Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1118/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 2024-cü il 28 fevral tarixli, 1(103)-430/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X8 (sədrlik edən), Əli Məmmədov və Azad Məcidov) 2023-cü il 26 dekabr tarixli, 1(101)-1860/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 34/67-də yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törə tməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 1 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndiirlən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X9 və X4 ibarət tərkibdə) 2024-cü il 28 fevral tarixli, 1(103)-430/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökmü Məhkum təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-nin 126.2.3 və 126.2.4-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məh kəmənin hökmünə əsasən Məhkum xüsusi amansızlıqla, o cümlədən zərər çəkmiş şəxsə ağır iztirablar verməklə, ümumi təhlükəli üsulla, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 01 fevral 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Stimul” Hospital ilə üzbəüz parkın yaxınlığında arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı xüsusi amansızlıqla, yəni sonuncunun yaxın qohumu hesab edilən övladı X6 anası Zərərçəkmiş şəxs xüsusi əzab verdiyini dərk etdiyi halda, buna məhəl qoymayaraq Yusif Quliyevin gözü qarşısında Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə əvvəlcədən alıb özü ilə gətirib, əlində saxladığı içində maye şəkilində sulfat turşusu «kislota» olan şüşə butulkanın qapağını açıb Zərərçəkmiş şəxs bir başa üstünə və dayandığı istiqamətə səpələyərək, yanında digər şəxsin, yəni oğlu Yusif Quliyevin də olduğunu və əməlindən onun da həyat və sağlamlığına zərər vura biləcəyini dərk edərək ümumi təhlükəli üsulla zərərçəkmiş Zərərçəkmiş şəxs şiddətli ağrı və ağır iztirablar verən sol gözdə görmə itiliyinin zəifləməsi ilə müşayiət olunan sol göz almasının, eləcə də, gözün konyuktiva və buynuz qişasının, alın, boyun, sifət, sol bazu, döş qəfəsi və hər iki bud nahiyələrinin ümumi bədən səthinin 25- 27%-ni əhatə edən ll-lll dərəcəli kimyəvi yanıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, törətdiyi əməldən peşmandır, ailəlidir, ailəsi kirayədə yaşayır, 3 azyaşlı övladı var, ailəsinin yeganə qazanc mənbəyi odur və zərərçəkmiş şəxslə barışmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən onun əməlinin CM-in 126.2.3 və 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 fevral tarixli, 1(103)-430/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanma sı barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəy yən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin düzgün tövsif edi lmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndin ə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ə dalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəf indən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək əməlinin CM-in 126.2.3 və 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri tam, hərtərəfli və obyektiv formada araşdırılaraq qanuni və əsaslı münasibət bildirilmişdir. Məhkəmə kollegiya sı apellyasiya məhkəməsinin əsaslandırması ilə tam razılaşaraq, həmin əsaslandırmanı təkrarlamadan qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bütün dəlillərinə və qarşıya qoyduğu suallara dəqiqliklə münasibət bildirilmiş, cavablar verilmiş, inandırıcı sübutlardan istifadə edilməklə müdafiə tərəfinin dəlilləri təkzib edilmişdir. Kasssaiya instansiyası məhkəməsi də məhkumun əməlinin hüquqi tövsifi ilə razılaşır və həmin tövsifi qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək hesab edir ki, təyin edilmiş cəza həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün hər hans ı faktiki və hüquqi əsas mövcud deyil. Təyin edilmiş cəza məhkumun təqsirli bilindiyi CM-in maddəsinin sanksiyasının ən aşağı həddində müəyyən edilmiş, eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 26 dekabr tarixli, 1(101)-1860/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 fevral tarixli, 1(103)-430/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1118/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1118/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver