Məhkəmə qərarları › İş №1(102)-1112/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1112/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1112/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 iyun tarixli, 1(105)-22/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X18 (sədrlik edən və məruzəçi), X25 və X10 ibarət tərkibdə) 04 oktyabr 2021-ci il tarixli hökmü ilə, xx xxx 1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, dul, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X42 Massivi, ev B-237 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin başlanğıcı 4 oktyabr 2021-ci il tarixdən hesablanmış, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi, Məhkum 68000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə, 68030 manat pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, iddia tələbinin mənəvi ziyanın vuru lması və qalan hissələrdə rədd edilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum, təqsirləndirilən şəxsin müdafiəçiləri X19, X20 və Müdafiəçi1 apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X21 və X13 ibarət tərkibdə) 2022-ci il 4 may tarixli, 1(105)-154/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən), X4 və X7 ibarət tərkibdə) 2023-cü il 22 avqust tarixli, 1(102)-1324/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 may tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X23 və X8 ibarət tərkibdə) 2024-cü il 3 iyun tarixli, 1(105)-22/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, təkrarən özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Zərərçəkmiş şəxs xx.xx.2014-cü il tarixdə "xxxx" (Şərur) MTK tərəfindən inşa edilmiş B akı şəhəri Xətai rayonu G.Şixlinski küçəsi 2942 D nömrəli yaşayış binasının 4-A girişi 15- ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan 106 saylı 2 otaqlı mənzili X11 70000 ABŞ dollarına, yəni həmin dövrün məzənnəsi ilə 54600 manata Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda etibarnamə əsasında aldıqdan sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getməsi səbəbindən həmin mənzilinə dair sənədlərini, yəni etibarnamə və Pakizə Quliyeva ilə "xxxx" MTK arasında bağlanılmış alqı-satqı müqaviləsini yaxın rəfiqəsi olmaqla aralarında etibarlı münasibət olduğundan saxlanması üçün ona etibar edilməsindən sui- istifadə edərək, Zərərçəkmiş şəxs mülkiyyətində olan həmin əmlakı satıb pulunu ələ keçirmək niyyətilə onun iradəsinə zidd olaraq sonuncunun icazəsi və ra zılığı olmadan xx.xx.2014-cü il tarixdə həmin mənzili digər şəxsə, yəni X6 65000 manata sataraq pulları ələ keçirməklə Zərərçəkmiş şəxs 65000 (altmış beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu G.Şixlinski küçəsi 2942 D nömrəli yaşayış binasının 4-A girişi, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan, 106 saylı 2 otaqlı mənzilinin sonuncunun razılığı və xəbəri olmadan başqasına satması barədə məlumatı bildikdən sonra aldadıldığını bilib ondan pullarını tələb edərkən, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2014-cü il tarixdə X6 65000 manata sataraq pulunu tam almasına baxmayaraq Zərər çəkmiş şəxs yenidən yalan vədlər verməklə aldadıb guya mənzilə görə 26000 manat məbləğində nəğd pul almasını bildirib həyat yoldaşı X14 məxsus Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi ev 48 mənzil 52 nömrəli ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 75,5 kv/m sahəsi olan 2 otaqlı mənzili 30000 manata satacağına dair yalandan vəd verərək inandırıb aldatmış, bu məqsədlə 2014-cü ilin avqust ayında Rüstəm Yusifovun mülkiyyətində olan həmin mənzildə əlavə olaraq Zərərçəkmiş şəxs 4000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyib həmin mənzili digər şəxsə, X9 35000 manata sataraq Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN, VƏ DÖVLƏT İ TTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçi kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, o etdiyi əməldən peşimandır, himayəsində 3 övladı var, övladlarından biri 1-ci qrup əlildir, həyat yoldaşı dünyasının dəyişəndən sonra ailənin yükü onun üzərinə düşmüşdür. Bundan başqa, onun əməlində cinayətin residivi, təkrarən residivi və xüsusilə təhlükəli residivi olmadığı halda ona ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 iyun tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəl lənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasə n cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində, məhkumun müdafiəçisi kassasiya şikayətinə əlavədə məhkumun əməlinin tövsifini və cəzasının ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin olunması barədə məhkumun, onun müdafiəçisinin, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində və əlavədə irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəli lləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin və əlavənin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin x arakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza növü müəyyən edilsə də, lakin cəzanın həddi baxımından məhkəmə məhkuma həddindən artıq ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla ona təyin edilmiş cəzanın həddi, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində yüngülləşdirilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhk əmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti və müdafiəçinin kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.6.2024-cü il tarixli qərarı kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 04 oktyabr tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 iyun tarixli, 1(105)-22/2024 nömrəli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 1 (bir) gün müddət, ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 iyun tarixli, 1(105)-22/2024 nömrəli qərarı, müdafiə tərəfinin kassasiya şikayətinə müna

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar