Məhkəmə qərarları › İş №1(102)-1115/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1115/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1115/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs, Mərhum Məhkum2 hüquqi varisi X8 və müdafiəçisi, Bakı şəhəri 03 saylı Vəkil Bürosunu vəkili Ağayev İslam Sabir oğlunun. Məhkum1 müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Əsədov Kərimxan Əmirxan oğlunun iştirakları ilə xx xxxxx 1988-ci il tarixdə Xaçmaz rayonu, Meh rəli-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Mehrəli-qışlaq kəndində qeydiyyatda olan və halhazırda həbsdə olan Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə məhkum edilməsinə, 05 yanvar 1981-ci il tarixdə Xaçmaz rayonu, Mehrəli-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Mehrəli-qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum2 Azərbaycan Respublikası CM-in 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarından Məhkum1 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçiləri, habelə Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü ilə (hakim İ.Ə.Xəlilov) Məhkum1 – Azərbaycan Respublikasının CM-in 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5, 145.2.6-cı maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-in 66.2-ci maddəsinə əsasən, Məhkum1 təyin olunmuş cəza ları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum1 31 yanvar 2020-ci il tarixdən 05 mart 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 35 gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 15 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 21 fevral 2021-ci il tarixdə və fat etdiyinə görə onun barəsində cəza təyin edilməmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətlərinə məhkum verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), M.Ə.Rzayev və V.C.Cəfərov) təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi və təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum1 cəza təyini hissəsində dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublika sının CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikasının CM-in 66.2-ci maddəsinə əsasən, Məhkum1 təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə üzərində 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum1 31 yanvar 2020-ci il tarixdən 05 mart 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 35 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 xx.xx.2017-ci il tarixdə, saat 16 radələrində ünvan 2 gələrək darvazanı döymüş, qucağında azyaşlı uşaqla birlikdə darvazanı açan keçmiş arvadı Şahid1 həyəcanlı, qorxmuş halda ağlaya-ağlaya anasının xalası oğlu Zərərçəkmiş şəxs başqa adla aldadaraq, yəni onun qızlarla əylənməsini əks etdirən fotoşəkilləri göstərəcəyini deyib evə gələrək əl-qol atmaqla onu zorlamaq istədiyini, onun gəlməsini bilib mansarda qaçdığını söyləmiş, bundan sonra Məhkum1 evin içərisinə daxil olaraq mansarda qalxıb Zərərçəkmiş şəxs orada gizləndiyini görüb ona bir neçə dəfə yumruq zərbələri vurmuş, onu pilləkən lərdən itələyərək birinci mərtəbəyə aşağıya salmış, sonra yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs döyərək evin mətbəxinə apararaq evdən çölə çıxmağa qoymamış, təxminən 30 dəqiqə sonra evə gəlmiş qardaşı Məhkum2 ilə birlikdə evin giriş qapısını içəridən arxadan açarla bağlayıb onun sərbəst hərəkət etməsinə imkan verməyərək evdə saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında silah kimi istifadə edilən bıçaqdan istifadə etməklə onun həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə zərər çəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər, təxminən 2-3 saat ərzində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə küt, iti uclu və iti kənarlı kəsici əşyalarla xəsarətlər yetir məklə ona baş beyinin yüngül dərəcədə əzilməsi ilə müşayiət olunmuş sol göz orbitinin alt divarının sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran, təpə, alın, alt çənə, döş qəfəsi, boyun, sağ çiyin, sağ bud, sol daban, sağ və sol əl, sol əlin İİ barmağı, sağ əlin V barmağı nahiyələrinin çapıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişlər, daha sonra cinayətkar niyyətlərini davam etdirərək dəmir metaldan olan dabankeşlə zor tətbiq etməklə Zərərçəkmiş şəxs əynindəki şalvarını və alt paltarını özünə zorla soyundurdub “Sirab” su şüşəsinin üstündə oturmağa məcbur edərək həmin şüşənin baş hissəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arxa keçəcəyin ə yeridilməsi ilə ona qarşı arxa keçəcək nahiyəsində çapıqlaşmış yaraya səbəb olan əzab vermə hərəkətləri etmişlər. Təqsirləndirilən şəxs Məhkum2 ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, xx.xx.2017-ci il tarixdə, saat 16 radələrində qardaşı Məhkum1 ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək arvadı Şahid1 anasının xalası oğlu Zərərçəkmiş şəxs evində tutmasını deməsindən təxminən 30 dəqiqə sonra həmin ünvana gedərək qardaşı Məhkum1 ilə birlikdə evin giriş qapısını içəridən açarla bağlayıb Zərərçəkmiş şəxs çölə çıxıb sərbəst hərəkət etməsinə imkan verməyərək evdə saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında silah kimi istifadə edilən bıçaqdan istifadə etməklə onun həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə zərər çəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər, qabaqcadan əlbir olan bir qrup şəxs halında təxminən 2-3 saat ərzində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən, xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə küt, iti uclu və iti kənarlı kəsici əşyalarla xəsarətlər yetirməklə ona baş beyinin yüngül dərəcədə əzilməsi ilə müşayiət olunmuş sol göz orbitinin alt divarının sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran, təpə, alın, alt çənə, döş qəfəsi, boyun, sağ çiyin, sağ bud, sol daban, sağ və sol əl, sol əlin İİ barmağı, sağ əlin V barmağı nahiyələrinin çapıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişlər, daha sonra cinayətkar niyyətlərini davam etdirərək dəmir metaldan olan dabankeşlə zor tətbiq etməklə Zərərçəkmiş şəxs əynindəki şalvarını və alt paltarını özünə zorla soyundurdub “Sirab” su şüşəsinin üstündə oturmağa məcbur edərək həmin şüşənin baş hissəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arxa keçəcəyinə yeridilməsi ilə ona qarşı arxa keçəcək nahiyəsində çapıqlaşmış yaraya səbəb olan əzab vermə hərəkətləri etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin edilmə sinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsasdır. Belə ki, mərhum Məhkum2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmədə eyni məzmunlu ifadə verərək elan olunmuş ittihamda özünü qismən təqsirli hesab etmiş və bildirmişdir ki, qardaşı Məhkum1 telefon zəngi əsasında yaşadığı Mehrəli-Qışlaq kəndindən Xaçmaz şəhərinə gəlmiş və hadisə yerində qardaşını sakitləşdirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs əli və ayaqları ilə bir neçə dəfə vuraraq məzəmmət etmiş və qardaşının təkidi ilə Zərərçəkmiş şəxs butulkanın üstündə oturması anını telefona çəkmişdir. Məhkum2 həmin ifadəsi iş üzrə dindirilmiş digər şəxslərin ifadələri ilə də təsdiq olunur. Müdafiəçi hesab edir ki, Məhkum2 Zərərçəkmiş şəxs Məhkum1 tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsində iştirak etməmiş, həmçinin, Zərərçəkmiş şəxs aldığı az ağır xəsarətlər Məhkum2 vurduğu əl və ayaq zərbələri nəticəsində yetirilməmişdir. Müdafiəçinin fikrincə, Məhkum2 ittihamından Azərbaycan Respublikasının CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinməsinə dair müddəalar xaric olunmalı, həmin maddələrlə ona bəraət verilməli olduğu halda, apellyasiya instansiya məhkəməsi əsassız olaraq onu həmin maddələrlə təqsirli bilmişdir. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum2 Azərbaycan Respublikasının CM-in 127.2.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum1 təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, Məhkum1 Azərbaycan Respublikasının CM-in 127.2.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməklə, CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət işinin xitam edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, Məhkum1 hərəkətlərində Azərbaycan Respublikasının CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayətin, yəni adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayətinin tərkibi yoxdur. Belə ki, Məhkum1 ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək yalnız Zərərçəkmiş şəxs az ağı r dərəcəli xəsarət yetirdiyini bildirmişdir. Məhkum1 evində aşkar etdiyi Zərərçəkmiş şəxs onun həyat yoldaşı X1 aldadaraq yaşayış sahəsinə daxil olduğunu və sonra həyat yoldaşının evdə azyaşlı uşaqla tək olmasını fürsət bilərək sonuncuya zorlama, yəni ona qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd göstərdiyini, bu zaman Zərərçəkmiş şəxs Şahid1 müqavimətinə rast gəldiyini, bu ərəfədə onun özünün evə gəlməsi Zərərçəkmiş şəxs cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zorlama cinayətinə cəhd etdiyini də bildirmişdir. Özünü Azərbaycan Respublikası CM-nin 145-ci maddəsi ilə elan edilən ittiham üzrə təqsirl i bilməyən Məhkum1 Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etmədiyini, sonuncunun evdə bir neçə saat qalmasını onun öz sözlərinə əsasən baş verdiyini, yəni Zərərçəkmiş şəxs onun həyat yoldaşının başqa oğlanlarla restoranda görüldüyünü bildirməsi, əvvəlcə Ruslan, sonra isə Yasin adlı qohumlarının buna şahid olduqlarını deməsinə əsasən, hər iki şəxsin həmin ünvana gələrək məsələyə aydınlıq gətirməsi ilə bağlı olduğunu bildirmişdir. Məhz Zərərçəkmiş şəxs açıqlamasından sonra Məhkum1 Şahid2 və Şahid3 zəng vurmuş və onlarla söhbətdən sonra ünvana gəlmələrini bildirmişdir. Şahid qismində dindirilmiş X1, Şahid2 və Şahid3 Məhkum1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Müdafiəçinin fikrincə, Məhkum1 hərəkətlərində xüsusi amansızlıqla qəsdən az ağır zərər yetirmə cinayətinin tərkibi yoxdur. Belə ki, təqsirli şəxsin əməlinin xüsusi amansızlıqla tövsif olunmasına səbəb hər hansı bir amansızlıq deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından söhbət gedir. Xüsusi amansızlıq zərərçəkmiş şəxsə xüsusi ağrılar, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, bədənin bir hissəsinin yandırılması, uzun müddət yeməkdən, sudan məhrum edilməsi və s. yetirilməsində ifadə olunur. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədildiyini sübut edir. Nəzərə alınsa ki, Zərərçəkmiş şəxs sirab su şüşəsinin üzərinə kənar fiziki təsir, müdaxilə olmadan oturmuşdursa, burada xüsusi əzabverici üsullardan və ya xüsusi qəddarlıqdan söhbət gedə bilməz. Odur ki, Məhkum1 hərəkətlərində xüsusi amansızlı qla xəsarət yetirmə olan tövsifedici əlamət yoxdur, ona elan edilən ittihamdan həmin maddə xaric olunmalı, Məhkum1 əməlində CM-in 127.1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 75.1.1-ci maddəsinə əsasən, müddətin keçməsi ilə bağlı Məhkum1 barəsində olan cinayət işi xitam verilməlidir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum1 Azərbaycan Resp ublikası CM-in 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə daha ağır cəza verilməsi, digər şəxs Şahid10 cinayət məsuliyyətinə cəlb olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhkum1 cəza təyin olunarkən onun törətdiyi əməlin xarakteri, özünün şəxsiyyəti nəzərə alınmayaraq yüngül cəza təyin olunmuşdur. Həmçinin, həmin cinayətin digər iştirakçisi olan Şahid10 cinayət məsuliyyətinə cəlb olunmamış və cəzalandırılmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası Məhkum1 ərizəsini, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum1 tərəfindən verilmiş ərizənin nəzərə alınması və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tə min edilməsi barədə, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsi barədə hüquqi varis, müdafiəçilər – K.Əsədovun və İ.Ağayevin, Məhkum1 tərəfindən verilmiş ərizənin və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxs tərəfindən isə verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs, Məhkum1 tərəfindən verilmiş ərizənin nəzərə alınması, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin cəzaya aid hissədə təmin edilməsi və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum1 müdafiəçisi tərəfindən verilm iş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalı, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqd im edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci m addəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin məhkumun özü tərəfindən geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 əsassız olaraq təqsirli bilinməsi mübahisə edilir, həmçinin, Məhkum2 Azərbaycan Respublikasının CM-in 127.2.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Məhkəmə kollegiyası təqsirlədirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəllilərini təhlil edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun po zulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial h adisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi i lə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum2 əməlini Azərbaycan Respublikası CM-in 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqların ın pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının t ətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum2 verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum2 əməlini Azərbaycan Respublikası CM-in 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum2 özünün qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə digər təqsirləndirilən şəxs Məhkum1 ifadəsi, Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid7, Şahid4, Şahid6, Şahid10, X7, Şahid13, Şahid2, X8, Şahid14, Şahid11 Mahmud oğlu, Şahid9, Şahid8, Şahid5, Şahid1 və Şahid12 ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, habelə toplanmış digər sübutlarla məhk umun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsinin məzmununa görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətd ə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 127.2.2-ci maddəsi üzrə ictimai təhlükəli əməlin törədilməsi zərərçəkmiş şəxsə ağır iztirablar verməklə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətin xüsusi amansızlıqla realizə edilir. Bu təqsirkarın zərərçəkmiş şəxsə əzab verməsində və ya digər qeyri-insani, qəddar hərəkətlərində, onun ləyaqətini alçaldan davranışda ifadə olunur. Belə hərəkətlərə zərərçəkmiş şəxsin uzun müddət və ya dəfələrlə döyülməsi, ona müxtəlif küt və ya iti alətlərin köməyi ilə mütəmadi ağrıların verilməsi və s. aid edilə bilər. Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələrində nəz ərdə tutulmuş ictimai təhlükəlin törədilməsi nəticəsində şəxsin qanunsuz azadlıqdan məhrum edilir. Belə ki, CM-in 145.2.4-ci maddəsi baxımından qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə iki və ya daha çox şəxsin bu cinayətin törədilməsi üçün qabaqcadan razılığa gəlməklə birgə iştirak etməsini nəzərdə tutur. Bu əlamətlər üzrə məsuliyyətin yaranması üçün iştirakçılardan hər biri cinayətin törədilməsində (icrasında) bilavasitə iştirak etməlidir, yəni iştirakçılardan hər biri bu cinayətin icraçısı qismində çıxış etməlidir. CM-in 145.2.5-ci maddəsi baxımından zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilən qanunsuz azadlıqdan məhrumetmə şəxsin həyatı üçün və ya sağlamlığı üçün təhlükəli zor tətbiq etməni ehtiva edir. CM-in 145.2.6-cı maddəsinə görə isə silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədilən qanunsuz azadlıqdan məhrum etmə odlu, soyuq, atıcı, qaz və s. silahdan və əşyalardan istifadə etməklə törədilən qanunsuz azadlıqdan məhrumetməni nəzərdə tutur. Silah kimi istifadə edilən əşyalara məişət əşyaları da aid edilə bilər. Qeyd edilənləri işin müəyyən edilmiş halları üzrə tətbiq etdikdə müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi və Məhkum2 yalnız video çəkdiyini mübahisələndirsə də, onun Zərərçəkmiş şəxs ləyaqəti alçaldan ifadələrlə psixoloji təzyiq və hədə-qorxu gəlməklə sonuncunun su şüşəsinin üstündə oturmağa məcbur etməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsas lanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum2 əməlini Azərbaycan Respublikası CM-in 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Odur ki, onun əməlini CM-in 127.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayə tinin tələbləri təmin edilə bilməz. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan yüngül cəzanın təyin edilməsi mübahisə edilir və cəzasının ağırlaşdırılması xahiş olunur. Həmçinin, kassasiya şikayətində zərərçəkmiş şəxsə qarşı cinayətin törədilməsində Məhkum1la birlikdə iştirak etmiş digər şəxs Şahid10 məsuliyyətdən kənarda qalması mübahisələndirilir. Məhkum еdilmiş şəхs Məhkum1 cəzа təyin еdilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məh kəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqı nda» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilə n şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respu blikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəc əsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibi ndən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yü ngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətin bir qrup şəxs halında törətməsini, zərərçəkmiş şəxsə xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınması, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Az ərbaycan Respublikasının CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinərək təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası maddənin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olması, həmçinin işin digər halları məhkuma təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan son ra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Həmçinin, zərərçəkmiş şəxsin kassasiya şikayətində ona qarşı cinayətin törədilməsində Məhkum1la birlikdə iştirak etmiş digər şəxs Şahid10 məsuliyyətdən kənarda qalması mübahisələndirilir. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edərək, qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılması na xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin, apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr zərərçəkən şəxsin kassasiya şikayətində iddia olunduğu digər şəxs Şahid10 qarşı irəli sürülməyən ittihama baxa bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum1 daha ağır cəza təyin edilməklə qərarın dəyişdirilməsi barədə və ya Məhkum2 əməlinin tövsif edilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətlərin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414 və 419.10.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Ölmüş təqsirləndiri lən şəxs Məhkum2 müdafiəçisi verilmiş kassasiya şikayəti təmin edilməsin. Ölmüş təqsirləndirilən şəxs Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarı ölmüş təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar