Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1115/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2017-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) xx.xx.1973-cü il tarixdə Şamaxı rayonu, Mərəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçək mə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 mart 2017-ci il tarixdən hesablanması, barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi qərara alınmışdır. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Zeynallı Fərmail Gülmalıoğlundan ibarət tərkibdə) 02 noyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Su mqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum onda təqsirli bilinib məhkum edilmişdir ki, o, 09.03.2017-ci il tarixdə Sumqayıt şəhəri ərazisində, istintaqla müəyyən edilməmiş «X» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-3170,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş murixuana və 2045,965 qramçəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq yaşadığı ünvan 2 ünvanın qarşısında çəpərləd iyi yerdə olan dəmir vannanın altında satış məqsədi ilə əldə etdiyi narkotik vasitənin bir qismini, yəni 2045,0 qram çəkidə heroini və 3170,0 qram çəkidə qurudulmuş marixuananı gizlədərək saxlamış və 10.03.2017-ci il tarixdə saat 18.35 radələrində Sumqayıt ŞPİ- nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, yaşadığı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində şübhəli şəxs qismində saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman, əynində olan boz rəngli qış gödəkçənin sol yan cibindən qara rəngli sellofana bükülmüş 0,965 qram çəkidə narkotik vasitə olan heroin və əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 224-ün qarşısında yerləşən ərazidə dəmir vannanın altında, qara rəngli idman çantasında satış məqsədilə külli miqdarda 2045,0 qram çəkidə narkotik vasitə olan heroin və 3170,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, himayəsində xəstə anasının olmasını, özünün vərəm və bir sıra digər xəstəliklərdən əziyyət çəkməsini nəzərə alıb, onun barəsində qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarının dəyişdirib, cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin əsassız olması və təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum əməlinin tövsifini mübahisələndirməyərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə müvafiq, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla Məhkum törətdiyi cinayət əməllərinin ibtidai araşdırma zamanı verdiyi ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, baxış protokolları və iş üzrə toplanmış mötəbər sübutlarla Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan əməllərinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələrlə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nət icəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habel ə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyəti nə uyğun olmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin hökmündə məhkumun bir sıra xəstəliklərdən əziyyət çəkməsi və himayəsində xəstə anasının olması kimi halları cəzanı yüngülləşdirən halları nəzərə aldığını göstərib, məhkumun cəzasını yüngülləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. İş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, k assasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1115/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1115/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver