Məhkəmə qərarları › İş №1(102)-1113/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1113/2019

08.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1113/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxs X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə (hakim: T.X.Nəsrullayeva (sədrlik edən) R.A.Allahverdiyeva və N.A.Kərimovdan ibarət tərkibdə) xx.xx.1959-cu ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 21 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş və cərimə cəzasnı tam ö dəmiş, işləməyən, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 aprel 2015-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələr i ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatda olmaqla ünvan 2-də yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 dekabr 2015-ci il tarixdən 13 dekabr 2015-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəzaya daxil edilməklə ona 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2012-ci il tar ixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilərək üzərində qəti olaraq 3000 (üç min) manat cərimə cəzası və 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasının müstəqil icra olunması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 fevral 2017-ci il t arixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X12 təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs, məhkumlar Məhkum2, Məhkum1, onun müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 21 noyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərarından məhkumlar ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Məhkum1 cəzasının yüngülləşdirilməsi və ya azadlıqdan məhrumetməyə aid olmayan cəza təyin edilməsini, Məhkum2 isə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin Hökmə əsasən, Məhkum1 etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları X12 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda qazanc verəcəyini vəd edərək Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, aldatma yolu ilə 14 avqust 2013-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək özünün, X8, Məhkum2 və uydurduğu müxtəlif şəxslərin adından Zərərçəkmiş şəxs ünvan 1 ünvanın yaxınlığında hissə-hissə olmaqla qızıl zinət məmulatları adı ilə üzərilərində qızıl elementinə aid olan 583 və 750 qızıl əyarları işarəsi həkk edilmiş, kustar üsulla dəmir əsaslı ərintidən və əlvan metal lar ərintisindən hazırlanmış 124 ədəd bilərzik, 85 ədəd boyunbağı, 5 ədəd tək sırğa, 94 ədəd cüt sırğa, 134 ədəd üzük, 16 ədəd kulon, 1 ədəd qol saatından ibarət bijuteriya məmulatlarını girov qoyub, hər ay 7 faiz ödəmək şərti ilə ümumilikdə 380800 manat nağd pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum1, təkrarən, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X2 etibarından sui istifadə edib aldadaraq 2014-cü ilin mart-sentyabr aylarında hissə-hissə olmaqla qızıl zinət məmulatları adı ilə üzərilərində qızıl elementinə aid olan 583 və 750 qızıl əyarları işarəsi həkk edilmiş kustar üsulla dəmir əs aslı ərintidən və əlvan metallar ərintisindən hazırlanmış, şüşə və sadə qaşlı, 23 ədəd bilərzik, 4 ədəd boyunbağı, 16 cüt sırğa, 4 ədəd kulon, 14 ədəd üzüklərdən ibarət bijuteriya məmulatlarını x3 sataraq ünvan 2-də hissə-hissə olmaqla sonuncunun ümumilikdə 42000 manat nağd pulunu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs X3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayəti verərək İİ qrup əlil olmasını, ağır formalı bronxial astma və yüksək formalı hipertonizm xəstəliyindən əziyyət çəkməsini əsas göstərərək cəzasının minimum həddə endirilməsini və ya ona azadlıqdan məhrumetməyə aid olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya verərək qeyd etmişdir ki, zərərçəkmiş şəxslərə 50 min manat zə rər vurmuşdur, buna baxmayaraq barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017ci il tarixli Qanunu tətbiq edilərkən hökmdə heç bir dəyişiklik edilməmiş, cəzası yüngülləşdirilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin, Məhkum2 barəsində məhkəmə aktlarından residivə dair müddəanın xaric edilməsi və kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərarı Məhkum2 aid hissəsində dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyas iya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum1 kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini və ya azadlıqdan məhrum etməyə aid olmayan cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş halları ilə müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq olunmuş, məhkumun istinad edilən cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya d igər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyini zamanı təkcə cəzanı yüngülləşdirən hallar deyil, həmin hallarla yanaşı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti də nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, hər iki cinayətlərin törədilməsində fəal iştirakını, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi zamanı bilavasitə icraçı olmasını, məhkəmə istintaqı zamanı hər iki cinayət əməli üzrə zərərçəkmiş şəxslər vurulmuş ziyanı ödəmək yönündə hər hansı addım atmamasını, cinayətlərin törədilm əsindən sonrakı davranışlarını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlməklə əsaslı qərar qəbul etmişdir. Məhkum2 kassasiya şikayətində əməlini CM-nin 178.2.4-cü maddəsinə tğvsif edilməklə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən işin halları, toplanılmış sübutlara düzgün qiymət verilmiş, məhkumun əməli düzgün tövsif olunmuşdur. Belə ki, Məhkum2 zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı törətdiyi dələduzluq epizodunda cinayət qanunvericiliyinə əsasən külli miqdarda, yəni 380800 manat m əbləğində ziyan vurmaqla və X4 42000 manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinə edilmiş dəyişikliyə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1 -177.2.32, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəl lənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Qanunun 2.6-cı maddəsində göstərilir ki, Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.4 və 2.5-ci maddələrində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərba ycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır. İş materiallarından görünür ki, Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamani nəzərə alınmır. Buna görə məhkəmə aktlarından residivə dair müddəalar xaric olunmalıdır. Qeyd olunanı nəzərə alaraq kollegiya Məhkum2 təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. Şərh edilənlərə ə sasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərarı Məhkum2 aid hissədə dəyişdirilsin. Məhkəmə aktlarından Məhkum2 aid hissədə cinayətin residivinə dair müddəalar çıxarılsın. Məhkum2 təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il 9 (doqquz) aya endirilsin, 10 dekabr 2015-ci il tarixdən 13 dekabr 2015-ci il tarixədək tutulduğu 03 (üç) gün m üddət təyin edilmiş cəzaya daxil edilməklə üzərində 7 (yeddi) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası hazırkı cəza ilə tam birləşdirilərək üzərində qəti olaraq 3000 (üç min) manat cərimə cəzası və 7 (yeddi) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar