Məhkəmə qərarları › İş №1(102)-1112/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1112/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1112/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 iştirakı ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə, X2 Azərbaycan Respub likası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(106)-454/2023 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Məhkum1 xx xxxxxx 1989-cu il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi dalan 1, ev 27-də qeydiyyatda olan və Ş irvan şəhəri, Ordubadi küçəsi ev 9-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum X5 xx xxxxx 1985-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan və Şirvan şəhəri, Ordubadi küçəsi ev 9da yaşamışdır.

3. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 qarşı ittiham irəli sürülmüşdür ondan ötrü ki, Məhkum1 istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 3,692 qram narkotik vasitə heroini və 0,286 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, heroini elektron tərəzi vasitəsi ilə 10 (on) ədə d bükümə ayırmaqla 8 ədəd bükümdə ümumi çəkisi - 2,932 qramını və metamfetamini 03 (üç) ədəd bükümə ayırmaqla hamısını yaşadığı Şirvan şəhəri, Ordubadi küçəsi ev 9-da yerləşən fərdi yaşayış evində saxlamış, heroinin qalan 0,362 qramını üzərində saxlamaqla daşımış, qalan 0,398 qramını isə qeyri rəsmi ər-arvad münasibətində yaşadığı X3 istifadə etmək üçün vermiş, 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncuların yaşadıqları şəhərin Ordubadi küçəsi ev 9-da yerləşən fərdi yaşayış evinə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman həmin evin qonaq otağında olan mebel materialdan hazırlanmış stolun üstündən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi - 0,083 qram, 07 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi - 0,364 qram, 0,841 qr am, 0,871 qram, 0, 285 qram, 0,166 qram, 0,207 qram, 0,115 qram olmaqla ümumi təmiz çəkisi 2,932 qram eyni tərkibli narkotik vasitə heroin və 03 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,101 qram, 0,092 qram, 0,093 qram olmaqla ümumi çəkisi 0,286 qram metamfetamin götürülmüş, Məhkum1 həmin gün saat 16:30-da polis şöbəsinə gətirilib 19:35-dən 20:05-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zamanı isə üzərindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi yuxarıda qeyd edilən çəkidə heroindən götürdüyü eyni tərkibli təmiz çəkisi - 0,362 qram heroin aşkar olunaraq götürülmüşdür.

4. Budan əlavə X5 şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd polietilən bükümdə təmiz çəkisi - 0,398 qram olan heroini istintaqa məlum olmayan vaxtda qeyri rəsmi ə r-arvad münasibətində yaşadığı Məhkum1 yaşadıqları Şirvan şəhəri, Ordubadi küçəsi ev 9-da yerləşən fərdi yaşayış evində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncuların yaşadıqları şəhərin Ordubadi küçəsi ev 9-da yerləşən fərdi yaşayış evinə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra həmin gün saat 16:30da polis şöbəsinə gətirilib saat 17:55-dən 18:30-dək olan müddət ərzində şəxsi axtarış aparılan zaman üzərindən Məhkum1 evindən və aşkar edilmiş heroinlə eyni tərkibli olan 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,398 qram heroin aşkar olunaraq götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X13 və X6 ibarət məhkəmə tərkibində) 11 aprel 2023 -cü il tarixli, 1(099)-216/2023 nömrəli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 13 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum1 narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji di spanserində qeydiyyata alınması, həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 13 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum2 narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınm ası müəyyən edilmiş, həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

6. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və məhkum edilmiş şəxs Məhkum1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X8 və X10 ibarət məhkəmə tərkibində) 11 iyul 2023-cü il tarixli, 1(106)454/2023 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, X2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(099)-216/2023 nömrəli hökmünün, həmin hökmdən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılması qərar alınmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(106)-454/2023 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum1 isə kassasiya şikayəti vermişdir. İİ. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan sübutlara istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr əsassız olaraq məhkumlar Məhkum1 və X2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməllərini Məhkum1 münasibətdə CM-in 234.4.3-cü, X3 münasibətdə isə CM-in 234.1-ci maddəsinə tövsif etmişdir. Belə ki, məhkəmələrin gəldiyi bu nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, cinayət işi üzrə evdə və təqsirləndirilən şəxslərin üzərində aşkar edilmiş narkotik vasitələrin külli miqdarda olması onların həmi narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamalarına dəlalət edir.

10. Bununla da, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumların əməllərinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu təl əblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(106)-454/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

11. Qərardan eyni zamanda Məhkum1 kassasiya şikayəti verərək, kassasiya şikayətinin dəlilləri qismində ona təyin edilmiş cəzanın həddən artıq ağır olmasını qeyd edərək, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.21ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həm in əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(106)-454/2023 nömrəli qərarının dəyişdirilməsini və barəsində tıqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

13. Qərardan məhkum X5 tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılmas ı üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərq li olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-1 46-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum1 əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə, X2 əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Məhkum1 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən onun barəsində olan yüngülləşdirici halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

21. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum1 kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirva n Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(106)-454/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Məhkəmə kollegiyası ilkin olaraq dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə münasibətdə bildirir ki, cinayət işinin materiallarına əsasən, Məhkum1 istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 3,692 qram narkotik vasitə heroini və 0,286 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, heroini elektron tərəzi vasitəsi ilə 10 (on) ədəd bükümə ayırmaqla 8 ədəd bükümdə ümumi çəkisi - 2,932 qramını və metamfetamini 03 (üç) ədəd bükümə ayırmaqla hamısını yaşadığı Şirvan şəhəri, Ordubadi küçəsi ev 9-da yerləşə n fərdi yaşayış evində saxlamış, heroinin qalan 0,362 qramını üzərində saxlamaqla daşımış, qalan 0,398 qramını isə qeyri rəsmi ər-arvad münasibətində yaşadığı X3 istifadə etmək üçün vermiş, 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncuların yaşadıqları şəhərin Ordubadi küçəsi ev 9-da yerləşən fərdi yaşayış evinə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman həmin evin qonaq otağında olan mebel materialdan hazırlanmış stolun üstündən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi - 0,083 qram, 07 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi - 0,364 qram, 0,841 qram, 0,871 qram, 0, 285 qram, 0,166 qram, 0,207 qram, 0,115 qram olmaqla ümumi təmiz çəkisi 2,932 qram eyni tərkibli narkotik vasitə heroin və 03 ədəd polietilen kəsiyi bükümü ndə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,101 qram, 0,092 qram, 0,093 qram olmaqla ümumi çəkisi 0,286 qram metamfetamin götürülmüş, Məhkum1 həmin gün saat 16:30-da polis şöbəsinə gətirilib 19:35-dən 20:05-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zamanı isə üzərindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi yuxarıda qeyd edilən çəkidə heroindən götürdüyü eyni tərkibli təmiz çəkisi - 0,362 qram heroin aşkar olunaraq götürülmüşdür. Budan əlavə X5 şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd polietilən bükümdə təmiz çəkisi 0,398 qram olan heroini istintaqa məlum olmayan vaxtda qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Məhkum1 yaşadıqları Şirvan şəhəri, Ordubadi küçəsi ev 9-da yerləşən fərdi yaşayış evində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində sa xlamış, 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncuların yaşadıqları şəhərin Ordubadi küçəsi ev 9-da yerləşən fərdi yaşayış evinə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra həmin gün saat 16:30-da polis şöbəsinə gətirilib saat 17:55-dən 18:30-dək olan müddət ərzində şəxsi axtarış aparılan zaman üzərindən Məhkum1 evindən və aşkar edilmiş heroinlə eyni tərkibli olan 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,398 qram heroin aşkar olunaraq götürülmüşdür.

23. İbtidai istintaq orqanı tərəfindən Məhkum1 CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihama münasibətdə məhkəmələr müvafiq araşdırma apararaq qeyd etmişdir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsind ə Samirə Hüseynova ilə iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. X1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham məhkəmələr tərəfindən əsassız hesab edilərək, onun hər hansı şəxsə narkotik vasitə satmasının heç bir halla təsdiq edilməməsi qənaətinə gəlinmişdir.

24. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, cinayət işi üzrə mövcud şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə həll edilməsi qənaətinə gəlinməsi, daha dəqiqi Məhkum1 əməlinin CM-in 234.4.1-ci, X2 əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi nəticəsinə gəlməsi, apellyasiya instansiya məhkəməsinin də həmin qənaət ilə razılaşması q anuni və əsaslı olmuşdur.

25. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil edən, məhkumların ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə münasibətdə qeyd edir ki, həmin sübutların məhkumların əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.

26. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü madd əsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

29. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

30. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum1 və X2 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

31. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan iş in hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və X2 törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

32. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

33. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

34. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və X2 törətdiyi c inayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

35. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

36. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

37. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və h əm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

38. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

39. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyi n edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

40. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

41. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

42. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət p rinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

43. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə et məklə yoxladıqda Məhkum1 münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.

44. Apellyasiya məhkəməsi Məhkum1 apellyasiya şikayəti əsasında işə baxarkən, onun barəsində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkəmənin onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin etməsini, qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun hesab etmişdir.

45. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum1 cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

47. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(106)454/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 234.4.3-cü maddəsi ilə, X2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(106)-454/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar