Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1116/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs, Məhkum müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin (bundan sonra: CM) 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 1(103)-1813/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 7 iyul 1985-ci ildə Şuşa şəhərində anadan olmuş, evli, işsiz, məhkumluğu olmayan, Şuşa şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, mənzil 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park” Yaşayış Kompleksi, ev 34, mənzil 57 ünvanında yaşamış, hazırda Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İstintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Məhkum 12 avqust 2023cü il tarixdə saat 03:09-da tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs səsli mesaj göndərərək nalayiq ifadələrlə görüşə çağırmasından ibarət cüzi səbəbi bəhanə edib sonuncunu cəzalandırmaq məqsədilə idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksi 3/26 saylı binanın yaxınlığına gələrək Zərərçəkmiş şəxs ilə rastlaşdıqda özünü ətrafdakılara qarşı qoyub, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına və ümumi davranış qaydalarına açıq etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan avtomobili Zərərçəkmiş şəxs üzərinə sürüb sonuncunu vuraraq sol baldır sümüklərinin (qamış və incik) orta 1/3-nin qəlpəli, yerinidəyişmiş, açıq sınıqları, sağ kürək sümüyünün qapalı, yerinidəyişmiş sınığı, burun, qaşarası, sağ çiyinüstü, sağ said, sol bazu, sol dirsək, sol əlin arxa səthinin, sağ diz oynağı və sağ qalça nahiyələrinin sıyrıqları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X10 və X2 qızından ibarət məhkəmə tərkibində) 21 iyun 2024-cü il tarixli, 1(101)-1233/2024 nömrəli hökmü ilə Məhkum CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə t əqsirli bilinməsi və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, Məhkum təyin edilmiş cəzanın başlanğıcının 27 avqust 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib himayəsində olan üç oğlan övladlarını təkbaşına böyütməsini, həyat yoldaşının vəfat etməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alıb Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilərək ona daha az cəza təyin edilməsin i xahiş etmişdir.
5. Daha sonra, müdafiə tərəfi apellyasiya şikayətinə dəyişiklik edərək, məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməklə barəsində 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X13 və X5 ibarət məhkəmə tərkibində) 27 noyabr 2024-cü il tarixli, 1(103)1813/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Məhkum CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(101)-1233/2024 nömrəli hökmünün dəyişdirilməsi, Məhkum CM-in 126.2.4-cü maddəsi ilə ittiham olunduğu əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif olunması və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum e tmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 1(103)-1813/2024 nömrəli yekun qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilərək, protestin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına, cinayət işi materiallarında öz əksini tapan işin faktiki hallarına, apellyasiya instansiya məhkəməsinin nəticəsinə və hüquqi əsaslandırılmasına istinadlar edilərək göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan, heç bir mötəbər sübuta əsaslanmadan yalnız məhkumun ifadəsi əsasında onun əməlini CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif etməklə ona ədalətsiz və yüngül cəza təyin etmişdir.
9. Belə ki, hadisənin başlanma səbəbini məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə təhqiredici səsli mesaja istinad etməklə, sətirarası zərərçəkmiş şəxsi mübahisənin təşəbbüskarı kimi qiymətləndirir. Həmin halı da təsdiq etməyə çalışarkən təqsirləndirilən şəxsin ifadəsinə istinad edir. Zərərçəkmiş şəxsin ifadəsinə əsasən, Məhkum zərərçəkmiş şəxsə borcla bağlı kobud cavab verdiyindən, hətta onu evə aparmaqdan imtina etdiyindən Zərərçəkmiş şəxs də öz növbəsində ona kobud ifadələrlə səsli mesaj göndərmişdir. Məhz bundan sonra, Məhkum işlərini bitirib Zərərçəkmiş şəxs yanına gələcəyini bildirmişdir.
10. Bunun la da, apellyasiya instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Dövlət ittihamçısı qeyd etdiklərini CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 1(103)-1813/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına t əyin edilməsini xahiş etmişdir.
11. Kassasiya protestinə qarşı Məhkum müdafiəçisi Müdafiəçi4 yazılı etiraz verərək, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumun əməlinin hüquqi tövsifinə və barəsində təyin edilmiş cəzaya qanuni və ədalətli hüquqi qiymət verildiyini qeyd edərək, məhkəmədən apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
12. Qərardan məhkum və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Z ərərçəkmiş şəxs kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlər inin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və məhkumun CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ndə təqsirli bilinərək, barəsində daha ağır cəza təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 1(103)1813/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində q eyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzər ə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasi ya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 1(103)-1813/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, Məhkum ibtidai istintaq orqanı tərəfindən verilmiş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaya səbəb olma ilə bağlı ittiham apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq, birinci instansiya və apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələri, cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, ekspertiza rəyləri, hadisənin görüntülərini özündə əks etdirən DVD disk və digər iş materialları ilə təkzib edilər ək, öz təsdiqini tapmamışdır. Bununla da, məhkumun əməlinin düzgün tövsif edilməsi məqsədi ilə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması apellyasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir. Bununla da, apellyasiya məhkəməsi düzgün olaraq, Məhkum CM-in 126.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir.
28. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu iddia edilir.
29. Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə yəni, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaya səbəb olma ilə bağlı nəticəyə gəlmək üçün apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı hər hansı bir sübut aşkar edilməmişdir. Cinayət işi materiallarında olan mövcud sübutlar isə qeyd edilən iddianı təkzib etməklə, məhkumun əməlində CM-in 126.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu təsdiq etmişdir.
30. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktına əsasən, Məhkum 12 avqust 2023-cü il tarixdə saat 03:09-da tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs səsli mesaj göndərərək nalayiq ifadələrlə görüşə çağırmasından ibarət cüzi səbəbi bəhanə edib sonuncunu cəzalandırmaq məqsədilə idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomo billə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksi 3/26 saylı binanın yaxınlığına gələrək Zərərçəkmiş şəxs ilə rastlaşdıqda özünü ətrafdakılara qarşı qoyub, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına və ümumi davranış qaydalarına açıq etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan avtomobili Zərərçəkmiş şəxs üzərinə sürüb sonuncunu vuraraq sol baldır sümüklərinin (qamış və incik) orta 1/3-nin qəlpəli, yerinidəyişmiş, açıq sınıqları, sağ kürək sümüyünün qapalı, yerinidəyişmiş sınığı, burun, qaşarası, sağ çiyinüstü, sağ said, sol bazu, sol dirsək, sol əlin arxa səthinin, sağ diz oynağı və sağ qalça nahiyələrinin sıyrıqları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçə kmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur.
31. Protestdə qeyd olunur ki, məhkum aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin səsli mesaj göndərərək nalayiq ifadələrlə onu görüşə çağırmasından ibarət “cüzi səbəbi” bəhanə edib xuliqanlıq niyyəti ilə qəsdən onun sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, protestin məzmununa görə Məhkum niyyəti Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmağa yönəlmişdir.
32. Həmçinin, kassasiya protestinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsinin məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticəni təkzib edəcək hər hansı bir fakta istinad edilməməklə yanaşı, yalnız cinayət işi materiallarında mövcud olan təqsirləndirilən şəxsin ifadələrinə, zərərçəkmiş şəxsin, şahidin ifadələrinə, iş üzrə eksp ertiza rəyinə və digər sübutlara istinadlar edilərək, məhkəmənin gəldiyi nəticə mübahisələndirilmişdir.
33. Kassasiya məhkəməsi qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurması faktı cinayət işinin materialları ilə təsdiq olunmur. İşin bu faktiki halını, hadisənin baş vermə mexanizmini təkzib edən heç bir sübut cinayət işinin materiallarında aşkar olunmur.
34. Bu səbəbdən də, kassasiya məhkəməsi ittiham aktında, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin hökmündə qeyd olunan işin faktiki halı üzrə Məhkum əməlinin hüquqi qiyməti üzrə mövqeyini bildirməyi vacib sayır.
35. AR CM-in 126.2.4-cü maddəsinin dispozisiyası ağırlaşdırıcı tərkib əlaməti olmaqla onu həmin Məcəllənin 126.1-ci maddəsindən fərqləndirən cəhət həmin cinayə tin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə icra edilməsidir.
36. Şəxsin niyyəti onun davranışını təhlükəli edirsə əməl xuliqanlıq niyyəti ilə törədilən cinayət kimi tövsif edilə bilər. Belə ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə t örədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.
38. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarı nda göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.
39. Hazırki cinayət işinə müansibətdə apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumun əməli qiymətləndirilərkən subyektiv baxımdan cinayət əməlinin törədilməsinə səbəb olan, yəni Məhkum ictimai təhlükəli əməli törətməyə sövq edən hallara (hərəkətverici amil rolunu hansı faktorların əsas rol oynadığını), onun şəxsiyyəti, əvvəlki davranışı, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibəti öyrənilərək, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də baş vermiş hadisənin təhlili (12 avqust 2023-cü il tarixində gecə saatlarında Zərə rçəkmiş şəxs içkili vəziyyətdə Məhkum zəng edib onu evlərinə aparmasını xahiş etməsi, sonuncunun imtina etməsi səbəbindən Zərərçəkmiş şəxs kobud və təhqiredici ifadələr işlətməklə danışması, aralarında mübahisə yaranması, Zərərçəkmiş şəxs Məhkum nalayiq ifadələrlə görüşə çağırması, Zərərçəkmiş şəxs üzərində mətbəx bıçağı olması, Zərərçəkmiş şəxs yolayrıcında qəflətən özünü Məhkum idarə etdiyi avtomobilin kapotuna tullaması, Məhkum dərhal əyləcə basaraq avtomobili saxlaması, daha sonra sürətlə avtomobili hərəkətə gətirməsi nəticəsində Zərərçəkmiş şəxs yerə yıxıb idarə etdiyi avtomobillə onun üzərindən keçərək sonuncuya qəsdən ağır dərəcəli bədən xəsarəti yetirməsinə gətirib çıxartmışdır) aparılaraq düzgün qiymət verilmişdir.
40. Məhkəmə kollegiyası təsvir edilən hadisənin fonunda faktiki ol araq ictimai qaydanın kobud şəkildə pozuntusunun baş verməməsini və cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmamasını əməlin xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsini istisna edən hallar olaraq qiymətləndirməklə yanaşı, eyni zamanda qeyd edir ki, dövlət ittihamçısı işin faktiki hallarından düzgün hüquqi nəticələr çıxarmamışdır, belə ki, hadisənin bu cür inkişaf etməsi Məhkum cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Dövlət ittihamçısının Zərərçəkmiş şəxs təqsirkarın onu evinə aparmasından imtina etdiyi üçün nalayiq ifadələr işlətməsini sonuncunun cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirməsi isə aşkar surətdə faktlarla, adi m üşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir.
41. Cinayətkar hərəkətlərin faktik məzmunu və xuliqanlıq niyyətinin olmaması isə, məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı, onun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir.
42. Sadalanan hallar özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və haqlı olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürül məklə nəzərdən keçirilmişdir.
43. Dövlət ittihamçısının kassasiya protestinin dəlilləri qismində qeyd etdiyi hallara münasibətdə kollegiya qeyd edir ki, hazırkı cinayət işinin faktiki hallarına münasibətdə şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq dövlət ittihamçısının “cüzi səbəbin olmasını bəhanə edib” kimi qiymətləndirməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, dövlət ittihamçısının özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbi n təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə kimi çıxış etmişdir.
44. Bununla da, məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
46. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, a pellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
47. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarnın çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 1(103)-1813/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 27 noyabr 2024-cü il tarixli, 1(103)-1813/2024 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.