Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1120/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər X18 oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) 14 avqust 2023-cü il tarixli hökmü ilə 6 mart 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərh al məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 19 oktyabr 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə bəraət verilməsinə dair 1xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 1 ədəd ov bıçağını qanunsuz olaraq əldə edərək özünə məxsus, idarə etdiyi və mülkiyyətçisi olduğu "vAz-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla gəzdirmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 6,242 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Vüsal Sadıxovun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Vüsal Sadıxov 23 avqust 2022-ci il tarixdə saat 15:50-də ünvan 2 ünv anı yaxınlığında idarə etdiyi “VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq Daxili İşlər Nazirliyinin ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasına dəvət edilib həmin avtomobili ilə birgə gətirildikdən sonra orada həmin gün saat 17:05-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda ümumilikdə 6,242 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Vüsal Sadıxovun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 3,100 qram və 3,142 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra 23 avqust 2022ci il tarixdə saat 18:11-dən eti barən qeyd edilən idarənin inzibati binasının həyətində Vüsal Sadıxovun özünün razılığı və iştirakı ilə ona məxsus həmin “VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı həmin 01 ədəd ov bıçağı qını ilə birlikdə “VAZ- 2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı ön saxlanc yerindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə hökmündə X6 CM-in 228.4 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verməsi ilə əlaqədar gəlinən nəticəyə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən təhqiqat və ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, tələbləri, o cümlədən, müdafiə hüquqları ciddi şəkildə pozulmuş, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuşdur. Birinci instansiya məhkəməsində baxış zamanı təqsirləndirilən şəxs qismində dindirilən X11 ona qarşı CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitə və silah on aid olmamış, saxlananıldıqdan sonra qeyri-insani rəftara məruz qalmışdır. Narkotik vasitələrin satıcılarını sıxışdırdığı üçün qərəzli şəkildə barəsində cinayət işi başlanmış və saxlanılmamışdan qabaq bir dəfə də "narkobiznesin" əməkdaşları tərəfindən saxlanılmış, müayinəd ən keçirildikdən sonra sərbəst buraxılmışdır. Məhkəmlər heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi olmaması, “ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi” prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxsin tutulma yerini mübahisələndirmişdir ki, bu fakt ittiham tərəfi üçün anlaşılmaz olaraq qalmışdır. Belə ki, şahidlər ifadələrində Şahid1, Şahid3, Şahid2, Şahid4 Vüsal Sadıxovun ünvan 4 ünvanının yaxınlığında avtomobilin yanında saxlanıldığını göstərmişlər. İş materiallarında olan "xxxx" MMC-dən 04 noyabr 2023-cü il tarixdə daxil olan CD diskdə əks olunan məlumatlarda faktiki olaraq eyni ünvanı özündə əks etdirmişdir. Lakin məhkəmə hansı əsaslarla iş üzrə müdafiə tərəfinin verdiklə ri ifadələri əsas götürməsini hökmündə əsaslandıra bilməmiş, aradan qaldırılmayan şübhə olmadığı halda müdafiə tərəfinin şahidlərinin ifadələrini əsas götürmüşdür. Vüsal Sadıxovun narkotikin vasitələrlə əlaqəsinin olmasını təsdiq edəcək əsas sübutlardan biri də 24 avqust 2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyidir. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı X8 opioidiərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə təqsirləndirilən şəxs X9 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın bünövrəsini təşkil edən sübutların qanunsuz yolla əldə olunması müəyyən edilməsini və məhz bu əsasa görə təqsirləndirilən şəxsin barəs ində bəraət hökmü çıxarılması nəzərdə tutulduğundan ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sair sübutların toplanması zamanı yol verilmiş pozuntulara, o cümlədən "şəxsi axtarış aparılması və götürmə barədə" protokolu, ibtidai İstintaq və məhkəmə baxışı mərhələsində şahid qismində dindirilmiş Şahid4, Şahid1, Şahid2, Şahid3 ifadələrinə, habelə məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəylərinə hüquqi qiymət verilməsinə zərurət olmadığını hökmündə göstərmişdir. Məhkəmə kollegiyası hökmündə əməliyyat-axtarış subyektlərinin əməllərinin qanunsuz olması mübahisləndirmiş və digər sübutlarla ziddiyət təşkil etdiyini göstərmişdir. Lakin məhkəmə- narkoloji ekspertizası şəxsin narkomaniya xəstəliyinə düçar olubolmamasını məsələsini tədqiq edir və məhkəmə araşdırması zamanı eksper tizanın qanunsuz keçirilməsinə dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən alınmış şahid ifadələrini məhkəmə baxışı zamanı müdafiə tərəfinin sübutları ilə müqayisəli şəkildə tədqiq edərək müdafiə tərəfinin təqdim etdiyi şahid ifadələrini daha inandırıcı qəbul edərək bəraət hökmü çıxarmışdır. Hansı ki, apellyasiya icraatı zamanı dindirilmiş Vüsal Sadıxov həmin ifadələri və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəni əsas hissədə inkar etmişdir. Belə ki, Vüsal Sadıxov bildirmişdir ki, onun işlətdiyi obyektdə polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilməmiş, o, özü cibindəki əşyaları çıxardıb stolun üstünə qoymuş və şalvarın bel hissəsini polis əməkdaşlarına göstərmişdir. Məhkəmələr hökmdə polis əməkdaşlarının bilə-bilə yalan if adə verməsi qənaətinə gəlsə də tutarlı əsaslarla həmin halı əsaslandırmamış və barələrində hər hansı bir hüquqi tədbir görməmişdir. Cinayət faktının müəyyən edilməsi, lakin həmin halla bağlı tədbir görülməməsi özlüyündə şübhəli, ziddiyətli hal olmaqla, qanunsuz olmuşdur. Halbuki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı polis əməkdaşlarının təqsirləndirilən şəxslə ədavət və düşmənçiliyi, sonuncuya qarşı qərəzli münasibəti müəyyən edilməmişdir. Belə bir halın olması da iş materiallarında öz əksini tapmamışdır. Kassasiya protestində X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət iş inin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassa siya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya ins tansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının t ələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddi r, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının (bundan sonra mət ndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub- olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəz ifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin ş əxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdi rilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə q ərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin X9 Cinayət Məcəlləsini 234.4.3-cü maddəsi ilə bəraət verməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab verdiyi müəyyən olunur. Belə ki, kassas iya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymət ləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Vüsal Sadıxova ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşan kassasiya məhkəmə kollegiyası qeyd edir ki, həmin məhkəmə Vüsal Sadıxovun təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onlar ın mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan görünür ki: Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, icarə müqaviləsi əsasında xalası oğlu ilə birlikdə işlətdiyi "Çay evi”ndən 100-120 manat arası pul götürməklə gündəlik dolanışığını təmin etmişdir. Yaşadığı müddət ərzində nəinki narkotik vasitələri, heç tütün məhsulu olan siqaret belə çəkməmişdir. O, yaşadığı ərazidə narkotik vasitə satı cılarını, "bariqa” adlanan şəxsləri sıxışdırdığı üçün ona qarşı qərəzli şəkildə cinayət işi başlanılmış və məhkəməyə göndərilmişdir. O, yaşadığı ərazidə olan narkotik vasitə satıcılarına dəfələrlə bildirmişdir ki, bu yaxşı bir iş deyil və bu əməllərdən əl çəkmək lazımdır. Narkotik vasitə satıcıları ətrafda nə qədər çox olarsa, narkotik vasitə aludəçilərinin müalicə olunması o qədər çətin olur. O "Bandotdel” tərəfindən tutulmamışdan əvvəl də bir dəfə "Narko Biznesin” əməkdaşları tərəfindən həmin ilin aprel ayında saxlanılmışdır. Saxlanılan zaman həmin şəxslər ona qan analizində narkotik vasitə və psixotrop maddələr aşkar olunacağı təqdirdə həbs olunacağı, müvafiq qan nümunələrində narkotik vasitələrin mövcudluğu barədə neqativ nəticələr əldə olunacağı halda idarədən sərbəst buraxılacağı bil dirilmişdi. O, Yasamal rayonunda olan Bakı şəhəri Narkoloji Dispanserinə gətirilmiş, ondan götürülmüş nümunələrdə narkotik vasitələr, psixotrop maddələrin mövcud olması müəyyənləşdirilməmiş, analizin nəticələri barədə ona sənədin surəti, "Narko Biznesin” əməkdaşlarına isə əsli təqdim edilmişdir. Həmin hadisədən bir neçə müddət sonra icarə əsasında işlətdiyi obyektə təxmini olaraq 10-12 nəfər şəxs daxil olmuş, ona müqavimət göstərməməsini bildirmişdirlər. O isə anlaşılmaz bir vəziyyətdə bildirmişdir ki, "siz kimsiniz və mən niyə müqavimət göstərim sizə”. Çay evinə polis əməkdaşları daxil olan zaman Peyman və ondan başqa qab yuyan kimi çalışan "Mətanət” adlı qadın da olmuşdur. Vüsal Sadıxov həmçinin bildirmişdir ki, onu İdarəyə aparmaq üçün gələn polis əməkdaşlarının çoxluğu çayxanada müştər ilərin çox olacağı təqdirdə müqavimətin alınması zərurəti ilə əlaqədar olmuşdur. Ondan belindəki bıçağın verilməsi istənilmiş, üzəri axtarılmış, çay evində əyləşdiyi divanın üstü-altı yoxlanılmış və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Onu avtomobilinin yanına gətirərək, maşınında narkotik vasitə aşkar etdiklərini bildirmişdirlər. Daha sonra bir şəxs əlində bıçaqla gələrək bıçağın ona məxsus olduğunu və bıçağı çay evində divanın altında gizlətdiyini bildirmişdir. Peyman adlı şəxs də onunla birlikdə idarəyə aparılmışdır. İdarədə olan zaman qanunsuz əşyaların (silah və narkotik vasitənin)özünə məxsus olmasını söyləmək ondan tələb edilmiş, 5 ildən 12 ilə kimi istirahətə gedəcəyi kinayəli şəkildə ona bildirilmişdir. Narkotik vasitənin və bıçağın ona məxsus olması barədə polis əməkdaşların ın göstərişi ilə razılaşsa da daha yüngül maddə ilə ittiham olunmasını xahiş etmiş, onlar isə belə bir şeyin mümkün olmayacağını bildirmişdirlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında elə hadisələr baş vermişdir ki, o, onlarla razılaşmağa məcbur olmuşdur. Təqsirləndirilən şəxs o idarədə döyülməyən adam olmadığını vurğulayaraq, fiziki təzyiqə yəni, şillə, yumruq, təpik zərbəsinə, əsasən də psixolji təzyiqə məruz qalması nəticəsində polis əməkdaşlarının göstərişləri ilə razılaşdığını, ona qarşı qanunsuz şəkildə elan edilmiş ittihamları qəbul etdiyini bildirmişdir. Belə ki, Peyman adlı yanında xidmət göstərən gənc şəxsin də şübhəli şəxs qismində onunla birgə İdarəyə gətirilməsinə görə çıxılmaz vəziyyətdə qalmış və polis əməkdaşlarının bu qanunsuz əməllərinə q arşı təmkinliyini qorumuşdur. Polis əməkdaşlarına özünün əvvəllər məhkum olunduğunu, Peymanın isə gənc olduğunu, onun heç bir təqsiri olmadığını bildirərək sonuncunun buraxılmasını xahiş etmişdir. İbtidai istintaqın sonuna kimi susmasının səbəbi də ona bu barədə verilən vədlər olmuşdur. İbtidai istintaq zamanı narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyi məzmunlu ifadələri polis əməkdaşlarının göstərişi ilə demişdir. İbtidai istintaq dövründə barəsində narkoloji eskpertiza keçirilərkən ondan heç bir nümunə götürülmədən narkotik vasitə istifadəçisi olduğu bildirilmişdir. Onların məhləsinin yanındakı dayanacaqda açıq bazar açmaqla narkotik vasitələri satan şəxsləri qovduğuna görə başına bu hadisələr gəlmişdir. Onunla eyni binada yaşayan "Rəşad” adlı narkotik vasitə aludəçisi olan şəxs ona demişdir ki, "narkotik vasitə satanlar olduğu üçün biz müalicə oluna bilmirik”. O ümumilikdə iki nəfər narkotik vasitə satıcısını, yəni "bariqanı” vurmuşdur, həmin şəxslərin harada yaşadığını və adını bilmir. Narkotik vasitələrin onun olduğunu söyləməli olduğunu biləndə özünə xəsarət yetirmək istəmişdir. İstintaq təcridxanasına gətirilən zaman xəsarət almasıyla bağlı heç nə deməmişdir. O ittiham aktını tərtib edən müstəntiqə onu şərləmələrini, müstəntiq isə ona kömək edə bilməyəcəyini bildirmişdir. Hadisələr onun işlətdiyi çay evində yerləşən kamera ilə qeydə alınsa da müvafiq kameradakı yaddaş kartı götürülmüşdür. Onun məhkumluğu olmuş, cəzasını çəkmişdir. O sonuncu dəfə azad olunduqdan sonra heç vaxt soyuq silah əldə etməmiş və üzərində gəzdirməmişdir. İşə apellyasiya instansiyası mə hkəməsində baxılan zaman təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitələrinin qanunsuz dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı ilə bağlı rəhbərliyə məruzə edilmiş və 23 avqust 2022-ci il tarixində əməliyyat qrupu yaradılmışdır. Nəsimi rayonu, Cavadxan küçəsi ünvanında yerləşən 17 saylı binanın qarşısına gedərək, saat 16:00-da orada iki nəfərin avtomobilin yanında dayandığını görmüş, onlara yaxınlaşaraq özünü təqdim etdikdə sonra təqsirləndirilən şəxs də özünün Vüsal Sadıxov olduğunu bildirmişdir. Daha sonra Vüsal Sadıxovu Baş İdarəyə dəvət etmiş, Baş İdarəyə gəldikdən sonra xidməti otaqda Vüsal Sadıxova yaxınlaşaraq üzərində olan əşyaları könüllü şəkildə verilməsini xahiş etmiş, şəxs üzərində olan iki büküm narkotik vasitə heroini təqdim etmiş, narkotik vasitə olan heroin götürülərək qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Narkotikin satışı ilə bağlı olan fakt öz təsdiqini tapmamış, lakin əməliyyat məlumatında narkotik vasitələrin satışı da olmuşdur. Avtomobilin ətrafında Vüsala yaxınlaşdıqları zaman Peyman onun yanında olması səbəbindən İdarəyə gətirilmişdir. Avtomobilin yanında Vüsal Sadıxova yaxınlaşdıqları zaman onun üzərinə axtarış keçirilməmişdir. Şəxs tutulduqdan sonra dərhal idarəyə gətirilmiş, üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Şəxsin üzərinə baxış keçirdikdən bir müddət sonra avtomobilinə də bax ış keçirilmişdir. Protokolun tərtib edilməsinin nə qədər müddət çəkdiyini xatırlamır. Videoçəkilişdə Peyman da iştirak etmiş, Vüsalın üzərindən aşkar edilmiş narkotik vasitədən xəbəri olmadığını bildirmişdir. Peymanın üzərinə də baxış keçirilmiş, ifadəsini aldıqdan sonra o sərbəst buraxılmışdır. Vüsal Sadıxovun üzərindən iki büküm narkotik vasitə olan heroindən başqa qeyri-qanuni əşya aşkar edilməmiş,o narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və satmayacağını bildirmişdir. Vüsal Sadıxovun avtomobilinə baxış keçirilərkən avtomobilin "bardaçok”undan bıçaq aşkarlanmış və o həmin bıçağın suvenir olduğunu qeyd etmişdir. Onun iş yeri və məşğuliyyəti, o cümlədən qazancı barədə məlumatı olmamışdır. Vüsal Sadıxovu vətəndaş olaraq əvvəllər heç bir yerdə görməmiş, Vüsal Sadıxovun bildird iyi, yəni onun çay evində işləyən zaman götürülməsi və həmin yerdə üzərinə baxış keçirilməsi, heç bir narkotik vasitə aşkar edilməməsini inkar etmişdir. Əməliyyat məlumatının məzmununda narkotik vasitənin miqdarı, narkotik vasitəni satacağı şəxslər barədə, o cümlədən kiminləsə əlbirlik etməsi barədə məlumat olmamışdır. O cümlədən, satış məqsədilə narkotik vasitə əldə etməsi əməliyyat məlumatında öz əksini tapsa da, aparılmış tədbirlər nəticəsində satış faktı öz təsdiqini tapmamışdır. Əməliyyat məlumatı yalnız Vüsal Sadıxovla bağlı olmuş, əməliyyat məlumatının tək Vüsal Sadıxovla bağlı olmasına baxmayaraq, onun yanındakı digər şəxs Peymanın Vüsalla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlbirliyi ola bilərdi deyə onlar Peymanı da idarəyə dəvət etmiş, Peyman şahid qism ində videoçəkilişdə iştirak etmiş və istintaq zamanı onun ifadəsi alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Şahid1 Vüsal Sadıxovun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. O, da əməliyyat qrupunun tərkibinə daxil edilmiş, Vüsal Sadıxovun yeri müəyyən edildikdən sonra 23 avqust 2022-ci il tarixdə günorta, saat təxminən 3-4 radələrində Nəsimi rayonunda ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onlar iki nəfər olmuş, avtomobilin içərisində olmamış yanında dayanmışdırlar. Onlar özləri isə 4 nəfər olmuşdurlar. Anket məlumatları dəqiqləşdirildikdən sonra hər ikisi idarəyə dəvət edilmişdir. İdarədə vəkilin iştirakı ilə Vüsal Sadıxovun üzərinə videoçəkilişlə baxış keçirilmiş, Vüsal Sadıxova üzərində qeyri-qanuni əşya olduğu təqdirdə təqdim edilməsi xahiş edilmişdir. O da üzərində 2 büküm heroin olduğunu bildirərək stolun üzərinə qoymuşdur. Narkotik vasitə onlar tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsin saxlanılmasında çay evi ilə bağlı detalları o araşdırmamış, onların hamısını, araşdırmanı əməliyyat qrupunun rəhbəri təşkil etmişdir. Onlar şəxsi saxlayaraq təhvil vermiş, sonrakı mərhələdə araşdırma təhqiqatçı və istintaq orqanı tərəfindən həyata keçirilmişdir. Digər şəxs X15 yanında olduğuna görə şübhə yaranmış və onu da bölməyə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə ilə bağlı bildirmişdir ki, o narkot ik vasitənin istifadəçisidir, həmin narkotik vasitəni tapmışdır. Şəxs özü avtomobildə bıçaq olduğunu qeyd etmiş,bu səbəbdən avtomobilə baxış keçirilmiş və bir ədəd bıçaq aşkar edilmişdir. Şəxs həmin bıçağın suvenir olduğunu göstərmişdir. Həm təqsirləndirilən şəxsə, həm də Peymana qarşı fiziki təzyiq göstərilməsinin şahidi olmamışdır. İşi istintaqa təhvil verənə qədər təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin özünəməxsusluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxsin yaxınlaşdığı yerin ünvanı dəqiq yadında deyil. Şəxsləri idarəyə dəvət etmiş və videoçəkiliş vasitəsilə baxış və axtarış istintaq hərəkətlərini həyata keçirmişlər. Birinci çəkilişlə bağlı protokol tərtib edildikdən sonra avtomobilə baxış həyata keçirilmişdir. Şəxs barəsində əvvəllər ona məlumat daxil olmamı şdır. Əməliyyat məlumatının məzmununda şəxs barəsində və şəxsin harada olması barədə məlumatlar əməliyyat qrupunun rəhbəri Şahid1 daxil olmuşdur. Vüsal və Peymanı çay evindən tutub aparmamışdırlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və "X20 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən ibtidai araşdırma orqanı tərəfindən sadalanan Qanunların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulması, X6 cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutların qəsdən saxtalaşdırılması, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunması barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X6 23 avqust 2022-ci il tarixdə saat 15:50-də ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi "VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq Daxili İşlər Nazirliyinin ünvan 3 ünvanında yerl əşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasına dəvət edilməsi barədə raport, təqsirləndirilən şəxs X11 üzərində "şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” tərtib olunan 23 avqust 2022-ci il tarixli qərar və müvafiq olaraq eyni tarixli protokol, avtomobilə "baxış və götürmə haqqında” 23 avqust 2022-ci il tarixli qərar və müvafiq eyni tarixli protokol, o cümlədən təqsirləndirilən şəxs Vüsal Sadıxovun şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduqları ifadələri, təqsirləndirilən şəxs Vüsal Sadıxovun üzərinə şəxsi axtarış, avtomobilinə baxış keçirilməsi prosesinin videogörüntüləri yükləndiyi DVD disk təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitəni, avtomobilində soyuq silahı təqdim etməklə verdiyi izahatı hissəsində, Azərbaycan Respublika sı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid4, Şahid3, Şahid2, Şahid1 həm ibtidai istintaq, həm məhkəmə iclası zamanı, Şahid5 ibtidai istintaq dövründə Vüsal Sadıxovun üzərində narkotik vasitə heroin olmasını bildirməsi hissəsində verdiyi ifadələri reallığı əks etdirmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş ürzə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham bir- biri ilə uzlaşmayan, biri digərini tamamlamayan sübutlarla əsaslandırılmışdır. Həmçinin, sübutetmə yükünün paylanmasına əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığından onun təqsirliliyinin sübuta yetirilməsi zamanı ittiham tərəfinin yol verdiyi boşluqlar özü tərəfindən qanunla yol verilən şərtlər çərçivəsində tamamlanmadığı təqdirdə həmin natamamlıqlar barədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq edilməsi müdafiə tərəfinin üzərinə düşməməklə ittiham tərəfinin mövqeyinə əsasən təkzib edilməlidir. Şahid ifadələrindən görünür ki, təqsirləndirilən şəxs Vüsal Sadıxov və şahidlər Aslan Peymanov, Ədalət Kələntərova və Ruslan Ələkbərli işlədikləri çay evinə ağ və qara maşınla 8-9 polis əməkdaşlarının gəldiklərini, idarəyə aparılmamışdan əvvəl xidmət göstərdikləri çay evində həm Şahid5, həm Vüsal Sadıxovun heç bir qərar təqdim edilmədən şəxsi axtarışa məruz qalmaları, üzərlərində olan əşyalarının çıxarılması, üzərlərindən qanunsuz hər hansı predmet aşkar edilməməsinə baxmayaraq başları aşağı salınaraq, əlləri arxadan bağlanaraq ayrı-ayrı maşınlara mindirilmələri, Vüsalın avtomobilinin isə gələn şəxslərdən biri tərəfindən idarə olunmaqla idarəyə aparılması xüsusatını təsdiq etmişlər. Ədalət Kələntərova isə bildirmişdir ki, polis əməkdaşlarından biri sonradan geri qayıdaraq guya divanın altından bıçaq tapmış, ondan bu kimindir sualına sonuncu hər səhər müştərilər gəlməmişdən əvvəl çay evini yığışdırdığını, divanların altını xlorladığını, bəzən aşkar edilən əşyaları sonradan sahiblərinə vermək üçün götürdüyünü bildirərək orada bıçaq olmasının qeyri-mümkün olması məzmununda cavab vermişdir. Kassasiya protestinin məhkəmələrin yalnız müdafiə tərəfinin ifadələrini əsas götürməsi və bunu əsaslandırmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində ifadə vermiş polis əməkdaşlarının ifadələri arasınd a ziddiyyətlər mövcud olduğundan, lakin müdafiə tərəfinin şahidlərinin verdiyi ifadələr bir-biri ilə uyğunluq təşkil etdiyindən məhkəmələr müdafiə tərəfindən çıxış edən şahidlərin ifadələrini mötəbər hesab etməkdə haqlı olmuşlar Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat məlumatının məzmunu barədə raportdan görünür ki, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ilə sonuncunun soyuq silah əldə etməsi, gəzdirməsi, habelə satış məqsədilə başqa şəxslərlə qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən narkotik vasitə əldə etmə, saxlama və idarə etdiyi avtomobildə qanunsuz əşya və ya predmet saxlaması barədə informasiya ehtiva edilmir. Qeyd olunan xüsusatlar şahid qismində dindirilən polis əməkdaşları tərəfindən də təsdiq edilmişdir. İş materiallarına əsasən müəyyən edilmişdir k i, təqsirləndirilən şəxs yanında olan dostu Şahid5la birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış istintaq hərəkətləri keçirilərkən o, avtomobilində silah olduğunu bildirdiyinə görə həmin nəqliyyat vasitəsinə baxış keçirilərək silah aşkar edilərək götürülmüşdür. Nəqliyyat vasitəsinə baxış və götürmə protokolundan görünür ki, müvafiq istintaq hərəkəti keçirilərkən avtomobil artıq İdarənin həyətində olmuşdur. Təqsirləndirilən şəxsin "yanında dayandığı avtomobillə” birgə idarəyə gətirilməsi barədə məsələ nə təqsirləndirilən şəxsin İdarəyə gətirilməsinə dair tərtib edilmiş müvafiq raportda, nə şəxsi axtarış və götürmə, nə də nəqliyyat vasitəsinə baxış və götürmə protokollarının giriş hissəsində öz əksini tapmamış (həmin protokollarda və raportda y alnız X16 Aslanovla birgə gətirilməsi məsələsi öz əksini tapmışdır), sonradan həmin boşluqlar ibtidai istintaq dövründə Şahid4, Şahid3, Şahid2, Şahid1 dindirmə protokollarına "təqsirləndirilən şəxsin idarə etdiyi avtomobillə İdarəyə gətirilməsi” məzmunda ifadələr əlavə edilməklə, o cümlədən ittiham aktında sübut qismində istinad edilməklə göstərilən "şəxsi axtarış protokoluna” iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu və ona əlavə edilən DVD məlumatlarına zidd olaraq "həmin avtomobili ilə birgə gətirildikdən sonra sözləri qeyd edilməklə aradan qaldırılmasına cəhd göstərilsə də həmin avtomobilin kim tərəfindən idarə olunaraq İdarayə gətirilməsi, habelə Vüsal Sadıxovun hansı avtomobildə idarəyə gətirilməsi məsələsi qeyri-müəyyən olaraq qalmışdır. Vüsal Sadı xov isə həm şübhəli, həm təqsirləndirilən şəxs qismində ifadə verərkən özünün idarəyə dəvət edilməsi, həmçinin avtomobilinin idarəyə aparılmasını bildirmişdir. Cinayət işi üzrə toplanmış sübutlarla Vüsal Sadıxovun polis əməkdaşlarına məxsus avtomobildə, ona məxsus avtomobilin isə polis əməkdaşları tərəfindən idarə olunaraq idarəyə gətirilməsi təkzib edilmədiyindən, həmin nəqliyyat vasitəsinin açarlarının isə sonradan şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi həmin avtomobildən götürülən bıçağın həqiqətən Vüsal Sadıxova məxus olması halı da daxil olmaqla bütövlükdə onun üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin nəticələrinin və bu zaman tərtib olunan protokolu və ona əlavə edilmiş DVD-də göstərilən video görüntülərin mötəbərliliyini şübhə altına alır. Digər tərəfdən cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs Vüsal Sadıxova həm Cinayət Məcəlləsinin 228.4, həm də 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını şəxsi axtarış və götürmə istintaq hərəkətləri, avtomobilinə baxış və götürmə istintaq hərəkətlərinin protokolu və video görüntüləri özündə əks etdirən DVD disk, Vüsal Sadıxovun həmin istintaq hərəkətləri keçirilən zaman verdiyi izahlar, habelə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində, şahidlər Şahid5, Şahid1, Şahid3, Şahid2, Şahid4 tərəfindən verilmiş ifadələr təşkil etmişdir. "Bakcell” MMC-dən 4 noyabr 2023-cü il tarixdə daxil olan CD diskdə əks olunan təqsirləndirilən şəxsin 23 avqust 2022-ci il tarixdə tutulduğu saatda olduğu yer barədə məlumatlar ilə təqsirlənd irilən şəxsin xidmət etdiyi çay evindən aparılması halı təkzib edilmir. Təqsirləndirilən şəxsin, əsasən psixoloji təzyiq altında şəxsi axtarış zamanı avtomobilində qanunsuz əşya saxlamasını söyləməyə, əvvəlcədən ona verilmiş narkotik vasitəni cibinə qoyaraq videoçəkiliş zamanı təqdim etməyə razılaşmasını bildirməklə narkotikdən istifadə etməməsi, narkomaniyadan əziyyət çəkməsi və guya qanında və sidiyində narkotik vasitə aşkar edilməsi barədə iş materiallarında olan ekspertiza rəylərini mübahisələndirməklə tutulmasını "bəzi qurumlarla” olan ədavəti ilə izah edərək əvvəllər də polis əməkdaşları tərəfindən sidik analizi verməyə məcbur edilməsi, lakin ondan götürülmüş analizlərdə narkotik vasitə aşkarlanmaması barədə ifadəsinin təsdiq edilməsi üçün təqdim etdiyi 20 aprel 2022-ci il tarixli "B akı şəhəri Narkoloji Mərkəzi” tərəfindən verilmiş Aktla müəyyən edilmişdir ki, X8n göndəriş əsasında götürülmüş sidik nümunələrində AmP, THC, OPİ, MTD, MOP aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bir-biri ilə ziddiyyət təşkil edən təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə informasiyanı ehtiva edən və onun tutulması üçün əsas olan əməliyyat məlumatı ilə sonuncunun narkotik vasitələri əldə etməsi, satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilə bilinməməsi barədə əməliyyat axtarış tədbirlərinin nəticələrini, onun istifadəsində olan mobil telefon və telefon nömrəsi vasitəsilə aparılmış danışıqlarda narkotik vasitələrin əldə edilməsi, satışı, istifadəsi ilə bağlı hər hansı məlumata rast gəlinməmə si, qanunsuz olaraq soyuq silah əldə etməsi mənbəyi barədə məlumatların əldə edilməsi istiqamətində isə ümumiyyətlə hər hansı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməməsi kimi halları müqayisə etməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qənaəti ilə razılaşır və hesab edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas olan əməliyyat məlumatının təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq soyuq silah saxlaması barədə informasiyanı ehtiva etməməklə yalnız Vüsal Sadıxov barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı olması, lakin 23 avqust 2022-ci il tarixli raporta əsasən Şah id5 da Vüsal Sadıxovla bərabər 23 avqust 2022-ci il tarixdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsi, Vüsal Sadıxov barəsində şəxsi axtarış, götürmə və baxış istintaq hərəkətinə "statusu bəlli olmayan şəxs” qismində cəlb edilməsi, təhqiqatçının təkliflərinə əsasən üzərində olan əşyaları təqdim etməsi, 23 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək olduğu yerin müəyyən edilməməsi, onun "bəlli olmayan statusuna” istintaqın sonunda "Sübutların qiymətləndirilməsi haqqında” qərar qəbul edilənədək qiymət verilməməsi hallarının birgə qiymətləndirilməsi Vüsal Sadıxovun, Aslan Peymanovun, Ədalət Kələntərovanın, Ruslan Ələkbərlinin verdiyi ifadələrin reallığı (yəni, Vüsal Sadıxovun əvvəlcədən xidmət etdiyi çay evində üzərinə baxış keçirilməsi, üzərində qanunsuz əşya olmaması, bıçaq gəzdirməməsi, Vüsal Sadıxovun özünün polis əməkdaşları ilə birgə onlara məxsus avtomobildə aparılması, avtomobilinin isə polis əməkdaşlarının biri tərəfindən idarə olunaraq aparılması, sonradan onun avtomobilindən aşkar edilməsi iddia edilən bıçağın əslində sonuncunun xidmət etdiyi çay evində "guya” divanın altından götürülməsi, Şahid5 da Vüsal Sadıxova təzyiq vasitəsi kimi aparılması) əks etdirməsi, Vüsal Sadıxovun üzərinə şəxsi axtarış aparılarkən tərəfindən narkotik vasitə təqdim edilməsinə, avtomobilində silah saxlamasını bildirməsinə, avtomobilinə baxış keçirilərkən həmin silahı təqdim etməsinə, habelə məhkəməyə qədər icraat dövründə dindirilərkən öz əleyhinə ifadə verilməsinə Şahid5 da iştirakçı qismində cinayət məsuliyyətinə cəlb edilməsinə dair psixi zorakılıq, hədə qorxu ilə məcbur edilməsi, həmin hədənin real olması barədə qənaətə gəlmək üçün əsasdır. Belə ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr o lmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası X9 ittiham irəli sürülməsi üçün əsas olmuş sübutların Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında X9 qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunm asında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Vüsal Sadıxovun təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə bəraət vermişdir. Belə ki, X6 barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə q iymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmamasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Vüsal Sadıxovun CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə g örə apellyasiya instansiyası məhkəməsinin razılaşdığı birinci instansiya məhkəməsinin ona həmin maddələr ilə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuş, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla mübahisələndirən qərarın ləğv olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş mate rialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedi ci qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş sübutlar CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübutlar hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən X6 qəsdən soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 01 ədəd ov bıçağını qanunsuz olaraq əldə edərək özünə məxsus, idarə etdiyi və mülkiyyətçisi olduğu "vAz-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlam aqla gəzdirməsi, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 6,242 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutların həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Beləliklə apellyasiya instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Vüsal Sadıxovun ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Bu sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. Beləliklə, ibtidai araşdırma orqanının X6 CM-in 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilməsinə dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələr ə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələ blərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməs i məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın X6 CM-in 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələni tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixl i qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında X6 təqsirsiz olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya protestinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublik ası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1120/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1120/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver