Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1114/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Şahverdi Ağaveys Nurkişi oğlunun iştirakları ilə, Azərbaycan Respublikası C inayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 1(101)-1282/2021 nömrəli (hakimlər Mikayılov Eldar Əli oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə) hökmü ilə 20 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, məhkumluğu olmayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Res publikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Məhkum barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin X7 da təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə) 03 fevral 2022-ci il tarixli 1(103)-340/2022 nömrəli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(101)1282/2021 saylı hökmü, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissəsində ləğv edilmiş, ona təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, bununla əlaqədar olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmiş və onun üzərində hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fe vral 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış, saxlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmişdir. Belə ki, Məhkum və öz növbəsində X7 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər. Bu məqsədlə “Həbib” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Həbib” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 38867,793 (otuz səkkiz min səkkiz yüz altımış yeddi tam, mində yeddi yüz doxsan üç) qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3500 (üç min beş yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1200 (bir min iki yüz) qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 19960 (on doqquz min doqquz yüz altmış) qram çəkidə psixotrop maddə metamfetamini və həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 18,8 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 47 ədəd konvalyutda 470 (dörd yüz yetmiş) həb metadon dərman preparatını naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edərək, külli miqdarda 38860 (otuz səkkiz min səkkiz yüz altmış) qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3500 (üç min beş yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1200 (bir min iki yüz) qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 19960 (on doqquz min doqquz yüz altmış) qram çəkidə psixotrop maddə metamfetamini və həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 18,8 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 47 ədəd konvalyutda 470 (dörd yüz yetmiş) həb metadon dərman preparatını Məhkum məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivi, Aytən küçəsi, 503 nömrəli bağ evinə daşıyıb evdə gizlətməklə saxlamışlar. Qalan külli miqdarda 7,793 (yeddi tam, mində yeddi yüz doxsan üç) qram çəkidə narkotik vasitə heroini isə öz aralarında bölməklə x xx - 0,247 (sıfır tam, mində iki yüz qırx yeddi) qram çəkidə narkotik vasitə heroini, Məhkum isə külli miqdarda - 7,546 (yeddi tam, mində beş yüz qırx altı) qram çəkidə narkotik vasitə heroini üzərlərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xxx və Məhkum həmin gün saat 17-20 radələrində qeyd olunan ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu ərəzisində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərlərinə şəxsi axtarış keçirilərkən, xxx o zaman əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə - 0,247 (sıfır tam, mində iki yüz qırx yeddi) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum o zaman əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə eyni tərkibli külli miqdarda 7,546 (yeddi tam, mində beş yüz qırx altı) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi Şahverdi Ağaveys Nurkişi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericil iyinin normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə obyektiv hüquqi qiymət verə bilməmiş onun gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlməmiş, həmçinin ittiham hökmündə göstərilən hallar işdə sübutlarla təsdiq edilə bilməmişdir. Məhkəmələr əsassız olaraq törədilmiş cinayət əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkum ibtidai istintaqda və məhkəmədə ardıcıl verdiyi ifadələrində heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı İran İslam Respublikasının hər hansı vətəndaşı ilə və ya başqa şəxslə əlaqə yaratmadığını, narkotik vasitələri və psixotrop maddələri satmaq üçün əldə etmədiyini, satmadığını, yalnız Bakı şəhəri Binəqədi rayonu Novxanı bağlar massivi Aytən küçəsi 503 saylı bağ evini tanışı xxx kirayə verdiyin i, üzərində aşkar olunub götürülmüş narkotik vasitəni özü istifadə etmək üçün əldə etdiyini, saxladığını və gəzdirdiyini göstərib. Şahidlər, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Yusifov Tural, Şahid2, Şahid3, Şahid4, Şahid5 və İsmayılov İslam da ayrı-ayrılıqda verdikləri ifadələrində Məhkum narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində heç bir rolunun və köməyinin olmadığını, həmin əməli xxx törətdiyini göstəriblər. Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 22 Aprel 2021 -ci il tarixli 8330 saylı məktubda və “Azerfon" MMC-dən daxil olmuş 30 Aprel 2021-ci il tarixli 11283 saylı məktubda göstərilib ki, Məhkum istifadə etdiyi ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri ilə İran İslam Respublikasının mobil telefon operatorlarına m əxsus hər hansı mobil telefon vasitəsilə telefon danışığı və SMS mətn yazısı aşkar edilməyib. Lakin apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi məhkumların, şahidlərin ifdələrinə, iş materiallarına əlavə olunmuş qeyd olunan sənədlərə Məhkum münasibətdə düzgün hüquq qiyməti verməyib, həmin ifadələri və sübutları hansı səbəblərdən qəbul etmədiyini hökmdə əsaslandırmayıb. Odur ki, göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli hökmünün Məhkum aid hissədə dəyişdirərək onun əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Şahverdi Ağaveys Nurkişi oğlu çıxış edərək, cinayət işinin materiallarında məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini sübut edən mötəbər sübutun olmadığını,məhkuma həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın ¾-dən çox cəza verildiyini,lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə görə yalnız xüsusilə ağır residivistə ¾-dən aşağı cəza verilməməli olduğunu, məhkumun az yaşlı övladı olduğunu və özünü yalnız cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirib, verilmiş kassasiya şikayətinin qəbul edilməsini və Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyas ı məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdud larını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət pr insipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət müha kimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış mə qsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, daşıma və saxlama, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə sübuta yetirildiyi qeyd edilimiş, lakin apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə tam razılaşmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə onun əməlinin məhkəmələr tərəfindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəs inə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehla k üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış m əqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və onların miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasınd a tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 aprel 2021-ci il tarixli və “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 08 aprel 2021-ci il tarixli protokollara nəzər yetirdikdə Məhkum üzərindən və Məhkum məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivi, Aytən küçəsində yerləşən 503 nömrəli bağ evinə keçirilən baxış zamanı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək göt ürüldüyü müəyyən olunur. (cild 1, iş vər. 54-60). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2021-ci il tarixli 7/328-6/1388 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan üzərində “Şübhəli şəxs Məhkum üzərindən aşkar olunmuş bir ədəd sellofan büküm” yazı və imzalar olan zərfdə təmiz çəkisi 7,546 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və üzərində “X5 üzərindən aşkar olunmuş...heroinə oxşar maddə,.” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,247 qram qəhvəyi rəngli tozşəkilli maddə, kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zə rflər üçün N6” dairəvi möhür əksi olan “Məhkum məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi..” yazılan üç ədəd sintetik torbada ümumi çəkisi 38860,0 qram qəhvəyi rəngli maddələr kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Məhkum məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi...” yazılan üç ədəd sintetik torbada ümumi çəkisi 19960.0 qram ağ rəngli kristalşəkilli maddələr kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Məhkum məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi..” yazılan üç ədəd sintetik torbada ümumi çəkisi 1200.0 qram spesifik tiryək iyli qətranabənzər maddələr, öz aralarında eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Məhkum məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi.” yazılan sintetik torbada 47 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda, hər konvalyutda 10 ədəd olmaqla, ümumi 470 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər, öz aralarında eyni olub sintetik narkotik vasitə metadondur. 470 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 18,8 qram təşkil edir (bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir). Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respub likası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Məhkum məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi.." yazılan sintetik torbada üzərində “Cefalexin 500”, “Acetocodin 300/20” və “Gelopain 400 buprofen” yazılan dörd ədəd konvalyutda kapsulalar narkotik vasitə və psixotrop maddələrə aid deyil. Tədqiqata təqdim üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Məhkum məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi..” yazılan sintetik torbada beş ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1085,0 qr, 1090,0 qr, 800.0 qr, 430,0 qr və 95,0 qr bitki mənşəli kütlələr eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Ümumi çəkisi 3500,0 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Məhkum məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi..” yazılan sintetik torbada bir ədəd elektron təzərinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Qeyd: qalıq: heroin - 38867,323 qram, metamfetamin - 19959,73 qram, metadon - 448 həb, qurudulmuş marixuana - 3499,75 qram,, tiryək 1199,9 qram. (cild 1, iş vər. 79-86).. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli qərardan g örünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə AR DİN BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təərfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarınsa nəzər yetirərək, Məhkum məxsus bağ evinə keçirilən baxış zamanı külli miqdarın aşağı həddində dəfələrlə çox olan, müxtəlif növdə narkotik vasitənin və psixotrop maddənin çox saylı bükümlərdə aşkar edilməsi və bu halda Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkum ona Azərbaycan Res publikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istinad edilən (birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin Azərbaycan Re spublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmasını (himayəsində üç uşağının olması) və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublik ası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kass asiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1114/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1114/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver