Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1115/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü i lə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi İskəndərov Ərəstun Binnət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(101)-688/2023 nömrəli (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlu (sədrliyi), Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əm əlini törətməkdə təqsirli bilinərək, ona 9 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən, Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 5 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilərək ona q əti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(103)1963/2023 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti cinayət işinin materialları ilə birlikdə 14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2024-cü il tarixli iclasına təyin edilmişdir. Lakin, kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxılana qədər, 24 may 2024-cü il tarixində məhkumun müdafiəçisi İskəndərov Ərəstun Binnət oğ lu tərəfindən verilmiş kassasiya şikayəti elektron məhkəmə informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Kassasiya şikayəti və ya kassasiya protesti birinci instansiya məhkəməsinə verildikdə şikayət və ya protest cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsinə verildikdə şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu maddədə göstərilən hər üç halda apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayəti və ya kassasiya protestinin apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan 23 (iyirmi üç) gündən gec olmayaraq kassasiya şikayəti və ya kassasiya protesti cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası CPM-in 417.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan məhkəmə 3 (üç) gün müddətində onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, bu Məcəllənin 409-cu maddəsin də göstərilən şəxslərə verir və ya çatdırır və onlara 20 (iyirmi) gün müddətində kassasiya şikayətinə və ya kassasiya protestinə öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu izah edir. CPM-in 417.2-ci kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan şəxslər apellyasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayəti və ya kassasiya protesti və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə tanış olmaq, habelə onlardan lazımi məlumatların çıxarışlarını etmək hüququna malikdirlər. CPM-in 417.3-ci kassasiya şikayətinə və ya kassasiya protestinə dair etirazlar apellyasiya məhkəməsi tərəfindən işə əlavə olunur, bu etirazlar iş kassasiya instan siyası məhkəməsinə göndərildikdən sonra daxil olduqda bilavasitə kassasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Belə ki, kassasiya məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından məhkumun mü dafiəçisi İskəndərov Ərəstun Binnət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası CPM-in 417-ci maddəsinin tələbləri yerinə yetirilmədən, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə baxılmasını qeyri-mümkün hesab edir. Odur ki, göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi İskəndərov Ərəstun Binnət oğlu tərəfindən verilmiş kassasiya şikayəti Cinayət-Prosessual Məcəlləsinin 417-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 418.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRAR A ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi İskəndərov Ərəstun Binnət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 417-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1115/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1115/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver