Məhkəmə qərarları › İş №1(102)-1112/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1112/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1112/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova - Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 9 ay 1 gün hissəsi məntəqə tipli cəzaçəkmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 1də yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəm ə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), F.Ə.Qəniyev və M.H.Əkbərov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 il 17 gün azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı cinayət üzrə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilmiş və qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il 6 (altı) ay müddətə endirilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, Məh kum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 il 17 gün azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı qərarla təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “X10” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “X10” adlı şəxs tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımış, 12 fevral 2022-ci il tarixdə Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 13:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarının sağ yan cibində olan kiçik ölçülü qabın içərisindən və üzərində olan əl çantasının içəris indən ümumilikdə 05 bükümdə ayrıayrılıqda çəkiləri 0,340 qram, 0,479 qram, 0,441 qram, 0,899 qram, 6,196 qram olmaqla ümumi təmiz çəkisi 8,355 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin, həmin əl çantasının içərisindən 01 bükümdə təmiz çəkisi 31,220 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə-psixotrop maddələrin satışı məqsədilə əldə etdiyi, üzərində metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 8 ildən 7 ilə endirərkən nəzərə almamışdır ki, Məhkum əvvəllər ağır cinayət törətməyə görə, yəni Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtarmamış yenidən ağır cinayət törətdiyindən, CM-in 18.2.2-ci maddəsinə əsasən, Məhkum məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi vardır və CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəlləni n Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Dövlət ittihamçısının fikrincə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 12 il olduğundan Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ildən az ola bilməzdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməmsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, Məhkum məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivinin olması və CM-in 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilmədiyi halda, yüngül cəza təyin edilməsi qeyd edilir. Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədil dikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yal nız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki: Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 9 ay 1 gün 5 hissəsi məntəqə tipli cəzaçəkmə cəzası ilə əvəz edilmişdir (cəzasının sonu xx.xx.2023-cü il tarixdə olması müəyyən edilmişdir). Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən: “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və məntəqə tipli cəzaçəkmə müəssisədə cəza çəkərkən yenidən qəsdən ağır cinayət törətdiyindən CM-in 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən əməlində cinayətlərin təhlükəli residi vi vardır. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən: “Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də Məhkum əməlində cinayətlərin təhlükəli residivi olduğundan CM-in 65.2ci maddəsinin tələb inə əsasən, ona təyin ediləcək cəzanın müddəti CM-in 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən, yəni səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, apelleyasiya instansiyası məhkəməsi Məhkum qeyd olunan cəzadan daha yüngül cəzanın təyin edilməsi nəticəsinə gəlmişdisə, gəldiyi nəticəni Azərbaycan Respublikası CM-in 65.3-cü maddəsinin müddəalarına müvafiq olaraq əsaslandırmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən səhvə yol vermiş və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərini pozaraq təqsirləndirilən şəxsin ona təyin olunmuş zadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etmişd ir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 12 yanvar 2012-ci il tarixli Qərarında göstərilir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir.” Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən məhkəmə səhvinin aradan qaldırılması üçün dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmiş, yalnız məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, şikayətlər təmin edilməsə də, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ildən 6 il 6 aya endirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin məhkumun cəzaçəkmə müəssisəsinin növünü dəyişdirilməsi ilə əlaqədar dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 91.7-ci maddəsinə əsasən “Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir: “Avropa Konvens iyasının 6-ci maddəsinin 1-ci bəndinin və Avropa Konvensiyasının 7-ci Protokolunun 2-ci maddəsinin 1-ci bəndinin mənalarına görə məhkum edilmiş şəxsi hökmdən apellyasiya şikayəti verməkdən çəkindirən təhlükənin yaranmasına yol vermək olmaz. Əks halda «reformatio in pecus» imkanı bu şəxsin şikayətini nəticə etibarilə cəzanı ağırlaşdıra biləcək bir prosedura, apellyasiya icraatını isə ilkin məhkəmə araşdırılması ilə müqayisədə daha ağır nəticələrə səbəb olan prosesə çevirə bilər. Odur ki, CPM-in 392.2-ci maddəsini belə təfsir etmək olar ki, bu normadakı «apellyasiya nəticəsində məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi»nin mümkünlüyü yalnız o hallara şamil olunur ki, orada məhkum edilmiş şəxsin və onun qanuni nümayəndəsinin və ya müdafiəçisinin apellyasiya müraciətindən başqa ittihamçı ( dövlət və ya xüsusi ittihamçı) tərəfindən də apellyasiya müraciəti verilmiş olsun. Belə hallarda apellyasiya icraatının nəticəsi kimi məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi (ağırlaşması) ədalət mühakiməsinin qaydaları ilə heç bir ziddiyyət təşkil etmir.” Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin məhkumun cəzaçəkmə müəssisəsinin növünü dəyişdirilməsi ilə əlaqədar dəlilləri əsassızdır və təmin edilməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cina yətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə qismən razılaşan və həmin protestin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbayca n Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar