Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1113/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun və onun müdafiəçisi Hüseynova Bəturə Xaqani qızının iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, x ünvanında qeydiyyatda olmaqla, x küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(103)112/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 1(101)-1573/2023 nömrəli hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), S.A.Məmmədzadə və A.Ə.Məcidov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü madd ələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum təyin edilmiş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikasının Cinayət Məc əlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Məmmədov Mustafa Əvsəl oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Xasayev Elxan Vüqar oğlu tərəfindən apellyasiya şikayətləri və müdafiəçi Məmmədov Mustafa Əvsəl oğlu tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli) apellyasiya şikayətləri və əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024- cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməklə həmin silahı tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 fevral 2023-cü il tarixdə, saat 21:00 radələr ində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, qrup üzvü Təqsirləndirilən şəxs əlləri ilə Zərərçəkmiş şəxs qollarını tutduğu zaman 2 (iki) dəfə yumruqla sonuncunun sifət nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Zərərçəkmiş şəxs əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol iç cibindən üzərində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** mobil nömrələri olan 5 manat dəyərində üzlüyü ilə birlikdə 160 manat dəyərində 01 ədəd sensor ekranlı “Android” əməliyyat si stemi ilə təchiz olunmuş “Xiaomi Redmi 10C” markalı, “220333QAG” modelli, “**********48406, **********48414” imei kodlu mobil telefonu açıq talamaqla Zərərçəkmiş şəxs cəmi 175 manat məbləğində zərər vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş soyuq silah hesab edilən ov bıçağını özündə gəzdirməklə 15 fevral 2023-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən «Zeytun bağı» parkın həyətində fəaliyyət göstərən «Zeytun» kafesinin q arşısında Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib özündə olan silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs üstünə doğru dirəyib üzərində olan pul və qiymətli əşyaları tələb etməklə sonuncuya məxsus 90 manat dəyərində «powerbank» adlanan mobil telefon enerjisini dolduran cihazı və 5 manat nağd pulu ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 95 manat məbləğində zərər vuraraq quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə ona CM-nin 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda (digər maddələrlə özünü təqsirli bil ir) o, həmin maddələr ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, ona CM-nin 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə bəraət verilməsini, digər maddələrlə təyin edilmiş cəzanın isə yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasi ya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə onun törətmədiyi cinayətə görə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırıldığını, habelə sonuncunun CM-in 180.2.1 və 180.2.4cü maddələri ilə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və CM-in 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə ona bəraət verilməsi, CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələ ndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət h üquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün m ötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, onun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməlində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilm iş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün müdafiəçisinin iştirakı verdiyi ifadələri, digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, sənədlər və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normal arın düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən tə svir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hal – Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmama sını, cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmamasını, cəzanın ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə həm ayrı-ayrılıqda, həm də cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cin ayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(103)-112/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 fevral 2024-cü il tarixli, 1(103)-112/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1113/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1113/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver