Məhkəmə qərarları › İş №1(102)-1121/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1121/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1121/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs1, Məhkum iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumlu ğu olmayan, Yevlax rayonunun Aşağı Salamabad kəndində qeydiyyatda olan və ünvan 1də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(106)-173/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 1(017)-120/2024 nömrəli hökmü ilə (sədrlik edən E.B.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 16 may 2024-cü il tarixdə tutulduğu 1 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, bir günə iki gün hesabı ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən Zərərçəkmiş şəxs1 və məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(106)-173/2025 nömrəli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və P.T.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 1(017)120/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 xəstəliyi ilə bağlı kəsilmiş təqaüdünü bərpa elətdirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə dəqiq günü və vaxtı istintaqa məlum olmayan tarixdə, yəni 2023-cü il iyul ayının sonlarında Ağcabədi rayon Nəcəfqulubəyli kəndində Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətində 3800 manat pulu nağd şəkildə, 18 avqust 2023-cü il tarixdə saat 11:59-da Ağcabədi rayonu Nəcəfqulubəyli kəndinin ərazisində yerləşən “Eltun” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 850 manat pulu özünə məxsus “Beynəlxalq Bank ASC”ə aid istintaqa məlum olmayan kart hesabına, 09 noyabr 2023-cü il tarixdə saat 11:37-də Ağcabədi rayonu Nəcəfqulubəyli kəndinin ərazisində yerləşən “Eltun” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 600 manat pulu özünə məxsus “Beynəlxalq Bank ASC”ə aid istintaqa məlum olmayan kart hesabına köçürülməsinə nail olmaqla ələ keçirib Zərərçəkmiş şəxs1 5250 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 pensiyasını ömürlük edəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə xx.xx.2023-cü il tarixdə saat 10:26-da Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən “Eltun” marketdəki “Milliön” aparatı vasitəsi ilə 500 manat pulu özünə məxsus "xxxx" ASCyə aid istintaqa məlum olmayan kart hesabına və xx.xx.2023-cü il tarixdə saat 11:30-da Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Nur” marketdəki “Milliön” aparatı vasitəsi ilə 1500 manat pulu özünə məxsus "xxxx" ASC-ə aid istintaqa məlum olmayan kart hesabına köçürülməsinə nail olmaqla ələ keçirib Zərərçəkmiş şəxs2 2000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilərək barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkum qeyd edir ki, 10 və 14 yaşlarında olmaqla - 2 azyaşlı uşağı vardı r, uşaqlarını təkbaşına böyüdür, faktiki olaraq ayrıldığı və ayrı yaşadığı əri narkomandır, hazırda da cəzaçəkmə müəssisəsində cəza çəkir, uşaqlarından biri (X) həm autizm xəstəsidir, həm də talassemiya xəstəsidir. O özü 3-cü qrup müddətsiz gözdən əlildir. Vurulmuş ziyandan bu günə kimi 1350 manatı da ödəmişdir. Hesab edir ki, ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının verilməsi də onun islah olunması üçün yetərlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və Zərərçəkmiş şəxs1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməl i və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyala rı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər n əzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. İş materiallarından görünür ki, Məhkum cinayət əməli törətməsini etiraf etmiş, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir, cinayət nəticəsində vurduğu maddi ziyandan qismən ödəniş etmiş və himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmayan olmaqla 2 uşağı vardır, habelə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəzasının yüngülləşdirici hallarını sadalasa da, cəza təyini zaman ı həmin halları kifayət qədər nəzərə almamışdır. Həmçinin, məhkəmə baxışı zamanı məhkəmə prosesində iştirak edən Zərərçəkmiş şəxs1 Məhkum cəzasının yüngülləşdirilməsinə etirazı olmamışdır. CPM-nin 404-cü maddəsinin tələbinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətənd aş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və a zadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətənda ş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlili k dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Ağcabədi Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 1(017)-120/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 3 (üç) ildən 2 (iki) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, 16 may 2024-cü il tarixdə tutulduğu 1 gün müddət bir günə iki gün hesabı ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxı lmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar