Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-112/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs1, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Ramazanova Aytən Adil qızının iştirakları ilə xx xxx 1993-cü il tarixdə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, f ərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkumluğu omayan, Naxçıvan MR, Naxçıvan şəhəri, Qaracuq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə (hakim X2) Məhkum – Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzə rdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 19 mart 2022-ci il tarixdən hesablanması, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olmasının izah edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli qərarı ilə (ha kimlər: H.H.Əhmədov (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək, Məhkum azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin hal ları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Zərərçəkmiş şəxs2 “H.Əliyev” adına Beynəlxalq Hava Limanına yoxlayıcı işinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 vasitəsilə 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ilə X7 küçəsinin kəsişməsində yerləşən “Chado Lounge” kafesində 1400 manat və iki gün sonra Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında 1600 manat məbləğində pul vəsaitini vahid niy yətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ipoteka yolu ilə 2 mənzil verilməsini təmin edəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 3 ünvanında 7 mart 2020-ci il tarixdə 3300 manat, 13 mart 2020-ci il tarixdə 5000 manat, 2020-ci ilin aprel ayının ortalarında bir-iki gün fərqlə 2600 manat, 2000 manat və 3550 manat, 2020-ci ilin may ayının sonunda bir-iki gün fərqlə 2200 manat və 2000 manat, 2020ci ilin iyun ayının əvvəlində 3000 manat, 2020-ci iyul ayının sonunda bir-iki gün fərqlə 3550 manat və 1300 manat, 18 avqust 2020-ci il tarixdə 2000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 30500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 3000 manat və 30500 manat pul alıb ələ keçirməsi ilə bağlı Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 polisə şikayət etdiyini bildikdən sonra sonuncunun etibarından sui-istifadə edərək anası Zərərçəkmiş şəxs1 aldığı pulları qaytaracağını yalandan vəd verib aldadaraq, bunun üçün hava limanının karqosunda olan xa rici ölkədən gətizdirdiyi malları karqodan çıxardıb satmağa görə rüsum ödəmək adı ilə Zərərçəkmiş şəxs2 2021-ci ilin mart ayının birinci ongünlüyündə ünvan 2 ünvanında 2700 manat və bir neçə gün sonra eyni ünvanda 1800 manat, bir neçə gün sonra isə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, MirCəlal küçəsi, 121 saylı binanın yanında 2300 manat və 2021-ci ilin mart ayının ortalarında eyni ünvanda Zərərçəkmiş şəxs2 dostu Şahid2 650 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirmiş və 2021-ci ilin may, iyun və iyul aylarında hissə-hissə olmaqla cəmi 2650 manat məbləğində pulu qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 4800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilm iş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, məhkumun təqsirlilik məsələsi mübahisə doğurmasa da, ona təyin olunmuş cəza törətdiyi əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmamışdır. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini zamanı məhkumun zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam ödəmədiyini nəzərə almayaraq ona yüngül cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum,müdafiəçi A.Ramazanovanın və Zərərçəkmiş şəxs1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və m övcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Protestdə qeyd olunur ki, məhkumun təqsirlilik məsələsi mübahisə doğurmasa da, ona təyin olunmuş cəza törətdiyi əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmamışdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM -in 178.2-ci maddəsinə əsasən “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə a lınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayəti n ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər b irinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş c əzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandı rmamışdır. Belə ki, iş materiallarından görünür ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi X3 tərəfindən verilmiş ərizədən görünür ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyan tam ödənilmişdir. İş materiallarından görünür ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 ümumilikdə 30500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından görünür ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan 23000 manat ödənilməmiş vəsait qalmışdır. Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəmə baxışında verdiyi ifadəsindən görünür ki, Məhkum tərəfindən sonuncu barəsində hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra 8000 manata yax ın pul qaytarılmışdır. Həmçinin, iş materiallarından görünür ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 vuyrulmuş 30500 manat maddi ziyandan 7500 manat birinci instansiya məhkəməsinədək icraat zamanı ödənilmiş, həmin vaxtdan sonra sonuncuya vurduğu ziyana görə hər hansı məbləğdə ödəniş etməmiş və apellyasiya instansiyası məhkəmə baxışınadək 23.000 manat ziyan ödənilməmişdir. İş materiallarından həmçinin görünür ki, X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə Məhkum Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli h ökmünə əsasən CMnin 178.2.2-ci maddəsi ilə, ona qəti olaraq 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmişdir Məhkəmə kollegiyası protestdə göstərilən dəlillərlə razılaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi həmin xüsusata diqqət yetirməmiş, vurulmuş ziyanın cüzi hissəsinin ödənilməsi, həmin ödəmənin isə birinci instansiya məhkəməsinədək icraat zamanı ödəməsini, sonrakı dövrlərdə vurulmuş ziyandan ödənilməmiş qalan 23.000 manatdan hər hansı məbləğdə ödəniş etməməsini nəzərə almamış, yalnız məhkumun qalan məbləği ödəyəcəyinə dair öhdəlik götürməsinə istinad edərək əsassız olaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilərək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini mümkün və məqsə də müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalar ının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki,Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib -yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-112/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-112/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver