Məhkəmə qərarları › İş №1(102)-1113/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1113/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1113/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2021-ci il tarixli, 1(104)-39/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1995-ci il tarixdə Tərtər rayonunun Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Düyərli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 02 iyul 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qayınanası X2 ərindən 2015-ci ildə boşandıqdan sonra Goranboy şəhər sakini X8 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşaması və yüngül həyat tərzi keçirməsi ilə əlaqədar aralarında yaranmış gərgin şəxsi münasibətlər zəminində 19 mart 2020-ci il tarixdə, saat 17-18 radələrində Zərərçəkmiş şəxsnın yaşadığı ünvan 2 ünvanına gedərək, evin qapısının qarşısında ona pozğun əməllərindən əl çəkməsini bildirdikdə, Zərərçəkmiş şəxsnın onu nalayiq sözlərlə təhqir edərək oradan qovduğu üçün sonuncunun həmin hərəkətləri ilə onun və ailəsinin nüfuzuna xələl gətirməsi qənaətinə gəldiyindən onu öldürmədə qərarlaşmış, bu niyyətlə 20 mart 2020-ci il tarixdə səhər saatlarında valideyinləri ilə bayramlaşmaq məqsədi ilə getdiyi Tərtər rayonunun Düyərli kənd qəbirstanlığında torpağa basdıraraq gizlətdiyi, babası Oruc Hüseynovdan qalan soyuq silah hesab edilməyən bıçağı qazmaqla çıxarıb cibinə qoyaraq günorta saatlarında arvadı və qayınatası ilə birlikdə yaşadığı Goranboy şəhərində olan evinə qayıtmış, evdə arvadı Şahid1nın ona anasının şəxsi həyatına qarışması ilə bağlı iradını bildirməsi səbəbindən aralarında mübahisə baş verdikdən sonra saat 17 radələrində Zərərçəkmiş şəxsnı öldürmək məqsədi ilə sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlib evin həyət darvazasını döymüş, qapını açan olmasa da, evdən Zərərçəkmiş şəxsnın səsini eşitdiyindən cinayətkar niyyətini həyata keçirmək üçün hasardan evin həyətinə düşüb daha sonra evin giriş qapısından dəhlizə, oradan isə evin qonaq otağına daxil olduqdan sonra Zərərçəkmiş şəxsnın mətbəxdə telefonla danışdığını görüb evin mətbəxinə keçib telefonla danışan qayınanasının üzərinə gedərək, ona nəyə görə pozğun həyat tərzindən əl çəkməyib onun da həyatını məhv etməsini soruşmuş, sonuncu ona kobud cavab verdikdə o, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində ola n bıçağı çıxararaq Zərərçəkmiş şəxsnı öldürmək məqsədi ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən 4 dəfə zərbə endirib sonuncuya döş qəfəsinin sol arxa səthində Vİİİ-İX qabırğa arası sahədə olan və çəp-köndələn istiqamətdə davam edən sol döş qəfəsinə nüfuz edən kəsilmişdeşilmiş, sol tərəfdə İX-X qabırğaarası sahədə olan və döş qəfəsinə nüfuz etməyən kəsilmiş-deşilmiş, süd vəzinin və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxsnın yerə yıxılaraq huşunu itirdiyini görüb onun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşmaqla, sonuncunun çağırışı ilə gəlmiş şəxs və tibb işçiləri tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, o, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyib, X3 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 1(100)197/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.

5. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum apelyasiya şikayəti verib, məhkəmənin çıxardığı hökmlə razı olmadığını bildirmiş və işinə yenidən baxılmasını xahiş etmişdir.

6. Hökmdən həmçinin Məhkum müdafiəçisi apelyasiya şikayəti verib, Məhkum barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum əvvəllər məhkum olunmamış, cinayət əməlini qismən etiraf etmiş, könüllü gəlib təqsirini boynuna almış, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bundan başqa onun ağır beyin xəstəliyi vardır və arvadı hamilədir. Həm ibtidai istintaqda, həm də məhkəmə baxışında qayınanasını öldürmədə niyyətinin olmadığını bildirmişdir. Məhkəmədə ifadə verən şahidlər də bildirmişdir ki, Kürdoğlu heç vaxt qayınanasını öldürəcəyini deməmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2021-ci il tarixli, 1(104)-39/2021 nömrəli qərarı ilə apelyasiya şikayətləri tə min edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. X7 Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2021-ci il tarixli, 1(104)39/2021 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarından narazı olduğunu bildirərək, ona təyin edilən cəzanı mübahisələndirməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2021-ci il tarixli, 1(104)-39/2021 nömrəli qərarının ləğv edilməsini və ya dəyişdirilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instans iyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanı mübahisələndirmiş, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2021-ci il tarixli, 1(104)-39/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalı dır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törəd ilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial əd alətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İstinad edilən cinayət hüququ normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaran masın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

22. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq hissədə mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar maddi hüquq normalarına uyğundur. Belə ki, məhkəmələr Məhkum cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini, könüllü gəlib təqsirini boynuna almasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən e dilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndi rilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2021-ci il tarixli, 1(104)-39/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlər i nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2021-ci il tarixli, 1(104)-39/2021 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar