Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1116/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Qurbanov Rəhim Qafar oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Xamməd Nuriyev, hakimlər Nizami Quliyev və Aqil Musayevdən ibarət tərkibdə) xx xxx 1962-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbayca n Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X1 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən verilmiş apellyasiya şikayətlərinə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, hökmlə Məhkum təyin olunmuş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) ilə endirilmiş, hökm qalan hissədə verilmiş apellyasiya şika yətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, X1 tanışı Məhkum ilə xx xxx 2019cu il tarixdə Lənkəran şəhərində görüşərkən onda külli miqdarda, yəni bir kiloqramdan artıq çəkidə narkotik vasitə tiryək olduğunu və onu satmaq istədiyini bildirdikdən sonra onlar qeyd olunan narkotik vasitənin satılması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Məhkum xx xxx 2019-cu il tarixdə günorta saatlarında Lənkəran şəhərinin girəcəyində X1 ilə görüşərək ondan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1210 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, idarə etdiyi etibarnamə əsasında idarə etdiyi VAZ-21063 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayıb daşımaqla müştəri axtararkən, xx xxx 2019-cu il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında təsadüfən tanışı X2 ilə görüşərkən sonuncuya bir kiloqram çəkidə narkotik vasitə tiryəkin olduğunu və həmin narkotik vasitəni 7300 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra X2 bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinə məlumat verdiyindən, qeyd olunan şöbənin əm əkdaşları tərəfindən xx xxx 2019 -cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 21 radələrində külli miqdarda 1210 qram çəkidə narkotik vasitə tiryəki tədbirdə şərti alıcı qismində iştirak edən X2 qanunsuz olaraq satmaq məqsədi ilə idarə etdiyi avtomobildə daşıyıb Lənkəran-Lerik avtomobil yolunun Lerik rayonu ərazisindən keçən 27-ci kilometrliyində yerləşən "xxxxx" istirahət mərkəzinin yaxınlığına gətirmiş, saat 21.05-də orada X2 yaxınlaşıb narkotik vasitəni verib satmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanmış və narkotik vasitə ondan götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin i Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum münasibətdə, onun törədilmiş cinayətdə roluna və şəxsiyyətinə uyğun olmadığından dəyişdirilməli, Məhkum barəsində olan Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəza, həmin maddələrin cəza sanksiyasının aşağı həddindən də aşağı cəza təyin edilməli, təyin edilmiş cəza da, şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hökmdə cəza təyini zamanı Məhkum əvvəllər məhkum olunmamasını, özünü təqsirli bilərək səmimi peşiman olmasını, cinayətin digər iştirakçılarının ifşa edilməsində istintaqa fəal köməklik etməsini, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını göstərməyinə baxmayaraq qeyd olunan yüngülləşdirici hallar məhkəmə tər əfindən cəza təyin olunan zaman demək olar ki, nəzərə alınmamışdır. Qeyd olunmalıdır ki, baş vermiş cinayət hadisəsində qeyd olunan narkotik vasitə Məhkum məxsus deyil. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, iş üzrə olan digər məhkum X1 narkotik vasitəni 1800 manat pul verərək, İran İslam Respublikasından əldə etmişdir, burdan da belə nəticəyə gəlmək olar ki, Məhkum yalnız və yalnız X1 köməklik etmək məqsədi güdmüşdür. Həmçinin Məhkum saxlanılarkən təqsirini boynuna almış və cinayət törətmiş digər şəxslərin ifşa olunmasında istintaqa fəal köməklik göstərmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan hallar demək olar ki, nəzər alınmamış və Məhkum ədalətsiz cəza təyin edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü madd ələri ilə təyin olunmuş cəzanın, həmin maddələrin cəza sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddən də aşağı cəza ilə əvəz edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Qurbanov Rəhim Qafar oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını, Məhkum barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də aşağı cəza təyin edilməsini və həmin cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət itti hamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında törətdiyi əmələ və şəxsiyyətinə uyğun cəza təyin edildiyini, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın ağı r olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayət inin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş oldu ğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəz a sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (törətdiyi əməli et iraf edərək səmimi peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiy ası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqın da qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum münasibətdə, məhkumun müdafiəçisi Qurbanov Rəhim Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1116/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1116/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver