Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-112/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıqov Elçin Əli oğlunun iştirakları ilə xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünva nda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(103)-446/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıqov Elçin Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 1(101)-224/2023 nömrəli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.M.Ağalarov və S.İ.Əliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsir li bilinib, Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 aprel 2022ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(103)-446/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məm mədov (sədrlik edən), E.H.Allahverdiyev və C.V.Hüseyn) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 1(101)-224/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 19 aprel 2022-ci il tarixdə saat 21:15 radələrində ictimai yer olan ünvan 3 ünvanında yolun kənarındakı səki ilə telefonuna baxa-baxa piyada hərəkətdə olarkən həmin səki ilə onunla əks istiqamətdə piyada hərəkət də olan Zərərçəkmiş şəxs yanından keçərkən çiyin nahiyəsi ilə sonuncuya toxunması ilə əlaqədar Zərərçəkmiş şəxs ona haqlı olaraq hərəkətləri nəticəsində avtomobil yoluna yıxılacağını və yola baxmalı olduğunu bildirməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini, etinasızlığını göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs yaxasından tutub yerə yıxmaqla əlbəyaxa olmuş, sonra isə qərəzli hərəkətlərini davam etdirib üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qat lanan cib bıçağını silah qismində istifadə etməklə həmin bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyyəsindən iki dəfə vuraraq sonuncuya insan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarnın ön divarının daxilə (periton boşluğuna) nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə nəticələnən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, gövdənin sol yarısının hematoması, qarnın ön, sağ diz oynağının və sağ baldırın ön səthlərinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş və xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bar əsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, Məhkum heç bir cinayət hadisəsi törətmədiyi halda, şərlənərək tutulmuşdur. Belə ki, cinayət işinin 1-ci cildinin 43-cü səhifəsində olan zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokolun titul vərəqəsindən görünür ki, müstəntiq X11zərərçəkmiş şəxs qismində tanıdığı Zərərçəkmiş şəxs öz xidməti otağında, yəni Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasının içərisində dindirmişdir. Bu isə zərərçəkmiş şəxsin bıçaqlanmadığını bir daha təsdiq edir. Qeyd edilməlidir ki, həm ibtidai istintaq dövründə zərərçəkən şəxs qismində tanınan şəxsin bədəninə tərəflərindən baxış keçirilmiş və eyni zamanda məhkəmə istintaqı zamanı ona xəsarətin bədəninin hansı hissəsində olmasına dair suallar verilmiş və zərərçəkən göbək hissəsinin aşağı sol hissəsini göstərmişdir. Lakin, məhkəməyə təqdim edilmiş daxili orqanların yerləşmə lokalizasiya barədə arayışdan görünür ki, periton boşluqla zərərçəkənin göstərdiyi yer arasında ən azı 40 sm fərq vardır. Periton boşluq döş qəfəsinin düz altında yerləşdiyi halda, Zərərçəkmiş şəxs qeyd etdiyi xəsarətlər tamamilə başqa yerlərdədir. Qeyd edilməlidir ki, zərərçəkənin əməliyyat olunduğu tibb müəssisəsində də cərrahiyə və reanimasiya otaqlarında videoçəkiliş quraşdırılıbdır. Ona görə də, həmin videoçəkiliş də işə əlavə edilməsi barədə vəsatət qaldırılsa da, məhkəmə heç bir əsas gətirmədən vəsatəti təmin etməmişdir. Halbuki, həmin lent yazısı məhkəmə yə təqdim edilsəydi zərərçəkən barəsində saxta tibbi sənədlərin tərtib edilməsi, əslində isə zərərçəkənə zərər yetirilməməsi, ekspertiza rəyinin də saxta olması öz təsdiqini tapacaqdı. Ona görə də, məhkəmə həmin vəsatəti heç bir əsas olmadan təmin etmədi. Məhkəmə bilirdi ki, zərərçəkmiş şəxs qismində tanınmış şəxs polisin agentidir və əvvəlcədən polislərlə ünsiyyətdə olaraq hadisə yerinə gətirilərək təlimatlandırılmışdır. Bunun müəyyən edilməsi üçün Zərərçəkmiş şəxs 19 aprel 2022-ci il tarixdə istifadəsində olan +**********41 nömrəli mobil telefonun 18-20 aprel 2022-ci il tarixdə zəng daxil olan və zəng gedən, danışdığı nömrələr və həmin nömrələrin sahibləri göstərilməklə müvafiq mobil operatordan sorğu verilməli və Zərərçəkmiş şəxs polislə əlbirolub olmaması və olmayan cinayətin düzülüb q oşulması üçün əməliyyatın hazırlanıbhazırlanması müəyyən edilməsi barədə vəsatət vermiş və məhkəmə heç bir əsas gətirmədən həmin vəsatəti təmin etməmişdir. Ona görə bilmişdir ki, zərərçəkən polisin agenti olmaqla onun təlimatı əsasında hərəkət etmişdir. Bu vəsatət təmin olunduğu təqdirdə “hadisə” vaxtının yaxın vaxtlarında zərərçəkənin polislərlə daimi ünsiyyət saxlaması və hadisə yerinə gələrək təlimatlandırılması öz təsdiqini tapacaqdı. Ərizəçi zərərçəkənin polisin agenti olmasını müəyyən etmək üçün zərərçəkənin hal şahidi kimi iştirak edib-etməməsi, barəsində cinayət işinin olub-olmaması üçün məhkəmə hökmlərinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİ-dən məlumatların əldə edilməsi barədə vəsatətləri heç biz əsas olmadan təmin etməmişdir. Halbuki, bu vəsatətlərinin təm ini də zərərçəkən şəxs qismində tanınmış şəxsin polisin agenti olmasını tam sübuta yetirəcəkdi. Eyni zamanda zərərçəkən kimi tanınmış şəxs bildirmişdir ki, “...Həmin şəxs onun yaxasından yapışdıqda o da həmin şəxsin yaxasından yapışmış, aralarında çəkişmə başlamış, çəkişmə zamanı həmin şəxs onun bel nahiyəsindən tutaraq qaldırmağa çalışmışdır. Bu zaman o, büdrəyərək yerə yıxılmış, onunla birlikdə həmin şəxs də yerə yıxılmış, onlar bir qədər yerdə əlbəyaxa olmuşlar. Həmin şəxs onu üstələmək üçün ayağa qalxmaq istədikdə o, həmin şəxsin yaxasından yapışıb qalxmasına imkan verməmiş, bu zaman həmin şəxs sol əli ilə şalvarının cibindən bıçaq çıxarıb ardıcıl olaraq iki dəfə onun qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt o, ağrıdan qışqırmış və gücünü itirib onu buraxmışdır.” (bax hökmün 4-cü səhif əsi) Beləliklə məhkəmə hökmdə hadisənin təsadüfən baş verməsi, zərərçəkənin Ərizəçinin yaxasından tutub yerə yıxmasını, zərərçəkən kimi tanınmış şəxsin Ərizəçiyə də söyüşlə cavab verməsi, onu yerdən qalxmağa qoymaması, Ərizəçinin yerdən qalxmaq, yəni zərərçəkən kimi tanınmış şəxsin əlindən qurtulmaq üçün qalxmaq istəməsini və bıçaqdan bu məqsədlə istifadə etməsini yazmaqla yanaşı xuliqanlıq niyyətini və üstəlik silah qismində istifadə edilən əşya ilə xuliqanlıq kimi tövsif etməklə hüququn anasını ağlatmışdır. İş materiallarından görünür ki, Ərizəçi də xəsarətlər almışdır. Məhkəmə bunu Ərizəçinin hadisə vaxtı alması qənaətinə gəlsə də, sonunda davanın qarşılıqlı olması qənaətinə deyil, yalnız Ərizəçinin xuliqanlıq etməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, Ərizəçinin özünü cəmiyy ətin fövqündə aparmış, özünün hamıdan üstün olmasını nümayiş etdirmişdir. Lakin, iş materiallarından görünür ki, həmin hadisə vaxtı hətta hadisənin baş verməsini gözləyən polislər hər hansı bir söyüş, cəmiyyətə hörmətsizlik eşitməmiş, guya onlar ancaq zərərçəkmiş şəxsin qışqırtısına hadisə yerinə gəlmişlər. Hadisə yerində bir nəfər belə mülki şəxs olmadığından üzədurma stajı olan Şahid7 şahid qismində istifadə edilmişdir. Halbuki, bütün polislər bildirmişlər ki, hadisə vaxtı mülki şəxslər olmamış, heç bir mülki şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.Sadıqovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dö vlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qə rarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.2-ci maddəsinə görə “Eyni əməllər: 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə— altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilir ki: “4. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarının 6-cı bəndində deyilir ki: “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi i lə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə “Məhkum 19 aprel 2022-ci il tarixdə saat 21:15 radələrində ictimai yer olan ünvan 3 ünvanında yolun kənarındakı səki ilə telefonuna baxa-baxa piyada hərəkət də olarkən həmin səki ilə onunla əks istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs yanından keçərkən çiyin nahiyəsi ilə sonuncuya toxunması ilə əlaqədar Zərərçəkmiş şəxs ona haqlı olaraq hərəkətləri nəticəsində avtomobil yoluna yıxılacağını və yola baxmalı olduğunu bildirməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini, etinasızlığını göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs yaxasından tutub yerə yıxmaqla əlbəyaxa olmuş, sonra isə qərəzli hərəkətlərini davam etdirib üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağını silah qismində istifadə etməklə həmin bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyyəsindən iki dəfə vuraraq sonuncuya insan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarnın ön divarının daxilə (periton boşluğuna) nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə nəticələnən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, gövdənin sol yarısının hematoması, qarnın ön, sağ diz oynağının və sağ baldırın ön səthlərinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş və xuliqanlıq etmişdir.” Məhkum Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması ilə bağlı ittihamla özünü təqsirli bilməsə də, Zərərçəkmiş şəxs, şa hidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid3, Şahid6 və Şahid7 ifadələri, 9 may 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 aprel 2022-ci il tarixli protokol, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında 27 aprel 2022-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 292 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının 19 may 2022-ci il tarixli 314 nömrəli rəyi, məhkəmə-daktiloskopik ekspertizasının 4 may 2022-ci il tarixli 22/349R nömrəli rəyi, məhkəmə-genetik ekspertizasının 7 may 2022-ci il tarixli 22/359R nömrəli rəyi, məhkəmə tibbi-bioloji ekspertizasının 30 iyun 2022-ci il tarixli 352/2022-MTBŞ nömrəli rəyi, məhkəmə tibbikriminalistik ekspertizasının 30 iyun 2022-ci il tarixli 291/MTKŞ-2022 nömrəli rəyi, “əşyaya baxış keç irilməsi və tədqiqat üçün nümunələrin götürülməsi barədə” 20 aprel 2022-ci il tarixli protokol, üzləşdirmə protokolları və istintaq zamanı toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətində Zərərçəkmiş şəxs heç bir xəsarət almamasına dair irəli sürülən dəlilləri əsassız hesab edir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs xəsarət alıbalmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizasının təyin edilməsi və rəyin alınması zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələblərinə görə “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslan dırılması mübahisə edən tərəfin üzərinə düşür.” Lakin müdafiə tərəfi heç bir əsaslandırma aparmadan məhkəmə tibb ekspertizasının sübut kimi qəbul olunmasının yolverilməzliyi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Bununla belə, məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin yuxarıda istinad olunan norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı halda, ona Аzərbаycаn Respublikаsı CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə məhkum olunmuşdur. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kolle giyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında verilən şərhlərə, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqs iri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” məsuliyyət mü əyyən edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olun an ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün ola n dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1N-li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohum lar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri və işin hallarında təsvir olunan nəticəyə görə mübahisənin gedişində təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədilə ictimai yer olan ünvan 3 ünvanında yolun kənarındakı səki ilə telefonuna baxa-baxa piyada hərəkətdə olarkən həmin səki ilə onunla əks istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs yanından keçərkən çiyin nahiyəsi ilə sonuncuya toxunması ilə əlaqədar Zərərçəkmiş şəxs ona haqlı olaraq hərəkətləri nəticəsin də avtomobil yoluna yıxılacağını və yola baxmalı olduğunu bildirməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini, etinasızlığını göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş, bununla da CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri həmin nəticə əsassızdır. Belə ki, Məhkum silah qismində istifadə olunan əşyadan istifa də etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etməsi nədə ifadə olunduğu məhkəmələr tərəfindən araşdırılmamışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxslə mübahisə edərkən hadisə yerində və oraya yaxın ərazidə hadisəni görən heç kim olmamış, sonradan hadisə yerinə səs-küyə gələn şəxslər yalnız polis əməkdaşları olmuşdur, bu hal şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid3, Şahid6 və Şahid7 ifadələri ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə saat 21 radələrində iftar açıb yemək yedikdən sonra həyətə düşüb 220 saylı orta məkt əbin yaxınlığında gəzməyə başlamış, həmin vaxt 24-cü Polis Şöbəsində növbətçi vəzifəsində işləyən Şahid2lə rastlaşıb birlikdə gəzmişlər. Həmin ərazidə gəzərkən bir qədər aralıda, yolun kənarında səs-küy eşitmişlər. O istiqamətə baxanda iki nəfərin mübahisə etdiyini görüb onlara tərəf gedərkən bu şəxslərin əlbəyaxa olduğunu, bir-biri ilə çəkişərkən hər ikisinin yerə yıxıldığını görüb onlara tərəf qaçmağa başlamışlar. O, “Dayanın, polis!” deyərək sürətini artırmış, bu zaman adını sonradan bildiyi Məhkum qaçmağa cəhd etmiş, amma X ilə birlikdə məhkumi tutmuşlar. Məhkum çırpınaraq onların əlindən qaçmağa çalışsa da onun qaçmasına imkan verməmişlər. O, yerdə qan izləri olduğunu, digər şəxsin isə əlini qarnına tutub çətinliklə yeriyərək uzaqlaşdığını görüb ona 102 Xidmətinə zəng etməsini bildirm işdir. Bir qədər sonra ora Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyən Şahid3 gəlmiş və məhkumi saxlamaqda onlara kömək etmişdir. Bir qədər sonra onların yanına hadisə yerindən təqribən 200 metr məsafədə yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməliyyat qrupunun üzvləri Şahid4 və Şahid5 gəlib Məhkum Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparmağa kömək etmişlər. Onlar Məhkum Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid5, Şahid3, Şahid6 və Şahid7 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum tərəfindən xuliqanlıq cinayətinin Azər baycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən heç bir sübut, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri və s. yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qə rarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən əsassız olaraq Məhkum Azərbaycan Respu blikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmiş və məhkəmələr də onu əsassız olaraq həmin maddə ilə məhkum etmişlər. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 221.3-c ü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Məhkum əməlində cinayət tərkibi olmadığına görə həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum üzərində ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-112/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-112/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver