Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1117/2022 13.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçiləri Müdafiəçi1 və X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-265/2022 nömrəli, 15 fevral 2022-ci il tarixl i qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, "xxxx" MMC-nin təsisçisi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 sentyabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 179.3.2 və 213.2.2ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 noyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda ziyan vuraraq vahid niyyətlə mənimsəməklə talamış, külli miqdar təşkil edən vergiləri vahid niyyətlə dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmışdır.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-406/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəza sına, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-inin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanılaraq həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilmiş və ona qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 09 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmç inin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Məhkum təyin olunmuş cəzaları tam toplanmaq yolu ilə ona qəti olaraq 12 il müddətində azadlıqdan məhrum etmə cəzasının verilməsini, mülki iddiasının tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum vurduğu zərərin bir manatını belə ödəməmiş, əməlini etiraf etməmiş, əməlindən peşman olmamış, əksinə ibtidai istintaq dövründə mətbuat vasitəsi ilə, məhkəmə prosesi gedişində isə məhkəmə zalında işə aidiyyəti olmayan, ölkədə kifayət qədər nüfuza və hörmətə malik şəxslərin adına şər və böhtan atmaq la məsuliyyətdən yayınmağa cəhd etmişdir. Eyni zamanda, 8.395.677,75 manat (səkkiz milyon üç yüz doxsan beş min altı yüz yetmiş yeddi manat yetmiş beş qəpik) məbləğ vergidən yayındırılmış məbləğdir, həmin məbləğ Mülki Məcəllənin 965.2-ci maddəsinə əsasən ilk öncə zərərçəkmiş hüquqi şəxsə qaytarılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü qəbul edilən zaman məhkəmə kollegiyasının gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam nəzərə alınmamış, təyin edilmiş cəzanın cinayətin ağırlığına və Məhkum şəxsiyyətinə uyğun olmamışdir.
7. Hökmdən məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 birgə apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum ittiham olunduğu dövr ərzində "xxxx" MMC-nin əlli faizlik paya məxsus olmaqla təsisçilərdən biri olmuş, cinayət işinin materiallarında 1884769,32 manat pulun "xxxx" MMC-nə məxsus olması və onun kim tərəfindən Məhkum etibar edilməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Eyni zamanda iş materiallarında olan sübutlardan da görünür ki, Məhkum MMC-də heç vaxt maddi məsul şəxs olmamış, ittiham verilən bütün dövrlər üzrə Cəmiyyətin rəsmi təyin olunan direktoru və bütün məsələlərdən məsul şəxsləri olmuşdur. Məhkum şirkətə rəhbərlik etməmiş, rəsmi və ya qeyri-rəsmi olaraq idarəçilikdə iştirak etməmiş, eyni zamanda Şirkətin idarə edilməsinin ona həvalə edilməsi barədə cinayət işinin materiallarında heç bir sübut mövcud olmamışdır. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 179cu maddəsinin tərkib əlamətləri olmamış, sonuncu hər hansı bir cinayəti törətməmişdir. İstintaq tərəfindən mənimsənildiyi iddia olunan 1.884.769,32 manat (bir milyon səkkiz yüz səksən dörd min yeddi yüz altmış doqquz manat otuz iki qəpik) məbləğində pul vəsaiti əslində mənimsənilməmiş, bəmin pul vəsaiti istintaq tərəfindən tələb olunan mənfəətin əldə olunmasına çəkilmiş xərc olmuşdur. Bundan başqa cinayət işinin materiallarından göründüyü kimi, Məhkum verilmiş ittihamın əsasını təşkil edən əsas sübutlardan biri səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2020-ci il tarixli akt və məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1300 nömrəli rəyi təşkil elmişdir ki, səyyar vergi yoxlaması aktı və onun əsasında verilmiş ekspert rəyi əsassız olduğundan nəzərə alınmamalıdır. Verilmiş ittiham, aparılmış səyyar vergi yoxlaması, ekspert rəyi iş materiallarında olan hər hansı rəsmi, müəssisənin maliyyə fəaliyyətini özündə əks etdirən ciddi uçot blankları ilə öz təsdiqini tapmamış, verilmiş ittiham və ittihamın istinad eldiyi və vergi qanunvericiliyinin tələblərinə uyğun gəlməyən yalnız kompüterdən çıxarışlar olmuşdur. Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə bir çox epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin hissədə cinayət işi üzrə icraata xilam verilməlidir. Verilmiş ittihama görə vergidən yayınma cinayət əməli 01 yanvar 2011 -ci il tarixdən 31 dekabr 2015-ci il tarixədək olan hesabat dövründə törədilmişdi r. İş üzrə 2011, 2012, 2013-cü illər üzrə mənfəət vergisi, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək isə ƏDV-nin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Lakin məhkəmə bütün bu qeyd olunanları nəzərə almamış, yalnız ittiham aktını hökmə köçürməklə öz işini bitmiş hesab etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-265/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə və məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiy ası məhkəməsinin həmin qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül olması və verilmiş mülki iddianın tam təmin edilməməsi mübahisələndirilir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)265/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum təyin olunmuş cəzaların tam toplamaq yolu ilə ona qəti olaraq 12 il müddətinə azasdlıqdan məhrum etmə cəzasının verilməsi, mülki iddiasının tam təmin edilməsi barədə qərar qəb ul edilməsi xahiş edilir.
11. Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmadığına görə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-265/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş edilir.
12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məh kəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində məhkum edilmiş şəxs barəsində yüngül cəza təyin edildiyini, eləcə də mülki iddiasının tam təmin edilməli olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyiş dirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Müdafiəçi1 kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını qeyd edərək və sonuncuya bəraət verilməsini xahiş edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarının qanuniliyi ni və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yeri nə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. 1) Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə verilən ittihamla bağlı i. Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ittiham edilən əməlin obyektiv əlamətləri üzrə
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarə sinin 9 yanvar 2020-ci il tarixli, **********195980 nömrəli qərarına əsasən Zərərçəkmiş şəxs2 MMC-də ("xxxx" MMC-nin hazırki adı) (VÖEN: **********) Azərbaycan Respublikası VM-nin 38.3.6-cı maddəsinə əsasən 01 yanvar 2011-ci il tarixindən 31 dekabr 2015-ci il tarixinədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi üzrə 18 mart 2020-ci il tarixli, **********196010 nömrəli səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir.
25. Daha sonra, 19 mart 2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198494 nömrəli qərar qəbul edilərək, ümumilikdə 8.395.677,75 manat vergi məbləği hesablanmış və 2.713.745,8 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs2 MMC-də aparılmış səyyar vergi yoxlamasının əsasını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2019cu il tarixli qərarı təşkil etmişdir. Həmin qərarın nəticəvi hissəsindən göründüyü kimi, ********* nömrəli cinayət işi üzrə -"xxxx" MMC tərəfindən 01 yanvar 2011-ci il tarixdən 12 dekabr 2015-ci il tarixədək Türkiyə Respublikasından 414 yük maşını uşaq bezi idxal edilməklə satılması zamanı vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin müəyyən edilməsi üçün yoxlama istintaq hərəkətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir.
27. Buna baxmayaraq, vergi orqanı məhkəmə qərarı ilə müəyyən edilmiş göstərişi pozub və yoxlamanın məhdud həddini aşıb, təkcə uşaq bezinin idxal edilməsi ilə bağlı yox, Cəmiyyətin 2 011-2015-ci illər üzrə bütün təsərrüfat fəaliyyətini yoxlamış və ümumilikdə vergi qanunvericiliyinə əməl olunması vəziyyətini əks edən yoxlama aktını tərtib etmişdir.
28. Aktın mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması 2011-2015-ci illər dövrünü əhatə etdiyindən, hazırki cinayət işinin hallarına həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası VM-nin müddəaları tətbiq olunmalıdır.
29. Müvafiq olaraq, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası VM-nin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır.
30. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüququna malikdirlər.
31. Həmin Məcəllənin 56-cı maddəsində təsbit edilmişdir ki, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, həmin şəxs hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
32. Bununla belə, səyyar vergi yoxlaması aktından və 19 mart 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198494 nömrəli qərardan görünür ki, vergi orqanı istinad edilən imperativ maddi normalara əməl etməmiş, vergi məbləqlərini 3 ildən artıq olan dövr üçün hesablayıb maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyin in tələblərini pozmuşdur.
33. Səyyar vergi yoxlaması aktının məzmunu ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Mənfəət vergisi üzrə
34. Yoxlama nəticəsində ERBİ-H MMC-nin illər üzrə mənfəət vergisinin - 2011-ci ildə 341.121,54 manat, 2012-ci ildə 413.494,34 manat, 2013-cü ildə 465.043,47 manat, 2014cü ildə 424.980,66 manat, 2015-ci ildə isə 123.530,40 manat olmaqla cəmi 1.786.170,41 manat azaldıldığı göstərilmişdir. Səyyar vergi yoxlaması aktı ilə Cəmyyətə hesablanmış mənfəət vergisi Azərbaycan Respublikası VM-nin 83.9-cu maddəsinə əsaslanmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına əsaslandırılmış və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli qərarına əsasən şərti rentabellik nörmasından (20%) istifadə edilməklə vergilərin az aldıldığını müəyyən etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması aktına əsasən (Aktın 10-cu səhifəsi – cild 3, səh. 23) Cəmiyyət gəlir və xərclərin uçotunu kassa metodu ilə aparmışdır. Yoxlama zamanı Cəmiyyətin gəliri artırılaraq həmin məbləğə şərti rentabellik norması tətbiq edilməklə vergi məbləği hesablanmışdır.
36. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası VM-nin 39.3cü maddəsinə əsasən vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 nömrəli qərarı ilə “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaları təsdiq edilmiş və 22 sentyabr 2016-cı il tari xdə **********1400 nömrə ilə Hüquqi Aktların dövlət reyetrində qeydiyyata alınmışdır. Həmin Qaydaların 49.5-ci bəndində göstərilir ki, səyyar vergi yoxlamasının əsas hissəsindəki materiallar aşağıdakı tələblərə cavab verməlidir: - Aktda əks olunan faktlar, həyata keçirilmiş yoxlamanın nəticəsi tam və dəqiq olmalı, subyektivliyə yol verilməməlidir; - Aktda əks olunmuş hər bir vergi hüquq pozuntusu faktlarla əsaslandırılmalı, vergi hüquq pozuntusunun növü, onun mahiyyəti, onun törədilməsi vəziyyəti və üsulları, vergi hüquq pozuntusuna aid edilən vergi dövrü və ya sosial sığorta və işsizlikdən sığorta haqqında, yaxud tibbi sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesab atın təqdim edilməsinə münasibətdə) tələblərinin pozulması halları faktlarla əsaslandırılmaqla, pozuntunun aid olduğu dövr dəqiq qeyd edilməlidir; - Vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələrində vergilərin hesablanması və ödənilməsi ilə bağlı göstəricilərlə və ya sığortaedən, yaxud sığortalı tərəfindən təqdim edilmiş hesabatlarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, yaxud icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı göstəricilərlə yoxlama zamanı faktiki müəyyən edilmiş göstəricilər arasındakı fərqin yaranma səbəbləri tam açıqlanmalıdır; - Vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinin pozulması hallarına istinad edilməklə törədilmiş hüquq pozuntuları öz mahiyyətinə görə təsnifləşdirilməlidir; - Yoxlama zamanı aşkar edilmiş hər bir vergi pozuntusu və ya sosial sığorta və işsizlikdən sığorta haqqında, yaxud tibbi sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) tələblərinin pozulması faktı dəqiq və hərtərəfli açıqlanmalıdır; - Aktda pozuntuların aşkar olunmasına aid edilən bütün məlumatlar əks olunmalıdır.
37. Qaydaların qoyduğu tələblərə zidd olaraq, səyyar vergi yoxlaması aktında Cəmiyyətin gəlirlərinin artımının nədən yarandığını müəyyən etmək mümkün olmur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası VM-nin 132.1-ci maddəsinə əsasən vergi ödəyicisini n nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Lakin akta əsasən mal təqdim olunmasından (iş görülməsindən və xidmət göstərilməsindən) əldə edilən pul vəsaitinin azaldılması faktı özündə əks etdirən məlumatlar (pul vəsaitinin bank hesabına və ya müəssisənin kassasına daxil olma tarixi və məbləği) barədə qeyd səyyar vergi yoxlaması aktında öz əksini tapmamışdır. Yəni, vergi ödəyicisinin yoxlanılması zamanı kassasına və yaxud bank hesabına daxil olan pul vəsaitin gizlədilməsinin (gəlirin azaldılmasının) müəyyən edilməsi, azaldılmış gəlirin bank hesabına və ya vergi ödəyicisin kassasına mədaxil edilməsi faktının təsdiqini əks edən hər hansı məlumat akda qeyd edilməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, səyyar vergi yoxlaması aktında vergi hüquq pozuntusunun növü, mahiyyəti, törədilməsi vəziyyəti və üsulları, vergi hüquq pozuntusuna aid edilən vergi dəqiq qeyd edilməlidir.
38. Bundan başqa, Azərbaycan Respublikası VM-nin 36.2-ci maddəsinin tələbinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
39. Azərbaycan Respublikası VM-nin 67.1-ci maddəsində nəzərdə tutulur ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxi l olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
40. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə mə şğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir.
41. Azərbaycan Respublikası VM-nin 67.3-ü maddəsinin tələblərindən görünür ki, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
42. Azərbaycan Respublikası VM-nin 67.14-cü maddəsinə əsasən isə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu ma ddəsinə əsasən hesablanır.
43. Vergilər Məcəlləsinin qeyd edilən müddəalarından göründüyü kimi, ilk növbədə Məcəllənin 36.2-ci maddəsi ilə vergi yoxlamalarının vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmasını tələb edildiyi, eləcə də Məcəllənin 67.14-cü maddəsi “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda...” şərtilə əlaqələndirildiyi üçün, vergi orqanı əvvəlcə Məcəllənin 67.1-ci maddəsində göstərilən hüquqdan istifadə etməklə vergitutma obyektini, yəni gəlir və xərci müəyyən etməlidir. Bu o deməkdir ki, Zərərçəkmiş şəxs2 MMC-də aparılmış növbədənkənar səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası VM-nin müddəalarına əsasən vergi orqanının həmin Məcəlləni n 67.14-cü maddəsini birbaşa tətbiq etmək hüququ məhdud olmuşdur. Yəni, mənfəətin hesablanması üçün əvvəl (1) əlaqəli məlumatlar, (2) bu mümkün olmadıqda analoji vergi ödəyicisinin gəlir və ya xərc məlumatları (VM 67.2 və 67.3); (3) bu mümkün olmadıqda analoji vergi ödəyicisinin həm gəlir, həm də xərc məlumatları (VM 67.4) əsas götürülməlidir. Və yalnız qeyd edilən Vergi Məcəlləsi ilə müəyyən edilmiş şərtlər mövcud olduqda, yəni məlumatların başqa yolla əldə edilməsi mümkün olmadıqda, mənfəət vergi ödəyicisinin gəlirinə və ya xərcinə şərti rentabellik normasının tətbiq edilməsi yolu ilə (VM 67.14 və 83.9, Nazirlər Kabinetinin 55 nömrəli qərarı) hesablana bilər.
44. Bununla belə, səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi orqanı yoxlama zamanı eyni ərazidə fəaliyyət göstərən anal oji vergi ödəyicisinin məlumatlarından istifadə etməmiş, bunun edilməməsini hər hansı formada əsaslandırmamış (o cümlədən, məhkəmə iclaslarında ağlabatan izah verməmiş) və birbaşa Azərbaycan Respublikası VM-nin 67.14 və 83.9-cu maddələrinə istinad edərək şərti rentabellik normasını tətbiq edib, Zərərçəkmiş şəxs2 MMC-nin mənfəət vergisini hesablamaqla Vergi Məcəlləsinin tələblərinin tətbiqində səhvə yol vermişdir. Əlavə dəyər vergisi üzrə
45. Səyyar vergi yoxlaması aktında vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli X12n 6.607.407,54 manat azaldıldığı, o cümlədən 76.116,76 manat əsassız əvəzləşdirilmiş X12n müəyyən edilməsi göstərilmiş və akta X12n müqayisəli cədvəli əlavə edilmişdir.
46. Yoxlama aktında yoxlama ilə əhatə olunan dövr üzrə Cəmiyyətin ƏDV məqsədləri üçün dövriyyəsinin 63.29 4.574,86 manat olduğu, o cümlədən elektron vergi hesab fakturalarına əsasən 16.973.331,00 manat, pərakəndə satışdan isə 46.321.243,86 manat olduğu göstərilmişdir.
47. Aktda və ƏDV-nin müqayisəli cədvəlində aylar üzrə X12n azaldıldığı, müəyyən edilmiş dövriyyənin Cəmiyyət tərəfindən bəyan edilmiş dövriyyədən çox olması göstərilsə də, bərpa edilmiş əlavə dəyər vergisi dövriyyəsinin və vergilərin azaldılmasının necə müəyyən edilməsi göstərilməmiş və əsaslandırılmamışdır. Ödəmə mənbəyində tutulan vergilər üzrə
48. Səyyar vergi yoxlaması aktında həmçinin 2097.2 manat ÖMV-nin azaldılması müəyyən edilmişdir.
49. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası VM-nin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyrirezidentin Azərbaycan Respubli kasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
50. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir.
51. Hər iki maddi hüquq normasının birlikdə təhlilindən müəyyən olur olur ki, fiziki şəxs olan mülkiyyətçi ona məxsus olan əmlakını digər fiziki və ya hüquqi şəxsə icarəyə verirsə, icarəyə götürən şəxs icarə haqqını ödəyən anda icarə məbləğindən 14% ÖMV tutmalı və dövlət büdcəsinə ödəməlidir.
52. Bununla belə, səyyar vergi yoxlaması aktında hansı icarə müqavilə sinə əsasən mülkiyyətçiyə hansı tarixdə və hansı məbləğdə icarə haqqının ödənilməsi barədə məlumat, müvafiq olaraq bu zaman verginin tutulmamasını izah edən açıqlama qeydi aşkar edilmir. Nəticədə, ödəmə mənbəyində tutulan verginin düzgün tutulmamasını özündə əks etdirən əməliyyat barədə qeydlər olmadığından, 2097.2 manat ÖMV-nin hesablanması əsaslı hesab edilə bilməz. Ekspertiza rəyi üzrə
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vergi yoxlamasının nəticələrinin əsaslı olub-olmaması barədə rəy verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş və 06 iyul 2020-ci il tarixli, 9/1300 nömrəli ekspert rəyi əldə olunmuşdur. Həmin ekspert rəyi nəzərdən keçirildikdə müəyyən edilir ki, rəydə yoxlama materiallarına əsasən hesablanmış vergi məbləğlərinin əsası qeyd edilməmişdir. Halbuki, vergilərin müəyyən edilməsinin əsas şərtlərini tənzimləyən Azərbaycan Respublikası VM-nin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti.
54. Məhkəmə kollegiyasının fikrincə, səyyar vergi yoxlaması aktında əksini tapmış mətnin sadə köçürülməsi yolu ilə tərtib edilmiş, vergitutma bazası müəyyən edilmədən vergi yoxlaması ilə hesablanmış vergilərin əsaslı olması barədə ekspertiza rəyi obyektiv sübut kimi qiymətləndirilə bilməz, rəyin məz mununun təhlili onun formal xarakterli olduğuna dəlalət edir.
55. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda təfsir edilən səbəblərə görə 18 mart 2020-ci il tarixli, **********196010 nömrəli səyyar vergi yoxlaması Aktı və həmin aktın əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2020-ci il tarixli, 9/1300 nömrəli ekspert rəyinin Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. ii. Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ittiham edilən əməlin subyektiv əlamətləri üzrə
56. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyektiv əlamətinin olub-olmama sına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ittihama görə, o, 19 aprel 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsində 22918 nömrəsi ilə dövlət qeydiyyatına, hüquqi ünvanı ünvan 2sisçi payını özündə saxlamaqla, əlli faiz təsisçi payı Türkiyə Respublikasının vətəndaşı Şahid1 məxsus olan "xxxx" MMCni 19 may 2006-cı il tarixdə 1106-118-4111 nömrəsi ilə qida məhsullarının, məişət və sənaye məhsullarının, yarımfabrikatların istehsalı, idxalı, ixracı və satışını, o cümlədən daxili və xarici ticarət etmək və sair məqsədlər üzrə fəaliyyət göstərməsi üçün həmin qeydiyyat idarəsində qeydiyyatdan keçirərək həmin Cəmiyyətə təsisçisi və cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən, cəmiyyətin operativ idarə edilməsini həyat a keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədlər imzalamaq, öhdəliklərə görə cavabdehlik daşımaq, maliyyə əməliyyatlarını həyata keçirmək və digər səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs kimi cəmiyyətin nizamnamə məqsədlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirən, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası VM”) 16.1.1-16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103-105, 149.2, 154, 177.1.2, 177.1.3, 177.2, 178, 218-221-ci maddələrinin tələblərini pozar aq 2011-ci il üzrə ümumi dövriyyəsi 10.326.888,33 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 1.858.839,90 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 955.403,66 manat, büdcəyə ödənilməli ƏDV məbləği 903.436,24 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 5.092.369,83 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 916.626,57 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 900.926,69 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 15.699,88 manat göstərərək, 887.736,36 manat ƏDV-ni, həmçinin, eyni niyyətlə, 2012-ci il üzrə ümumi dövriyyəsi 13.028.689,39 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 2.345.164,09 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 1.128.889,70 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1.216.264,39 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 5.022.202,36 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 903.996,42 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 995.565,96 manat, büdcənin ona geri qaytarmalı olduğu ƏDV məbləğini 91.569,54 manat göstərərək, 1.307.833,93 manat ƏDV-ni, həmçinin, eyni niyyətlə, 2013-cü il üzrə ümumi dövriyyəsi 14.006.320,03 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 2.521.137,61 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 856.376,60 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1.664.761,01 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi Ə DV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 4.855.038,63 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 873.906,95 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 744.559,12 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 129.347,83 manat göstərərək, 1.535.413,17 manat ƏDV-ni, həmçinin, eyni niyyətlə,2014-cü il üzrə ümumi dövriyyəsi 14.306.789,26 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 2.575.222,07 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 680.751,74 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1.894.470,33 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 3.943.180,42 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 709.772,48 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 604.891,32 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 104.881,16 manat göstərərək, 1.789.589,17 manat ƏDV-ni, həmçinin, eyni niyyətlə, 2015-ci il üzrə ümumi dövriyyəsi 11.625.887,85 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 2.092.659,81 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 998.337,17 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1.094.322,64 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 5.434.323,90 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 978.178,30 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 970.690,57 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 7.487,73 manat göstərərək, 1. 086.834,91 manat ƏDV-ni, ümumilikdə 2011-ci ilin yanvar ayından 2015-ci ilin dekabr ayı daxil olmaqla ümumi dövriyyəsi 3.294.574,86 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 11.393.023,47 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 4.619.768,87 manat, büdcəyə ödənilməli ƏDV məbləği 6.773.254,60 manat olmaqla cəmi 6.607.407,54 manat X12, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası VM-nin 103-105-ci maddələrinin tələblərini pozaraq faktiki rəhbərliyi həyata keçirdiyi cəmiyyətin mənfəətlə işlədiyi halda vergi orqanlarına təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə 2011-ci il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 10.326.888,33 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 8.605.740,27 manat, mənfəəti 1.721.148,06 manat, mən fəət vergisi 344.229,61 manat olduğu halda, vergi məbləğini təhrif edərək 3.108,07 manat bəyan etməklə, 341.121,54 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, 2012-ci il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 13.030.245,06 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 10.858.537,60 manat, mənfəəti 2.171.707,51 manat, mənfəət vergisi 434.341,50 manat olduğu halda, vergi məbləğini təhrif edərək 2.847,16 manat bəyan etməklə, 431.494,34 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, 2013-cü il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 14.031.952,68 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 11.693.293,9 manat, mənfəəti 2.338.658,78 manat, mənfəət vergisi 467.731,76 manat olduğu halda, vergi məbləğini təhrif edərək 2.688,29 manat bəyan etməklə, 465.043,47 manat mənfəət vergisini, həmçinin, e yni niyyətlə, 2014-cü il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 14.324.389,81 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 11.936.991,50 manat, mənfəəti 2.387.398,31 manat, mənfəət vergisi 477.479,66 manat olduğu halda, vergi məbləğini təhrif edərək 52.499,00 manat bəyan etməklə 424.980,66 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, 2015-ci il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 11.625.887,85 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 9.688.239,87 manat, mənfəəti 1.937.647,98 manat, mənfəət vergisi 387.529,60 manat olduğu halda, özü tərəfindən vergi məbləğini təhrif edərək 263.999,20 manat bəyan etməklə, 123.530,40 manat mənfəət vergisini, ümumilikdə cəmiyyət üzrə 2011-2015-ci illər üçün daxil olan vəsaitin mənfəət vergisi tutulan dövriyyəsi 63.339.363,73 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 52.782.803,14 manat, mənfəəti 8.384.855,30 manat, mənfəət vergisi 211.312,13 manat olduğu halda, vergi məbləğini təhrif edərək 325.141,72 manat bəyan etməklə 1.786.170,41 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası VM-nin 206.3-208.5ci maddələrinin tələblərini pozaraq 2013-cü il üzrə torpaq vergisi bəyannaməsi təqdim etməyərək Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 26,00 kv.m qeyri-yaşayış sahəsi üçün 2,60 manat torpaq vergisi hesablanaraq bəyan etməli olduğu halda, onu bəyan etməyərək 2,6 (iki manat altmış qəpik) manat torpaq vergisini, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası VM-nin 124-cü maddəsinə əsasən müəssisə tərəfindən ödənilmiş icarə haqqından 26.320,27 manat ödəmə mənbəyində tutulan vergi hesablanaraq bəyan edilməli olduğu halda onun tərəfindən 24.222,97 manat ÖMV hesablanaraq bəyan edilməklə, 2013-cü ilin İ rübü üzrə 132,3, 2013-cü ilin İİ rübü üzrə 132,3, 2013-cü ilin İİİ rübü üzrə 132,3, 2013-cü ilin İV rübü üzrə 132,3, 2014-cü ilin İ rübü üzrə 132,3, 2014-cü ilin İİ rübü üzrə 132,3, 2015-ci ilin İİ rübü üzrə 1.303,4 manat olmaqla, cəmi 2.097,2 manat ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməkdən yayındırmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 8.395.677,75 manat (səkkiz milyon üç yüz doxsan beş min altı yüz yetmiş yeddi manat yetmiş beş qəpik) məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmışdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinə görə, külli miqdarda vergilərin, işsizlikdən sığortanın, icbari tibbi sığortanın və y a məcburi dövlət sosial sığorta haqlarının ödəməsindən yayınma cinayət əməli hesab olunur.
58. Azərbaycan Respublikası VM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
59. Cinayət Məcəlləsinin istinad edilən maddəsinin vergi qanunvericiliyinin müddəaları ilə birlikdə götürülməklə izahlı şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında müəyyən edilmişdir ki, vergi öhdəliklərinin yaranmasının əsas şərtlərindən biri vergi ödəyicisinin müəyyən edilməsi ilə yanaşı, vergitutma obyektinin və digər vergitutma elementlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 12.1.1 və 12.3-cü maddələri). Vergi qanunvericiliyinə görə vergi ödəyicisi Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi). Bununla əlaqədar qeyd olunmalıdır ki, vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər. Bu cinayətin subyektləri sırasına vergi və ya məcburi dövlət sosial sığorta haqları ödəyicisi olan fiziki şəxsləri, habelə hüquqi şəxslərin məsul işçilərini, yəni rəhbərini, baş mühasibini, eləcə də qanunvericiliklə və ya əmək müqaviləsi ilə mühasibat sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi, müəssisənin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsi həvalə edilmiş digər şəxslərini də aid etmək olar. Burada əsas meyar, məsul işçilərin hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına, qanunla müəyyən edilmiş vergilərin, habelə hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsinə, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim edilməsinə, vergi ödəyicisinin digər vəzifələrini üzərinə götürməklə onu n adından sahibkarlıq fəaliyyətinin faktiki həyata keçirilməsinə, vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə görə cavabdeh olmasıdır. Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Qeyd olunanlarla yanaşı, nəzərə alınmal ıdır ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin müəyyən məqsədinə, yəni qanunla müəyyən edilmiş vergilərin ödənilməsindən boyun qaçırmağa işarə edən “yayınma” müddəasının istifadə olunması ona dəlalət edir ki, bu cinayətin tərkibi göstərilən halda təqsirləndirilən şəxsin hərəkətlərində bilavasitə vergidən yayınmaya yönəlmiş qəsdin olmasını nəzərdə tutur. Həmin maddədə nəzərdə tutulan cinayətin tərkibi o halda yaranır ki, əməl qəsdən törədilir və vergi qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla vergilərin ödənilməsindən yayınmaya yönəlmiş olur. Bu özünü əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatların vergi hesabatlarında qəsdən əks olunmamasında, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiq i həcminin azaldılmasında, xərclərin (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilməsində biruzə verə bilər. Aşkar şəkildə yalan məlumatlara həmçinin xərclərin və əldə olunmuş gəlirlərin vaxtı barədə saxtalaşdırılmış məlumatlar, müəyyən növ fəaliyyəti xarakterizə edən fiziki göstəricilərə dair hesablamalarda, nisbi gəlirə vahid verginin ödənilməsi zamanı təhrif olunmavə s. aid edilə bilər. Beləliklə, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə a şkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun. Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 9 sentyabr 2013-cü il).
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun formalaşmış hüquqi mövqeyindən qöründüyü kimi, hüquqi şəxsin vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə məsul işçisi olmayan fiziki şəxsin həmin hüquqi şəxsin faktiki rəhbəri hesab edilməsi üçün belə şəxs: - hüquqi şəxsin aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verməli; - hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə etməli; - qanunla müəyyən edilmiş vergilərin ödənilməsindən yayınmanı qəsdən törətməli; - əməlini vergi qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla vergilərin ödənilməsindən yayınmaya yönəltməlidir.
61. Bununla belə, cinayət işinin materiallarından müəyyən edilir ki, ibtidai istintaq orqanı Məhkum "xxxx" MMC-nin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədlər imzalamaq, öhdəliklərə görə cavabdehlik daşımaq, maliyyə əməliyyatlarını həyata keçirmək və digər səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs kimi cəmiyyətin nizamnamə məqsədlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirən, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu barədə nəticəyə gələrkən, Məhkum həqiqətən belə səlahiyyətlərə malik olub onların bilavasitə özü tərəfindən və yaxud məsul şəxslərə təsir edib sonuncular vasitəsilə icra etməsini heç bir sübutla əsaslandırmamışdır.
62. İbtidai istintaq orqanı həmçinin yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhində verilmiş hüquqi şəxsin faktiki rəhbərinin ifşa edilməsinə yönələn kriteriyalardan heç birinə münasibətini bildirməmiş, cinayət işi üzrə müəyyən edilmiş faktiki hallardan hansının Məhkum "xxxx" MMC-nə təkbaşına operativ idarə etməsini, Cəmiyyətin aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verməsini təsdiqlədiyini açıqlamamışdır.
63. Eyni zamanda, ibtidai istintaq orqanı 2011-2015-ci illəri əhatə edən müddəti bütövlükdə götürməklə bu dövr ərzində qanunla müəyyən edilmiş vergilərin ödənilməsindən yayınma cinayəti üzrə Məhkum əməlinin konkret hansı hərəkətlərdə ifadə olduğunun izahını, eləcə də, belə hərəkətlər olduğu halda, vergi qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla vergilərin ödənilməsindən yayınmaya yönəlməsi əməlində onun qəsdinin hansı sübutlarla təsdiq edildiyini təsvir etməmişdir.
64. Məhkəmə kollegiyası qeyd edilən qənaətə gələrkən ilk öncə nəzərə alır ki, cinayət işinin materiallarında olan 14 sentyabr 2020-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarda “Məhkum 19 aprel 1995-ci il tarixdən MMC-ni təsisçisi və cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs kimi işləmiş” barədə nəticəyə gəlinməsi qeyd edilsə də, qərarı tərtib edən istintaqçı belə nəticəni hər hansı izahlı təfsirlə əsalandırmamışdır (cild 14, səh. 213).
65. Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin sub yekti olub-olmaması məsələsinə 18 sentyabr 2020-ci il tarixli ittiham aktında da obyektiv qiymətləndirmə verilməmiş, təqsirləndirilən şəxsin həmin maddə ilə cinayət törətməsi faktını təsdiqləyən sübutlar kimi "xxxx" MMC-nin nizamnaməsi, 2011-2015-ci illərdə idxal edilmiş uşaq bezləri barədə gömrük məlumatları, iş üzrə dindirilmiş şəxslərin ifadələri, səyyar vergi yoxlamasının və ekspertiza rəyinin nəticələri sadalanmış, lakin bu sübutların müqayisəli təhlili aparılmamış, konkret hansı sübutun və hansı qaydada verilən ittihamı təsdiqlədiyinin əsaslandırması təsvir edilməmişdir (cild 14, səh. 228-334).
66. Yuxarıda qeyd edilən məsələyə cinayət işinə baxan birinci instansiyası məhkəməsi də hər hansı münasibətini bildriməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hö kmündən görünür ki, məhkəmənin Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti olmasının əsaslandırması yalnız bundan ibarət olmuşdur – “iş materiallarında olan "xxxx" MMC-nin (indiki Zərərçəkmiş şəxs2 MMC) Nizamnaməsindən görünür ki, Məhkum 19 aprel 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsində 22918 nömrəsi ilə dövlət qeydiyyatına, hüquqi ünvanı ünvan 3 təsisçi payını özündə saxlamaqla, əlli faiz təsisçi payı Türkiyə Respublikasının vətəndaşı Şahid1 məxsus olan "xxxx" MMC-ni 19 may 2006-cı il tarixdə 1106-118-4111 nömrəsi ilə qida məhsullarının, məişət və sənaye məhsullarının, yarımfabrikatların istehsalı, idxalı, ixracı və satışını, o cümlədən daxili və xarici ticarət etmək və sair məqsədlər üzrə fəaliyyət göstərməsi üçün həmin qeydiyyat idarəsində qeydiyyatdan keçirmişdir. Məhkum 19 aprel 1995-ci il tarixdən MMC-ni təsisçisi və cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs kimi işləmiş, MMC-nin VÖEN-ni **********-dir” (cild 16, səh. 252).
67. Məhkumun müdafiəçisi və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi isə Məhkum "xxxx" MMC-nə ehtimal edilən faktiki rəhbərlik etməsi halını yalnız birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyini təkrarlamaqla əsaslandırmışdır.
68. Yuxarıda qeyd edilənlərin məcmu halda nəzərdən keçirilməsi belə nəticəyə gəlməyə imkan verir ki, Məhkum “cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədlər imzalamaq, öhdəliklərə görə cavabdehlik daşımaq, maliyyə əməliyyatlarını həyata keçirmək və digər səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs kimi cəmiyyətin nizamnamə məqsədlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirən, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs” olması barədə ibtidai istintaq orqanının və “MMC-nin təsisçisi və cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən səlahiyyətlərə malik maddi məsul rəhbər vəz ifəli şəxs” olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrin hər ikisinin əsasında yalnız Məhkum "xxxx" MMC-nin təsisçisi olması faktı durmuş, cinayət təqibini aparan orqanlardan heç biri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında müəyyən etdiyi tələblərə riayət etməmişlər.
69. Məhkəmə kollegiyasının fikrincə, “Məhkum "xxxx" MMC-nin Nizamnaməsinə əsasən təsisçisidirsə, deməli o, həmin Cəmiyyətin faktiki rəhbəri də hesab edilməlidir” kimi yanaşma təkcə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinin tətbiqi üzrə Konstitusiya Məhkəməsinin verdiyi şərhi ilə yox, eləcə də cinayət işində is tinad edilən sübutlarla da uzlaşmır.
70. Belə ki, cinayət işinin materiallarında olan "xxxx" MMC-nin 1106-118-4111 qeydiyyat nömrəli, 19 may 2006-cı il tarixli Nizamnaməsinin surətindən müəyyən edilir ki, vergi cinayətlərinin törədilməsi ittiham edilən dövrdə Məhkum ilə yanaşı Cəmiyyətin təsisçisi həmçinin Şahid1 olmuş, təsisçilər Cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımadığı və Cəmiyyətin faliyyəti ilə bağlı zərərin qoyduqları malların dəyəri ilə məhdudlaşdığı barədə razılığa gəlmişlər (Nizamnamənin 3.1 və 3.2-ci bəndləri – cild 1, səh.36). Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Cəmiyyətin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor həyata keçirir (Nizamnamənin 9.2.1-ci bənd - cild 1, səh.42). Bütün vergilər və büdcəyə ödənişlər ödənildikdən sonra qal an xalis gəlirin iştirakçılar arasında bölünməsi onların Cəmiyyətin nizamnamə kapitalındakı paylarına mütənasib olaraq həyta keçirilir (Nizamnamənin 10.5-ci bənd - cild 1, səh.43).
71. Göründüyü kimi, "xxxx" MMC-nin Nizamnaməsinə əsasən Məhkumla bərabər Şahid1 də həmin Cəmiyyətin təsisçisi olmuş və hər iki şəxs, yəni Məhkum və Şahid1, Cəmiyyətin fəaliyyətindən qalan xalis gəlirdən paylarına mütənasib məbləqlərdə mənfəət əldə etmişlər. Nizamnamədən həmçinin Cəmiyyətin təsisçilərinin hər hansı formada idarəetmə hüququna malik olmaları müəyyən edilmir.
72. Nəticədə, ibtidai istintaq orqanı və məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün səbəb kimi "xxxx" MMC-nin Nizamnaməsinin götürmələri əsaslı hesab edildiyi halda, belə mən tiqlə həmin vergi cinayətinin törədilməsinə görə təkcə Məhkum yox, həmin Nizamnaməyə əsasən onunla bərabər payçı olmuş və Cəmiyyətin fəaliyyətindən gəlir əldə etmiş Şahid1 də məsuliyyətə cəlb edilməli idi.
73. Cinayət işinin müəyyən edilmiş hallarından həmçinin görünür ki, Məhkum hər hansı səbəblə "xxxx" MMC-nin faktiki rəbəri hesab edilə bilsə, hətta bu halda onun vergilərin ödənilməsinin təmin edilməməsinə görə təkbaşına məsuliyyət daşıması istisna edilir.
74. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şəxslərdən: - təqsirləndirilən şəxs qismində ifadə verən Məhkum bildirmişdir ki, Türkiyə Respublikasından mal idxal edən zaman bir tanışının vasitəsi ilə türk əsilli Türkiyə Respublikasının Rize şəhərində yaşayan Şahid1lə tanış olmuş, onunla razılaşıb təsisçisi olduğu cəmiyyətin 50 faizini 2006-cı il tarixdə Nurettinə satmışdır. Həmin gündən etibarən Şahid1lə şərik kimi cəmiyyəti idarə etmiş, Şahid1 özü Türkiyə - - - - Respublikasının Rize şəhərində yaşadığından və işlərə şəxsən nəzarət edə bilmədiyindən cəmiyyətdə işlərə nəzarət etmələri üçün öz tanışlarını cəmiyyətə işə götürmüşdür. X6 xəstəliyi ilə əlaqədar işə gəlmədiyindən sonuncunun işlərini oğlu Elman Mirzəyev həyata keçirmiş, belə ki, o direktor kimi çalışmasa da dövlət orqanlarına hesabatları o hazırlayıb vermişdir. 2007-ci ildə o, cəmiyyətdə işləri idarə etməsi üçün qardaşı oğlu Şahid2 cəmiyyətə qeyri-rəsmi direktor vəzifəsini təyin etmişdir. Familin vəzifəsi satışla bağlı bütün məsələləri həll etmək və işlərə nəzarət etməkdən ibarət olmuşdur. şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, 2007 -ci ildə "xxxx" MMC-nin rəsmi hüquqşünası vəzifəsinə təyin edilmişdir. Cəmiyyətdə işə başlayan zaman ona məlum olmuşdur ki, cəmiyyətin rəsmi direktoru X3r. Məhkum "xxxx" MMC-nin təsisçilərindən yalnız biri idi. Belə ki, həmin cəmiyyətin 50 faizi Məhkum məxsus olsa da, qalan hissəsi Türkiyə Respublikasının vətəndaşı Şahid1 aid olmuş, Türkiyə Respublikasının vətəndaşı Şahid1 Azərbaycan Respublikasında yaşamadığı üçün cəmiyyətdə işlərə nəzarət etməyi müxtəlif türk əsilli, Türkiyə Respublikasının vətəndaşları Ahmet Kasap, Mehmet Gülerə tapşırmışdır. Sonuncular və digərləri cəmiyyətdə idarəçi, icraçı vəzifələrində çalışmış, cəmiyyətin əsas fəaliyyəti qida və qeyri-qida məhsullarının idxal edilərək ölkə ərazisində satılmasından ibarət olmuşdur. şahid qismində ifadə verən Şahid11 bildirmişdir ki, 2000-ci ilin dekabr ayından 2018-ci ilin fevral ayının sonlarınadək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, onu işə Füzuli Adgözəlov qəbul etmişdir. X1 50 faiz payı olmasına baxmayaraq onun idarəçilikdə iştirak etmək imkanları məhdud olmuş, belə ki, özü Türkiyə Respublikasında yaşadığı üçün onu təmsil edən şəxsləri cəmiyyətə göndərmiş, bununla da həmin şəxslər cəmiyyətdə baş verən bütün proseslər haqqında Nurəddin Cengizə məlumat vermişlər. Həmin şəxslərdən biri Türkiyə Respublikasının vətəndaşı Əhməd Kasap olmuş, o, satış üzrə idarəçi vəzifəsində işləmişdir. Məhkum sonradan işləri idarə etməsi üçün 2007-ci ildə icraçı direktor olaraq qardaşı oğlu Şahid2 təyin etmişdir. İşlərin aparılmasına faktiki rəhbərliyi Məhkum tərəfindən təyin olunmuş Şahid2 həyata keçirmiş, kassa kitabı ilk ill ərdə Səyyad Mirzəyevdə, 2007-ci ildə Təməl bəydə, 2007-2015-ci illərdə Şahid2 olmuşdur. şahid qismində ifadəsi elan olunmuş Şahid1 bildirmişdir ki, Məhkum 2006-cı ildə ona təsisçisi olduğu "xxxx" MMC-yə şərik olmağı, MMC-nin 50 faizini almasını və bundan sonra cəmiyyətin qazandığı pulları aralarında yarıya bölməyi təklif etmişdir. Məhkum etibar etdiyi üçün sonuncunun təklifini qəbul etmiş, aralarında olan razılaşmaya əsasən cəmiyyətə malların Türkiyə Respublikasından göndərilməsini o, Azərbaycan Respublikasında cəmiyyətin idarəçiliyini həyata keçirəcəyini isə Füzuli öz üzərinə götürmüşdür. Füzuliyə Azərbaycanda satışların idarə olunmasına köməklik göstərməsi üçün tanışı Ahmet Kasap və Mehmet Güleri göndərmiş, sonuncular yalnız satışa köməklik göstərmişlər. Cəmiyyətin bütün idarəçiliyini Mə hkum həyata keçirmişdir. O, konkret olaraq Füzulinin heç bir işinə qarışmamış, sonuncu ilə heç bir ciddi haqq hesab aparmamışdır. Çünki o, Füzulini uzun müddətdir tanımış və ona etibar etmişdir. Aralarında heç vaxt mübahisə olmamış, o, cəmiyyətin inkişaf etməsi üçün əlindən gələni etmiş, cəmiyyətin sata biləcəyi məhsulları Türkiyə Respublikasından alıb göndərmişdir. Füzuli cəmiyyəti idarə etmək üçün qohumu Şahid2 cəmiyyətin idarəçiliyinə gətirmişdir. əlavə şahid qismində ifadə verən X13 bildirmişdir ki, "xxxx" MMC-də 2014-2017-ci illərdə mexanik vəzifəsində işləmişdir. O, "xxxx" MMC-də işlədiyi müddətdə idarəçiliyi Şahid2 həyata keçirirmişdir. "xxxx" MMC-də işlədiyi müddətdə Məhkum şəxsən birbaşa hər hansı göstəriş almamışdır. Belə ki, Məhkum şirkətə çox nadir hallarda gəlmişdir. - əlavə şahid qismində ifadə verən X7 bildirmişdir ki, "xxxx" MMC-də 2011-2015-ci illərdə anbardar vəzifəsində işləmişdir. Anbardar kimi vəzifəsi malların qəbulundan ibarət olmuşdur. Anbara gələn mallar və sifarişlər barədə göstərişləri Şahid2 almışdır. İşlədiyi müddət ərzində Məhkum konkret olaraq hər hansı tapşırıq almamış, onun işinə nəzarəti Famil həyata keçirmişdir. Famildən başqa hazırda adını xatırlamadığı Türkiyə vətəndaşı da idarəçilikdə iştirak etmiş, lakin əsas idarəçilik Şahid2 əlində cəmləşmişdir.
75. Qeyd edilən ifadələrdən aydın olunur ki, "xxxx" MMC-nin əsas fəaliyyəti olan müxtəlif məsulların idxalı ilə bağlı əməliyyatların yarısının icrasını – onların Türkiyədə satın alınmasını, təyin etdiyi şəxslər vasitəsilə Cəmiyyətin gündəlik faəliyyətinə nəzarət etməsini və Cəmiyyətin gəlir lərinin yarısının əldə etməsini "xxxx" MMC-nin Nizamnaməsinə görə bərabər təsisçisi olan Şahid1 özü də verdiyi ifadəsində bildirmiş, bu məlumat digər şahidlərin verdiyi ifadələrlə də təsdiqlənmişdir.
76. Digər tərəfdən, yuxarıda qeyd edilən, eləcə də hazırki qərarda yenidən əks edilməyən digər şahid ifadələri ilə Məhkum tərəfindən Cəmiyyətin gündəlik idarə edilməsini Şahid2 təmin etdiyi aydın olunsa və Məhkum qarşı ittiham faktiki olaraq uşaq bezlərinin gətirilməsi yox, "xxxx" MMC-nin 2011-2015-ci illərdə bütün maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn vergilərin ödəməsindən yayınma cinayət əməlinin törədilməsinə görə verilsə də, istintaq orqanı nə Şahid1, nə Şahid2, nə də ki digər müvafiq səlahiyyətlərə malik olan maddi məsuliyyətli şəxslərin törədilməsi ehtimal olunan bu cinəyətdə iş tirakçığının müəyyən edilməsi istiqamətində heç bir yetərli tədbir görməmiş və, yuxarıda təsvir edilənlərlə yanaşı, bu halda da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarının birbaşa göstərişinə riayət etməmişdir. 2) Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə verilən ittihamla bağlı
77. Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində ittiham irəli sürülmüşdür ona görə ki, o, 2011-2015-ci illər ərzində Türkiyə Respublikasında yerləşən ayrı-ayrı şirkətlərdən uşaq bezlərinin alışını öz şəxsi sahibkarlıq fəaliyyəti kimi həyata keçirib, razılaşmasına əsasən, həmin malların gömrük rüsumlarını bilavasitə gömrük orqanında, real dəyərini isə daşıma şirkəti sürücülərinə malları ünvan 4 ünvanında yerləşən “Buz Zavodu” adlandırılan ərazidə yerləşən anbarda təhvil aldığı zaman öz şəxsi vəsaiti hesabına deyil, "xxxx" MMC-nin ona etibar edilmiş vəsaiti hesabına cinayətdən xəbərsiz olan həmin Cəmiyyətin Gəncə şöbəsi üzrə anbardarı Şahid10 və həmin cəmiyyətin xəzinədarı Şahid7 vasitəsilə ödəməklə, həmin uşaq bezlərinə görə cəmi 1.487.401,52 manat və gömrük rüsumlarına görə isə cəmi 397.367,8 manat olmaqla, ümumilikdə 1.884.769,32 manat məbləğində pul vəsaitini Cəmiyyətin vəsaiti hesabına ödəyib, habelə, həmin malları 1 yanvar 2011-ci il tarixdən 29 aprel 2016-cı il tarixədək istintaqa məlum olmayan şəxslərə satmaqla əldə etdiyi vəsaitdən həmin Cəmiyyətin xəzinəsinə hər hansı məbləğ mədaxil etməyib şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC- yə məxsus olmaqla ona etibar olunmuş cəmi 1.884.769,32 manat (bir milyon səkkiz yüz səksən dörd min yeddi yüz altmış doqquz manat otuz iki qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamışdır.
78. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirkara (1) etibar edilmiş (2) özgə əmlakını (3) talama külli miqdarda törədildikdə mənimsəmə və ya israf etmə cinayəti hesab olunur və Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas yaradır.
79. Maddənin təsvirindən göründüyü kimi, şəxsin əməlinin mənimsəmə cinayəti tövsif edilməsi üçün onun taladığı əmlak birincisi - özgəyə məxsus, ikincisi - ona etibar edilmiş olmalı, üçüncüsü – talama edilməldir.
80. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüqu qi mövqeyi də ondan ibarətdir ki, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 7, § 21, 11 iyun 2015-ci il).
81. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mənimsəmə cinayətinin törədilməsi ittiham edilən dövrdə Məhkum digər şəxslə birlikdə "xxxx" MMC-nin bərabər əlli faiz payla təsisçisi olmuşdur.
82. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 45.1 və 45.2-ci maddələrinin ümumi məzmununa görə, hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquq i şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
83. Mülki qanunvericiliyin müddəalarından göründüyü kimi, hüquqi şəxs olan "xxxx" MMC-nin təsisçişi olduğundan, Məhkum Cəmiyyətə məxsus əmlaklara münasibətdə payına mütənasib əmlak hüquqlar ı da mövcud olmuşdur. Belə olan halda, o, hətta həqiqətən ittihamda qeyd edildiyi kimi “"xxxx" MMC-yə məxsus olmaqla ona etibar olunmuş cəmi 1.884.769,32 manat (bir milyon səkkiz yüz səksən dörd min yeddi yüz altmış doqquz manat otuz iki qəpik) məbləğində pul vəsaitini” mənimsəmiş hesab edilə bilsə belə, Cəmiyyətə məxsus həmin vəsaitin 50 faizi barəsində onun da əmlak hüququ olmuşdur. Bu isə o deməkdir ki, ən azından bu səbəbdən, yəni mənimsənilməsi ittiham edilən 1.884.769,32 manat vəsaitdən yarısı özgəsinə yox, onun özünə məxsus olduğundan, məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə verilən ittihama əsasən məhkum etmələri cinayət işi üzrə toplanmış sübutlarla ziddiyət təşkil etmişdir.
84. Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinin digər tövsifedic i əlaməti əmlakın etibar edilmiş olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı ittihamda gəldiyi bu nəticəni də hər hansı amillə əsaslandırmamış, Cəmiyyətə məxsus əmlakların haçan və hansı formada Məhkum etibar edildiyini təsdiq edən sübutu əldə edib cinayət işi materiallarına əlavə etməmişdir.
85. Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə verilən ittihamın sübuti bazasına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının Məhkum tərəfindən "xxxx" MMC-nin vəsaitinin mənimsənilməsi faktının, bu baş vermişdirsə, hansı üsul və konkret hansı miqdarda törədildiyinin müəyyən edilməsi, müvafiq sübutların toplanılması və təhlil edilərək istintaqın sonunda məhkəməyə təqdim edilməsi üçün yetərli tədbir gördüyünü cinayət işinin materiallarından aydın etmək olmur.
86. Belə ki, cinayət işinin materiallarında olan 14 sentyabr 2020-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarda (cild 14, səh. 178-215) Məhkum mənimsəmə cinayətini törətməsinə dair ittihamın hissəsini təsdiqləyən heç bir maliyyə sənədi, mütəxəssis rəyi, mühasibatlıq ekspertizası (06 iyul 2020-ci il tarixli, 9/1300 nömrəli ekspert rəyi yalnız səyyar vergi yoxlamasının nəticələrinə aiddir) və ya hər hansı digər maddi tərkibli sübuta istinad yoxdur. İstintaq orqanının qəbul etdiyi bu qərardan görünür ki, müstəntiq topladığı müxtəlif şəxslərin ifadələri ilə Məhkum Türkiyə Respublikasından uşaq bezlərinin idxal etməsi faktı mübahisəz müəyyən edilməsinə nail olsa da, bu əməliyyatın kim tərəfindən və hansı dəqiq məbləğlərdə maliyyələşdir ilməsi, eləcə də, ən başlıcası - əldə edilən vəsaitlərin kim tərəfindən və hansı məqsədlərlə istifadə edilməsi istiqamətində heç bir tədbir görülməmiş və hər hansı maddi tərkibli sübut əldə edilməmişdir.
87. İstintaqın qeyd edilən səthi yanaşması Məhkum 18 sentyabr 2020-ci il tarixdə elan edilmiş ittiham aktında da davam edilmiş, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinin yeganə əlavə sübutu kimi "xxxx" MMC tərəfindən 2011-2015-ci illər ərzində idxal edilmiş uşaq bezləri barədə gömrük məlumatlarına dair cədvələ (cild 3, səh. 81-91) istinad edilmiş və bu cədvəlin Məhkum 1.884.769,32 manat məbləğində pul vəsaitinin Cəmiyyətin hesabına cinayətdən xəbərsiz olan həmin Cəmiyyətin Gəncə şöbəsi üzrə anbardar Şahid10 Cahangiq oğlu və cəmiyyətin xə zinədarı Şahid7 vasitəsilə təsdiq etdiyi barədə nəticəyə gəlinmişdir (cild 14, səh. 277-303).
88. Halbuki, həmin cədvələ nəzər yetirildikdə müəyən edilir ki, Cəmiyyətin direktoru X2 tərəfindən naməlum tarixdə tərtib edilmiş bu sənəd yalnız gətirilən uşaq bezlərinə dair gömrük məlumatlarını əks edir, burada həmin malların dəyərinin, Məhkum ifadəsində bildirdiyi kimi şəxsi vəsaiti hesabına yox, əksinə, Cəmiyyətin maliyyə imkanlarından istifadə etməklə ödənilməsini təsdiq edən məlumat aşkar edilmir. Daha vacib amil isə ondan ibarətdir ki, malların satışından əldə edilən vəsaitlərin sonradan Cəmiyyətin hesabına mədaxil olub-olunmaması, istənilən halda kim tərəfindən və hansı məqsədlərlə istifadə edilməsinə dair hər hansı məlumat həmin cədvəldə qeyd edilməmiş və məhz buna dair heç bir təsdiqedi ci maliyyə və mühasibət sənədi cədvələ əlavə edilməmiş, eləcə də Cəmiyyətin qeyd edilən sənədləri əsasında mütəxəssis və ekspertiza rəyi alınaraq cinayət işinin materiallarında əksini tapmamışdır.
89. Bütün bunlar isə belə nəticəyə gəlməyə imkan verir ki, aparılan istintaqın yekunu olaraq yuxarıda təfsir edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan 3 tövsifedici tərkib əlamətlərdən ikisinin - əmlaka münasibətdə “özgənin” və “etibar edilmiş” amillərinin Məhkum əməlində mövcud olması mötəbər sübutlarla təsdiqənmədiyi ilə yanaşı, cinayət işi üzrə toplanmış sübutlarla sonuncunun hərəkətlərində həmçinin Cinayət Məcəlləsinin şərh edilən maddəsinin ən başlıcası olan “əmlakın talanması” tərkib əlamətinin də təsdiqlənməsini müəyyən etmək qeyri-mümkündür.
90. C inayət işinin yuxarıda qeyd edilən (Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələrinin hər ikisinə münasibətdə) mövcud xüsusatlarına işə baxan birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməmiş, məhkəmə sadəcə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, "xxxx" MMC tərəfindən 2011-2015-ci illər ərzində idxal edilmiş uşaq bezləri barədə gömrük məlumatlarına dair cədvəli, səyyar vergisi yoxlamasının aktını və həmin akt üzrə tərtib edilmiş ekspertizanın rəyini sadalamaqla Məhkum verdiyi ifadəsini özünümüdafiə xarakterli hesab etmiş və onu qarşı Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli hesab edib, həmin maddələrlə məhkum etmişdir.
91. Halbuki, cinayət işinin materiallarındam müəyyən edilir ki, M əhkum verilən ittihamın natamamlığının aradan götürülməsi məqsədi ilə onun müdafiəçisi tərəfindən birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırılmış, vəsatətdə vergi cinayəti ilə bağlı müəyyən məsələlərlə, eləcə "xxxx" MMC-nə vurulan ziyanın müəyyən edilməsi ilə bağl məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilmişdir (cild 16, səh. 214-219). Vəsatətdə istinad edilən məsələlər üzrə məlumatın əldə edilməsinin cinayət işi üzrə ədalətli qərar qəbul edilməsinə mühüm təsiri ola bilməsinə baxmayaraq, məhkəmə həmin vəsatəti rədd etmiş və qərarını yetərli əsaslandırma ilə təmin etməmişdir (cild 16 səh. 223).
92. İşə baxan apellyasiya instansiyası məhkəməsi öz növbəsində cinayət işi üzrə toplanmış sübutlarda müşahidə edilən qüsurları nəzərdən qaçırmış və ittiham mövqeyini b irinci instansiya məhkəməsinin qərarında əks edilənlərlə əsaslandırmışdır.
93. Cinayət işinin materiallarından həmçinin müəyyən edilir ki, Məhkum müdafiəçisi tərəfindən apellyasiya instansiya məhkəməsi qarşısında vəsatət qaldırılmış və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsinə münasibətin bildirilməsi üçün, vergilərin tədiyyələr üzrə məbləğlərinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xahiş olunmuşdur (cild 17, səh. 49-51). Məhkəmə vəsatətdə qaldırılan amillərin müşavirə otağında nəzərdən keçirilən məsələlərə aid olduğunu səbəb göstərməklə vəsatəti rədd etmiş (cild 17, səh. 113), lakin qəbul etdiyi yekun qərarında müdafiə tərəfinin qaldırdığı suallarla bağlı hər hansı münasibətini bildirməmişdir. 3) Mülki iddialar üzrə
94. Məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin (hazırda "xxxx" MMC) nümayəndəsinin Məhkum qarşı verdiyi mülki iddianın təsviri-sasladırıcı hissəsinin olduğu kimi göstərilməsini zəruri hesab edir: Bildiririk ki, "xxxx" MMC-nin əvvəlki təsisçilərindən olmuş, hazırda Sizin icraatınızda olan cinayət işi üzrə ittiham edilən Məhkum hazırkı cinayət işi üzrə "xxxx" MMC-nin 1.884.769,32 manat (bir milyon səkkiz yüz səksən dörd min yeddi yüz altmış doqquz manat otuz iki qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamışdır. Bundan başqa Məhkum Nərimanov rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə mənimsədiyi 6.184.633,23 manatın (altı milyon bir yüz səksən dörd min altı yüz otuz üç manat 23 qəpik) tutularaq ERBİ-H MMC-ə ödənilməsi qət etmişdir. Məhku m iş üzrə apellyasiya şikayəti versə də apelyasiya məhkəməsi şikayəti təmin etməmiş və iş üzrə Nərimanov rayon Məhkəməsinin müvafiq qətnaməsi qüvvədə saxlanılmışdır. Görsəndiyi kimi, istər hazırkı cinayət işi üzrə, istərsə də mülki iş üzrə Məhkum cinayət yolu ilə ERBİ-Fİ MMC-ə külli miqdarda zərər vurmaqla mənimsəmiəklə talamışdır. Eyni zamanda Məhkum ERBİ-H MMC-ə faktiki rəhbərliyi həyata keçirən dövr ərzində külli miqdarda vergidən də yayınaraq argi öhdəlikləri üzrə MMC-ə öhdəliklər yaratmışdır. Bu məbləğ isə 8.395.677,75 manat (səkkiz milyon üç yüz doxsan beş min altı yüz yetmiş yeddi manat yetmiş beş qəpik) təşkil edir.
95. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 179.2-ci maddəsinə görə, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının p rinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
97. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyi baxımından iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəy yən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
98. Hazırki halda isə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi nə aparılmış cinayət təqibi, nə də ki mülki iddiasına baxılan dövrlərdə hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən hər hansı mötəbər sübutu (özünün sərbəst formada tərtib etdiyi cədvəl və yaxud digər aktlar istisna olmaqla) istintaq orqanına və yaxud məhkəmələrə təqdim etməmiş, qa ldırdığı mülki iddianı sadəcə tərəflər arasında mülki icraat qaydasında aparılan çəkişmələr nəticəsində qəbul edilmiş qərarlarla əsaslandırmışdır. Hətta bu halda da zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi faktların təhrifinə yol vermiş - zərərçəkmiş şəxs barədə qaydaların şahidə aid olanlarla eynilik təşkil etdiyinə dair Azərbaycan Respublikası CPM-nin 231-ci maddəsinin tələblərinə riayət etməmiş, mülki icraat qaydasında aparılan çəkişmələrdə iddiasının qəbul edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarlarının hazırki cinayət işi üzrə mülki iddiasını təqdim etdiyi 21 oktyabr 2020-ci il tarixdə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 3 iyul 2019-cu il tarixli qərarı ilə ləğv edildiyini cinayət işinə baxan məhkəmələrdən gizlətmişdir.
99. Digər mülki iddiaçı – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mülki iddiasına gəldikdə, məhkəmə kollegiyası Məhkum verilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinə aid hissə barədə yuxarıda təfsir etdiklərini bir daha təkrarlamağa lüzum görmədən qeyd edir ki, bu iddianın da əsaslarını qeyri-mötəbər sübutlar təşkil etmiş, vergi məbləğinin hesablanması və maliyyə sanksiyasının tətbiqi isə Azərbaycan Respublikası VM-nin 56 maddəsinin tələblərini pozmaqla həyata keçirilmişdir.
100. Bununla belə, hər iki mülki iddiaya münasibətdə məhkəmələr onlarda irəli sürülən tələblərin nəyə əsaslandığını araşdırmamış, mülki iddiaların təmin edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi no rmaları göstərməklə gəldiyi nəticəni əsaslandırmamışlar.
101. Halbuki, Ali Məhkəmənin hüquqi mövqeyinə görə, cinayət-prosessual qanuna uyğun olaraq məhkəmələr hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırmalıdırlar. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırıl malıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 68, 24 dekabr 2021-ci il). 4) Nəticə
102. Beləliklə, yuxarıda təfsir edilənlərdən müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-406/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli hökmünü dəyişdirmədən qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarı artıq istinad edilmiş maddi və prosessual normaların tələbləri ilə yanaşı həmçinin aşağıda qeyd edilən, ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönələn Cinayət-Prosessual Məcəlləsinin maddələrini pozmuşdur.
103. Belə ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
104. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
105. Həmin Məcəllənin 21.3-cü maddəsi ndə təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
106. Həmin Məcəllənin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
107. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
108. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
109. Məhkəmə kollegiyası eyni zamnda vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
110. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmən in hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
111. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa tələblərinə görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.
112. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
113. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.
114. Həmin Məcəllənin 353.2, 353.2.1, 353.2.2 və 353.2.9-cu maddələrinin ümumi məzmununu ilə müəyyən edilir ki, cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlini n təsviri; məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir.
115. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsinin hökmü həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
116. Cinayət-prosessual qanunvericiliyinin istinad edilən tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə praktikasının tənzimləməsi ilə verdiyi töfsiyələrində öz əksini tapmış, müvafiq Plenum qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutların bilavasitə tədqiq edilməsinin mümkün olduğu, faktların yenidən müəy yən edilə bildiyi sonuncu məhkəmə instansiyası olduğundan, məhkəmə tərəfindən məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla, o cümlədən əlavə sübutlar tədqiq edilməklə keçirilməsinə zərurətin olub-olmaması məsələsi apellyasiya müraciətlərinə ilkin baxılması zamanı mütləq şəkildə araşdırılmalı, cinayət prosesi iştirakçılarının tam və ya qismən məhkəmə istintaqının keçirilməsi barədə vəsatətlərinə baxılmalı, belə vəsatətlər rədd edildikdə məhkəmə qərarı vəsatətə əsaslandırılmış cavabı əks etdirməlidir. Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir (“Məhkəmə hö kmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı, §§ 85 və 92, 24 dekabr 2021-ci il).
117. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsaslanaraq milli məhkəmələr qarşısında ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsi üçün müəyyən etdiyi başlıca prinsiplərdən biri ondan ibarətdir ki, məhkəmə və tribunallar qəbul etdiyi qərarların əsasında olan səbəbləri aydınlıqla göstərilməlidir (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 35, 2 aprel 2020-ci il, Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022--ci il və Fətullayev Azərbaycana qarşı (No. 2), № 32734/11, § 83, 7 aprel 2022-ci il).
118. Mü bahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı istinad edilən cinayət-prosessual qanunvericiliyinin normaları, eləcə də onların təfsirini verən Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmələrinin Plenumlarının və Avropa Məhkəməsinin qərarları ilə yuxarıda şərh edilən qaydada və əlaqəli şəkildə müqayisə edildikdə, Məhkum Müdafiəçi1 kassasiya şikayətinin dəlillərinin əsaslı olduğu müəyyən edilir.
119. Hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində təsvir edilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında cinayət təqibi üzrə toplanılmış sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini şərtləndirən Azərbaycan Respublikası CPM-nin 144-cü və ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmu suna əsaslanmaqla qiymət verilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin müddəalarına riayət edilməsini təmin etməmiş, bütün yuxarıda qeyd edilənlər ümumilikdə götürüldükdə, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir.
120. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinin dəlillərinə (Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsi) gəldikdə, apellyasiya instansiyası məhkəməsinin qərarının yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.3 və 416.1.6-cı maddələrində maddələrində təsbit olunmuş əsaslara görə ləğv edilməsi, sübutların yenidən araşdırılması və təqsirl iliyin müəyyən edilməsi kimi məsələləri ilə yanaşı eləcə də verilmiş mülki iddiaların əsaslığına apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibətin bildirilməsini labüd etdiyindən, məhkəmə kollegiyası hazırki mərhələdə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətininin dəlillərinin araşdırılmasını və həmin dəlillər üzrə kassasiya şikayətinin təmin olunmasını mümkün hesab etmir.
121. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-265/2022 nömrəli, 15 fe vral 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-265/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.