Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1122/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 1(104)-653/2022 nömrəli qərarından dövlət ittiha mçısı X4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxx 1991-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamışdır.
2. Məhkum2 xx xxxxxx 1982-ci ildə Füzuli rayonu Babı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şössesi, Döngə 13 ünvanında yaşamışdır.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 2021-ci ilin noyabr ayında istintaqla müəyyən edilməmiş vaxtda Bakı şəhərində tanışı Azərbaycan Res publikasının vətəndaşı Məhkum2 ilə, sonucunun vasitəsi ilə Gürcüstanın Batumi şəhərində və Azərbaycan Respublikasında isə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə xeyli miqdarda pirotexniki vasitələri və külli miqdarda dərman preparatlarını tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə keçirmə və bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini külli miqdarda satış məqsədi ilə saxlama cinayətlərini törətmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq o, cinayətkar qrupun üzvü Məhkum2 tapşırığına əsasən 2000 manat məbləğində qazanc əldə etmək niyy ətiylə sonuncunun sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 14 noyabr 2021-ci il tarixdə saat 07:14-də, Məhkum2 özü isə 15 noyabr 2021-ci il tarixdə saat 15:11- də Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postundan keçərək Gürcüstana getmiş, o, 21 noyabr 2021-ci il tarixdə cinayətkar qrupun üzvü Məhkum2lə orada görüşərək birlikdə Gürcüstanın Batumi şəhərində cinayətkar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqa məlum olmayan üzvündən ümumilikdə 215 karton qutularda qablaşdırılmış 1 qutusunun qiyməti 6,05 manat olmaqla 9075 manat dəyərində, 1500 qutuda üzərində “Prednizalon 5 mg" yazılmış, 1 flakonunun qiyməti 23 manat olmaqla 1518 manat d əyərində, 66 flakonda olan üzərində “Fosit 4 g" yazılmış 2 adda və bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda - 10593 manat dəyərində dərman vasitələri və 1 ədədinin qiyməti 10 manat olmaqla 13440 manat dəyərində,1344 ədəd üzərində “FireWorks NS-RC-0808" yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla 17280 manat dəyərində, 1440 ədəd üzərində “Roman Candle 0.8 10 shots" yazılmış, 1 ədədinin qiyməti 10 manat olmaqla 9600 manat dəyərində, 960 ədəd üzərində “Roman Candle 0.8 8 shots" yazılmış, 1 ədədinin qiyməti 2 manat olmaqla 11520 manat dəyərində, 5760 ədəd üzərində “Red stars With report" yazılmış, 1 ədədinin qiyməti 25 manat olmaqla 10000 manat dəyərində, 400 ədəd üzərində “FireWork star 16 shot" yazılmış, 1 ədədinin qiyməti 30 man at olmaqla 14400 manat dəyərində, 480 ədəd üzərində “FireWork star 25 shot" yazılmış fişənglər, 1 qutusunun qiyməti 5 manat olmaqla 9600 manat dəyərində, 1920 qutu üzərində “Explosive" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manat dəyərində, 400 qutu üzərində “Plastik torpil" yazılmış, 1 qutusunun qiyməti 4 manat olmaqla 1000 manat dəyərində, 250 qutu üzərində “Srebrna piratka" yazılmış, 1 qutusunun qiyməti 5 manat olmaqla 5400 manat dəyərində, 1080 qutu üzərində “Leopard power" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 24000 manatlıq, 2000 qutu üzərində “Big bang" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 12000 manat dəyərində, 1000 qutu üzərində “Cracker enigma fire Works" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manat dəyərində, 400 qutu üzərində “Silver c hines" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manatlıq, 400 qutu üzərində “Tiger Power" yazılmış, 1 qutusunun qiyməti 5 manat olmaqla 1200 manat dəyərində, 240 qutu üzərində “Korsarka" yazılmış, 1 ədədinin qiyməti 1,5 manat olmaqla 7200 manat dəyərində, 4800 ədəd üzərində “Sterminator" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 6000 manat dəyərində, 500 qutu üzərində “Zenga" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 6000 manat dəyərində, 750 qutu üzərində “Argentinen cracker" yazılmış petarda olmaqla 18 adda 158240,00 manat dəyərində pirotexniki vasitələr, ümumilikdə isə xeyli miqdarda cəmi 168833,00 manat dəyərində malları tamah məqsədi ilə əldə etmiş, həmin tarixdə cinayətkar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqa məlum olmayan üzvü və Məhkum2lə birlikdə ümumi c inayətkar niyyətə uyğun olaraq onun idarə etdiyi Məhkum2 sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qapılarını rəzəsindən (petləsindən) çıxararaq yarımqoşqudakı Türkiyə Respublikasında qeydiyyatda olan “X5 San. Ve Tic. A.Ş." firmasından yüklədiyi Azərbaycan Respublikasında qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Birgə Müəssisəsinə gətirilməsi üçün nəzərdə tutulmuş 88 ədəd “DSP” yükünü yerə boşaltdırmaqla Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün nəzərdə tutulmuş qeyd olunan 215 qutuda olan pirotexniki vasitə və dərman preparatlarını yarımqoşquya yükləyərək qəsdən satış məqsədi ilə saxlamış, bundan sonra cinayəkar qrupun digər üzvü Məhkum2 22 noyabr 2021-ci il tarixdə saa t 02:05-də Gürcüstandan Azərbaycan Respublikasına qayıtmış, o isə ümumi cinayətkar niyyətə uyğun olaraq idarə etdiyi “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 23 noyabr 2021-ci il tarixdə saat 00:36-da Gürcüstandan Azərbaycan Respublikasına gələrək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postuna daxil olaraq postda gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən xx.xx.2021-ci il tarixli, KF**********4951 nömrəli yük müşayət sənədini (invoys) və həmin tarixli yol qaimə sənədini (CMR) gömrük orqanına təqdim edərək sənədlərdən aldatma yolu ilə istifadə etməklə nəqliyyat vasitəsindəki ümumilikdə, xeyli miqdarda 168833,00 manat dəyərində 215 qutuda pirotexnika vasitələri və dərman preparatlarını “DSP“ yükü adı altında Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkum2 2021-ci ilin noyabr ayında istintaqla müəyyən edilməmiş vaxtda Bakı şəhərində tanışı Azərbaycan Respublikasının vətəndaşı Məhkum1 ilə, Gürcüstanın Batumi şəhərində və Azərbaycan Respublikasında isə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə xeyli miqdarda pirotexniki vasitələri və külli miqdarda dərman preparatlarını tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə keçirmə və bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini külli miqdarda əldə edib satış məqsədi ilə saxlama cinayətlərini törətmə və həmin malların Azərbaycan Respublikasında satışını həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onun tapşırığına əsasən cinayətkar qrupun üzvü Məhkum1 Məhkum2 sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərək 14 noyabr 2021-ci il tarixdə saat 07:14-də, o, özü isə 15 noyabr 2021-ci il tarixdə saat 15:11-də Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postundan keçərək Gürcüstana getmiş, 21 noyabr 2021-ci il tarixdə onlar orada görüşərək birlikdə Gürcüstanın Batumi şəhərində cinayət kar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqa məlum olmayan üzvündən ümumilikdə 215 karton qutularda qablaşdırılmış 1 qutusunun qiyməti 6,05 manat olmaqla 9075 manat dəyərində, 1500 qutuda üzərində “Prednizalon 5 mg" yazılmış, 1 flakonunun qiyməti 23 manat olmaqla 1518 manat dəyərində, 66 flakonda olan üzərində “Fosit 4 g" yazılmış 2 adda və bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda - 10593 manat dəyərində dərman vasitələri və 1 ədədinin qiyməti 10 manat olmaqla 13440 manat dəyərində,1344 ədəd üzərində “FireWorks NS-RC-0808" yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla 17280 manat dəyərində, 1440 ədəd üzərində “Roman Candle 0.8 10 shots" yazılmış, 1 ədədinin qiyməti 10 manat olmaqla 9600 manat dəyərində, 960 ədəd üzərində “Rom an Candle 0.8 8 shots" yazılmış, 1 ədədinin qiyməti 2 manat olmaqla 11520 manat dəyərində, 5760 ədəd üzərində “Red stars With report" yazılmış, 1 ədədinin qiyməti 25 manat olmaqla 10000 manat dəyərində, 400 ədəd üzərində “FireWork star 16 shot" yazılmış, 1 ədədinin qiyməti 30 manat olmaqla 14400 manat dəyərində, 480 ədəd üzərində “FireWork star 25 shot" yazılmış fişənglər, 1 qutusunun qiyməti 5 manat olmaqla 9600 manat dəyərində, 1920 qutu üzərində “Explosive" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manat dəyərində, 400 qutu üzərində “Plastik torpil" yazılmış, 1 qutusunun qiyməti 4 manat olmaqla 1000 manat dəyərində, 250 qutu üzərində “Srebrna piratka" yazılmış, 1 qutusunun qiyməti 5 manat olmaqla 5400 manat dəyərində, 1080 qutu üzərində “Leopard power" yazılmış, 1 qutusunun qiy məti 12 manat olmaqla 24000 manatlıq, 2000 qutu üzərində “Big bang" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 12000 manat dəyərində, 1000 qutu üzərində “Cracker enigma fire Works" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manat dəyərində, 400 qutu üzərində “Silver chines" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manatlıq, 400 qutu üzərində “Tiger Power" yazılmış, 1 qutusunun qiyməti 5 manat olmaqla 1200 manat dəyərində, 240 qutu üzərində “Korsarka" yazılmış, 1 ədədinin qiyməti 1,5 manat olmaqla 7200 manat dəyərində, 4800 ədəd üzərində “Sterminator" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 6000 manat dəyərində, 500 qutu üzərində “Zenga" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 6000 manat dəyərində, 750 qutu üzərində “Argentinen cracker" yazılmış petar ol maqla 18 adda 158240,00 manat dəyərində pirotexniki vasitələr əldə etmiş, ümumilikdə isə xeyli miqdarda cəmi 168833,00 manat dəyərində pirotexniki vasitə və dərman preparatlarından ibarət malları tamah məqsədi ilə əldə etdikdən sonra həmin tarixdə cinayətkar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqa məlum olmayan üzvü və Məhkum1lə birlikdə ümumi cinayətkar niyyətə uyğun olaraq “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qapılarını rəzəsindən (petləsindən) çıxararaq yarımqoşqudakı Türkiyə Respublikasında qeydiyyatda olan “X5 San. Ve Tic. A.Ş." firmasından yüklədiyi Azərbaycan Respublikasında qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Birgə Müəssisəsinə gətirilməsi üçün nəzərdə tutulmuş 88 ədəd “DSP” yükünü yerə boşaltdırmaqla Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədilə nəzərdə tutulmuş qeyd olunan 215 qutuda olan xeyli miqdarda pirotexniki vasitə və külli miqdarda dərman preparatlarını yarımqoşquya yükləyərək qəsdən satış məqsədi ilə saxlamış, bundan sonra törətdiyi qanunsuz əməllərə və həmin malların Azərbaycan Respublikasına çatdırılması müqabilində aralarında olan razılaşmaya əsasən Məhkum1 2000 manat pul verəcəyini vəd edərək o, 22 noyabr 2021-ci il tarixdə saat 02:05-də Gürcüstandan Azərbaycan Respublikasına qayıtmış, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Məhkum1 isə onun sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərək 23 noyabr 2021-ci il tarixdə saat 00:36-da Gürcüstandan Az ərbaycan Respublikasına gəlmiş, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postuna daxil olaraq postda gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən xx.xx.2021-ci il tarixli, KF**********4951 nömrəli yük müşayət sənədini (invoys) və həmin tarixli yol qaimə sənədini (CMR) gömrük orqanına təqdim edərək sənədlərdən aldatma yolu ilə istifadə etməklə nəqliyyat vasitəsindəki ümumilikdə, xeyli miqdarda 168833,00 manat dəyərində 215 qutuda pirotexnika vasitələri və dərman preparatlarını “DSP“ yükü adı altında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə tamah məqsədilə qəsdən keçirilməsinə nail olmuşdur.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən haki m R.N.Ələkbərli, hakimlər D.H.İmanov və N.T.Əliyevdən ibarət tərkibdə) 16 sentyabr 2022-ci il tarixli, 1(100)287/2022 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 2001.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70.1 və 70.3-cü maddələrinə əsasən Məhkum1 təyin olunmuş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti təyin edilmişdir. Hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum2 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70.1 və 70.3-cü maddələrinə əsasən təyin olunmuş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti təyin edilmişdir.
5. Hökmdən Dövlət ittihamçısı2 apellyasiya protesti vermişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov,hakimlər T.A.Muxtarov və S.B.Hüseynovdan ibarət tərkibdə) 14 dekabr 2022-ci il tarixli, 1(104)-653/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfində n verilmiş apellyasiya protesti təmin edilməmiş, cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri
8. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olmuşdur. Məhkəmə tərəfindən mühüm əhəmiyyət kəsb edən bir sıra sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq şəkildə qiymətləndirilməmişdir. Belə ki, işə baxan birinci instansiya və apellyasiya məhkəməsi iş üzrə xüsusi müsadirə məsələsinə fo rmal yanaşmaqla yanlış qərar qəbul etmiş, bununla da, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Bundan başqa, “KOGEL” markalı, 2004-cü il buraxılışlı, 19ZB836 qeydiyyat nişanlı tentli qoşqu ilə birlikdə “Daf TE47/2” markalı, 90MG622/19ZB836 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz adına olmasa da, faktiki olaraq Məhkum2 məxsusdur və o, həmin nəqliyyat vasitəsini məhz Məhkum1 qaçaqmalçılıq cinayətini törətmək məqsədilə vermişdir. Hazırkı iş üzrə də Məhkum2 sürücü Məhkum1 nəqliyyat vasitəsi və yüklə təmin etmiş, həmçinin qaçaqmalçılığın predmeti olan malları gömrük sərhədinədək müşayiət etmişdir. Bununla da, o, cinayətin təşkilatçısı olmaqla həmçinin bilavasitə icraçısına çevrilmişdir. Həmçinin, özü də sürücü olduğu halda öz sahibliyində olan nəqliyyat vasitəsini Məhkum1 vermi ş, cinayətkar plana uyğun olaraq qaçaqmal maşında olan DSP yükü ilə pərdələnmişdir. Belə olan halda, “Daf TE47/2” markalı, 90MG622 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı yük avtomobili və “KOGEL” markalı, 2004-cü il buraxılışlı 19ZB836 qeydiyyat nişanlı tentli qoşqu cinayətin alətidir.
9. Kassasiya protestinin müəllifi məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni q üvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual q anunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində birinci və apellyasiya instansiya məhkəmələrinin yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etmədiyini iddia edərək, mübahisələndir ilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 1(104)653/2022 nömrəli qərarınının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Azərbaycan Respublikası CM-nin 99-1.2-cimaddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.2 və 99-1.3-cü maddəsi ilə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-3.1-ci maddəs inə əsasən isə müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır.
17. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.
18. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Qanununun xüsusi müsadirədən bəhs edən normalarına görə istər cinayətin vasitəsi kimi nəqliyy at vasitələri, istərsə də başqa predmetlər, habelə cinayətin alətləri yalnız o zaman müsadirə oluna bilər ki, bu alət və vasitələr cinayətin, yaxud cinayətlərin törədilməsi məqsədilə əldə edilmiş olsun. Lakin hazırki işin hallarından görünür ki, yuxarıda qeyd edilən nəqliyyat vasitəsi hazırki cinayətin törədilməsindən uzun müddət əvvəl Məhkum1 sahibliyində, qoşqu isə Məhkum2 mülkiyyətində olmuş, həmçinin bu nəqliyyat vasitələrinin sahibi kimi təqsirləndirilən şəxslər onlardan daşımaçılıq fəaliyyətində istifadə etmişlər.
19. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qeyd edilmişdir ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə rkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.1.1-ci maddəsinə və CM-nin 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur.
20. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində və apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli ola işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tə ləblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticələri şübhə altına almaq üçün əsas görmür.
21. Odur ki, məhkəmə kollegiyası baxılan işdə aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
22. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-653/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 1(104)-653/2022 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.