Məhkəmə qərarları › İş №1(102)-1121/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1121/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1121/2022 22.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(106)-8/2022 nöm rəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1990-cı il tarixdə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsi, 15 saylı evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 30 nömrəli evdə yaşamışdır. 2. 31 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dai r ittiham elan edilmişdir. 3. 15 fevral 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2020-ci ilin oktyabr ayının ortalarında tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan şəxsiyyəti məlum olmayan “Saleh” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni əldə edib cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə çatdırılmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd sellofan torbada, külli miqdarda- 3 kq (3000 qram) narkotik vasitə olan heroin və külli miqdarda- 300 qram psixotrop maddə olan metamfetaminin Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən Cəlilabad-Biləsuvar avtomobil yolunun 131-ci kilometrliyində yerləşən yol nişanının yaxınlığında gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, 17 oktyabr 2020-ci il tarixdə həmin əraziyə gedib qeyd olunan yerdən bir ədə d sellofan torbada olan həmin narkotik vasitəni və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən Bakı-Ələt-Astara (köhnə) avtomobil yolunun 131-ci kilometrliyində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin ərazidə saxlanılıb üzərində şəxsi axtarış zamanı əlində daşıdığı bir ədəd sellofanın torbanın içərisində 3 ədəd bükümdə 100,0 qram, 100,0 qram, 100,0 qram olmaqla cəmi, külli miqdarda - 300 qram miqdarda psixotrop maddə olan metamfetamin və 6 ədəd bükümdə 500,0 qram, 490,0 qram, 500,0 qram, 510,0 qram, 500,0 qram, 500,0 qram olm aqla cəmi, külli miqdarda - 3 kq (3000 qram) narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(099)222/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edil miş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, digər məsələlər həll edilmişlər.

6. Hökmdən Məhkum apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsini və cəzasının yüngüləşdirilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(106)-8/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(099)-222/2021 nömrəli hökmü Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il həddinədək azaldılmış, Azərbaycan Respublikası CM-nin 6 6.3-cü maddəsinə əsasən bu cəza və Azərbaycan Respublikası CM-in 32.5,206-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül olması mübahisələndirilir, bu əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 18 yanvar 2022-ci il tarixli, 1(106)-8/2022 nömrəli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum ona elan edilmiş ittihamlar üzrə təqsiri sübuta yetməmiş, barəsində çıxarılmış ittiham hökmünün əsasını mötəbər olmayan sübutlar təşkil etmiş, təyin edilmiş cəza ağırlığına görə ədalətsizdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(106)8/2022 nömrəli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

11. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsəl ələr

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalar ının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yax ud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs barəsində yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

17. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin məhkum edildiyi cinayətdə təqsirinin sübuta yetirilmədiyini, həmçinin ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddəl ərində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və onlarla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, d igər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olma sı, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

20. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbiri n ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

21. Kassasiya protestində və ka ssasiya şikayətində məhkum edilmiş şəxsə təyin edilmiş cəza ilə bağlı irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül və ya ağır olması haqqında nəticə çıxarmağa əsas vermir.

22. Belə ki, Məhkum təqsirli bilindiyi cinayət əməllərindən: Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır, Azərbaycan Respublikası CM-nin 234.4.1-cü və 234.4.3-cü maddələri - Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kategoriyasına aid edilmişlər.

23. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələrinin sanksiyasında i sə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

24. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, qəbul edilmiş və hazırda mübahisələndirilən qərar həmin hissədə maddi hüquq normalarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkum Məmmədov X4 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 05 ildən 12 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması nəzərdə tutulduğu halda, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin san ksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının orta həddindən (8 il 6 aydan) artıq, yəni yuxarı həddə yaxın (10 il) cəza təyin etmiş, bu həddə cəza təyin olunmasının zəruriliyini hökmdə əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum himayəsində iki azyaşı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi, həmçinin cəzasını ağırlaşdıran halın olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmünü cəza hissəsində dəyişdirmiş, məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini bir il azaldaraq 09 il müddətinə endirmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü ma ddəsinə əsasən ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını təyin edərək, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edən ədalətli və qanuni cəza seçmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Məhkum təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) nəzərə alınması ilə tarazlı şəkildə əsaslanmış tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan R espublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

26. Məhkəmə kollegiyası həmçinin müdafiəçinin məhkum edilmiş şəxsin verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi barədə dəlillərini də əsassız hesab edir.

27. Belə ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

28. Məhkum təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəmə si tərəfindən bir daha yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməllərini törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 və X2 verdikləri ifadələri, məhkəmədə tədqiq olunmuş 17 oktyabr 2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkəti, məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2020-ci il tarixli rəyi, «Mobil telefona baxış keçirilməsi haqqında» 25 noy abr 2020-ci il tarixli protokol, ambulator məcburi narkoloji tibbi yoxlamanın 22 oktyabr 2020-ci il tarixli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 oktyabr 2020-ci il tarixli rəyi və toplanmş digər sübutlarla tam təsdiq olunmuşdur.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış ed ərək, Məhkum əməlində ona ittiham edilən cinayətin tərkibinin olması, bu maddələrlə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

30. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respubl ikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh olunduğundan, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara cinayət hadisəsinin öz mənafeylərinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yara dılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü cəza təyini hissəsində dəyişdirməsi qərarını almışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(106)-8/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(106)-8/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar