Məhkəmə qərarları › İş №1(102)-1114/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1114/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1114/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Heydərov Nadim Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Rüstəmov Emin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) Məhkum, xxxxx il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, İİ qrup əlil, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünva n 1 ünvanda yaşamış, CM-nin 263-1.4-cümaddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 01 dekabr 2019-cu il tarixdə, saat 20:15 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “x” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir şəhəri, Səməd Vurğun küçəsi ilə Mikayıl Müşviq küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq h ərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə etməməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saatdan artıq hərəkət etdirməməli olduğu halda avtomobilini sərxoş halda 70-75 km/saat sürətlə hərəkət etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozub diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yay ındıraraq, avtomobili yaş yol şəraitinə uyğun sürətlə hərəkət etdirməyib, yaş yol şəraitində avtomobilin öz hərəkət yolundan təhlükəsiz hərəkətini təmin etməyən hərəkətlərə yol verərək avtomobilin idarəetməsini itirməklə, yolun qarşı sol hərəkət hissəsinə çıxıb avtomobilinin qabaq nisbətən sağ sahəsi ilə qarşıdan əks istiqamətdə hərəkətdə olan X10 idarə etdiyi qardaşı X9 faktiki sahibliyi, istifadəsi və sərəncamında olmuş “x” markalı, xxxx dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol və sol sahəsi arasında 15-25 dərəcə bucaq altında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “x” markalı avtomobilin sürücüsü X2 qapağı, kəllə əsası və üz skleti sümüklərinin, alt çənə sümüyünün yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt tra vması, sol tərəfli İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, sol bud sümüyünün orta üçdə birinin qapalı, sağ diz qapağı sümüyünün açıq yerini dəyişmiş sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi ilə səbəbli əlaqədə olan ölümünə, həmçinin “xxx” markalı avtomobildə olan sərnişinlər: X11 ehtiyatsızlıqdan sol yanağın əzilmişcırılmış yarası, kəllə əsası və üz skeleti sümüklərinin, burun sümük və qığırdaqlarmmyerinidəyişmiş sınıqları, beyinin yumşaq qişasmma qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sol tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, hər iki diz oynağının ön səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sa ğlamlığa ağır zərər vuran xəsarətlər alaraq ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi ilə səbəbli əlaqədə olan ölümünə, X3 ehtiyatsızlıqdan alın nahiyəsinin əzilmiş-soyulmuş yarası, alın və gicgah sümüyünün, kəllə əsasının sınıqları beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sol tərəfli V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, sol bud sümüyünün orta üçdə birinin qapalı yerini dəyişmiş sınığı, sol baldırın yuxarı üçdə birinin qançıları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağaır zərər vuran xəsarətlər alaraq ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi ilə səbəbli əlaqədə olan ölümünə, X16 ehtiyatsızlıqdanalm nahiyəsinin sol yarısının, sol gözün bayır qurtaracağının, sol yanağın, sağ burun-dodaq büküşü nahiyəsinin sıyrıqları, sol yanağm qançırı, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sol əlin arxa səthinin sıyrığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ağır kəllə- beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi ilə səbəbli əlaqədə olan ölümünə, X12 ehtiyatsızlıqdan sağ gicgah nahiyəsinin dərialtı hematoması, burun sümük və qığırdaqlarmm sınığı, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sol mil-bilək oynağının arxa səthinin sıyrığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ağır kəllə- beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi ilə səbəbli əlaqədə olan ölümünə, X22 isə ehtiyat sızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qarının qapalı küt travması, dalağın və mədənin ön divarının əzilmiş-cırılmış yaraları, daxili qanaxma xəsarətləri ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirilməsinə və “x” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi mərhum X22a 2000 (iki min) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və daha artıq, yəni 5 nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Hökmdən məhkumun müdafiəçisi N.N.Heydərov və zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakiml ər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 29 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi N.N.Heydərov kassasiya şikayəti verərək məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi N.N.Heydərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməklə cinayət məsuliyyətinə cəlb olunmuş, yəni əvvəllər məhkum olunmamışdır, evli olmaqla öhdəsində iki azyaşlı uş ağı var, göz xəstəliyindən əzab çəkməklə ikinci dərəcəli əlildir, həyat yoldaşı X5 da ikinci dərəcəli əlildir, oğlu X24 insulindən asılı şəkərli diabet xəstəliyindən, anası isə ürək xəstəliyindən əziyyət çəkirlər, məhkumn ailə vəziyyəti olduqca ağırdır, o, ailəyə yeganə qazanc gətirən şəxsdir, törətdiyi cinayət əməlinə görə özünü tam təqsirli bilmiş, cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu bildirmişdir, yaşadığı yer üzrə müsbət cəhətdən xarakterizə olunur, zərərçəkmiş şəxsin hüquqi varisləri və zərərçəkmiş X28 ilə barışmış və onların ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkum barəsindəki iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Müdafiəçi hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə kollegiyaları hazırki işin konkret hallarını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hüquqlarını müdafiə etdiyi şəxsin şəxsiyyətini, ailə vəziyyətini, cinayəti ehtiyatsızlıqdan törətməsini və cəzasını yüngülləşdirən halları nəzərə almaqla ona təqsirli bilindiyi CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edə bilərdi. Zərər çəkmiş şəxslərin hüquqi varisləri kassasiya şikayətinə etiraz verərək həmin şikayətin təmin edilməməsini, Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021 -ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi N.N.Heydərov, zərər çəkmiş şəxs X28 və zərər çəkmiş şəxslərin hüquqi varisləri X25, X17, X18 və X6 məhkəməyə naməlum səbəblərdən gəlməmiş və belə səbəblər barədə məhkəmə kollegiyasına xəbər verməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və zərərçəkmiş R.R.Əliyevin, zərər çəkmiş şəxslərin hüquqi varislərin iştirakları olmada n baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2021-ci il tarixli qərarından müdafiəçisi N. N.Heydərov tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 08 oktyabr 2021-ci il tarixli 17/28-3098 saylı məktubla müşaiyət edilmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin dig ər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 263-1.4cümaddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2021-ci il tarixli qərarından onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Heydərov Nadim Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar