Məhkəmə qərarları › İş №1(102)-1112/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1112/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1112/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10 və Məhkum Alihüseyn oğlunun iştirakı ilə, Yardımlı Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 176-1.1-ci maddəsi ilə təqsirli bilin ib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Yardımlı Rayon Məhkəməsinin (hakim: X8) 24 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 1978-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, Yardımlı rayonu Köryədi kənd tam orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.1-cimaddəsi ilə təqsirli bilinib 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi hökm edilmişdir. Şirvan Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: X11 (sədrlik edən), X18 və X12 ibarət tərkibdə) dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Yardımlı Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 08 mart 2020-ci il tarixdə mərhum qızı Bahar Mirzəzadəni sonuncunun razılığı olmadan qohumu və həmkəndlisi X2 halda onunla evləndirməklə X5 nikaha daxil olmağa məcbur etmişdir. Bununla da Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Sabir oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, X1 törətdiyi cinayət əməlinin obyekti ailə münasibətləri hesa b olunmaqla həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. X4 qızı X6 həmkəndlisi X19 ilə nikaha daxil olmağa məcbur etdiyini dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Göründüyü kimi, törədilən cinayət Azərbaycan Respublikasının Konstitusiyası ilə mühafizə olunan ailə və nikah münasibətlərinə mühüm ziyan vurmaqla, həmin münasibətlərin cəmiyyətdə sarsılmasına, eləcə də sevmədiyi adama zorla ərə verilən Bahar Mirzəzadənin və onun sevdiyi Cəfər Süleymanzadənin intihar edərək ölmələrinə səbəb olsa da, hazırki iş üzrə hər iki instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, törədilən cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayə t əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları X3 məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən X3 cəza təyin edərkən, eyni zamanda apelyasiya instansiya məhkəməsi də həmin hökmü müdafiə edərək, yekun qərar çıxararkən yuxarıda sadalanan yüngülləşdirici hallardan bir qismini qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Göründüyü kimi, hər iki instansiya məhkəməsi məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən halları düz gün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etmişdir. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barə də məhkumun çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olma yan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyə n etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyəti nə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun is lah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, Məhkum himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddə sinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, iş materiallarında məhkum edilmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmiş, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla əsaslı nəticəyə gəlmişdir Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protes ti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar