Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1118/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli, 1(104)-33/2 021 nömrəli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 08 noyabr 1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, N.Nərimanov prospekti, bina 22, mənzil 25-də qeydiyyatda olmuş və faktiki yaşamışdır.
2. Birinci instansiya məhkəməsi Məhkum1 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, xx.xx.2016-cı il tarixdə, saat 23 radələrində Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən 12 saylı yaşayış binasının zirzəmisinə barmaqlıqların arasından keçərək qanunsuz olaraq daxil olub həmin zirzəmidən tamah məqsədilə Zərərçəkmiş şəxs2 məxsus iki ədəd 250 manat dəyərində cərəyan gücləndiricilərini, üç ədəd 150 manat dəyərində cərəyan öt ürücülərini və ədəd 300 manat dəyərində avtomobili işə salan mexanizmləri, ümumilikdə isə 900 manat dəyərində əmlakı talamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən tanışları Məhkum3 və X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2018-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri,D.Qorqud küçəsi 50 saylı yaşayış binasının arxa tərəfində yerləşən tələbə yataqxanasının qarşı tərəfində Məhkum3 təklifi əsasında Gəncə şəhər sakiini Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədi ilə Ramazan Allahverdiyev ilə birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə əl, ayaq bə baş zərbələri ilə vuraraq sağ almacıq və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi, yaraları, üst dodağının selikli qişasına qansızma ilə müşayət edilən sağlamlığının qısa müddətə pozulmasına sə bəb olan sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olan zoraklılıqla bağlı basqın edib sonuncunun şalvarının ciblərində olan 170 manat pulunu və 100 manat dəyərində olan “Samsung Galaxy J-1 Mini” markalı mobil telefonunu, həmin telefonun içərisində olmuş 10 manat dəyərində Bakcell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəni, 6 manat dəyərində “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəni və bir ədəd 5 manat dəyərində 2 giqabayt həcmində yaddaş kartını, ümumilikdə 291 manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmişdir.
3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(101)-617/2020 saylı 23 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 181.2.1 və 181.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 29,177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.1 və 181.2.2-ci maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 08 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun 18 iyul 2016-cı il tarixdən 20 iyul 2016-cı il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət təyin edilən ümumi cəzadan çıxılmaqla ona qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Həmin hökmlə həmçinin X1 və Məhkum3 Qalib oğlu da təqsirli bilinib məhkum edi lmişdir
5. Hökmdən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3, məhkum R.Allahverdiyev və onun müdafiəçiləri Müdafiəçi1 və X6 və Məhkum1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli, 1(104)-33/2021 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3, məhkum R.Allahverdiyev və onun müdafiəçiləri Müdafiəçi1 və X6 və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-07/2020 saylı 23 iyul 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. X5 Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli, 1(104)33/2021 nömrəli qərarından Məhkum1 kassasiya şikayət i vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlə 10.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa söz lə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 12.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 13.Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. 14.Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum1 ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 15.Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin t ələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli, 1(104)-33/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 16.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli c əzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 17.Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 19.Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 20.Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şə xsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısı nın alınması üzrə rolunu təmin edə bilsin. 21.Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum1 cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum1 ittiham olunduğu CM-nin 181-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını qanunla müəyyən edilmi ş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. 22.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Res publikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 23.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli, 1(104)-33/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli, 1(104)-33/2021 nömrəli qərarı Məhkum1 mün