Məhkəmə qərarları › İş №1(102)-1121/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1121/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1121/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkumlar Məhkum2 və Məhkum1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 02 iyun 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda yaşamışdır.

2. Məhkum2 08 avqust 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nardaran qəsəbəsi, ünvan 2 ünvanda yaşamışdır.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, təqsirləndirilən şəxs Məhkum1 qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına dair tanışı Bakı şəhər sakini Məhkum2 və şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı ilə məlum olmayan vaxtda və yerdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri müəyyən edilməmiş üzvləri tərəfindən məlum olmayan vaxtda Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən 112- ci kilometrliyini göstərən yol nişanının yanına gətirilib, orada gizlədilmiş bir ədəd sellofan bağlamada qablaşdırılmış, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkilləri 535,0 qram; 540,0 qram; 520,0 qram; 53,230 qram; 5 5,791 qram; 52,021 qram, 50,857 qram və 53,636 qram olmaqla 8 ayrı-ayrı bükümlərdə ümumilikdə təmiz çəkisi 1860,535 qram narkotik vasitə heroini, təmiz çəkilləri 150,823 qram və 106,377 qram olmaqla 2 ədəd ayrı-ayrı bükümlərdə ümumilikdə təmiz çəkisi 257,2 qram psixotrop maddə metamfetamini və tərkibindəki metadon nakotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən 10 ədəd konvalyutda hər biri 10 ədəd olmaqla ümumilikdə 100 ədəd metadon həblərini əvvəlcədən razılaşdıqları kimi satış məqsədi ilə əldə etməkdən ötrü tanışı Məhkum2 ilə razılıq əldə edərək 10 iyun 2021-ci ildə gecə saat 00:00 radələrində sonuncuya məxsus olan, Əlhüseyn Abdullayevin idarə etdiyi, «Khazar » markalı **-PV*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gələrək Məhkum2 qeyd edilə n narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamanı gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamış, daşıyarkən Biləsuvar rayonu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 11 iyun 2021-ci ildə, gecə saat 00:20 dəqiqədə Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən 108-ci kilometrliyində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd sellofan bağlamada qablaşdırılmış külli miqdarda qeyd olunan narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və metadon həbləri aşkar edilərək götürülmüşdür.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim C.C.Nəbi yev, hakimlər İ.Q.Abdullayev və M.V.Məmmədovdan ibarət tərkibdə) 14 yanvar 2022-ci il tarixli, 1(099)-31/2021 saylı hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və onlara qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

5. Hökmdən Məhkum1, Məhkum2 və sonuncunun müdafiəçisi Müdafiəçi1 ayrıayrılıqda apellyasiya şikayətləri və sonuncunun müdafiəçisi Rasulov Sadiq Akif oğlu apellyasiya şikayətinə əlavə verərək, məhkumların təqsirlərinin sübuta yetirilmədiyini, həmçinin ibtidai istintaq zamanı bir çox prosessual pozuntulara yol verildiyini bildirərək onların barələrində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən K.S.Bəşirov, h akimlər M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 02 iyun 2022-ci il tarixli, 1(106)-358/2022 saylı qərarı ilə Məhkum1, Məhkum2, sonuncunun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və sonuncunun müdafiəçisi Rasulov Sadiq Akif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə qismən təmin edilmiş, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-31/2022 saylı, 14 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmiş, məhkumlar Məhkum1 və Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 tərə findən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri

8. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyasının qərarı ədalətsiz olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında işə baxılarkən prosessual pozuntulara yol verilmiş, düzgün istintaq araşdırması aparılmamışdır. Bundan başqa, onun ailə vəziyyətinə düzgün hüquqi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, kassasiya şikayətinin müəllifi məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsini və ona təyin edilmiş cəzanın azadılması ilə əlaqədar olaraq yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Məhkum2 tərəfi ndən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə apellyasiya məhkəməsinin qərarı ədalətsiz olmuşdur. Kassasiya şikayətinin müəllifi məhkəmədən təyin edilmiş cəzanın ağır olması səbəbi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsini və ona aşağı həddə cəza təyin edilməsi ilə yeni qərar çıxarılmasını xahiş etmişdir.

10. İş kassasiya instansiyası məhkəməsində baxılanadək, məhkumlar Məhkum2 və Məhkum1 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, tərəflərindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişlər. İİİ. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasi ya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

12. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə verdikləri ərizələri ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizələr i iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli,1(106)-358/2022 nömrəli qərarından məhkumlar tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum2 və Məhkum1 ərizələri təmin edilsin. Məhkum2 və Məhkum1 barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli, 1(106)-358/2022 nömrəli qərarından məhkumlar tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar