Məhkəmə qərarları › İş №1(102)-1112/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1112/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1112/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum, onun müdafiəçisi Həmidov Səbuhi Maarif oğlunun və tərcüməçi İsa-zadə Elnur Nizami oğlunun iştirak ları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi S.M.Həmidov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx xx 1979-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, «Vesta LTD» şirkətinin təsisçisi və rəhbəri olmaqla sürücülük fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ünvan 1-də qeydiyyatda olan, CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə, CM-nin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhr um etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə – heroin əldə edilməsi, saxlanması və daşınması, həmçinin Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməklə Gürcüstan Respublikasına daşınması – tranzit nəql edilməsi ilə bağlı 23 aprel 2021-ci ildə İran İslam Respublikasının (bundan sonra –İİR) Təbriz şəhərində razılığa gəldikdən sonra, bu məqsədlə 25 aprel 2021-ci ildə İİR-də qrupun şəxsiyyəti məlum olmayan üzvündən qanunsuz olaraq əldə etdiyi 480 ədəd düzbucaqlı formalı bağlamada ümumi təmiz çəkisi 239840 qram olan narkotik vasitə heroini 11.500 ABŞ dolları müqabilində cinayətkar qrupun Gürcüstan Respublikasındakı şəxsiyyəti məlum olmayan digər üzvlərinə çatdırmaqdan ötrü aşkar edilməsini çətinləşdirmək üçün idarə etdiyi «Daf» markalı «FT XF 105» modelli WE261EW qeydiyyat nömrəli xüsusi yük maşınının «Schmıtz» markalı «S 01» modelli UU260V qeydiyyat nömrəli qoşqusunun döşəməsinin alt hissəsində kustar üsulla xüsusi olaraq düzəldilmiş saxlanc yerində gizlədib saxlamaqla 27 aprel 2021-ci il tarixdə saat 02 radələrində İİR-dən Azərbaycan Respublikasına daşıyıb Azərbaycan Respublikasının gömrük sərhədindən – Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Hökmdən məhkumun müdafiəçisi S.M.Həmidov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) ayadək endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından dövlət ittiha mçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Həmçinin Məhkum müdafiəçisi S.M.Həmidov apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, Məhkum 28 aprel 2021-ci il tarixli izahatının, 29 aprel 2021-ci il tarixli şübhəli şəxs qismində dindirilmə protokolunun, 30 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə protokolunun sübutlar siyahısından çıxarılmasını və Məhkum cinayətin törədilməsinə aidiyyatı olmadığı üçün CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Qanun qarşısında bərabərlik prinsipi təsbit edilmiş və c inayət cəzalarının təyin edilməsi qaydalarını, əsaslarının və şərtlərini müəyyən edən CM-nin müvafiq normalarına (CM-nin 6, 8, 41, 58 və 59-cu maddələrinə), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair milli və beynəlxalq qanunvericilik aktlarına, əsasən bu cinayətin törədilməsi ilə bağlı işin hallarına və bu halların arxasında duran sübutlara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun bir sıra qərarlarına istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakter i və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə alınmamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında 239840 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan Məhkum əsassız olaraq təqsirli bilindiyi CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etmiş, eləcə də cin ayətlərin nəcmusu üzrə də cəzaların az hissəsini toplamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Həmçinin protest müəllifi bildirmişdir ki, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə (təxminən ******* dəfə), eləcə də külli miqdarının aşağı həddindən dəfələrlə (təxminən 120000 dəfə) çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona yüngül cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, xarici vətəndaş olmasını, himayəsində azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, eləcə də cinayətlərin məcmusu üzrə yüngül cəza təyin edərkən öz nəticəsini və istinad etdyi halları müvafq sübutlarla əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Əvvəla qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsinin, yəni əvvəllər məhkum olunmamasının cinayət qanununun tələbləri baxımından Məhkum münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilə n şəxsin törətdiyi cinayət əməlinin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Həmçinin Məhkum təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər kateqoriyasına deyil, ağır cinayətlər kateqoriyasına aiddir. Ona görə də, apelyasiya intansiyası məhkəməsinin Məhkum ilk dəfə cinayət əməli törətməsinin cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngü lləşdirən hal kimi nəzərə almış, lakin məhkəmə heç bir rəsmi sənədə, o cümlədən doğum haqqında şəhadətnaməyə və ya müvafiq arayışa istinad etmədən, onun həqiqətən də uşağının olub-olmamasını və həmin uşağın neçə yaşında olmasını müəyyən etmədən, sadəcə onun özünün sözlərinə əsasən bu qənaətə gəlmiş və heç bir əsaslandırma aparmadan həmin halı əsassız olaraq şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Eyni zamanda, məhkəmənin təqsirləndirilən şəxsin ailədə yeganə qazanc gətirən şəxs olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alması da əsassız olmuş və bu hal da məhkəmə tərəfindən yoxlanılmamışdır. Kassasiya protestində göstərdiyi bu dəlillərə əsaslanaraq dövlət ittihamçısı həmin protestin təmin edilməsini xahiş edir. Müdafiəçi S.M.Həmidov kassasiya şikayətini onunla əsasla ndırmışdır ki, Məhkum barəsində məhkəmənin qərarı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə qəbul edilmiş, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. İstər məhkəmələrdə, istərsə də ibtidai araşdırma zamanı Məhkum qarşı irəli sürülmüş ittihamın təsdiq edən edən hər hansı bir sübut əldə edilməmiş və həmin ittihamın əsasına qoyulmuş yeganə sübut Məhkum təzyiq və işgəncə altında verdiyi ifadələri olmuş, lakin Məhkum ona işgəncə verilməsi barədə iddiaları cin ayət işi üzrə prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən formal araşdırılmışdır. Həmçinin şikayət müəllifi bildirir ki, Məhkum tutulduqdan dərhal sonra yaxın qohumlarına, həmçinin vətəndaşı olduğu Türkiyə Respublikasının Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna məlumat verilməsini tələb etmiş, lakin Gömrük idarəsinin əməkdaşları tərəfindən bunun üçün şərait yaradılmamış, Biləsuvar şəhərində Türkiyə Respublikasının vətəndaşı Məhkum tərcüməçi ilə təmin edilməmiş və buna baxmayaraq cinayət işinin materialları təhrif olunaraq guya prosessaul hərəkətlərdə Məhkum yanında tərcüməçinin iştirak etməsi göstərilmişdir. Bu halı həmçinin məhkəmədə ifadə verən hal şahidləri Şahid3 və Şahid4 da təsdiq etmişlər. Eyni zamanda, ibtidai araşdırmanın ilkin mə rhələsində Məhkum müdafiə hüququ da pozulmuş, onun hüquqlarını müdafiə etmək üçün ayrılmış vəkil X7 həmin gün növbətçi olmamış və o, yalnız vormala olaraq təqsirləndirilən şəxsin hüquqlarının müdafiə etməklə sadəcə tərtib olunmuş prosessual sənədləri imzalamışdır. Halbuki, Məhkum özünün müdafiəçi seçmək və onunla müqavilə bağlamaq üçün kifayət qədər imkanı olmuş, ibtidai araşdırma orqanı tərəfindən ona özünün vəkil seçməsi, yaxud da qohumları ilə əlaqə saxlayıb vəkil seçməsinə şərait yaradılmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi S.M.Həmidov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətin də Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Müdafiəçi S.M.Həmidovun kassasiya şikayətindən isə görünür k, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması nəticəsində qəbul edilmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinin əsası nı yolverilməz sübutlar təşkil etmiş və əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəiçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi ilə bağlı tələblərini CPM-nin 416.1.1416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən ə sassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları q eyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin s əlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bil dirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-n in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ap ellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutları n elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın və ümumilikdə cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilm əsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpası na nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitə silə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyət i yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsində göstərilmişdir ki, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsind ə zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə t utulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb edilir, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit olunur. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də h ökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Yuxarıda təsvir olunanlardan çıxış edərək və kassasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkum barəsindəki cinayət işinin materiallarını öyrənib təhlil edən məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, həmin materiallara görə, qanunvericiliklə faktları araşdırmaq və müəyyən etmək vəzifəsi üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan Məhkum barəsindəki iş üzrə ibtidai araşdırma orqanı tərəfindən toplanmış və ona təqdim olunmuş bütün sübutla rı araşdırmaqla və onları CPM-nin 145.1- ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum müdafiəçi S.M.Həmidovun ka ssasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizasının rəyləri ilə və işə əlavə olunmuş maddi sübutlarla tam təsdiq olunur. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür. Odur ki, məhkumun müdafiəçisi S.M.Həmidovun kassasiya şikayətində irəli sürüldüyü apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum cinayətin törəilməsində aidiyyatının olmamasına görə CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birnci və apellyasiya instansiya məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Həmin məhkəmələrin iş üzrə müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə – heroin əldə edilməs i, saxlanması və daşınması, həmçinin Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməklə Gürcüstan Respublikasına daşınması – tranzit nəql edilməsi ilə bağlı 23 aprel 2021-ci ildə İran İslam Respublikasının (bundan sonra –İİR) Təbriz şəhərində razılığa gəldikdən sonra, bu məqsədlə 25 aprel 2021-ci ildə İİR-də qrupun şəxsiyyəti məlum olmayan üzvündən qanunsuz olaraq əldə etdiyi 480 ədəd düzbucaqlı formalı bağlamada ümumi təmiz çəkisi 239840 qram olan narkotik vasitə heroini 11.500 ABŞ dolları müqabilində cinayətkar qrupun Gürcüstan Respublikasındakı şəxsiyyəti məlum olmayan digər üzvlərinə çatdırmaqdan ötrü aşkar edilməsini çətinləşdirmək üçün idarə etdiyi «Daf» markalı «FT XF 105» modelli WE261EW qeydiyyat nömrəli xüsusi yük maşınının «Schmıtz» markalı «S 01 » modelli UU260V qeydiyyat nömrəli qoşqusunun döşəməsinin alt hissəsində kustar üsulla xüsusi olaraq düzəldilmiş saxlanc yerində gizlədib saxlamaqla 27 aprel 2021-ci il tarixdə saat 02 radələrində İİR-dən Azərbaycan Respublikasına daşıyıb Azərbaycan Respublikasının gömrük sərhədindən – Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” A vropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə Məhkum əməlinin CM- nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. İbtidai araşdırma zamanı Məhkum özünü bu maddələrlə təqsirli bilərək işin müəyyən edilmiş faktki hallarına uyğun ifadələr vermiş (həmin ifadələr tərtib olunmuş protokollarda və birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmişdr), lakin məhkəmə iclasında bildirmişdir ki, İran İslam Respublikasında olarkən onun idarə etdiyi avtomaşında n aməlum şəxslər tərəfindən gizli yerin düzəldilməsindən və həmin yerə külli mqdarda narkotik vasitənin yerləşdirilməsindən onun xəbəri olmamış və bunu o, yalnız Azərbaycan Respublikasının ərazisində gömrük məntəqəsində olarkən bilmişdir. Lakin məhkəmə kollegiyası Məhkum ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdiyi ifadələri iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə təhlil edərək hesab edir ki, onun məhkəməyədək icraat zamanı verdiyi ifadələr daha inandırıcı görünür, onun bu ifadələri ətraflı şəkildə kiminsə, o cümlədən gömrük işçilərinin təzyiqi, təsiri və ya diktəsi ilə verməsi, digər tərəfdən isə məhkum olunmuş şəxsin xəbəri olmadan onun idarə etdiyi avtomaşında ilkin yoxlama zamanı müəyyən edilmiş şəkildə gizli yerin düzəldilməsi və orada 480 ədəd bağlamada 239 kiloq ram 840 narkotik vasitənin gizlədilməsi mümkün deyil. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tamamilə əsaslı olaraq Məhkum ibtidai araşdırma zamanı verdiyi, digər sübutlarla uzlaşan və onları tamamlayan ifadələrini əsas sübut növlərindən biri kimi qəbul etmiş, onun məhkəmə iclasında verdiyi ifadələrini isə həm özünümüdafiə xarakterli, həm də cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişlər. Məhkum əməlinin düzgün olaraq CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlə rin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərini isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Hazırki iş üzrə müəyyən olunmuş hallardan görünür ki, qrupun digər üzvləri külli miqdarda n arkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına daşınması məqsədilə İİR ərazisində əldə edib Məhkum versələr də özləri heroinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və yaxud kənar keçirməmiş, bu əməli Məhkum təkbaşına (nəqliyyat vasitəsinin yük yerində gizlədib Biləsuvar gömrük postundan gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməklə) icra etmişdir. Məhkumnın hərəkətlərini xarakterizə edən hallar – narkotik vasitəni təkbaşına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi CM-nin 206.2-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun qaçaqmalçılıq cinayətinə münasibətində əməli düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən CM-nin 206.2-ci maddəsinə tövsif o lunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respubli kasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alan birinci instansiya məhkəməsi Məhkum külli miqdarda narkotik vasitə – heroini əldə edib, nəqliyyat vasitəsində saxlamaqla daşımasına görə 11.500 ABŞ dolları pul qazanmaq niyyətində olmasını, onun məhz narkotik vasitəni qazanc əldə etmək məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirməklə onun əməlini düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə dig ər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlər in icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Belə ki, məhkumun müdafiəçi S.M.Həmidov istər məhkəmələrdə, istərsə də ibtidai araşdırma zamanı Məhkum elan olunmuş ittihamı təsdiq edən hər hansı bir sübutun əldə edilməməsini, bu ittihamın əsasını yalnız Məhkum təzyiq və işgəncə altında verdiyi ifadələrinin təşkil etməsi iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, hələ ibğtidai araşdırma zamanı bu haqda iddia etsə də, məhkum olunmuş şəxsin müraciətinə əsasən bu halın olub-olmaması hələ ibtidai araşdırma zamanı tam və hərtərəfli yoxlanılmış və bu yoxlama nəticəsində təqsrləndirilən şəxsin hər hansı işgəncəyə və ya şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qalması müəyyən edilmədiyindən Azərbaycan Respublikası Baş prokurorun müavini tərəfindən 22 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmşdir (həmin qərarda yoxlama ilə bağlı edilmiş bütün prosessual hərəkətlər ətraflı şərh edilmişdir). Kassasiya şikayətində bu halla bağlı irəli sürülmüş dəlilə cavab olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai araşdırma zamanı 30 aprel 2021-ci il tarixdə Məhkum barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan t ədbirinin seçilməsi məsələsinə baxılarkən sonuncu bundan əvvəlki ifadələrini təzyiq və ya təsir altında verdiyini bildirməmiş və həmin məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsini etiraf edərək həmin ittihamın hallarına uyğun ifadələr vermişdir. Həmçinin iş materiallarında olan Məhkum tutulduqdan sonra videoçəkilişlə şübhəli şəxs qismində dindirilən zaman gömrük əməkdaşları tərəfindən zorakı hərəkətlərə məruzqalıb-qalmaması ilə bağlı ünvanlanmış suallara qəti olaraq inkar cavabı verməklə ona münasibətdə belə bir halın baş vermədiyini qeyd etmiş, 29 aprel 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə, habelə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti n Bakı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və hər iki müayinə zamanı (həm müvəqqəti saxlama yerində, həm də istintaq təcridxanasında) onun bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Həmçinin müdafiəçinin kassasiya şikayətinin Məhkumnın ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması, ona tərcüməçinin təyin edilməməsinə dair dəlillərinə, məhkum olunmuş şəxsin 28 aprel 2021-ci il tarixli izahatının, 29 aprel 2021-ci il tarixli şübhəli şəxs qismində dindirilmə protokolunun, 30 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə protokolunun sübutlar siyahısından çıxarılması ilə bağlı tələbinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Məhkum 28 aprel 2021-ci il tarixdə Türkiyə vətəndaşı olduğundan ona türk dilini bilən tərcüməçinin təyin edilməsini, həmçinin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə ərizə ilə müracəit etmiş, həmin tarixdə X12 təhqiqat orqanının 28 aprel 2021-ci il tarixli qərarı ilə tərcüməçi təyin edilmiş və o, Məhkum təqdim olunmuş, sonuncu da tərcüməçiyə etirazının olmamasını bildirmişdir. Bundan başqa Məhkumın barəsindəki bütün istintaq hərəkətləri tərcüməçinin iştirakı ilə keçirilmiş, həmçinin hüquqlarının izah olunmasına dair bildiriş, təqsirləndirilən şəxs kimi cəlb etmə qərarı və digər qərarlar və prosessual sənədlər, o cümlədən ittiham aktı, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı ona türk dilinə tərcümə edilmiş nüsxələrdə verilmiş, bu sənədlər müdafiəç inin və tərcüməçinin imzaları ilə təsdiq edilmişdir. Bundan əlavə, Məhkum müdafiə hüququnun pozulması, 29 aprel 2021-ci il tarixdə növbətçi vəkil olmadığı halda X7 ona müdafiəçi təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materallarından göründüyü kimi 29 aprel 2021-ci il tarixdə “Mərkəz” Vəkil bürosunun 34 nəfər vəkilin siyahısı Məhkum təqdim edilmiş, X10 ona müdafiəçi təyin edilmiş və bu haqda tərtib olunmuş 29 aprel 2021-ci il tarxli protokola görə, Məhkum müdafiəçi X7nin onun hüquqlarını müdafiə etməsinə heç bir etiraz etməmiş, əksinə X7nin hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Beləliklə, iş materiallarının təhlili göstərir ki, Məhkum ona qarşı CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş itti ham üzrə təqsirinin sübuta yetirlməsi barədə nəticəyə gələn məhkəmələr ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutların tədqiqindən imtina etməyərək bu sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirmiş və həmin nəticənin əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmişlər. Buradan belə nəticə hasil olur ki, Məhkum tam qanuni və əsaslı olaraq qeyd olunan ittiham üzrə təqsirli bilinərək məhkum olunmuş və onun barəsindəki cinayət işi üzrə icraata bəraətverici, yəni CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilməsinin mümkünlüyü barədə fikir yürütmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya ins tansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416.1.1-416.1.3 və 416.1.11-ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Bununla əlaqədar məhkəmə kollegiy ası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əm əl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilə n cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakte rli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırma lı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differ ensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla t örədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın ş əxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstəril məsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilərək qeyd olunmuşdur ki, bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, huma nitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə m übarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Qanunvericiliyin yuxarıda şərh edilən normaların tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM- nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 4 (dörd) il 6 (altı) ayadək azaldarkən və bu cəzanı ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza ilə toplamaqla qəti cəza – 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edlərkənhəm törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – məhkumun himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini, xarici vətəndaş olmasını, ailədə yeganə qazanc gətirə n şəxs olmasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini haqlı olaraq nəzərə almış və bu zaman maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmiş, digər tərəfdən isə gəldiyi nəticəni həm qanunvericiliyin tələblərinə, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrə istinad etməklə kifayət qədər əsaslandırmışdır. Belə ki, iş materialları ilə, yəni toplanmış və araşdırılmış sübutlarla Məhkum əvvəllər də məhkum edilməsi müəyyən edilməmiş və həmin sübutlara əsasən, o, həqiqətən Türkiyə Respublikasının vətəndaşıdır, onun ailədə yeganə qazanc gətirən şəxs olması da bu sübutlarla təkzib edilməmişldir. Bundan başqa, hələ cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə M əhkum ailə vəziyyətinə aid olan bir sıra sənədlər, o cümlədən 02 noyabr 2007-ci il tarixdə, yəni məhkum olunmuş şəxs tərəfindən cinayət törədən dövrdə azyaşlı olmuş X21 doğum haqqında şəhadətnaməsi təqdim olunmuş və bu sənədlərlə müəyyən edilir ki, həmin azyaşlı uşağın atası Məhkum, anası isə sonuncunun arvadı Xdi. Bu sənədlər ona dəlalət edir ki, Məhkum himayəsində həqiqətən cinayət törətdiyi dövrdə azyaşlı olan, hal hazırda isə - yetkinlik yaşına çatmamış uşağı var və məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökmdə ümumiyyətlə Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq təhli edilən halı CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı hal kimi nəzərə almış, digər halları isə CM- nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmənin yuxarıda göstərilən sənədə istinad etmədən Məhkum himayəsində azyaşlı uşağın olmasına əsaslanması isə bu halın inkar edilməsinə əsas vermir, göstərilən digər hallar isə həm məhkumun ifadələri ilə, həm də cinayət işinin materialları ilə təsdiq olunur. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətlə ndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və və ya bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin əsas dəlilləri narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin belə cinayətlər törətmələrinə görə sərt cəzalandırılmalarına, bu haqda milli və beynəlxalq qanunvericiliyin tələblərinə həsr olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən də Məhkum bu xarakerli cinayət törətdiyinə görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinə yaxın həddə - 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi də həmin cəzanı dəyişdirmədən saxlamış, cinayətlərin məcmusu üzrə isə ona heç də açıq-aşkar yüngül olmayan cəza – 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması və bu hallara görə Məhkum təyin olunmuş qəti cəzanın yüngül hesab edilməsi mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qəti cəzanın təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Belə olan halda da məhkəmə kollegiyası Məhkum onun təqsirli bilindiyi CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə bağlı eyni zamanda vurğulamağı lazım bilir ki, cinayət işlərinə baxılması təcrübəsi göstərir ki, məhkəmələr həmin işlər üzrə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin ağırlığından asılı olmayaraq, cinayət törə tmiş şəxsin ilk dəfə cinayət törətməsini, yaxud da cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə istinad etməklə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, bu hallara əsaslanaraq təqsirləndirilən şəxslərə bu və ya digər cəza təyin olunur və məhkəmələrin belə nəticələri ilə bir ayda olaraq razılaşan dövlət ittihamçıları istər apellyasiya, istərsə də kassasiya qaydasında bu haqda çıxarılmış hökmləri və ya qəbul edilmiş qərarları mübahisələndirmirlər. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə də razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, bütün yuxarıda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416. 1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların müəyyən edilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini nəzərdən keçirib kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və onun müdafiəçisi S.M.Həmidovun və kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar