda” olan görüntülərdə Məhkum ilə qızının Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmələri, Məhkum əlindəki taxta ilə navalçanı itələməyə çalışması və quraşdırılmasına mane olması, taxtanı yalnız navalçaya tərəf aparması və hər dəfəsində Zərərçəkmiş şəxs əli ilə taxtanı tutaraq geriyə itələməsi öz əksini tapmışdır. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən biri ilə bağlı müstəntiq protokolda fotoşəkildə Məhkum əlində taxta parçasının olmasını, Zərərçəkmiş şəxs isə arxası ona tərəf dayanmasını və əli ilə başını tutmasını göstərsə də, müstəntiqin qeyd etdiyi həmin fotoşəkilə diq qətlə nəzər yetirdikdə Zərərçəkmiş şəxs başını tutması deyil, əli ilə başında olan yaylığı düzəltdiyi açıq-aşkar görünməkdədi. Bununla yanaşı, zərərçəkmiş şəxsin sözlərinə, o cümlədən verilmiş ekspert rəyinə əsasən zərərçəkmiş şəxsin baş nahiyəsində olan xəsarət onun sol təpə nahiyəsində olmuş, fotoşəkildə isə zərərçəkmiş şəxsin əli təpə nahiyəsində deyil, qulağının yaxınlığında olması aydın görünür. Bununla yanaşı, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş çoxsaylı fotoşəkillərə baxış zamanı həmin fotoşəkillərin heç birində Məhkum Zərərçəkmiş şəxs vurmasının əks olunmadığı, Məhkum əlindəki taxtanın yalnız navalçaya istiqamətləndirməsi, Zərərçəkmiş şəxs tam sağlam vəziyyətdə tikintinin yanındakı daşın üzərində dayanması, sadəcə əlləri ndə sıyrıqların olması, hətta əlindəki telefonla çəkiliş aparması, nərdivanlardan Məhkum tərəfindən heç bir maneə və müdaxilə olmadan enməsi müəyyən edilmişdir. Həmin fotoşəkillərə və videogörüntülərə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu qədər çəkilmiş fotoşəkillər içərisində heç olmazsa birində vurulma anının müəyyən edilmədiyini və ya Zərərçəkmiş şəxs da dediyi kimi hadisədən öncə telefonunu çəkiliş aparması üçün fəhləyə verdikdən sonra fəhlənin Məhkum onu vurması zamanı çəkiliş aparmasını nəzərə alsaq, təqdim edilmiş videogörüntüdə belə Məhkum Zərərçəkmiş şəxs vurmasının öz əksini tapmaması zərərçəkmiş şəxsin ifadəsinin hər hansı sübuta dayanmamasına dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Publik H üquqi Şəxsi Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 2564 nömrəli rəyə münasibətdə qeyd etmişdir ki, ekspert rəyi Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematomaları, hər iki əlin sıyrıqları müəyyən edilməsini, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənməsini, müddətinin qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlməsini və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmasını təsdiq edən sübut növü olsa da, həmin xəsarətlərin kim tərəfindən yetirilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Başqa sözlə, xəsarətlərin dərəcəsini, yetirilmə si şəraitini və tarixini müəyyən edən məhkəmə-tibb ekspertizasının rəyi faktı təsdiq edən sübut olmaqla həmin xəsarətlərin kim tərəfindən yetirilməsinin müəyyən edilməsində sübut kimi istifadə oluna bilmədiyindən həmin ekspert rəyindəki xəsarətlərin konkret şəxs tərəfindən yetirilməsinin müəyyən edilməsi üçün iş materiallarında kifayət qədər mötəbər və təkzibedilməz sübutlar olmalıdır. Lakin hazırki halda iş materiallarında həmin rəydə göstərilən xəsarətlərin məhz Məhkum tərəfindən yetirilməsini təsdiq edən sübut kimi zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrindən başqa sübut olmamaqla yanaşı, həmin hal iş materiallarında olan digər sübutlar-təqsirləndirilən şəxsin istintaqın ilk günündən məhkəmə istintaqı zamanı da verdiyi eyni məzmunlu ifadələr, şahidlər X1, X4 ifadələri ilə təkzib edilmiş, digər şahidlər Şahid3 İsgəndər oğlunun və Şahid1 ifadələrindəki xüsusatlarla isə öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapan yeganə xəsarət zərərçəkmiş şəxsin əllərində olan sıyrıqlar olmuşdur, hətta həmin sıyrıqların təqsirləndirilən şəxs tərəfindən yetirilməsi təsdiq olunsa idi belə, həmin xəsarətlər dərəcəsi təyin olunmayan xəsarətlər olduğundan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilməzdi. Belə ki, məhkəmə ekspert rəyində xəsarətlərin hər birinin dərəcəsinin ayrılıqda göstərilmədiyini, ümumi olaraq yüngül dərəcəli bədən xəsarətləri olmasının göstərilməsini nəzərə alaraq həmin rəyi vermiş eksperti məhkəmə iclasına dəvət edərək dindirmiş və ekspert X11 verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs müəyyən edilmiş sol təpə nahiyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematomalarının yüngül dərəcəli xəsarətləri, hər iki əlin sıyrıqlarının isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər olduğunu, sıyrıqların dırnaqla cızılma və ya harasa, nəyəsə dəymə nəticəsində yaranmış cızılma olduğunu, Zərərçəkmiş şəxs müayinə olunan zaman əlində qan olmadığını, sadəcə sıyrıqların olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək belə nəticəyə gəlmişki, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri a rasındakı ziddiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən Zərərçəkmiş şəxs və onun qohumu olan Şahid2 ziddiyyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi və kim tərəfindən yetirilməsi ilə bağlı hazırkı material üzrə şübhəli məqamlar olduğundan, iş materiallarında bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından və belə sübutlar məhkəmə istintaqı zamanı da müəyyən edilmədiyindən toplanmış sübutlar xəsarətlərin Məhkum tərəfindən yetirilməsini təsdiq etmək üçün kifayət etmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəmə kollegiyasının hökmünə əsasən müəyyən olunur ki, məhkəmə kollegiyası hökmündə iş üzrə müə yyən olunmuş sübutların bir hissəsini sadəcə formal surətdə sadalamaqla, həm həmin sübutların, həm də kassasiya məhkəmə kollegiyasının təkrarən yuxarıda sadaladığı sübutların təsdiqi və ya təkzibi üzrə heç bir qiymətləndirmə aparmadan, birinci instansiya məhkəməsinin hökmünün qeyri-qanuni və əsassız olmasına dair gəldiyi nəticəni yarım səhifədə (bax: səh.237-238), ümumi sözlərə istinad etməklə əsaslandırmağa çalışmışdır. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, bəraət hökmünün ləğv edilərək ittiham hökmünün çıxarılması barədə apellyasiya instansiyası məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirliliyinin olmasına dair gəlmiş olduğu nəticə aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosess ual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanmış inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şə xsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olu nmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsa slandıra bilməmişdir. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olmadığı üçün məhkəmə kollegiyası da onunla razılaşmır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas verir. Qeyd edilənlənlərə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verməyən nəticə kimi özünü göstərir. Göstərilənlərə əlavə olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalə tliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmu ş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmündə göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialara uyğun olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmamaqla aparılmış; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və Məhkum CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində göstərilmişdir ki, kassasiya instansiyası məhkəməsi məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə (416.1.2) apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin hökm cinayət-prosessual normalara və Ali Məhkəmənin məhkəmə təcrübəsinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun hökmü kassasiya şikayətinə əsasən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2 -ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar