Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1116/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə də, Əhmədli Aytac Səfa qızının katibliyi Məhkum Dövlət ittihamçısı – Azərbaycan Respublikası Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələ ri ilə məhkum edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2019-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09.08.2019-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.V.Məmmədov, hakimlər M.Ə.Abdullayev və İ.Q.Abdullayev ibarət tərkibdə) xx xxxxxx 1965-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, M.S.Ordubadi küçəsi 69 saylı evin, 10 saylı mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 9 saylı evin, 32 saylı mənzilində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2,234.4. 1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cı maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 07 may 2019-cu il, Cinayət Məcəlləsinin 93.1.2-cı maddəsinə əsasən barəsində cəza çəkdıyi müddətdə barəsində cəza çəkdıyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum və Abbasova Hüsniyyə Süleyman qızı Azər baycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2,234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, Abbasova Hüsniyyə Süleyman qızı 2019cu ilin may ayının əvvəllərində İran İslam Respublikasının Biləsuvar şəhərində Azərbaycan Respublikasının vətəndaşı Məhkum və şəxsiyyəti müəyyən edilməmiş şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, 05.07.2019- cu il tarixdə orada cinayətkar qrupun üzvü Məhkum ilə birgə cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvündən 6 bükümdə ayrı-ayrı lıqda 52,994 qram, 58,394 qram, 4,137 qram, 23,116 qram, 25,781 qram və 32,583 qram olmaqla ümumilikdə külli miqdarda, 197,005 qram metamfetamin psixotrop maddəsini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, həmin psixotrop maddəni Bakı şəhərinə gətirib cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvünə 700 manat pul müqabilində təhvil vermək üçün Məhkum ilə birgə rezin şarda qablaşdıraraq 5 bükümdə daxili orqanı- cinsiyyət orqanında və 1 bükümdə alt paltarı-qısa tumanın altında yerləşdirib saxlamış, daşımış və Məhkum müşayiəti ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirərkən saxlanılmışdır. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər F.K.Soltanov və İ.H.Əhmədov ibarət tərkibdə) 16 oktyabr 2019-cu tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2019-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-ci il tarixli qərarının ləğv edilməsi və barəsində CM-nin 62ci maddəsi tətbiq edilməklə maddəsində müəyyən edilmiş aşağı həddən daha az cəza təyin edilməsi xahiş etmişdir. Şikayət müəllifi bildirir k i, mən tək ailə başçısıyam, himayəmdə 1(bir) qız övladım və bir nəvəm var, ailədə yeganə qazanc gətirən mən olmuşam, qızıma və nəvəmə də mən baxırdım. Səhhətimlə əlaqədar narahatçılıqlarım var. Ürək artemiya, öd kisəmdən və qrijadan əziyyət çəkirəm, təcili əməliyyat olunmalıyam. Mənəvi durumum çox ağırdır. Himayəsiz qalmış qız övladımın və nəvəmin də maddi və mənəvi durumları ağırdır, mənim köməyimə çox ehtiyacları var. Mən səhvimi başa düşərək cinayətimin ağırlığını dərk edirəm, törətdiyim cinayət əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirirəm, əməlimdən peşman olmuşam. Azərbaycan Respublikasının Qanunvericiliyi cəza verilərkən cinayətin törədilmiş hallarını və cinayət törətmiş şəxsin şəxsiyyətinin nəzərə alınmasını xüsusi ilə mühüm hal kimi nəzərdə tutulmuş və bu səbəbdən də, CM-də bir sıra ( CM-nin 62 və ya 70-ci maddəsi ) maddələri öz yerini almışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Göründüyü kimi, apellaysiya məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətrafl ı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkum S. Abdurəhimovaya cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyi ndə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin e dilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, Məhkum tək ailə başçısıdır, himayəsində 1(bir) qız övladı və bir nəvəsi var ailədə yeganə qazanc gətirən olub. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri Məhkəmə kollegiyası məhkum Məhkum barəsində Azərbaycan Respublikası CMnin 62.1-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respub likası CM-nin 62.1-ci maddəsinə əsasən təyin edilmiş cəzadan daha yüngül cəza tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılı qla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd olunan maddənin tələblərini nəzərə alan məhkəmə kollegiyası məhkum barəsində hər hansı müstəsna hal müəyyən etmədiyindən ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsinə əsaslar görəmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum S.Abdurəhmanovaya elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və m ötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1116/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1116/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver