Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1118/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, X müdafiəçiləri Əliyev Kənan Kamal oğlunun və Bayramov Orxan Nizami oğlunun iştirakları ilə,, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 8 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Əliyev Kənan Kamal oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) 28 oktyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yerləşən nömrə siz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həmçinin cəzasının əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi ilə, X8 və X1 ibarət tərkibdə) 12 yavar 2023-cü il tarixli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Əliyev Kənan Kamal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımış, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evd ə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını dibçəkdə əkib 2022-ci ilin mart ayının sonlarınadək olan müddətdə ümumilikdə xeyli miqdarda - 8 (səkkiz) ədəddən artıq sayda olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib onların hissələrini toplamaqla kultivasiya etmiş və həmin çətənə bitkilərindən satış məqsədi ilə qanunsuz olaraq 0,476 qram çəkidə kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin narkotik vasitə qurudulmuş marixunanı yaşadığı evdə gizlətməklə saxlamış, həmçinin o, təkrarən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 3,187 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda – 12,555 qram çəkidə psixotrop maddə metamfetamini və 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı – 0,16 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edərək yaşadığı evdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum həmin gün saat 18:53-də yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evin qarşısında saxlanılmış və həmin tarixdə saat 18:55-də adı çəkilən İdarənin əməkdaşları tərəfindən onun razılığı və iştirakı ilə yaşadığı ünvana keçirilən baxış zamanı evin qonaq otağından dibçəkdə əkilmiş vəziyyətdə aqrotexni ki qaydada qulluq göstərilməklə yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 905 qram təşkil edən 8 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmin otaqda olan şkafın içərisindən bir ədəd kağız bükümdə 0,476 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd sellofan bükümdə ayrılıqda çəkiləri 2,919 qram və 0,268 qram olmaqla ümumilikdə külli miqdarda – 3,187 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda – 12,555 qram çəkidə psixotrop maddə metamfetamin, 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı – 0,16 qram olan narkotik vasitə metadon dərman preparatları, üzərində narkotik vasitə heroinin izləri və nar kotik vasitə marixuananın hissəcikləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, onun üzərində 16 qram narkotik vasitə olmuşdur. O, narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Onun əməli CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə töfsiv olunmalı və ona daha yüngül cəza təyin edilməlidir. Məhkumun müdafiəçisi Əliyev Kənan Kamal oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə isə göstərilmişdir ki, təqsirləndirilən şəxs barəsində ittiham üzrə məhkəmə istintaqı aparılarkən həm birinci instansiya məhkəməsi həm də apellyasiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin ittihamı qəbul etməməsi, yalnız narkotik vasitədən istifadə etməsi və ittihamı təsdiq edən sübutların mötəbərliliyini şübhə altına alan ifadəsində göstərilən xüsusatlar aydınlaşdırılmamış, ədalət mühakiməsini həyata keçirməli olan məhkəmə ziddiyyətli xüsusatlarla zəngin olan məhkəmə aktı qəbul etmişdir. Məhkumun narkotik vasitələrin kulltivasiyası və təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib, daşıma və saxlama ilə bağlı verilmiş ittiham əsaslı şübhə yaratmayan mötəbər sübutlarla təsdiq edilməməklə, ittiham tərəfinin mülahizəsinə əsaslanmaqla, həmin mülahizənin təsdiq etməkdən ötrü formalaşdırılmış “sübutlara” əsaslanmışdır. CM-in 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirkarın narkotik vasitəni əldə edib, saxlamaqla üzərində daşıması müəyyən edilərkən onun niyyəti aydınlaşdırılmalı, əgər satış niyyətinin olması müəyyən edilərkən narkotik vasitənin yayılması ilə bağlı istehlakçı ilə əvvəlcədən əvəzli və ya əvəzsiz razılıq əldə etməsi müəyyən edilməlidir. Lakin Məhkum narkotik vasitə və psixotrop maddənin digər şəxsə pul müqabilində və ya əvəz ödənilmədən də verməklə yaymasına dair hər hansı bir sübut müəyyən edilməmişdir. O, narkotik vasitəni hər hansı bir şəxsə satmamış, hər hansı bir şəxslə narkotik vasitənin satılması və ya verilməsi ilə bağlı razılaşmanın olmasına dair heç bir sübut, hətta telefon məlumatı da aşkar edilməmişdir. Məhkum sadəcə narkotik vasitənin istifadəçisi olmuşdur. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və məhkumun əməlinin CM-in 234.1-1-ci maddəsin ə tövsif edilərək daha ədalətli cəza verilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə məhkumun və müdafiəçilərinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya müraciətlərində məhkumun əməlinin hüquqi tövsifini və məhkuma təyin edilən cəzanı mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv edilməsi barədə tələbini CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslan malıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdı r. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüs usiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətmək də təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan və apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 iyun 2022-ci il tarixdə saat 18:53-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yaşadığı ünvan 2 ü nvanında yerləşən nömrəsiz fərdi evin qarşısında saxlanılmış və həmin tarixdə saat 18:55-də adı çəkilən İdarənin əməkdaşları tərəfindən onun razılığı və iştirakı ilə yaşadığı ünvana keçirilən baxış zamanı evin qonaq otağından dibçəkdə əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 905 qram təşkil edən 8 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmin otaqda olan şkafın içərisindən bir ədəd kağız bükümdə 0,476 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd sellofan bükümdə ayrılıqda çəkiləri 2,919 qram və 0,268 qram olmaqla ümumilikdə külli miqdarda – 3,187 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda – 12,555 qram çəkidə psixotrop maddə metamfetamin, 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı – 0,16 qram olan narkotik vasitə metadon dərman preparatları, üzərində narkotik vasitə heroinin izləri və narkotik vasitə marixuananın hissəcikləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və əşyaların götürülməsi videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3292 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum yaşadığı ünvandan ” və s. sözlər, imzalar olan bir ədəd kağız pa ketdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,919 qram qəhvəyi rəngli; 1 ədəd bükümdə təmiz çəkisi 0,268 qram açıq qəhvəyi rəngli, ümumi təmiz çəkiləri 3,187 qram maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə biri digərindən fərqli olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 ədəd bükümdə 12,555 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd p/e paketdə 33 ədəd tünd qəhvəyi rəngli və 1 ədəd çəhrayı rəngli dərman tabletlərinin tərkibində nəzarətdə olan maddələrə məxsus əlamətlər müəyyən edilmədi; üzərində “Methadone 40” yazısı olan bir ədəd blisterdə ümumilikdə 4 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,16 qram olan narkotik vasitə-metadon müəyyən edildi; elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını cinayət işinin digər materialları ilə birlikdə hərtərəfli və obyektiv t ədqiq edib mötəbər və mümkün sübutlara əsaslanaraq onun törətdiyi cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə olan narkotik vasitələrin külli miqdarda olması, ayrı-ayrı bükümlərdə olması və elektron tərəzinin olmasını nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəyləri ni, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət vermiş və əsaslı nəticəyə gələrək, Məhkum Azərbaycan Respublikası CMin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Kassasiya şikayətində Məhkum üzərindən aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün daşıması, narkotik vasitəni satmaq barədə niyyətinin olmaması bildirilsə də, şikayətin bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilərək müdafiə mövqeyinə söykənən subyektiv mülahizələr, məhkum edilmiş şəxsin törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmağa, cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvə zli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qəra rının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya müraciətlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, ittihamın sübuta yetirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqa yisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması k imi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hes ab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilməmiş, kassasiya müraciətlərinin məhkumun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə a lmış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyininə dair mövqeyi ilə razılaşmışdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, y əni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası CM-innin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcra sı Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarları). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanu nvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, "cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsin əməlini hüquqi tövsifi və cəza təyin edilməsi ilə bağlı mövqeyini əsaslı sayaraq hes ab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya müraciətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, kassasiya müraciətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya müraciətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Əliyev Kənan Kamal oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.1ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №1(102)-1118/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1118/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver