Məhkəmə qərarları › İş №1(102)-1113/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1113/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1113/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət 18 iyul 2022-ci il tarixli, 1(103)-873/2022 saylı qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahi yyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I.İşin halları

1. Məhkum xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi məhəllə 1055-də qeydiyyatda olan və Bakı şəhəri Pirallahı qəsəbəsi S.Bağırov küçəsi ev 120-də yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edərək saxlamış və daşımış, bundan başqa qanunsuz olaraq narkotik vasitəni satmışdır.

3. Belə ki, Məhkum 2021-ci ilin iyul ayında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini 50 manat müqabilində alaraq əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirərək orada saxlamış, evdə narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini 1 ədəd elektron tərəzi vasitəsi ilə bükümlərə ayırmış, xx.xx.2021-ci il tarixdə yaşadığı Pirallahı qəsəbəsi S.Bağırov küçəsi ev 120 ünvanının qarşısında tanışı Amıraslanov Amıraslana (X2) 20 manat pul müqabilində 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,162 qram və 0,048 qram olmaqla, ümumi çəkisi 0,210 qram olan xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə heroin satmış, bundan başqa, həmin tarix də Pirallahı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 70 manat müqabilində alaraq əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı Pirallahı qəsəbəsi S.Bağırov küçəsi ev 120 ünvanına gətirərək orada saxlamış, xx.xx.2021-ci il tarixdə saat 00:50 radələrində yaşadığı Pirallahı qəsəbəsi S.Bağırov küçəsi ev 120 ünvanının qarşısında Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Pirallahı rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,052 qram və 0,054 qram ol maqla ümumi çəkisi 0,106 qram olan bir-biri ilə, eləcə də Amıraslanov Amıraslanın (X1) üzərindən aşkar edilmiş ümumi çəkisi 0,210 qram olan narkotik vasitə heroinlə xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan başqa, əməliyyataxtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə yaşadığı Pirallahı qəsəbəsi S.Bağırov küçəsi ev 120 ünvanında axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman özünə aid otaqdakı stolun altında olan göy rəngli dəftərin içindən 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,060 qram, 0,045 qram olmaqla ümumi çəkisi 0,150 qr am olan, bir-biri ilə, eləcə də X1 üzərindən aşkar edilmiş ümumi çəkisi 0,210 qram olan narkotik vasitə heroinlə xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə heroin, səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi, həmin otağa girişdən sol tərəfdəki şkafda olan qutunun içindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,567 qram, 0,583 qram, 0,562 qram olmaqla ümumi çəkisi 1,712 qram olan xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,763 qram olan və üzərindən aşkar edilmiş təmiz çəkisi 0,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

4. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(094)-12/2022 saylı hökmü ilə (sədrlik edən hakim:T.X.Əkbərov) Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

5. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim:R.A.Qaraqurbanlı, M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 18 iyul 2022-ci il tarixli, 1(103)-873/2022 saylı qərarı ilə müdafiəçi tərəfindən verilmiş appelyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Mə hkum tərəfindən apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli, 1(094)-12/2022 saylı hökmü dəyişdirilərək həmin hökmlə ona təyin olunmuş Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 6 (altı) azaldılmaqla 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət 18 iyul 2022-ci il tarixli, 1(103)-873/2022 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətlərinin dəlilləri

8. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 1(103)-873/2022 saylı qərarının ləğv edilməsini və ona ədalətli cəza verilməsini xahiş etmişdir. III.Hüquqi məsə lələr 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya i nstansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Məhkum kassasiya şikayətində onun əməlini n hüquqi tövsifini və ona təyin edilən cəzanın ağırlığını mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli, 1(103)-873/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşd ur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır..

16. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin bu hissədə maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən cinayəti törədərkən törətdiyi əməli qismən etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegi yası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

17. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürdüyü tələbin əsaslılığını yoxlayarkən, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə alır və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.

18. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr şikayət müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

20. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

22. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli, 1(103)873/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Baki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 iyul 2022-ci il tarixli, 1(103)-873/2022 saylı qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar