Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1119/2022 07.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü (hakimlər Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ci nayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 19 fevral 2021-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum toksikomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bağırov Məhəmməd Ənvər o ğlu (sədrlik edən və məruzəçi), Əhmədov ismayıl Həmid oğlu və Allahyarov Zaur uirzağa oğlundan ibarət tərkibdə) 05 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır Həmin qərardan məhkumun müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılı ğa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən saxtda və şəraitdə Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində gizlətdikləri külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmək üçün 19 fevral 2021-ci il tarixdə onun cinayətkar niyyətindən məlumatsız olan taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən sürücü Şahid7 idarə etdiyi ‘Toyota Prius” markalı, 99 OF E64 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən “MM Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlib avtomobildən enərək yaxınlıqda olan işiq dirəyinin altından bir ədəd kisədə olan 6395 qram narkotik vasitə heroin və 1270 qram psixotrop maddə metamfetamin əldə edərək avtomobilin ön sərnişin oturacağının alt hissəsinə qoyub daşımış, Cəlilabad rayon Polis Şöbəsinə (bundan sonra- Cəlilabad RPŞ) daxil olan əməliyyat məlumatı əsasında 19 fevral 2021-ci il tarixdə saat 08 radələrində həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində avtomobil ə hərəkətdə olarkən saxlanılaraq RPŞ-nə gətirilib iştirakı ilə avtomobilə baxış keçirilən zaman bir ədəd bağlamada olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1370 qram, "665 qram, 1760 qram, 1350 qram, 250 qram olmaqla ümumi təmiz çəkisi 6395 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1270 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİ N ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Məhkəmə baxışları zamanı verdiyi vəsatətlər nəzərə alınmamışdır. Belə ki, ittihamda qeyd edilən narkotik və psixatrop maddələrin Məhkum heç bir aidiyyatı yoxdur və həmin narkotik və psixatrop maddələri polis şöbəsində polislər tərəfindən nəqliyyat vasitəsinə qoymuşlar və ona qarşı qanunsuz və əsassız ittiham irəli sürmüşlər. Məhkəmə istintaqı zamanı şahidlərin hər biri bildirmişdir ki, Məhkumla sürücünü Cəlilabad rayonu Ocaqlı kəndində həbs edərək Cəlilabad rayon polis şöbəsinə gətiriblər və orada müvafiq istintaq hərəkəti aparmışlar. Polis şöbəsinə gətirilən zaman işgəncə yolu ilə alınan mobil telefonuna qanunsuz olaraq baxış keçirilməsinə dair protokol tərtib edilmiş və məhkəmədə mötəbər sübut kimi bu hala hüquqi qiymət verərək Məhkum təqsirli bilinib. Həmçinin, Məhkum məxsus ondan Cəlilabad polis əməkdaşları tərəfindən işgəncə yolu ilə alınan mobil telefona qanunsuz olaraq baxış keçirilməsinə dair protokol Məhkum Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, müstəntiq tərəfindən Məhkum məxsus ondan işgəncə yolu ilə alınan telefona qanunsuz olaraq baxış keçirilməsi qanuna ziddir və həmin telefonlardan əldə edilən sübutlar CPM-in 125-ci maddəsinə müvafiq olaraq mümkün hesab edilməməlidir. Lakin məhkəmə tərəfindən həmin protokol qanunsuz və əsassız olmasına baxmayaraq mötəbər sübut kimi qəbul edilmişdir Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 05 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, cinayət əməlinin sübutlarla tam təstiq olunduğunu bildirib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblər inə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üz rə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir ola bir qrup şəxs tərəfindən külli miqdara satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama v ə daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi hallar faktiki olaraq iş üzrə ibtidai istintaq v ə məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının müba hisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bundan başqa, iş materiallarına əsasən Məhkum ittiham edildiyi cinayət əməllərini törətməsi birinci instansiyasında məhkəmə istintaqı zamanı hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahidlər X5, Şahid1 ifadələri, 19 fevral 2021-ci il tarixdə Məhkum barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olması barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə aktlar və raport, “Toyota Prius” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı a vtomobilə baxış keçirilməsi barədə protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, iş üzrə Məhkum barəsində əməliyyat-axtarış tədbirinin və avtomobilə baxışın keçirilməsi əsasları, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq edilmişdir. Həmçinin, birinci instansiyasında məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Məhkum ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakları ilə və hər hansı təsir olmadan, videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilərkən şifahi qaydada verdiyi izahatında, bundan sonra yazılı qaydada verdiyi izahat və ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 18 fevral 2021-ci il tarixdə “instagram”da özünü ona “əmioğlu” kimi təq dim etmiş İran İR vətəndaşı ilə yazışarkən sonuncu ona Cəlilabad rayonuna göndərdiyi, oradan götürüb Bakı şəhərinə aparmalı olduğu bağlamada narkotik vasitələrin olduğunu demişdir. Buna görə də həmin bağlamada narkotik vasitələrin olmasını qabaqcadan bilmişdir. Eyni zamanda kassasiya şikayətində ibtidai istintaq zamanı məhkuma qarşı qanunsuz hərəkətlər edildiyi və Məhkum ifadəsinin zor tətbiq edilərək alınması barədə dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarında olan birinci instansiyası məhkəməsində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı bütün hallarda müdafiəçisinin iştirakı ilə dindirilmişdir. Bu baxımdan da, kassasiy a şikayətində göstərilənlər əsassızdır və təmin edilməməlidir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli dir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisinin kassasiya şikayətində apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərba ycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisi kassasiya şikayətində (iş üzrə müəyyən olunmuş faktiki hallarından fərqli hallara istinad etməklə) kassasiya instansiyası məh kəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassas iya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə çinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyas ından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu m əsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, məhkumluğunun olmamasını), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməs inə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiya sı QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi Rüstəmov Ramil Litvin oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1119/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1119/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver