Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-112/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakları ilə, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28, 234.4.3, 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri təqsirli bilinib məhkum olunması, Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6, 28, 234.4.1, 28, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli hökmündən Məhkum4 müdafiəçisi Müdafiəçi4 və Məhkum6 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə) 11 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxx 1984- cü ildə Rusiya Federasiyası Kemerova vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 7, mənzil 21-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 144.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 10 (on) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri 8 (səkkiz) il müddətinə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (o n iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 11 iyun 2019-cu tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9 və 28, 234.4.1, 28, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə ona həmin epizodlar üzrə bəraət verilmişdir. xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Laçın şəhəri M.Əzizbəyov küçəsi, ev 76-da qeydiyyatda olan Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 144.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 10 (on) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 20 avqust 2019-cu tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkum6 Azər baycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9 və 28, 234.4.1, 28, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə ona həmin epizodlar üzrə bəraət verilmişdir. Hökmlə həmçinin Məhkum2, Məhkum3, Məhkum1 və Məhkum5 da məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə) 18 mart 2022 il tarixli hökmü ilə müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(101)-97/2021 saylı hökmü ləğv edilmiş və yeni hökm qəbul edilmişdir.Məhkum 2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28, 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri 11 (on bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9-cü maddələri ilə 18 (on səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 234.4.1, 28, 234.4.3-cü maddələri 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələrinə tövsif olunmuş və həmin maddə ilə ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum2 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 6 (altı) ay 21 (iyirmi bir) gün cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il 6 ay sınaq müddətinə müəyyən edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Məhkum2 qəti olaraq 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 09 iyun 2019-cu tarixdən hesablanmışdır. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28, 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 11 (on bir) il müddə tinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri 11 (on bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9-cü maddələri ilə 17 (on yeddi) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 234.4.1,28, 234.4.3-cü maddələri 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələrinə tövsif olunmuş və həmin maddə ilə ona 8 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları q ismən toplamaq yolu ilə Məhkum3 qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 09 iyun 2019-cu tarixdən hesablanmışdır. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28, 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri 11 (on bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9-cü maddələri ilə 17 (on yeddi) il 06 (al tı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 234.4.1, 28, 234.4.3-cü maddələri 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1,144.2.3, 144.2.4 və 144.2.6-cı maddələrinə tövsif olunmuş və həmin maddə ilə ona 8 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 11 iyun 201 9-cu tarixdən hesablanmış, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28, 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9-cü maddələri ilə 14 (on dörd) il 06 (altı) ay il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 234.4.1, 28, 234.4.3-cü maddələri 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3- cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1,144.2.3, 144.2.4 və 144.2.6-cı maddələrinə tövsif olunmuş və həmin maddə ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum4 qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 11 iyun 2019-cu tarixdən hesablanmışdır. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə bəraət verilmişdir. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28, 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9-cü maddələri ilə 15 (on beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 234.4.1, 28, 234.4.3-cü maddələri 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələrinə tövsif olunmuş və həmin maddə ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum5 qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 10 iyun 2019-cu tarixdən hesablanmışdır. Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə bəraət verilmişdir. Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28, 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9-cü maddələri ilə 14 (on dörd) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 234.4.1, 28, 234.4.3-cü maddələri 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1,144.2.3, 144.2.4 və 144.2.6-cı maddələrinə tövsif olunmuş və həmin maddə ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum6 qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 20 avqust 2019-cu tarixdən hesablanmışdır. Məhkum1 barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Hökmlə maddi sübutların da taleqi həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022 il tarixli hökmündən Məhkum4 müdafiəçisi Müdafiəçi4 və Məhkum6 müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətlərinə baxılması 25 yanvar 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkumlar Məhkum4 və Məhkum6 ərizələr ilə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüklərini bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayə ti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayətlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t Kollegiyası, Qərara aldı: Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28, 234.4.3, 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri təqsirli bilinib məhkum olunması, Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6, 28, 234.4.1, 28, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli hökmündən Məhkum4 müdafiəçisi Müdafiəçi4 və Məhkum6 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-112/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-112/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver