Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1121/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, zərərçəkmiş şəxsin hüquqi varisi X41 qızının, Məhkum və müdafiəçisi-vəkil Müdafiəçi iştirakları ilə, Ağstafa rayon məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X41 və məhkumun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağstafa rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İ.Y.Əliyev) Məhkum- 25 aprel 1977-ci il tarixdə Qazax rayonunun ******** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, iki uşaq atası, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonunun ******** kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 314.2-ci maddələri ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müd dətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 14 oktyabr 2014-cü il tarixdən Ağstafa rayon Polis Şöbəsiniı cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyərkən Vəzifəli şəxs olaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin 1-c bəndinə və 19cu maddəsinə əsasən cinayət törətmiş və istintaq zamanı axtarışda olan şəxslərin tutulub istintaqa təqdim edilməsinə cavabdeh şəxs olmaqla, öz işinə vicdansız və laqeyd münasibət nəticəsində əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbəri kimi öz səlahiyyətlərinin icrası zaman insanların həyat və sağlamlığını təhlükə altına alan hərəkətlərə yol verilməməsinə, əməliyyat-axtarı tədbi rləri təşkil olunub həyata keçirilərkən qanunçuluğa əməl olunmasına nəzarət etməli, əməliyyat axtarış tədbirlərinə digər polis qüvvə və vəsaitlərinin cəlb edilməsi haqqında işlədiyi orqanu rəhbərinə təkliflər verib həmin tədbirlərin icrasında yaxından iştirak etməli və bu işlərə görə fərd məsuliyyət daşıdığı halda öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, 17 may 2016-cı ildə X9 Ağstafa rayonu, ******* kəndində qardaşı S6 evini yandırdığı üçün Ağstafa rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 186.2.2-c maddəsi ilə başlanılmış cinayət işi üzrə istintaqdan qaçıb gizləndiyinə görə axtarılması ilə əlaqədar onun barəsində həyata keçirilən tədbirlərə rəhbərlik etməli olduğu halda, axtarış işini lazırr səviyyədə təşkil edə bilməməsi səbəbindən, yenidən cinayət törətməsi təhlükəsi olan və vaxtında tutulub istintaqa təqdim edilməməklə azadlıqda qalmış T6 bundan istifadə edərək qardaşı X27 rayonu, ******* kəndində köçüb sığındığı, qızının əri X16 məxsus evi də yandıracağı ilə hədələyərək 2016-cı ilin may ayının sonlarında öz niyyətini həyata keçirmək üçün odlu silahla silahlanıb qeyd edilən ünvana gəlmiş, lakin T6 qaça bilməsi ehtimal olunan istiqamətlərdə postların təşkilini və onun tutulması üçün lazımı tədbirlərin dərhal icrasını təmin etmədiyinə görə sonuncu bu vəziyyətdən istifadə edərək üstündə gəzdirdiyi odlu silahdan əməliyyata cəlb olunmuş Ağstafa RPŞ-in PPX-nin əməkdaşı V6 a bir dəfə atəş açıb çaşqınlıq yaradaraq hadisə yerindən qaçıb getmiş, bundan sonra da əməlini davam etdirərək, T6 06 iyun 2016-cı ildə Məcid Nəbiyevə məxsus evi yandırmaq məqsəd i ilə təkrar həmin ünvana gəlmiş və onun tutulması üçün zəruri tədbirləri qabaqcadan görmədən evin yaxınlığında dayanmış polis əməkdaşlarına yenə odlu silahdah atəş açaraq qaçıb getmiş, Ağstafa rayon Polis Şöbəsinin icraatında olan cinayət işi üzrə 11 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan olunmuş T6un tutulması istiqamətində 17 iyun 2016-cı il tarixdən 18 iyun 2016-cı il tarixə keçən gecə X16 məxsus Ağstafa rayonu ******* kəndində yerləşən evdə və evin ətrafında əməliyyat-axtarış tədbiri həyata keçirərkən, axtarışda olan şəxsin silahlı olması ehtimalı olduğu, bu səbəbdən polis əməkdaşları xidməti silahlarla təchiz olunmaqla, əməliyyatın ciddiliyini nəzərə almadan, əməliyyat şəraitini düzgün qiymətləndirməyərək və əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşlarına pusquda durduğu yer barədə məlumat verməli olduğu halda məlumat verməmiş, Məcid Nəbiyevə məxsus evdən 165 metr məsafədə ağaclıq və kolluq ərazidə T6un tutulması məqsədi ilə gizlənmiş və onun pusquda olduğu yer barədə məlumatı olmayan, onun istiqamətində hərəkət edən əməliyyata cəlb edilmiş Ağstafa rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyən, polis serjantı X29 həmin əraziyə doğru gedərkən onun pusquda olduğu yerdə axtarışda olan T6 olmasını zənn edərək, V6 üzərində olan xidməti “Makarov” markalı ŞR 4484 nömrəli 9 mm kalibirli yarımavtomatik tapança ilə həmin istiqamətə bir neçə dəfə atəş açmış, o isə atəş açan şəxsin əməliyyatda iştirak edən polis nəfəri olmasını bilmədiyi halda, həmin ş əxsin T6 olmasını zənn edərək, xidməti istifadəsində olan “Makarov” markalı CA 2242 nömrəli 9 mn kalibirli yarımavtomatik tapança ilə V6 istiqamətində atdığı atəşlər nəticəsində ehtiyatsızlıqdan ağır nəticəyə-V6 a başın, giriş dəliyi almın sol yarısında qaşüstü nahiyədə, çıxış dəliyi ənsə nahiyəsində olan, baş beyin toxumasının əzilib-dağılması, yan mədəciklərə, yumşaq beyin qişasına qansızmalar, alın, ənsə sümüklərinin sol gicgah və təpə sümüyünə keçən qəlpəli sınığı və sol gözətrafı nahiyədə dərialtı qansızma ilə müşayiət olunan bir ədəd dəlib keçən odlu silah güllə yarası, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirmiş, V6 almış olduğu xəsarətlərdən 22.06.2016-cı il tarixdə xəstəxanada ölmüşdür. Bu hərə kətləri ilə Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi, habelə işin digər halları ilə sübuta yetirilir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X41 və məhkumun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 26 aprel 2019-cu il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X41 qızının apellyasiya şikayəti qismən təmin edilərək, qərar dəyişdirilmiş, Məhkum təy in edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) aya artırılmışdır. Məhkumun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X41 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, Məhkum cinayət əməlini Azərbaycan Respublikası CM-nin 308.2-ci və 309.2-ci maddələrinə də tövsif etməklə ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti versə də, məhkəmə baxışı başlananadək məhkum ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü və kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs in hüquqi varisi X41 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə bütün məhkəmə eksperimentlərinin düzgün aparılmamasına məhkəmə heç bir məhəl qoymamışdır. V6in qan izinin aşkar edildiyi yer torpaq yoldan hadisə yerinə doğru 4,7 metr məsafədə yerləşməsini göstərsələr də, lakin ballistik ekspertizanın rəyinə görə guya V6in atəş açdığı məsafə 1,9 metr olmuş, ancaq V6in qan izinin aşkar edildiyi yerlə həmin Ağac arasında 15 metr məsafə vardır, buna görə də V6in A6a atəş açmağa imkanı olmamışdır. Bir daha nəzərinizə çatdırıram ki, A6 törətdiyi hadisənin hüquqi nəticəsini bildiyi üçün V6i vurduqdan sonra onu sürüyərək hadisə yerini dəyişərək müəyyən izləri itirmişdir. Şahidlər ancaq iki güllə səsi eşitdiklərini bildirmişlər, lakin heç kim 9 güllə səsini eşitdiyini billdirmə mişdir. məhkəmə şahidllərin ifadələrində göstərdikləri güllə səsi ilə bağlı, həm də digər ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Məhkəmə Məhkumlə polis əməkdaşları arasında olan telefon danışıqlarını hadisə törədildikdən sonra nə vaxt və nə barəsində olduğunu araşdırmamışdır. A6 hadisə zamanı içkili olduğu üçün 1,9 metr məsafədən öz polis əməkdaşını tanımaması heç də inandırıcı deyil. Hadisə zamanı onun içkili olub-olmamasını müəyyən edilməsi üçün tibbİ müayinədən keçirilməmişdir. Hadisənin səbəbkarı olan T6 məhkəmə iclasına gətirilməmiş və onun nə dərəcədə təhlükəli cinayətkar və hadisə zamanı silahlı olub-olmamsı müəyyənləşdirilməyib. Onun bədən quruluşca V6lə oxşar olub-olmaması həm ibtidai istintaqda və həm də məhkəmə iclasında dəqiqləşdirilməmişdir. Məhkum vəzifə səlahiyyətini aşara q öz əməkdaşını qəsdən vurmuş, cinayət hadisəsini qəsdən törətmişdir. Ona gör də onun əməli həm də Azərbaycan Respublikası CM-nin 308.2 və 309.2-ci maddələri ilə də tövsif edilməlidir. Məhkum cinayət əməlinin istintaqı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə keçirilərək, törətdiyi ağır cinayətlərə görə deyil yalnız CM-nin 314.2-ci maddəsinə tövsif edilmiş, Ağstafa rayon məhkəməsi də ona həmin maddə ilə ona cəza təyin etmişdir. İstər ibtidai istintaq, istər birinci və Apellyasiya instansiya məhkəmələri hadisə yerini, yəni Məhkum oğlum X21 odlu silahla vurduğunu, hadisənin faktiki vaxtını, hadisə zamanı odlu silahdan neçə dəfə atəş açıldığını, V6 vurulduğu vaxtdan neçə vaxt sonra ona ilkin tibbi yardım göstərildiyini, xəstəxanaya məlumatın hansı vax t daxil olmasını müəyyən edə bilməmiş, şahidlərin məhkəmədə verdikləri ifadələrdə olan ziddiyyətlərə hüç bir əhəmiyyət verilməmiş və bununla da cinayət işini tam saxtalaşdıraraq, qeyri-obyektiv hökm çıxarılmışdır. Bütün bunların tam araşdırılması üçün məhkəməyə verdiyi vəsatətlər qərəzli olaraq təmin edilməmişdir. Apellyasiya məhkəmə kollegiyası da bütün halları araşdırmadan qanuna zidd qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarının ləğv edilərək, Məhkum cinayət əməlini Azərbaycan Respublikası CM-nin 308.2-ci və 309.2-ci maddələrinə də tövsif etməklə ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə məhkəmə iclasında iştirak edən Məhkum ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, müdafiəçinin və məhkumun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinay ət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosess ual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Kassasiya şikayətində göstərilir ki, A6 törətdiyi hadisənin hüquqi nəticəsini bildiyi üçün V6i vurduqdan sonra onu sürüyərək hadisə yerini dəyişərək müəyyən izləri itirmişdir. Hadisə yerinə keçirilmiş baxışlar zamanı mərhum V6 un meyitinin sürüyərək və ya hər hansı başqa formada yerinin dəyişdirilməsinə dəlalət edən izlər və əlamətlər, eləcə də bu halı təsdiq edən hər hansı sübutun mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında mrəhum V6 un xidməti silahından Məhkum və ya hər hansı başqa şəxs tərəfindən atəşlər açılması müəyyən edilməmişdir. Kassasiya şikayətində zərərçəkmiş şəxsə xəsarət yetrimiş atəşin məsafəsi də mübahisələndirilmişdir. Hadisə yerinə əlavə baxış keçir ilməsi barədə 27 noyabr 2017-ci il tarixli protokoldan və əlavə məhkəmə ballistik ekspertizaların 22 dekabr 2017-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, hadisı yerindəki qoz ağacından aşkar edilmiş güllə xəsarəti olan yerdən mərhum V6 un qan izinin aşkar edildiyi yerə qədər 1,9 metr məsafə olduğu müəyyən edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı 28 iyun 2016-cı il tarixdə keçirilmiş istintaq eksperimenti zamanı hadisənin baş verdiyi vaxta uyğun vaxtda 1 metrdən uzaq məsafədə qarşı tərəfdən gələn şəxsin zahiri əlamətlərini və şəxsiyyətini açkar etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 07.12.2016-cı il tarixli 644-MKTŞ/2016 saylı rəyinə əsasən mərhum X17 məhkəmə-tibbi müayinəsinə, o cümlədən labarator (tibbi-kriminalistik) müay inəsinin nəticəsinə əsasən, mövcud elmi kriteriyaları, həmçinin məhkəmə-ballistik ekspertizasının nəticələrini, cinayət işində olan iş materiallarındakı məlumatları nəzərə zlzrzq demək olar ki, V6. un baş nahiyyəsində aşkar edilmiş odlu siilah yaralanması patronu, xarici diametri 9 mm-ə yaxın olan mərmi-güllə ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən, yəni 100150 sm-dən yuxarı məsafədən atılmış bir atəş nəticəsində törənmişdir. Cinayət işinin materiallarında olan 27.10.2016-cı il tarixli ekspertin iştirakı ilə keçirilmiş istintaq eksperimenti zamanı, mərhum V6 atəş açılan an onun dayandığı yerdən Məhkum dayandığı yerə 6,68 m məsafə olduğu müəyyən edilmişdir. Beləliklə atəş məsafəsinin araşdırılmamsı barədə dəlillər əsassızdır. Kassasiya şikayətində şahidlərin ancaq iki güllə səsi eşitdikləri, lakin heç kimin 9 güllə səsini eşitmədiyi göstərilmişdir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilmiş şahid X22 ifadəsində neçə atəş açılmasını dəqiq xatırlamadığını, ancaq təxminən 3-4 atəş səsi eşitdiyini göstərmişdir. X7 ifadəsində göstərmişdir ki, saat 2 radələrində çöldən 3-4 atəş səsi eşitmişdir. Atəş səsləri arasında fasilə yox idi, dalba-dal atılırdı. X4 ifadəsində göstərmişdir ki, saat 02 radələrində V6 Tahiri axtarmaq üçün gedəcəyini demiş, bundan 5 dəqiqə sonra 3-4 atəş səsi olmuş, atəş səsləri arasında fasilə yox idi, dalba-dal atılırdı. X3 ifadəsində saat 02 radələrində A6 müəllimin dayandığı yerdən 6-7 atəş səsi eşitdiyini, atəş səslərinin fasiləsiz dalbadal atıldığını göstərmişdir. X10 ifadəsində göstərmişdir ki, saat 02 radələrində A6 müəllim dayanan istiqamətdən 3-4 fasiləciz atəş səsi eşitmişdir. Bu ifadələrdən görünür ki, şahidlərin heç biri hadisə zamanı neçə atəş açıldığı barədə dəqiq məlumat verməmişlər, o cümlədən kassasiya şikayətində göstərildiyi kimi iki güllə səsi eşidilməsi barədə ifadə də cinayət işinin materiallarında mövcud deyil. Atəşlər fasiləsiz və dalbadal atıldığından atəşlərin syını eşitməklə dəqiq müəyyən edilməsi mümkünsüz olmuşdur. Ona görə də şahidlərin yalnız 2 atəş səsi eşitdikləri, yalnız 2 atəş açılması barədə dəlillər də əsassız hesab edilir. Hər iki silahdan hadisə zamanı 9 atəş açılması ballistik ekspertizanın rəyi ilə də təsdiq edilmişdir. Kassasiya şikayətində X1 vəziyyətinin yoxlanmaması göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 52-ci vərəqində olan Məhkum sərxoşluq v əziyyətinin müayinə aktından görünür ki, müayinə hadisədən təxminən 4 saat sonra, 18 iyun 2016-cı il tarixdə saat 08:15-də keçirilmiş və sərxoşluq müəyyən edilməmişdir. İşin bu halı ilə əlaqədar kassasiya şikayətinin dəlili də əsaslı hesab edilmir. Kassasiya şikayətində Məhkumlə polis əməkdaşları arasında olan telefon danışıqlarını hadisə törədildikdən sonra nə vaxt və nə barəsində olduğunu araşdırılmamışdır. Cinayət işinin ibtidai istintaqı gedişində müəyyən edilmişdir ki, mərhum X17 istifadəsində olan telefon nömrəsi, ***-***-**-**, ilə hadisə ərəfəsində danışıq aparılması müəyyən edilməmişdir. X6 istifadəsində olan, ***-***-**-** telefon nömrəsi ilə X12 istifadəsində olan, ***-***-**-**, telefon nömrəsi danışıqlar aparılması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 a vqust 2017-ci il tarixli qərarı ilə X6 istifadəsində olan telefon nömrəsi ***-***-**-** ilə X12 istifadəsində olan telefon nömrəsi ***-***-**-** arasında 2016-cı il iyun ayının 1-dən 30-dək daxil olan və onlardan çıxan zənglər, SMS-lər (mətninin açıqlaması ilə) və anten dairəsi barədə məlumatlar "xxxx" MMC-dən çıxarılması qərara alınmışdır. "xxxx" MMC-nin 19.09.2017-ci il tarixli məktubundan göstərilir ki, ***-*******, ***-******* saylı nömrələrin mümkün olan müddət ərzində daxil olan və çıxış zənglərini, əhatə dairəsinə dair məlumatlarını təqdim edirik. Məlumat üçün bildiririk ki, əhatə dairəsinə dair təqdim olunan məlumat edilən zəngi qeydə alan saytın ünvanını əks etdirir bu səbəbdən də həmin məlumatlar təqribidir və "xxxx"MMC SMS mətnlərinə dair məlumat vermək üçün texniki imkana malik deyil. "xxxx" MMC-nin həmin məktuba əlavə edilmiş diskə müstəntiq tərəfindən baxış keçirilməsi barədə protokoldan müəyyən edilir ki, ***-******* saylı nömrədən ***-******* saylı nömrəyə 18.06.2016-cı il tarixdə saat 02.05-də və 03-50-də zənglər edilən vaxt ********** saylı nömrə birinci dəfə Ağstafa rayon Dağkəsəmən kəndinin anten dairəsindəolarkən 29 saniyə, ikinci dəfə Ağstafa rayonu ************* məhəllənin anten dairəsində olarkən 13 saniyə danışıq aparılmışdır. ***-******* saylı nömrəyə həmin vaxtlarda daxil olan zənglərin anten dairəsinə görə hər iki telefon danışığı zamanı həmin telefonun anten dairəsi Ağstafa rayonu 20 yanvar döngəsi, 7-ci məhəllədə olmuşdur. İşin bu halı ilə əlaqədar ibtidai istintaq zamanı və məhkəmə iclasında dindirilmiş məkum X15, şahid X23 və şahid X31 ifadəl ərində atəş səsi eşidildikdən qısa müddət sonra X12 hadisə yerinə gəldiyini və yaralı V6 onun avtomobilində Ağstara rayon mərkəzi xəstəxanasına aparıldığını göstərmişlər. Bundan başqa X13 02:13-də Məhkum zəng vurub danışdığını, həmin vaxt A6ın Ağstafa RMX-da olduğunu göstərmişdir. X5 isə ifadəsində gösərmişdir ki, saat 02:13-də A6a zəng vurduğunu, bu zaman, onun telefonun anten dairəsi Ağstafa rayonu 20 yanvar döngəsi, 7-ci məhəllədə olmuşdur. Danışarkən A6 ona Ağstafa RMX-a olduğunu bildirmişdir. Yuxarıda göstərilən məkum X15 ilə şahid X23 arasında telefon danışıqları zamanı onun telefon dairəsinin şahidlərin ifadələrində göstərilənlərlə uyğunsuzluğu "xxxx" MMCnin 19.09.2017-ci il tarixli məktubunda göstərildiyi kimi telefon dairəsi barədə məlumatların təqribiliyi ilə izah edilir. Göstə rilən hallar mərhum X17 təqsirləndirilən şəxs və ya qeyriləri tərəfindən qəsdən vaxtında xəstəxanaya çatdırılmaması kimi qiymətləndirməyə əsas vermir. Ona görə də bu barədə kassasiya şikayəti dəlilləri əsaslı hesab edilmir. Cinayət işinin materialları ilə tanış olma barədə 07 mart 2018-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X26 cinayət işinin materialları ilə tanış olmuş, cinayət işinin baxılması üçün Ağstafa rayon prokurorluğuna göndərilməsinə heç bir etirazının olmadığını bildirməsi barədə protokolu imzalamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin cinayət işinin materialları ilə tanış olma protokolundakı imzasına əsasən müəyyən edilir ki, cinayət işinin materialları ilə (o cümlədən telefon danışıqları barədə məlumatların tədqiqi ilə) tanış olmuş, lakin hər hansı şikayətinin və vəsatətinin olmasını bildirməmişdir. Kassasiya şikayətində göstərilir ki, hadisənin səbəbkarı olan T6 məhkəmə iclasına gətirilməmiş və onun nə dərəcədə təhlükəli cinayətkar və hadisə zamanı silahlı olubolmamsı müəyyənləşdirilməyib. Onun bədən quruluşca V6lə oxşar olub-olmaması həm ibtidai istintaqda və həm də məhkəmə iclasında dəqiqləşdirilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, X18 24.07.2016-cı il tarixdə Gürcüstan Respublikasının Qardabani rayon polis əməkdaşları tərəfindən oğurluq və qanunsuz sərhədkeçmə cinayətləri törətdiyinə görə tutulmuş və Rustavi Şəhər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi üz rə şahid ifadələri ilə müəyyən edilmişdir ki, mərhum X29 və X18 boylarının və bədən quruluşlarının ölçülərinə görə oxşar olmuşlar. Kassasiya şikayətində Məhkum cinayət əməllərinin CM-nin 314.2-ci maddəsi ilə yanaşı həm də Azərbaycan Respublikası CM-nin 308.2-ci və 309.2-ci maddələrinə də tövsif etməklə ona daha ağır cəza təyin edilməli olması göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sü rülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işinin materiallarından görünür ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 308.2-ci və 309.2-ci maddələri ilə ittiham elan edilməmişdir. Cinayət işinin materiallarında məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 308.2-ci və 309.2-ci maddələri ilə ittiham elan edilməsınə əsas verən mötəbər sübutların mövcudluğu müəyyən edilməmiş, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində də belə sübutların mövcudluğuna istinad edilməmişdir. Kassasiya şikayətinin bu dəlili ilə eyni məzmunlu apellyasiya şikayətnin dəlillərinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarında hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2. Şəxsin təqsirli olduğ una əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işinin faktiki hallarının tam, hırtərəfli və obyektiv yoxlanması, sübutların toplanması və qiymətləndirilməsinsdə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinin kobud pozulmasına yol verilməmişdir. Cinayət işinin materiallarından cinayət işinin ibtidai is tintaqı, birinci və apellyasiya instansiya məhkəmələrində məhkəmə baxışı gedişində cinayət və cinayət-prosessual qanunların kobud pozulması, zərərçəkmiş şəxsin hüquqi varisinin hüquqlarının, ədalətli məhkəmə araşdırması hüququnun pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X41 qızının kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum ərizəsi təmin edilsin, müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın Zərərçəkmiş şəxsin hüquqi varisi X41 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1121/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1121/2019
02.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver